Azərbaycanın yeganə “kolxoz”u və "diskotekası" ilə məşhur olan İvanovka kəndi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2018
  • Kəndlərimizin çoxu yaşam tərzinə görə bir-birinə bənzəyir. Bəzi kəndlərimiz var ki, bunlar özəlliyi ilə fərqlənir.
    “Day.az” xəbər verir ki, bu kəndlərdən biri də İsmayıllı rayonunda yerləşən İvanovka kəndidir. İvanovka İsmayıllı rayonunun mərkəzindən 14 km aralı yerləşir.
    Kəndin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kəndin adı İvan Perişinin şərəfinə qoyulub. Buna qədər kənd Həftəran adlanıb. Bu ruslar çar Rusiyası vaxtı dini baxışlarına görə Qafqaza sürgün edilmişdilər. İvanovkada yaşayan rusları el arasında "molokan" adlandırırlar.
    Molokanlar xristianlığın parvoslav qolunun sektalarından biridir. Molokan sektasında islam dininə oxşarlıq çoxdur. Donuz əti yemək, spirtli içki içmək molokanlar üçün də haram sayılır.
    Maraqlı məqamlardan biri də odur ki, donuz əti dini baxışlara görə haram sayılsa da, ən yaxşı donuz kababını siz İvanovkada yeyə bilərsiniz. Molokanların kilsəsi yoxdur ibadətlərini evlərində edirlər. Onlar günümüzədək öz adətlərini, dini baxışlarını, dillərini qoruyub saxlayıblar.
    İsmayıllı rayonunda yerləşən İvanovka kəndinin populyarlığı yerli və xarici turistlər arasında artmaqdadır.
    İvanovka Azərbaycanda yeganə kənddir ki, Sovet dövrünün kolxoz quruluşunu indiyədək saxlayır. Azərbaycanda yeganə "kolxoz" təsərrüfatı bu kənddədir. Kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır.
    İvanovkalılar, əsasən, üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Təzə və təbii məhsullar almaq istəyirsinizsə, mütləq İvanovkaya gəlmək lazımdır. Burada kənd təsərrüfatı mallarını ucuz qiymətə əldə edə bilərsiniz. Kənddə geniş üzüm bağları var.
    Burada becərilən üzümdən, əsasən, şərab hazırlanır.
    İvanovkanın şərabı və ağartı məhsulları ölkəmizdə məşhurdur. Bakıda bir neçə yerdə İvanovka məhsulları satılan dükanlara rast gələ bilərsiniz.
    İvanovkada yaşayan ruslar azərbaycanlılara dostluq münasibətində yaşayırlar. Kənddə ruslarla yanaşı azərbaycanlılar və ləzgilər də yaşayır. Kənd əsl tolerantlıq nümunəsidir. Buradakı ruslar ailə dəyərlərinə önəm verirlər. Molokan kişiləri adətə görə saqqal saxlayırlar.
    Dağ havası və təmiz qida ilə qidalandıqlarına görə kənddə uzunömürlü insanların sayı çoxdur.
    Müasir İvanovka öz gözəllikləri ilə qonaqları heyran edir. Siz burada kənd həyatının ləzzətini hiss edəcəksiniz. Xüsusilə daim şəhərdə yaşayan insanlar üçün bura daha maraqlı olacaq.
    Kəndin insanları turistlərə qarşı çox mehribandırlar. Kənddə gəzərkən özünü Rusiyanın hansısa kəndindəki kimi hiss edirsən.
    Kənddə ünsiyyət zamanı daha çox rus dilinə üstünlük verilir. Kəndin küçələri təmiz və səliqəlidir. İvanovkada evlər, əsasən, taxtadan tikilir. Rusların yaşadığı evlərin forması xaçvari, digərləri isə ölkəmizə xas olan üslubda tikilib.
    Dükan və kafelərin adları Azərbaycan dili ilə yanaşı həm də rus dilində yazılır. Rus kinolarında gördüyünüz rus sobası burada, demək olar ki, hər evdə var. Bu sobalardan həm ev qızdırmağa, həm də yemək bişirmək üçün istifadə edirlər. Kənddə Mədəniyyət Sarayı da fəaliyyət göstərir. İvanovka Mədəniyyət Sarayında vaxtı ilə yerli və xarici artislər çıxış ediblər. İndi isə mədəniyyət sarayında tədbirlər və toylar keçirilir.
    Kənddə süni göl var. Bura yerli sakinlərin və qonaqların sevimli istirahət yerlərindən biridir. Balıq həvəskarları burada balıq da tuta bilərlər.
    Gölün ətrafında kafe və restoran var.
    İvanovka deyiləndə ilk ağıla gələn kəndin diskotekası olur. Bu diskoteka kəndə daha çox turist cəlb edir. Gəncləri həm də bu kəndə İvanovkada gecə həyatının olması cəlb edir. Diskoteka fəsildən asılı olmayaraq hər həftə sonu təşkil olunur. Yayda açıq havada, qışda isə kəndin mədəniyyət sarayında rəqs edə bilərsiniz.
    Əgər kənddə qalmaq istəsəniz, kirayə evlər və hotel var. Kirayə evlərin günlük qiyməti 15 manatdan, oteldə isə 30 manatdan başlayır. İsmayıllıya gəlmisinizsə, bu kəndə mütləq baş çəkin.
    Kənd sizdə unudulmaz xatirələr buraxacağına əmin ola bilərsiniz.

ความคิดเห็น • 51

  • @user-dp5oz8ez7f
    @user-dp5oz8ez7f 5 ปีที่แล้ว +22

    İvanovkada olmuşam halaldı cox medeni yerdi ehalisi de ozdə

  • @FHT-vq5lr
    @FHT-vq5lr 4 ปีที่แล้ว +7

    Coxmədəni seliqeli ve ucuz yerdi. Yayda maraqla getdim. Super insanlardikar. Mədəniyyət besiyidi. Gəlmək istəmirdim bakiya

  • @adilnabiyev9771
    @adilnabiyev9771 5 ปีที่แล้ว +22

    Eh o rus kəndi olsada ona gözəllik verən o gözəl Qafqaz dağlarıdır.

  • @sehlanesirova7248
    @sehlanesirova7248 5 ปีที่แล้ว +9

    Men her yay ora gedirem parkda hefte sonu diskoteka olur cox sakit milletdiler malakanlar amma teesufki evlerini satib kocurler ordan.

  • @user-nh1yw1tt4e
    @user-nh1yw1tt4e 5 ปีที่แล้ว +9

    Gozel kenddi.ora gedende ele bil adam Sovet dovrunde yasayir.ela kenddi

  • @hamzaaslan8367
    @hamzaaslan8367 5 ปีที่แล้ว +14

    Bir neçə açqını ivanovkaya yerləşdirsəz görərsizki ivanovka nə günə düşəbək yalnız adı qalacaq

  • @ramilqehremanov3158
    @ramilqehremanov3158 5 ปีที่แล้ว +8

    Men orda keçen il olmuşam iki ay.çox super yerdi diskotekasindada olmuşam .çox gözel qizlari var.men ora gedende elebildimki rusyadayam.axarti messullarida superdi ballarida superdi.ele şerablarini demirem.ivanofqada olan seliqelik azerbaycanin hecbir yerinde yoxdu.ne kendinde nedeki qesebesinde.havasida superdii

    • @bilinmeyenkisi5213
      @bilinmeyenkisi5213 5 ปีที่แล้ว +3

      Ora rusiyaya oxşasaydi ruslar alkaş ve bomj gününde olardilar. Ruslar gordulerki onlar molokanlarin yaninda cox aşagilig görünürler biabir olmamag üçün molokanları Rusiyadan surgun elediler. Gor necə şuvenistdirlerki öz milletinden olan ama dini ferglidi diye bu molokanlari da öz vetenlerinden govublar. Cox murdardi Rusiya.

    • @pyc557
      @pyc557 5 ปีที่แล้ว

      Yusuf ve Deniz

    • @bakubaku8236
      @bakubaku8236 5 ปีที่แล้ว +1

      Salam orda dincelmeye qalmaga kiralıq evler olurmu?

  • @user-tp3tl5xx5x
    @user-tp3tl5xx5x 5 ปีที่แล้ว +5

    замечательно проста супер так надо жить с уважением

  • @user-nu9nq3gz2r
    @user-nu9nq3gz2r 5 ปีที่แล้ว +6

    Ойййй бляяяя ИВАНОВКА я был тама афигительно🤙

  • @vaynah2015
    @vaynah2015 5 ปีที่แล้ว +4

    ☺😊💪❤👍👍👍👍👍

  • @baki-tebriz-ankarabaki-teb4349
    @baki-tebriz-ankarabaki-teb4349 5 ปีที่แล้ว +9

    Azerbaycan ucun numune ola biler bu kend, orda da insanlar yasayir basqa kendlerde de, niye ora yaxsidir, ona gore ki orda medeniyyet var, insanlar paxkl deyil, oqru deyil, allaha inanirlar, rusvetle mesqul deyil memurlar

  • @user-qq6ge3oq8h
    @user-qq6ge3oq8h 5 ปีที่แล้ว +2

    👍👍

  • @zaurkerimov4080
    @zaurkerimov4080 5 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @raminrustamov9054
    @raminrustamov9054 5 ปีที่แล้ว +1

    😊👍

  • @user-dy9xf6ds8u
    @user-dy9xf6ds8u 5 ปีที่แล้ว +1

    👍✌

  • @eflatuneynullayev5380
    @eflatuneynullayev5380 5 ปีที่แล้ว

    Super yerdi

  • @arifqasimov4049
    @arifqasimov4049 5 ปีที่แล้ว +4

    COX MARAQLIDIR. IVANOVKADA CAVANLAR YASAYIRMI ? YOXSA CAVANLAR KOCUB GEDIB YALNIZ QOCALAR VE YASLILAR QALIB ???

    • @sunaybabayev7165
      @sunaybabayev7165 5 ปีที่แล้ว +1

      Arif Qasimov əksəriyyət qocalar və orta yaşlılardır. Cavanlar Rusiyada ya oxuyurlar ya da çox yaxşı vəzifələrdə çalışırlar.

    • @mammadaminrasulzadeh9136
      @mammadaminrasulzadeh9136 4 ปีที่แล้ว

      Cavan qızların bəziləri digər rayonlarda kafe restoranlarda işdəyirlər.

  • @mormenekshe8405
    @mormenekshe8405 5 ปีที่แล้ว +2

    Бу йайы орда галдых . Чох яхши инсанлары вар. Амма кенд чох бахымсыз галыб. Бираз онлара кемек лазым,пул бурахсынлар ки туристлер де чох гелсин,оранын инсанларыда яхши яшасын. Кюченин еввелиннен сонуна кими кеченде герюрсен ки хер икинчи ев сатылыр. Кечуб гедирлер.Беле гетсе Ивановкадан Ивановкалых галмыячах. Хеиф олар. Хокюмет оралара бир гез гездирсин,кемек етсин.

  • @user-pf4tw1hs8o
    @user-pf4tw1hs8o 5 ปีที่แล้ว +1

    Salam

  • @sektormemmedob2577
    @sektormemmedob2577 5 ปีที่แล้ว +1

    Men Jabin Vasilyev nikaleyevici Axtariram... ivanovka kendinde yawayib

  • @mertkorkmazuludag341
    @mertkorkmazuludag341 5 ปีที่แล้ว +3

    Her il orda dincelirem ela yerdi insanlarlda mehribandl amma veziyyetleri evvelki kimi yaxshl deyil ozleri demeyine gore

  • @olkgundmi7628
    @olkgundmi7628 5 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔

  • @Wuwal
    @Wuwal 5 ปีที่แล้ว +1

    Ivan ozi yaxwi adam olub...onun adini gor nece gozel yawadirlar ...cunki ivan kiwi adam olub...yawasin Ivanovkalilar.....

    • @bilinmeyenkisi5213
      @bilinmeyenkisi5213 5 ปีที่แล้ว

      Иван Балван сел на диван

  • @user-ip9fs5nc2t
    @user-ip9fs5nc2t 5 ปีที่แล้ว +1

    ан чох севдийим халгдыр асасанда диннан ящамаглары

  • @cahidasadov7517
    @cahidasadov7517 5 ปีที่แล้ว +1

    Нийа ахы башга кандлар бела дейил,

  • @rsadhacyev1877
    @rsadhacyev1877 5 ปีที่แล้ว +1

    İvanovkadan kimse varsa mene yasin xaiş edirem ordan Esgerlik yolldaşim var elaqem kesilib Şefqiyonca Aleqsadir adi

  • @natiqnatiqli979
    @natiqnatiqli979 4 ปีที่แล้ว

    İnsanlardı oranı təmiz saxlayan

  • @atlant6339
    @atlant6339 4 ปีที่แล้ว

    Diskoteyka remonta qeder kecirilirdi Dvores kulturani vitse prezident gelenden sonra trosla dordterefden baglayiblar neinki diskoteka hec hendeverine getmek olmur niye? Hec kim bilmir

  • @moquqoqu9481
    @moquqoqu9481 5 ปีที่แล้ว +2

    Бутюн.азербаджан.беля.олмалыды.

    • @bilinmeyenkisi5213
      @bilinmeyenkisi5213 5 ปีที่แล้ว

      Да что ты говоришь? В Азербайджане такие деревни есть , такие люди живут там , Ивановка ничто по сравнению.Просто не зная сравниваете.

  • @alisahbazov9037
    @alisahbazov9037 5 ปีที่แล้ว

    Yawelarda bombakimi

  • @romankerimov5375
    @romankerimov5375 5 ปีที่แล้ว +1

    Реk lam lar

  • @yashabakinskiy
    @yashabakinskiy 5 ปีที่แล้ว +4

    Indi uje ivanovka yoxdur getdi o dovran getdi o gunler

    • @zumrudhuseynova8955
      @zumrudhuseynova8955 5 ปีที่แล้ว +1

      Gəl bax gör:var ya yox?

    • @bilinmeyenkisi5213
      @bilinmeyenkisi5213 5 ปีที่แล้ว +2

      Bes burdakilar ne cirir ozunu ay orda oldum, ay qizlari rusalka imiş , diskoteka bele, ruslar ele. Rus goren kimi şalvarlarilı götlerinden düşür.

    • @yashabakinskiy
      @yashabakinskiy 5 ปีที่แล้ว

      Iyulda orda iydimde bilmesem daniwmaram da

    • @turalkeremov5058
      @turalkeremov5058 4 ปีที่แล้ว

      @@zumrudhuseynova8955 salam sizde o kendde yasiyirsiz ?