Qardaşı arvadının cehizini oğurladı, həyat yoldaşına görə öpüşməkdən imtina etdi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Azərbaycan kino tarixinin ən qüsursuz aktyorlarından birini anırıq. Onu sovet kinosunda yalnız SSRİ Xalq artisti Vçeslav Tixonovla müqayisə edirdilər... Bir var idi, kinomuzun Abasqulu bəyi, Qaraşı, Bəxtiyarı Həsən Məmmədov...
    Əbülhəsən Ağaməmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyanda doğulub.
    1956-cı ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.
    Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
    Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.
    Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
    Onun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...
    Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
    Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.
    Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal “Azdrama”nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırır ki, Həsən Məmmədovu işinə bərpa etsin.
    Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.

ความคิดเห็น • 330

  • @shahinhuseynov467
    @shahinhuseynov467 2 ปีที่แล้ว +57

    Ən çox sevdiyim və pərəstiş etdiyim aktyorlarımızdan biri - Həsən Məmmədov. Heyf ki az yaşadınız. Bizə gözəl sənət mirasları qoyub getdiniz. Yeriniz Cənnəti Məkan olsun.

  • @kh.ra.790
    @kh.ra.790 2 ปีที่แล้ว +20

    Təmiz əxlaqlı böyük insan, böyük sənətkar, miiyon kişinin belə ayağının tozu olmadığı əsil kişi, dahi aktyor HƏSƏN MƏMMƏDOV ! Bir insan üçün çoxmu dedim? Haqq edirdi... Hələ az oldu belə !!!!!!!

  • @mahirbabayev2776
    @mahirbabayev2776 2 ปีที่แล้ว +28

    Evezolunmaz xalq artisti ALLAH sene rehmet elesin qebrin nurla dolsun.

  • @gulzarbaku8395
    @gulzarbaku8395 2 ปีที่แล้ว +15

    Mənim üçün ən güclü xarici aktyorlardan qat qat üstundür çox çox sevdiyim aktyor Həsən Məmmədov rəhmətə gedəndə nə qədər aglamışdim Allah rəhmət etsin ruhunu şad etsin🤲🤲🤲

    • @lalexanimrzayeva4244
      @lalexanimrzayeva4244 ปีที่แล้ว +2

      Hem de olduqca tevazokar insan

    • @dyantmlikli8559
      @dyantmlikli8559 ปีที่แล้ว

      Məndə Birdəfə görmək də nəsib olub mənə Uşaxlıqdan arzum idi Və gördüm balaca idim Arşın mal alan filminə baxanda görmək arzusunda olurdum Rəhmətə gedən aktyorların hamısı ucun ağlamışam O qədər filnlərinə baxirdıq ki öz doğmamız qədər əziz olublar bizə Allah hamısına rəhmər etsin Gözəl günlərdə onlarla getdi Cox heyif

    • @nerimanrehimov1899
      @nerimanrehimov1899 ปีที่แล้ว

      ALLAH rəhmət etsin. Dahi Həsən müəllimdən bir daha olmayacaq.

  • @nazilyusibova7769
    @nazilyusibova7769 2 ปีที่แล้ว +21

    Həsən Məmmədov həm gözəl aktyor idi,həm də kişilik mücəssəməsi idi.Allah ona rəhmət etsin!

  • @qoshqaraliyev541
    @qoshqaraliyev541 2 ปีที่แล้ว +7

    Nə qədər ki,Azərbaycan Xalqı yaşayır,Həsən Məmmədov Azərbaycan kinosunda yaratdığı füsunkar rolları ilə canlandırdığı obrazlarla daima yaşayacaq.Olduqca gözəl İnsan və dahi aktyor idi.ALLAH Qəni Qəni rəhmət eləsin.

  • @gurwadbaxiwov180
    @gurwadbaxiwov180 2 ปีที่แล้ว +14

    Dunyada hec bele senetkar yox idi ayrica bucur verliwe gore cox sagol qardaw👍👍

  • @aidemahmudova6165
    @aidemahmudova6165 2 ปีที่แล้ว +14

    Dönə dönə izləyib ruhumuz dincəlir.Nə qədər tərbiyəvi filimdir. Nolar gözəl rayonlarımız səfalı kəndlərimiz var yenə belə filimlər cəkilsin .İndiki bəzi seryallardansa belə filimlər olsun

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə onlayn iş təklif edirə işimiz rəsmidi evdən idarə olunur xanımlar çalışır gündə 3-4daatişləmək lazımdı

  • @СамедСамедов-с8к
    @СамедСамедов-с8к 2 ปีที่แล้ว +95

    Hesen müellim Tekce aktiyor yox,hemde böyük senetkar idi.O,tekrar olunmaz senetkar idi.Şexsen men bele deyerdim göresen bu ulduzdan yene heyate gele bilermi? ancaq yox gele bilmez.Ondan ola bilmez.Heyi f tez dünyadan köçdü.Allah yazısıdı.Yaradıcılığı çox ola bilerdi Azerbaycan xalqı üçün.Allah onu qeniqeni rehmet elesin.Qebri nurla dolsun.Mekanı cennet olsun.🤲

    • @sudabeallahverdiyeva4165
      @sudabeallahverdiyeva4165 2 ปีที่แล้ว +1

      Ĺppppppppppppppppppppppp

    • @humaymmmdova7029
      @humaymmmdova7029 2 ปีที่แล้ว +4

      Çox sevdiyim filmlərini sevə sevə izlədiyim dahi sənıtkar.illır ptsə də itkisinə heyfsiləndiyim aktyor.Allah rəhmıt eləsin.

    • @ahlimanguliyev3139
      @ahlimanguliyev3139 2 ปีที่แล้ว

    • @hokumeqasimova7193
      @hokumeqasimova7193 2 ปีที่แล้ว +2

      yaxwllar adeten tez köcur dunyadan

    • @lemanleman4056
      @lemanleman4056 2 ปีที่แล้ว +2

      Allah rahmet eylesin mekanı cennet olsun Amin 🙏🏼

  • @mehribancabbarova5979
    @mehribancabbarova5979 2 ปีที่แล้ว +10

    Allah rəhmət eləsin! Çox sevdiyim aktyorlardan biri idi...

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə onlayn iş təklif edirəm işimiz rəsmidi xanımarla çslışırıq evdən idarə edilir gündə -3-4-saat işləmək lazımgı

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 2 ปีที่แล้ว +23

    Allah rəhmət eləsin.Məkanı cənnət olsun.Əsl kino aktyoru idi.O,çəkilən kinolara həvəslə baxırdım.Həsən-əsil Qaraşdı

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 ปีที่แล้ว +61

    Uşağlığ vaxtı izlədiyim filmləri ilə böyüdüyüm əvəzolunmaz aktyora Allah rəhmət eləsin ruhu şad məkanı cənnət olsun Amin 🤲

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə rəsmi iş təklifim var onlayn işdi evdən idarə olunurxanımlarla çalışırıq gündə 3-4saat işləmək lazımdı

    • @elladadegirmenci8935
      @elladadegirmenci8935 2 ปีที่แล้ว

      Cox gozel evez olunmaz gozel aktyorumuz Allah qeni qeni rehmet elesin 🙏🏻😔😢

  • @sabirsharifbekli7641
    @sabirsharifbekli7641 2 ปีที่แล้ว +23

    Merhum sanatçımızı ALLAH Gani Gani Rahmet Eylesin, Makamı ÇenEt olsun, Ruhu Şad olsun 🇦🇿🇹🇷🐺

  • @gulsnagazad4181
    @gulsnagazad4181 2 ปีที่แล้ว +26

    Allah rəhmət eləsün,ölkəmizin ən gözəl sənətkarı idi. Heyf ki, televiziya kanallarımız heç yada da salmır ,belə sənətkarlarımızdan çox danışmalı,çox göstərməlidülər ki,indiki nəsildə tanısun . Ruhun şad olsun ,biz heç vaxt onu unutmayacağıq .

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə rəsmi bir iş təklif edirəm onlayndı evdən idarə olunur xanımlar çalışır gündə 3-4saat işləmək lazımdı

  • @sidhuseynova3162
    @sidhuseynova3162 2 ปีที่แล้ว +7

    Sevdiyim böyük sənətkar məlahətli səsə sahib.Allah rəhmət eləsin 🤲

  • @РаънохонСаидмурадова
    @РаънохонСаидмурадова 2 ปีที่แล้ว +17

    Прекрасный, талантливый актер! Все роли сыграл великолепно, мне особенно нравится фильм Аршин Малалан и День прошел! Царствие ему небесного, светлая память!

  • @azrbaycan3964
    @azrbaycan3964 2 ปีที่แล้ว +29

    Allah böyük gözəl aktyorumuza rəhmət eləsin. Nur içində yatsın. Heyif belə sənətkarlarımızdan. Birdə belə sənətkarlar dünyaya gələcək yeni??inanmıram. Çünkü bu dəyərli sənətkarlar o qədər yaddaşımızda qalıb ki,heç vaxt bunları unutmarıq. Məkanı cənnət olsun Həsən Məmmədovun. Amin. 🙌🙌😥😥💔💔🥀🥀

  • @ТаранаАскерова-ф1п
    @ТаранаАскерова-ф1п 2 ปีที่แล้ว +41

    Ne gözel dediniz, Azerbaycan medeniyetini qusursuz aktyoru Hesen Memmedov. Hesen Memmedovu hec bir dunya aktyorla ile muqayise etmek olmaz. Böyuk karifey.

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizərəsmi iş təklif edirəm onlayn işdi evdə idarə olunur xanımlarla çslışırıq gündə 3-4saat işləmək lazımdı

    • @lihuseynqurbanzad9031
      @lihuseynqurbanzad9031 ปีที่แล้ว +1

      @@tranqhrmanova9347 salam nə işdir bilmək olarmı

  • @nailequrbanova8390
    @nailequrbanova8390 2 ปีที่แล้ว +14

    Allah rehmet elesin gozel sətkarimiza.Bu vidyony dinkedikce usaqluq illərime qayitdim. Nece hevesle baxirdiq bu flimlere.Saf ve temiz insanlar heyif sizden

  • @psevdonim203
    @psevdonim203 2 ปีที่แล้ว +14

    Böyük ŞƏXSİYYƏT..
    .
    Əsl İNSAN

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə rəsmi iş təklifim var onlayn işdi evdən idarə olunur xanımlarla çalışırıq gündə3-4saat işləmək lazımdı

    • @psevdonim203
      @psevdonim203 2 ปีที่แล้ว

      @@tranqhrmanova9347 buyurun

  • @memmedovaarzu3538
    @memmedovaarzu3538 2 ปีที่แล้ว +7

    Allah ona rəhmət eləsin gözəl sənətkar əvəzolunmaz aktyor məkanınız cənnət olsun inanın o qədər sevirdim o aktyoru indi baxandada gözlərimdən yaş axır

  • @mrmr3943
    @mrmr3943 2 ปีที่แล้ว +12

    Allah rehmet elesin cox sevilen senetkarimiza

  • @liheydrxlilov7330
    @liheydrxlilov7330 2 ปีที่แล้ว +5

    Allah rəhmət eləsin .Qüsursuz sənətkarımız məkanın cənnət olsun.

  • @asiman_gunesh
    @asiman_gunesh 2 ปีที่แล้ว +10

    mekani Cennet olsun senetkarin... cox sevdiyim aktyor idi... bu layiheye gore size de xususi tesekkur edirik

    • @dyantmlikli8559
      @dyantmlikli8559 ปีที่แล้ว

      Təşəkkür etməyin nolar Mən bu başllğl yazmaqlarına görə məyyus olmuşam

  • @mehmanb.1242
    @mehmanb.1242 2 ปีที่แล้ว +12

    Gün keçdi,,,,,,,, filmi ən sevdiyim filmlərdən biri idi👍

  • @fatehmemedli2243
    @fatehmemedli2243 2 ปีที่แล้ว +9

    UŞAQLİDAN ƏN ÇOX SEVDİYİM BİR ŞƏXS OLUB .ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMIN .

  • @zerifeatayeva791
    @zerifeatayeva791 2 ปีที่แล้ว +5

    En cox cox beyendiyim aktiyordi ,,,,allah rehmet elesin

  • @familcelilov7487
    @familcelilov7487 2 ปีที่แล้ว +21

    Azerbaycan kinosunun ulduzu Hesen muellim oynadigi butun filmlerde yuksek peshekarliq numayish etdirmishdir Allah gorkemli aktyorumuza rehmet elesin

  • @647787
    @647787 2 ปีที่แล้ว +18

    Гасан Мамедов можно сказать мой самый любимый и уважаемый азербайджанский артист советской эпохи! Если выделить какую-то роль из всех, думаю покойный Гасан Мамедов обиделся, так как все его роли были исполнены на самом высоком уровне, профессионально, естественно! Но я бы выделил одну из ролей, где он сыграл цеховщика Мурада в фильме "Допрос"! Аллах ряхмят елясин!

  • @aylinguliy3va
    @aylinguliy3va 2 ปีที่แล้ว +12

    Allah rəhmət eləsin çox xoşladığım aktyorlardan biri idi

  • @nergisnesibzade6632
    @nergisnesibzade6632 2 ปีที่แล้ว +14

    Allah rehmet eylesin, cox sevdiyim bir aktyor idi.

  • @rasimasadov8153
    @rasimasadov8153 2 ปีที่แล้ว +5

    Allah qeni qeni rehmet elesin.Amin !

  • @user-cg5nk7ez4e
    @user-cg5nk7ez4e 2 ปีที่แล้ว +8

    Allah qeni qeni rehmet elesin

  • @tzgulnazarova8194
    @tzgulnazarova8194 2 ปีที่แล้ว +15

    Filmləri ilə böyüdüyümüz təkrarolunmaz sənətkarımız nur içində yatsın, çox heyf ki, tez itirdik sevimli aktyorumuzu

  • @metlebsalmanov8671
    @metlebsalmanov8671 2 ปีที่แล้ว +22

    Mən fəxr edirəm ki bu insanla Salyanda bir kucədə yaşamışam Allah rəhmət eyləsin.

    • @maiszamanxan7686
      @maiszamanxan7686 2 ปีที่แล้ว +1

      Qardaş salaməleyküm, səndən bir ricam var, eşitdiyimə görə Salyanda Nadir şahın o vaxtlar Hindistandan gətirdiyi bir hind tayfası var guya.. bu doğrudurmu?..

  • @gulnazhesenova520
    @gulnazhesenova520 2 ปีที่แล้ว +12

    Allah rehmet elesin.Əsl kisi idi.boyuk sənatkar

    • @gulmemmedehmedov5960
      @gulmemmedehmedov5960 2 ปีที่แล้ว

      Həsən. Müəllim. Yerin. Məkanlar. Cənətlik. Olsun

  • @seyyarnecefov7604
    @seyyarnecefov7604 2 ปีที่แล้ว +9

    Allah rəhmət eləsin gözəl sənətkar aktyorumuzu.Məkanın cənnət olsun.

  • @nezakethakverdiyeva4344
    @nezakethakverdiyeva4344 2 ปีที่แล้ว +9

    Allah rehmet elesin vallah kinolarımızı bu ejdaha senetkarlarımızın sayesinde hemişe seve seve yeni baxırmış kimi izleyiriy Allah qeni qeni rehmet elesin🙌🙏🙌

  • @raufeliyev1865
    @raufeliyev1865 2 ปีที่แล้ว +15

    Allah rəhmət eləsin uşaqlıqdan ən çox sevdiyim aktyordu.

  • @mirzeagamemmedov3664
    @mirzeagamemmedov3664 2 ปีที่แล้ว +58

    Oģurlamayıb, sadəcə onun qiymətli əşya ,əvəzolunmaz əşya olduģunu dərk etməyib.O cavan, tələbə olub.mūəlliminə bəslədiyi hörmətdən irəli gəlmişdir. O sonradan həmin əşyanını gətirib yerinə qoyub. Sensasiya yaratmaq lazım deyil.
    Rəhmətliyin ūnvanına xoşagəlməz sözlər yūrūtməyin. O başlģıģı yīģışdırın xahiş edirəm.

    • @hicranquliyeva4218
      @hicranquliyeva4218 2 ปีที่แล้ว +6

      Gözəl insan,gözəl sənətkar. Əvəzedilməz şəxsiyyət. Nə üədər yazsaq azdır....

    • @sadagatshahbazova7396
      @sadagatshahbazova7396 2 ปีที่แล้ว

      Ayıb olsun o başlíğí yazan ədebsizə:- "oğurladı" yazmağa utanmadınmí??? Birincisi, gətirib yerinə qoyub. İkincisi, ay paxíl, o qədər böyük SƏNƏTKARa aid ona yraşan gözəllik tapmadín, oğru sôzú işlədirsən?? Ayıb olsun sənə, onu sil.

    • @esmiraabasova2713
      @esmiraabasova2713 2 ปีที่แล้ว +10

      Çox doğru dediniz
      Hamı oxusun deyə o cürə gözəl insanın adını oğru kimi vurğulayıblar.
      Ayıb olsun o başlığı yazana.Həsən Məmmədov haqda .tək bir söz yazılsa belə məncə oxunar

    • @gulnaramirza6789
      @gulnaramirza6789 2 ปีที่แล้ว +3

      Məncə də başlığı dəyişməlidirlər

    • @mehribanmamedova263
      @mehribanmamedova263 2 ปีที่แล้ว +1

      Haqlısız, razıyam sizinlə, reytinq, layk, baxış sayı xatirinə ağıllarına gələni yazırlar, bu cür korifeyin adına ləkə yaxırlar, əlbəttə ki Həsən müəllim sadəcə o vazanın dəyərini anlamayıb, nəbilsin ki gəlin bir vazaya görə hay küy salıb, şər atacaq.

  • @resadetmenefov6641
    @resadetmenefov6641 2 ปีที่แล้ว +5

    Allah rehmet elesin gözel insan unudulmaz senetkar Allah qeni qeni rehmet etsin 🤲🤲🤲

  • @непутевыйкот
    @непутевыйкот 2 ปีที่แล้ว +5

    Герой нашего детство каждый из нас мечтал хотя бнемножко быт похожим на него талантливый актер мудрый человек и уважаемый гражданин своей страны

  • @faiqmamedov9177
    @faiqmamedov9177 2 ปีที่แล้ว +6

    Allah rəhmət eləsin,belə aktyorlar 100 ildən bir gəlir,amma inanmıram ki bizdə bu səviyyədə yenə aktyor olsun

  • @СофияСофка-ш3ф
    @СофияСофка-ш3ф 2 ปีที่แล้ว +12

    АЛЛАХ РАХМАТ ЕЛАСИН

    • @elyaesedova8206
      @elyaesedova8206 2 ปีที่แล้ว +1

      Я в молодоси была влюблина в этого знаменитого артиста.Аллах ряхмят елясин.Он был замечательным актером..

  • @kenanlale50
    @kenanlale50 2 ปีที่แล้ว +10

    Allah qəni qəni rəhmət eləsin nur icində yatsın ənn cox sevdiyim aktyor

  • @aidmikaylova4774
    @aidmikaylova4774 2 ปีที่แล้ว +5

    O tipli kişilər əsil kişi simvoludular əsil kişi qeyrətli ogullarımıza eşq olsun..

  • @ЭльманШиринов-ы2щ
    @ЭльманШиринов-ы2щ 2 ปีที่แล้ว +18

    Азербайджанын тарихинде адыны, сенети ва инсанлыгыны иле гызыл харифларла тарихе йазылан, ефсанели инсан. Аллах рехмет етсин .

  • @ЧигизНефтолайев
    @ЧигизНефтолайев 2 ปีที่แล้ว +5

    Allah sene rehmet elesin boyuk senetkar, gozel insan Hesen Memmedov

  • @taranaaliyeva9985
    @taranaaliyeva9985 2 ปีที่แล้ว +7

    Allah dahi sənətkarimiza rəhmət eləsin 🤲

  • @zakirbabayev9143
    @zakirbabayev9143 2 ปีที่แล้ว +6

    Allah rehmet elesin Salyan sentkarini🇦🇿🇦🇿🇦🇿

  • @laylalayla2591
    @laylalayla2591 2 ปีที่แล้ว +3

    Dogurdanda en sade ve skromniy aktyor idi.Yoldasi azerbaycanli ola ola bu vaxtacan bilib bilmeden danisanlardan esitmusdimki heyat yoldasi rus olub.Hemisede ozluyumde qinayirdimki en mehsur gozel senet adamlarimiz basqa milletden olanlar ile evlenirler.Sizin sayenizde bunun bele olmadigini bildik.Tesekkur edirik.Allah gozel senetkarimiza rehmet elesin🙏

  • @xalidesoltanova4671
    @xalidesoltanova4671 2 ปีที่แล้ว +20

    Sonra deyirlər ki, öləndən sonra hamiya yaxşı deyirlər,yox bu sənətkarlar həqiqi əvəzolunmazdilar,həm istedadlariyla,həm də mədəniyyətləriylə,hayif belə gözəl mədəniyyətimizdən ki,bu günlərə qaldi....

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə rəsmi iştəklif edirəm onlayn işdi evdən idarə olunur xanımlarla çalışırıq gündə 3-4saat işləmək lazımdı

  • @xeyalbabayev4070
    @xeyalbabayev4070 2 ปีที่แล้ว +13

    Unudulmaz aktyor sən daim ürəklərdə yaşayacaqsan ruhun şad olsun 🤲🤲🤲

  • @rovsenimamquliyev7394
    @rovsenimamquliyev7394 ปีที่แล้ว +4

    ALLAH rəhnət eləsin gözəl aktyirumuza
    😢😢😢💔HƏSƏN MƏMMƏDOV💔😢😢😢

  • @БайларЮсубов
    @БайларЮсубов 2 ปีที่แล้ว +7

    Allah rəhmət eləsin!
    Həsən Məmmədov Azərbaycan kino sənətinin pik nöqtəsidir , yaşının cavan vaxtında yaratdıģı DƏDƏ QORQUD obrazı buna əyani sübutdur.

  • @mehmanb.1242
    @mehmanb.1242 2 ปีที่แล้ว +6

    Hər dəfə Gün keçdi filminə baxanda insan, keçmiş illərinə səyahət etmiş olur. Həm şəhərin keçmişini, həm o illərin saf, sadə insanlarını, həmdə insan öz geridə qalan gənclik illərini xoş təəssüratlarla xatırlayıb bu günkü problemlərdən çox - çox uzaqlaşa bilir🥀🥀

  • @almazismaylova4928
    @almazismaylova4928 2 ปีที่แล้ว +13

    Azerbaycanda indi en evezolunmaz senetkar Rasim Balayevdi onu cox axtarin itirenmen sora burda axtarmayin yegane kecmiw aktyordu Allah ona can sagligi versin

    • @cemileagayeva6500
      @cemileagayeva6500 2 ปีที่แล้ว

      xrrt.пахлаваретептияимтрстаирам

  • @rodinarodina3382
    @rodinarodina3382 2 ปีที่แล้ว +8

    Allah rehmet elesin mekani cenet olsun Amin 🥀🥀

  • @nazimbabayev5472
    @nazimbabayev5472 2 ปีที่แล้ว +13

    ALLAH REHMET ETSİN MƏKANI CƏNNƏT OLSUN İNŞALLAH BÖYUK SƏNƏTKARİDİ

  • @rhnumhsnova7532
    @rhnumhsnova7532 2 ปีที่แล้ว +4

    Allah rəhmət etsin məkanı cənnət olsun.Çox gözəl insan idi böyüklə böyük kiçiklə kiçik idi.Evimizin əziz adamı gəlişi bayram əhval ruhiyyəsi yaradardı😥

  • @turkoglu520
    @turkoglu520 2 ปีที่แล้ว +6

    En sevdiyim aktyor gözel senetkar Allah rehmet elesin🙌🏽🙏🏽😔

  • @slalziz1101
    @slalziz1101 2 ปีที่แล้ว +2

    Rayonumuzun fexridir, qardawimla bir sinifde oxumuwdular , xatireleri cox idi, her ikisini Allah rehmet elesin.dogurudanda noqsansiz adam olub.

  • @AgGij
    @AgGij 2 ปีที่แล้ว +4

    Ruhu hemishe shad olsun Inshallah.🌹🇦🇿❤️❤️❤️❤️

  • @aydashkinskitchen1433
    @aydashkinskitchen1433 2 ปีที่แล้ว +13

    Allah rehmet elesin, Azerbaycan milli kinosunun butun filmlerinde bash rollarda cekilen Hesen Memmedov senetkar.

  • @xanim28
    @xanim28 10 หลายเดือนก่อน +1

    İnsanlıq nümunəsi, ədəb əxlaq tərbiyə məktəbi əvəzolunmaz aktyor Həsən Məmmədov. Azərbaycan xalqının ürəyində unudulmaz yer tutan sənətkar Allah rəhmət eləsin ruhun şad olsun 🤲🏼

  • @sheyhsheyh8702
    @sheyhsheyh8702 2 ปีที่แล้ว +5

    Allah sənə rəhmət eləsin,əziz dostum!

  • @Милана-ч9р9ц
    @Милана-ч9р9ц 2 ปีที่แล้ว +36

    Kiçik vaxtı Bəxtiyarın. Humayı qamçı ilə vurduğu səhnəyə baxanda o qədər ağlamışam ki,..
    Amma böyüyəndə o qədər bu aktyora vurulmuşam ki,..Çox xarizmatik aktyor idi..Əsil kişi yaraşığı var idi.Səsi adamı valeh edirdi....

    • @BTA9476
      @BTA9476 2 ปีที่แล้ว +5

      rusların qösterişi ilə , qesnen delə kinolar çəkilid ki , Bizlerde özūmü özümüzə nifret edek . ( bu rusun bizlerə qarşı işletdikleri oyun olub )

    • @Милана-ч9р9ц
      @Милана-ч9р9ц 2 ปีที่แล้ว +2

      @@BTA9476 Çox düz vurğuladınız.
      Ruslar həmişə bizlərdən çəkindikləri üçün , bizə heğemonluq nümayiş etdirmek istəyiblər..Elə erməniləri də əllərində qamçı tutduqları bu anlama gəlir

    • @Милана-ч9р9ц
      @Милана-ч9р9ц 2 ปีที่แล้ว +3

      @@BTA9476 Bütün kinolar rusca səsləndirildikdən sonra,Moskvaya göndərilirdi.Orada filmə baxıb, onların işinə gəlmədiyi səhnələr kəsilirdi.Bir sözlə bizləri hemişe idare etmeye çalışıblar.Son 20 yanvar qırğını onların iç üzünü açdı.
      Onlar olmasaydı,daha doğrusu bizim işlərimizə qarışmasaydılar,görün nə qədər tarixi filmlər çəkilərdi.

  • @minamemmedova4937
    @minamemmedova4937 2 ปีที่แล้ว +8

    Hesen Memmedov evezolunmaz aktyor idi.Ushaqliqda en cox sevdiyim aktyorun filmlerini seve-seve izleyirdim.Ruhu shad olsun

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 ปีที่แล้ว +1

      Amin , Allah ruhunu şad eləsin 🕋🥀😔 .. Əgər poeziya və bədii qiraətə də marağınız varsa buyurub səhifəmdə şeirləri mənim ifamda dinləyə bilərsiniz .. Bəyənsəz abunə olmağı və rəy etməyi çox xahiş edirəm 🙏🌹😊

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 2 ปีที่แล้ว +10

    Allah rehmet elesın deyerlı aktyorumuza mekanı cennet olsun bele senetkarlar gelmez bır daha

  • @omrpoladov2678
    @omrpoladov2678 2 ปีที่แล้ว +3

    Var olun təşşəkür Təşkiləççı və qurucu recisor və sayrı zəhməti olanlarda Təşəkkür VAROLUN SƏNƏTKARADA SÖZ YOXDU ALLAH RƏHMƏT ETSİN MİRZƏ , GED USAQNI OXUD Yaxşıki xatrladdız Sizdə yaddan Çxarmasnlar Anin

  • @mahizerhesenova9161
    @mahizerhesenova9161 2 ปีที่แล้ว +7

    Ən gözəl ,əngözəl səsli aktyor .H.Məmmədov

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə rəsmi iş təklif edirəm onlayn işdi evdən idarə olunur xanımlarla çalışırıq gündə 3-4saat işləmək lazımdı

  • @zemaisayeva9777
    @zemaisayeva9777 2 ปีที่แล้ว +5

    ALLAH REHMET EYLESIN AMIN. AZERBAIJANIN FEXRI 😥🙏

  • @scorpion1987
    @scorpion1987 2 ปีที่แล้ว +24

    SÖZÜN ƏSL MƏNASINDA ZAMANININ BÖYÜK SƏNƏTKARI DESƏM YANLIŞ OLMAZ. ÇƏKİLDİYİ BÜTÜN KİNOLARI ELƏ İNDİ DƏ SEVƏRƏK İZLƏYİRƏM.
    TƏƏSSÜF Kİ, HAL HAZIRDA NƏ TEATRDA, NƏ DƏ Kİ KİNODA YADDA QALAN AKTYOR VƏ YA AKTRİSA VAR.

  • @qaya9816
    @qaya9816 2 ปีที่แล้ว +13

    Yerin çənət olsun böyük SƏNƏTKAR amin

  • @Bakuasigi6558
    @Bakuasigi6558 2 ปีที่แล้ว +9

    Allah Rəhmət eləsin. Necə böyük sənətkarlar itirdik(( Məkanları cənnət olsun

  • @almazzamanov173
    @almazzamanov173 2 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin böyük sənətkar həmyerlimiz

  • @cingizeliesger5046
    @cingizeliesger5046 2 ปีที่แล้ว +2

    Ruhun şad olsun ışın müəllim onun bütün rollarını çox sevirdim nə yaxşı ki kinolarda baxıram əsl kişi idi rollarda həyatda

  • @nerminexelilova9149
    @nerminexelilova9149 2 ปีที่แล้ว +2

    istedadli maragli hesen memmedov sesi 100 sesin icinden secilen istedadli aktyor allah sene rehmet elesin sizlerden daha yoxdu televiziya sissiz cox maragsiz olub

  • @hqiqtorucova4613
    @hqiqtorucova4613 2 ปีที่แล้ว +2

    ALLAH RƏHMƏT ELƏSİN.DƏYƏRLİ SƏNƏTKAR İDİ.AZƏRBAYCAN KİNOSU BELƏ BİR SƏNƏTKARLARLA MƏŞHUR İDİ.HEYİF BELƏ AKTYORLARA İNDİ EHTİYACIMIZ VAR.VAXT VAR İDİKİ BELƏ TEATRLARA KİNOLARA BİLET TAPMAQ MÜMKÜN DEYİLDİ.

    • @hqiqtorucova4613
      @hqiqtorucova4613 2 ปีที่แล้ว +1

      AZƏRBAYCANDA BELƏ SƏNƏTKARLARI AXTARIB TAPMAQ ÇOX ÇƏTİNDİR.

  • @АманаМуталлимова
    @АманаМуталлимова 2 ปีที่แล้ว +7

    габри даим нурлу олсун милатмизин нурлу актурмуз амин

  • @almazismaylova4928
    @almazismaylova4928 2 ปีที่แล้ว +3

    Senetkar esl senetkar Allah rehmet elesin en sevdiyim aktyor idi Dovrumuzun senetkari idi

  • @АлфатынГусейнов
    @АлфатынГусейнов 2 ปีที่แล้ว +4

    Аллах рехмет елесин торпагы Нурла долсун

  • @natavanxalilova5533
    @natavanxalilova5533 2 ปีที่แล้ว +12

    ALLAH rəhmət etsin 🤲

  • @АмильВелиев-ю8с
    @АмильВелиев-ю8с 2 ปีที่แล้ว +16

    Allah rehmet elesin Azerbaijan Xalqinin Fexri .

  • @ИлхамИсмаилов-р6м
    @ИлхамИсмаилов-р6м 2 ปีที่แล้ว +4

    ALLAH RÀHMAT ETSIN!!!

  • @алахатАмирджанова
    @алахатАмирджанова 2 ปีที่แล้ว +6

    Аллах рехмет елесин сох севдийимиз артист иди нур ичинде ятсын

  • @nergizmikayilova271
    @nergizmikayilova271 2 ปีที่แล้ว +2

    Cox boyuk sənətkar və insan. Allah sənə rəhmət etsin. Heyf bu sənətkarlardan.

  • @ramalagaev4508
    @ramalagaev4508 2 ปีที่แล้ว +6

    Аллах рехмет еласин.

  • @rovsnmmmdzad6729
    @rovsnmmmdzad6729 ปีที่แล้ว

    Tanrı o istedadlı İnsanı çooox tez apardı... çox təssüf ki, dövlət və xalqımızın laqeydliyi ucbatından ömrünün son illərini toylarda tamadalıqla çörək pulu qazanmağa məcbur qaldı.... Azərbaycan kinosunun qızıl fondunda 1 nömrəli aktyor olaraq hələ uzun illər yaddaşlarda qalacaq Həsən Məmmədov.

  • @qoncaaliyeva5770
    @qoncaaliyeva5770 2 ปีที่แล้ว +3

    Bir sözdə deyərdilər Həsən Məmmədovun atası Ağaməd haqında. Geyinjb kecinib bir yerə gedəndə,gələndə deyərdilər. VAY,VAY AĞAMƏD BAKIDAN GƏLİR məsəli var idi. Atası Bazarkom olubdur Səlyanda. Gözəl aktyor olubdur, ALLAH RƏHMƏT ELƏSİN ,

  • @dilarekerimova3378
    @dilarekerimova3378 2 ปีที่แล้ว +7

    Bu nə başlıqdı qoymusuz? Xahiş edirəm bunu dəyişin.burda bu vazanın yeri deyil. Sənətkara bu başlıq yaraşmadı.bir az diqqətli olun. Bizim yerlimiz,fəxrimizdir. Allah rəhmət etsin.

  • @yasmn9184
    @yasmn9184 ปีที่แล้ว +1

    Allah sənə rəhmət eləsin gözəl sənətkarlarımız əsl Azərbaycan xalqının Fəxri idin Aqa təbiətli şəxsiyyət idin. Gözəl şəxsiyyət.

  • @kenanmemmedov2971
    @kenanmemmedov2971 2 ปีที่แล้ว +6

    ONU ƏVƏZ EDECEK BIRI YOXDUR MƏNIM FIKRIM . ALLAH REHMET ELESIN. EVEZIN OLMAYAN SENETKAR. BU SEHNE MƏNƏ LƏZZƏT EDIR.

  • @farizhaciyev5121
    @farizhaciyev5121 2 ปีที่แล้ว +2

    Allah qəni-qəni rəhmət eləsin.Ruhu şad olsun.Çox sevirdim.

  • @qeribehesenova9195
    @qeribehesenova9195 2 ปีที่แล้ว +2

    Allah rəhmət etsin cox gücü aktyor idi

  • @sevdaabdullayeva7478
    @sevdaabdullayeva7478 2 ปีที่แล้ว +6

    Allah rahmat elasin ruhu wad olsun

  • @tirabsirinova8674
    @tirabsirinova8674 2 ปีที่แล้ว +3

    ALLAH REHMET ELESIN.COX SEVDITIM AKTIYOR IDI.SESINE HEYRAN IDIM🤲😥

  • @nrgizgulu5514
    @nrgizgulu5514 2 ปีที่แล้ว +2

    Hörmətli aparıcı,dünya şöhrətli aktyoru ,ən azı SSR boyda hörmətli olan bu gözəl insanı H.Məmmədovu( Allah ona qəni-qəni rəhmət eləsin) nədən belə səviyyəsiz bir başlıqla təqdim edirsən ,məqsədiniz nədir 10:03-dən10:47-yə qədər sanki bu əvəzolunmaz böyük şəxsiyyətin adına bir qara yaxasan, reportajlarınız onsuz da çox maraqlı mövzulardır ,ancaq bu yollarla izləyicilərin qəlbinə girmək bir az ikrah hissi yaradır, bu xoşagəlməz bir hissdir 🌺

  • @РовшанБайрамов-ш3ы
    @РовшанБайрамов-ш3ы 2 ปีที่แล้ว +6

    ALLAH RƏHMƏT EYLƏSİN🙏🙏🙏🙏🙏
    ÇOX SEVDİYİM AKTYORLARDAN BİRİ İDİ RƏHMƏTLİK.🙏🙏🙏🙏🙏

  • @gulnaramirza6789
    @gulnaramirza6789 2 ปีที่แล้ว +3

    Kişi kimi yaşadı kişi kimi getdi,bu sözləri yalnız Həsən Məmmədov barədə demək olar