Niyə Hər Şeyimi Hamıynan Paylaşıram?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Hər şeyini hamı ilə paylaşırsan çünki “əslində yaxın hiss etməyə” ehtiyacın var. Yaxın hiss etmək əlaqə qurmaqdır, nəzərə alınmaqdır. Hərşeyini paylaşmaqla içdən-içə bunları ala biləcəyinə ümid edirsən. Təbii ki, şüurlu şəkildə etdiyin birşey deyil bu amma şuüraltı şəkildə bir vaxtlar ehtiyacları ödənməyən “balaca sənin” ortaya çıxmaq şəklidir. “Bax, mən hər şeyimi səninlə paylaşıram, sən də paylaş, boşluqdayam, məni gör, mənim ilə əlaqə qur, məni də oynat, oyununa daxil et” demək şəklidir balaca sənin. Qarşımızdakı insan isə bizimlə oynamaq istəməyəndə həmin o uşaq olaraq qəlbimiz qırılır və özümüzü yenə də həbsxanamız olan “o yerdə” tapırıq. Bu yerdə qalmaq, bu yerin yaratdığı hisslərə təmas etmək o qədər çətindir ki. Nəticə olaraq, hamı ilə hər şeyini paylaşaraq içdən-içə birinin o qəfəsdəki səni görüb xilas edəcəyinə ümid etmək tək çıxış yolun kimi görünür.
    #psixologiya #terapiya

ความคิดเห็น • 3