BAKI RUSİYALI TURİSTLƏRİN NOYABRDA SƏFƏR ETDİYİ TOP-5 ŞƏHƏR SIRASINDADIR
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2025
- Noyabrın 4-dən 6-dək Rusiyada xalq həmrəyliyi günü qeyd olunur və həmin günlərdə rusiyalılar 3 gün istirahət edir. Otel bronlanması ilə məşğul olan Tvil.ru saytı rusiyalıların bu bayramda MDB və yaxın xaricdə ən çox hansı şəhərlərə yollanacaqlarını müəyyən edib. Məlum olub ki, Bakı noyabrda ən çox ziyarət ediləcək ilk beş şəhərdən biridir. Bəs rus turistləri Bakıya nə cəlb edir.
Ekspertlər deyir ki, turistlər Bakıya sadəcə mülayim iqlimə və qədim tarixi memarlığa görə gəlmirlər. Onları bura həm də təhlükəsiz mühit və münasib qiymətlər cəlb edir. Hesablamalara görə noyabrda Bakıya gələcək rusiyalı turistlər orta hesabla 3-5 gün dincələcək və hər gün təxminən 160 manat xərcləyəcəklər.
Son dövrlərdə Azərbaycanda otel və digər qonaqlama müəssisələrində xidmət səviyyəsinin yüksəlməsi, eləcə də turizm marşrutları üzrə infrastrukturun yenilənməsi yalnız ətraf regionlardan olan turistlərin diqqətində deyil.
Hər hansı idman yarışının və ya beynəlxalq tədbirin keçirilmədiyi indiki günlərdə turizm sektoru öz canlılığını qoruyur. Ekspertlər bunu kütləvi turizmə keçidin ilk mərhələsi kimi qimyətləndirir. Kütləvi turizmə tam nail olmaq üçün əsas şərtlərdən biri ölkəyə giriş-çıxışın asanlaşdırılmasıdır. Viza prosedurlarının sadələşdirilməsi bu istiqamətdə atılan önəmli addımlardandır.
Amma kütləvi turizmə nail olmaq üçün sadəcə beşulduzlu otellər kifayət eləmir. Eskpert Samir Dübəndi deyir ki, indi Bakıda və regionlarda ucuz seqmentli otel və mehmanxanaların sayının artırılmasına ehtiyac var.
Ötən 2 mövsümdə qəfil yaranan turist axını sektor üçün böyük gəlirlər təmin etsə də bu sahədəki bəzi boşluqları da üzə çıxarıb. Məsələn populyar istiqamətlərdə olan magistral yol kənarlarında daha çox turist dayanacağına ehtiyac var. Həmçinin regionlarda yerli bələdçilərinin sayı azdır. Mədəniyyət və turizm nazirliyi çətinliklərin aradan qaldırılması məqsədi ilə Türkiyənin Mədəniyyət və Turizm nazirliyi, həmçinin BMT-nin inkişaf proqramı ilə əməkdaşlıq edir. Bələdçilərin yetişdirilməsi və kiçik qonaqlama müəssisələri işçiləri üçün təlimlər təşkil olunur.