🖊️Gecə namazının tam qılınma qaydası :👇🏻 Gecə namazı 11-rükətdir və üç hissədən ibarətdir: 1)"Gecə namazı" niyyəti ilə 4 ədəd iki rükətli namaz; 2)"Şəf' - " niyyəti ilə 1ədəd iki rükətli namaz; 3)"Vitr" niyyəti ilə 1 ədəd bir rükətli namaz. 1-ci hissədə sübh namazı kimi 4 ədəd iki rükətli eynilə sübh namazı kimi namaz qılınır, bir fərqlə ki, hər namazı başlamazdan öncə "İki rükət gecə namazı qılıram qürbətən iləllah" deyib və ya zehindən keçirib, niyyət edirik. 2-ci hissədə 4 dövrə namazı oxuduqdan sonra "Şəf'-" niyyətinə bir ədəd 2-rükətli namazı belə qılırıq: Namazın 1-ci rükətində Həmd surəsindən sonra Nas surəsini, ikinci rükətdə Həmd surəsindən sonra Fələq surəsini oxuyuruq. (Bəzi fəqih və din səlahiyyətlilərin rəyinə görə, vacib ehtiyata görə şə'f namazında qunuta(🤲🏻) ehtiyac yoxdur) 3-cü hissə. Şəf' namazını oxuduqdan sonra 1ədəd bir rükətli "Vitr" namazının vaxtıdır. Bu namazın niyyətini də Vitr namazı niyyəti ilə qılırıq. Namazda 1-dəfə Həmd surəsi, 3-dəfə İxlas surəsi, 1-dəfə Fələq və 1-dəfə Nas surəsini oxuyub, qunut yerinə yetiririk. Namazın qunutunda 40-dəfə bu zikri etmək müstəhəbdir. اَللّهُمَّ اِغْفِر لِلْمومِنینَ وَ اَلْمومِناتْ وَ اَلْمُسلِمینَ وَ اَلْمُسلِماتْ (Allahummə iğfir lilmumininə vəl muminət vəl musliminə vəl muslimət) və yaxud tanıdığımız 40-mömin və möminə şəxsin adını bir-bir sadalayıb onlar üçün Allahdan bağışlanma və dua istəyin. Sonra 70-dəfə bu zikri edin: اَسْتَغْفِرُ اللّهَ رَبّی وَ اَتُوبُ اِلَیه (Əstəğfirullahə rabbi və ətubu iləyh) Və sonra 7 dəfə bu zikri edin: هذا مَقامُ الْعائِذِ بِکَ مِنَ اَلْنار (Haza məqamul əəizi bikə minən-nar) və sonda 300 dəfə təkrarlayın: اَلْعَفو (Əl-Əfv) Qunutdan sonra digər namazlar kimi rüku, səcdə, təşəhhüd və salam verərək namazı tamamlayıb, Allah dərgahından nə istəyirsinizsə istəyin.
🖊️Gecə namazının tam qılınma qaydası :👇🏻
Gecə namazı 11-rükətdir və üç hissədən ibarətdir:
1)"Gecə namazı" niyyəti ilə 4 ədəd iki rükətli namaz;
2)"Şəf' - " niyyəti ilə 1ədəd iki rükətli namaz;
3)"Vitr" niyyəti ilə 1 ədəd bir rükətli namaz.
1-ci hissədə sübh namazı kimi 4 ədəd iki rükətli eynilə sübh namazı kimi namaz qılınır, bir fərqlə ki, hər namazı başlamazdan öncə
"İki rükət gecə namazı qılıram qürbətən iləllah" deyib və ya zehindən keçirib, niyyət edirik.
2-ci hissədə 4 dövrə namazı oxuduqdan sonra "Şəf'-" niyyətinə bir ədəd 2-rükətli namazı belə qılırıq:
Namazın 1-ci rükətində Həmd surəsindən sonra Nas surəsini, ikinci rükətdə Həmd surəsindən sonra Fələq surəsini oxuyuruq.
(Bəzi fəqih və din səlahiyyətlilərin rəyinə görə, vacib ehtiyata görə şə'f namazında qunuta(🤲🏻) ehtiyac yoxdur)
3-cü hissə. Şəf' namazını oxuduqdan sonra 1ədəd bir rükətli "Vitr" namazının vaxtıdır.
Bu namazın niyyətini də Vitr namazı niyyəti ilə qılırıq.
Namazda 1-dəfə Həmd surəsi, 3-dəfə İxlas surəsi, 1-dəfə Fələq və 1-dəfə Nas surəsini oxuyub, qunut yerinə yetiririk.
Namazın qunutunda 40-dəfə bu zikri etmək müstəhəbdir.
اَللّهُمَّ اِغْفِر لِلْمومِنینَ وَ اَلْمومِناتْ وَ اَلْمُسلِمینَ وَ اَلْمُسلِماتْ
(Allahummə iğfir lilmumininə vəl muminət vəl musliminə vəl muslimət)
və yaxud tanıdığımız 40-mömin və möminə şəxsin adını bir-bir sadalayıb onlar üçün Allahdan bağışlanma və dua istəyin.
Sonra 70-dəfə bu zikri edin:
اَسْتَغْفِرُ اللّهَ رَبّی وَ اَتُوبُ اِلَیه
(Əstəğfirullahə rabbi və ətubu iləyh)
Və sonra 7 dəfə bu zikri edin:
هذا مَقامُ الْعائِذِ بِکَ مِنَ اَلْنار
(Haza məqamul əəizi bikə minən-nar)
və sonda 300 dəfə təkrarlayın:
اَلْعَفو
(Əl-Əfv)
Qunutdan sonra digər namazlar kimi rüku, səcdə, təşəhhüd və salam verərək namazı tamamlayıb, Allah dərgahından nə istəyirsinizsə istəyin.
Sənə fəda olum ya Muhəmməd!(s,v,)