Əməyimə qiymət verdiyınizə və bəzilərindən fərqli olaraq, öyrənmək istəyinizə görə Sizə də təşəkkürlər.Yeni videolar hazırlanır.İzləməkdə davam edin.Yaxşı olar ki,bloqumdakı yazıları oxuyasınız.Yazılarda daha ətraflı izah verilir.Yaxınlarınıza qaydaları öyrənməyi təşviq edin.Yollarda savadlı sürücülər nə qədər çox olsa qəzalar da o qədər az olar.
Zəhmətimə dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.
Çox sağ olun ki, zəhmətimi belə dəyərləndirirsiniz.Sizin kimilərinin öyrənməy məni çox fərəhləndirir.Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.
@@RasimIsmayiloglu Xahiş etsəm NV-nin yol hərəkətində iştirak etməyə buraxılması,onların idarə edilməsinə aid olan ll fəslin 7.1 ci mövzularına qədər də izah yerləşdirə bilərsizmi?Oxuyub anlaya bilmirəm.Sizin izahınızla rahat başa düşürəm
Bilmirəm Siz sürücüsünüz, yoxsa sürücülük vəsiqəsi almaq üçün hazırlaşansız. Hər iki halda "Yol hərəkəti haqqında" Qanunun II fəslinin 7-ci maddəsindəki qaydalar sürücülərə aid deyil.Bu qaydalar hərəkətin təşkilinə cavabdeh olan qurumlar üçündür.
Zəhmətimi dəyərləndirdiyinizə görə mən də Sizə təşəkkür edirəm. Məqsədim sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşanlara heç bir kursa getmədən dəstək olmaqdır. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bu bloq yazıları həm də sürücülük kurslarında tədris keçən müəllimlər nəzərə alınmaqla hazırlanmışdr ki, kursdakı müdavimləri aydın başa salsınlar.
Zəhmətimi qiymətləndirdiyiniz üçün çox sağ olun.Əgər kanalı dəyərli hesab edirsinizsə dost-tanışa da məsləhət görün ki, onlar da abunə olub öyrənsinlər.
Zəhmətimə qiymət verdiyiniz üçün Sizı də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də TH-cam-də imkanlar məhduddur.

Bütün videoların sonunda bu yazılır.Yenə də təkrar yazıram: Bloq yazılarımı bu linkdən oxuya bilərsiniz: rasimismayiloglu.wordpress.com/2020/ rasimismayiloglu.wordpress.com/2021
Öyrənmək istəiyinizə və əməyimi dəyərləndirdiyinizə görə Sizə də təşəkkürlər.Bu sahədə bilgilərinizi başqaları ilə də paylaşın.Çalışmaq lazımdır ki,bütün sürücülər qaydaları bilsinlər.
Çox sağolun zəhmətinizi halal edin. Allah razı olsun davamı olar İnşəAllah həvəsdən düşməmək arzusu ilə. İNŞƏALLAH yollarda təcrübəli sürücülər çoxalar qəzalar azalar.
Öyrənmək istəyinizə və zəhmətimi dəyərləndirdiyinizə görə Sizi də çox sağ olun.Zəhmətimi də öyrənmək həvəsi ilə videolara baxan və bloqdakı yazılarımı oxuyan hər bir şəxsə halal edirəm.Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi borcu hesab edirəm.
Zəhmətimə qiymət verdiyinizə görə çox sağ olun. Əgər imtahana hzırlaşırsinizsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də TH-cam-də imkanlar məhduddur.
Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
Bəzən sürücülər səhvən elə başa düşürlər ki, bütün nəqliyyatlar sağa getdiyindən sağa dönmə göstəricisini yandırmağa ehtiyac yoxdur. Yadda saxlamalısınız ki, yalnız yol özü döndükdə dönmə göstəricisini yandırmağa ehtiyac olmur. Qalan bütün hallarda dönməzdən qabaq siqnal verilməlidir.(maddə 42.I.). Başqaları kimi Sizə də məsləhətim odur ki, əgər imtahana hazırlaşırsınızsa və ya hərtərəfli biliyə sahib olmaq istəyirsinizsə daha geniş şəkildə olan bloq yazılarımı da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Əgər bloq yazımı oxusaydınız bu suala ehtiyac olmazdı. Orada bu suala da ətraflı izah verilib.
Maddə 60.V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Sualın bu cür konkret verilməsi düzgün deyil. Çünki, siz bu maddədən görürsünüz ki, nizamlayıcının həm siqnalları, həm də göstərişləri yol nişanlarına zidd ola bilər. Nizamlayıcının siqnalları yolayrıcındakı üstünlük nişanları ilə ziddiyət təşkil edərsə üstünlük nişanlarına yox, nizamlayıcının siqnallarına əməl etmək lazımdır. Lakin nizamlayıcının siqnalları ilə ziddiyət təşkil etməyən digər qrup nişanlar olduqda həmin nişanların tələblərinə əməl etmək lazımdır.Məs: yolayrıcında sizin qarşınızda “Düzünə və ya sağa hərəkət” nişanı varsa və sağ əlini qabağa qaldırmış vəziyyətdə, nizamlayıcının sol çiyni tərəfdən yolayrıcına yaxınlaşırsınızsa sizə bütün istiqamətlərdə hərəkətə icazə versə də, nişanın tələbi ziddiyət təşkil etmədiyindən yalnız düzünə və sağa gedə bilərsiniz. Lakin konkret vəziyyətlərdə nizamlayıcının siqnalları və ya göstərişləri digər qrup nişanlarla ziddiyət təşkil etsə də nizamlayıcının siqnalları və ya göstərişlərinə əməl etmək lazımdır. Məs: “Düzünə və ya sola hərəkət ” nişanı vurulan yolayrıcına çatdıqda nizamlayıcı ancaq düzünə hərəkət etməyi tələb edə bilər və onun bu tələbinə əməl etməlisiniz.
Konkret vəziyyətə aid sualı həmin yeri dəqiq bilmədən söyləmək çətindir. Əgər konkret vəziyyətə aid nəyi isə başa düşməmisinizsə, bu barədə təcrübəli Ərşad Hüseynova müraciət edin. O Bakı şəhərinin küçələrini yaxşı tanıyır və radioda da dinləyicilərin bu barədə suallarını cavablandırır.
Salam.Bir sual vermək istəyirəm. 3 zolaqli yolda..Sol zolaqda hereket edən maksimum kütləsi 10t artıq olan yük avtomobilinin mecburi hereket istiqameti duzune ve sola gosterilmişdirsə..Yuk avtomobili hansi istiqamətlərdə hərəkət etməlidir?bildiyim qederiyle düz gede bilmez..Zehmet olmasa cavab vererdiniz.
İlk öncə onu qeyd edim ki, sualınız tam aydın deyil. Nəqliyyat vasitəlrinin yolun hərəkət hissəsində yerləşməsi “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsi ilə təzimlənir. Maddə 49.V-ə əsasən eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. Yəni, eyni istiqamətdə üç hərəkət zolağı olan yolda tam kütləsi 10 ton olan yük avtomobili həmin istiqamətdəki sol kənar zolaqdan ancaq sola və geriyə hərəkəti davam etdirə bilər. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur.
Öyrənmək həvəsinizə görə Sizi də çox sağ olun. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm. Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.
Dəyər verdiyinizə görə Sizi də çox sağ olun. Bir gün əvvəl Sizə məsləhət görmüşdüm ki, bloq yazısını da oxuyasınız. Bloq yazısında qanundakı bu mövzuya aid bütün maddələri yazıb izahını da vermişəm.
Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2020/ yazıb axtarış verirsiniz. 2020-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Sonra yenə də Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2021/ yazıb axtarış verirsiniz. 2021-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Hər hansı mövzunu oxuyub qurtardıqda sonda “oxumağa davam et”, “öncəki yazı”, “sonrakı yazı” sözləri çıxır.Bu qayda ilə bloqumda olan maddələr haqda izahları oxuya bilərsiniz.
Salam müəllim. Əvvəla gördüyünüz işə görə sizə minnətdaram, çox sağolun ! Bir məsələ məni çaşdırır. Siz "sağa hərəkət" i izah edəndə deyirsiniz ki, "əgər yolda ayırıcı zolaq varsa nişanın təsiri ancaq yolun birinci kəsişən hissəsinə aiddir. ikincidə qüvvəsini itirir". Yaxşı bəs mən birincidən onsuz da məcbur sağa getməliyəmsə ikincidə qüvvənin itməyinin nə mənası var? onsuz da ikinciyə getməkçün düzünə getməliyəm, o da ki, olmaz. yoxsa səhv anlamışam? ikincidən sağa getmək olar? 🤷fikrimi izah edə bildimsə xahiş edirəm sualımı cavablayasınız. Öncədən təşşəkür edirəm.
İlk öncə zəhmətimə qiymət verdiyinizə görə mən də Sizə təşəkkür edirəm.Onu qeyd edim ki, istər videoda, istərsədə bloq yazısında dərs hazırlayarkən ilk növbədə “Yol hərəkəti haqqında” Qanuna istinad edirəm. Sizin sualınız 4.1.2 “Sağa hərəkət” məcburi hərəkət istiqaməti nişanına aiddir. Maddə 65.IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Gördüyünüz kimi 4.1.2 “Sağa hərəkət” nişanının da qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. İndi əksər avtomobillərin birinci kəsişmədən məcbur sağa getməli olduğu səbəbli, ikinci kəsişmədə nişanın qüvvəsini itirməyinin mənasını izah edim. Yadda saxlayın ki, Maddə 65.III.-ə əsasən. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Bundan başqa Maddə 74.I.-ə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Yəni, bu iki maddədə göstərilən nəqliyyatlara birinci kəsişmədən başqa istiqamətlərə, o cümlədən düzünə hərəkətə icazə verildiyindən nişanın qüvvəsinin ancaq yolun birinci kəsişən hissəsinə aid olduğunu bildirmək lazım gəlir.
@@RasimIsmayiloglu Vaxt ayırıb cavab yazdığınıza görə təşəkkür edirəm. Bir neçə gün sonra imtahan verəcəm. Belə bir vaxtda məni çaşdıran məsələni aydınlatdınız. Çox sağolun !.
@@RasimIsmayiloglu Müəllim, sizdən məsləhət almaq istərdim. Belə ki, mən Talıbovun dərs vəsaitini oxudum və testləri də bitirdim. İndi sizin videolara baxıram. Və mənə elə gəlir ki, vəsait və test imtahandan keçməyimə kifayət etməyəcək. Bilmirəm imtahan öncəsi həyacan səbəblidir yoxsa nədir. Siz mənə o vəsaitlərdən başqa test edə biləcəyim qaynaq verə bilərsinizmi?
İnşallah imtahandan da keçərsiniz.Həyatda heç vaxt ruhdan düşməyin. İnamla məqsədinizə doğru gedərək istəyinizə nail olun.İmtahanda da özünüzü soyuqqanlı aparın.Mən Talıbovun test kitabından başqa mükəmməl test tapşırığı bilmirəm.Bütün qaydaları oxumusunuzsa yəqin ki, bu kifayət edər.
2.15 saniyedeki sekilde sag terefdeki nv nin saga donmesi ne sebebe qadagandir? Ve 3.02 de ilk yol ayiricina qeder donge yoxdur burda bu nisan ne sebebe qoyulub? Indiden tesekkurler
3.02-də olan yola girən yerdə "Düzünə hərəkət" nişanını vurmaqda məqsəd ikitərəfli hərəkət olan bu yolda sağda həyət və ya qapalı ərazi olmasından asılı olmayaraq qarşılıqlı nəqliyyat axınını ayırmaqla onların yollarının kəsişməməsini təmin etməkdir. Bu halda əks tərəfdə də bu nişan vurulur.Yəni bu yolda sola və geriyə dönmək qadağandır.Bu barədə videoda da var və daha ətraflı bloq yazımda yazılıb. 2.15-də olan şəkildəki nəqliyyat vasitəsinin ikinci kəsişmədən sağa dönmək məsələsi haqqında: kəsişən yolda ikitərəfli hərəkət olduğundan (birtərəfli hərəkət olsaydı sağa birtərəfli hərəkət nişanı vurulardı)ayırıcı zolaqda "Düzünə və sola hərəkət" nişanını vurmağa diqqət etməmişəm.Bloq yazımı oxusanız bu nişan vurulub.Bakıda da çox vaxt ayırıcı zolaqda bu nişanı vurmurlar.Amma əslində vurulmalıdır.Diqqətinizə görə təşəkkürlər.
"Yol hərəkəti haqqında" Qanun Maddə 65.IV 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Maddə 65.V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. Videoda və bloq yazısında bildirmişdik ki, 4.1.1-4.1.6 nişanları yolayrıcına çıxan yerdə, yalnız 4.1.1 nişanı isə yol sahəsinin başlanğıcında, yəni yola girən yerdə də vurula bilər.Yaxşı olar ki, siz bu barədə bloq yazısını diqqətlə oxuyasınız.Əgər bu barədə başqa sualınız olsa müraciət edin.
Xeyr.Məcburi hərəkət istiqaməti nişanları yalnız göstərilən istiqamətdə hərəkətə icazə verir.Yalnız sola dönməyə icazə verən nişan geriyə dönməyə də icazə verir.Bu nişanların birtəərfli hərəkətə aidiyyəti yoxdur.Kəsişən yolun birtərəfli hərəkət olduğunu isə 5.7.1 və 5.7.2 "Birtərəfli hərəkət yoluna çıxış" nişanları bidirir. Bu nişanlar yalnız birtərəfli hərkətin əksinə, yəni birtərəfli hərəkət yoluna çıxış sağadırsa sola,soladırsa sağa hərəkətə icazə vermir.Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
Salam.zehmet olmasa sualımı cvb_ landirin.dalan nişanı həmin sahəyə girmeni qəti qadağan edirmi yoxsa teste göre deyisirmi.cunki bezi testlerde deyir müəyyən mesafeye qeder olar .bəzilərində girmeyi qadağan edir qəti.
5.19 "Dalan" nişanı haqda məlumatverici-göstərici nişanlar barədəki videonun II hissəsində və bu nişanlar haqqındakı bloq yazımda ətraflı mılumat verilib.Bu nişan yalnız yolun çıxışının olmadığını, yəni dalan olan yoldan keçib başqa yerə getməyin mümkün olmadığını bildirir. Əgər dalana gedən yolayrıcında başqa nişan vurulmayıbsa dalan nişanı qrupun adından göründüyü kimi ancaq məlumat verir və nişanın qadağan funksiyası yoxdur.
Salam Rasim bey 4.1.4 nişanı olan zaman sola dönmək olar əgər yolayrıcını ayıran baryer olarsa 4.1.4 nişanı 1 nci yolayırıcısana qədər qüvvədədir ama əgər baryer əvəzinə düz xətt və qoşa xətt olarsa sola dönmək qadağandır
4.1.4." Düzünə və ya sağa hərəkət " nişanı vurulan yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur və düzünə və ya sağa getməyə icazə verilir.Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur.Yəni, birincii kəsişmədə ancaq düzünə və ya sağa getməyə icazə verilir.İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.Yəni, ikinci kəsişmədə başqa qaydalarla məhdudiyyət yoxdursa istənilən tərəfə getmək olar. Yadda saxlayın ki, üçtərəfli yolayrıcını çıxmaq şərti ilə yolayrıcında (yəni,dördtərəfli) tək bütöv xətt və qoşa bütöv xətt çəkilə bilməz. Üçtərəfli yolayrıcında isə bu nişan vurula bilməz.Yaxşı olar ki, TH-cam-də nəyi isə başa düşməsəniz bu barədəki bloq yazısını oxuyasınız.Orada daha geniş izah verilir.
Duzune saga nisani 2ci yol kesismesine o zaman quvesinde qalmazki, yerde (zolagda) duzune xetti cekilibse o yol butov duzunedir. Eyer gorsezki yerde duzune cekilib ve sagdada duzune saga niwani var o zaman 2ci yol kesiwmesinden sola donmeyin.
Yəqin ki, bu sual Sizdə ona görə yaranıb ki, yolda üfiqi nişanlanma olduqda bütün yolayrıcına aid olur. Hərəkət düzgün təşkil edilərsə yol nişanına aid qaydalarla üfiqi nişanlanmaya aid qaydalar arasında ziddiyət olmamalıdır. Bu qanunun 61.VI-I və 69.II-I maddələrində göstərilib. Yəni, bütün yolayrıcına aid olan zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma olan yolayrıcında ikinci kəsişmədə başqa məcburi hərəkət istiqaməti nişanı vurlumamalıdır.
Azərbaycanın "Yol hərəkəti haqqında" Qanunu Maddə 1.14 Ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir.Qanunda ayırıcı zolaq belə müəyyən edilib.Sadə dildə çoxzolaqlı yolda ortada olan hərəkət üçün nəzərdə tutulmayan yaşıllıq və ya asfaltlanmış hissədir.Buraya daxil olmaq hərəkət hissəsindəki xətlərlə və ya bordyürlə,hasarla məhdidlaşdırılır.
Əgər başqa qaydanı pozmamısınızsa, yəni "Düzünə və ya sağa hərəkət" nişanının tələbindən başqa qaydaları pozmadan, məsələn geriyə dönmüsünüzsə bu İnzibati Xətalar Məcəlləsi 327.1 maddəsinə uyğundur. Ümumiyyətlə, konkret vəziyyətə aid maddəni həmin yeri dəqiq bilmədən söyləmək çətindir. Əgər konkret hər hansı pozuntuya görə nəyi isə başa düşməsəniz, bu məcəlləyə aid ən təcrübəli hüquqşünas Ərşad Hüseynova müraciət edin. O Bakı şəhərinin küçələrini yaxşı tanıyır və radioda dinləyicilərin bu barədə suallarını cavablandırır. Mən yol hərəkət qaydalarına aid dərslər hazırlayıram. Sonda isə Sizə tövsiyəm budur ki, qaydaları pozmayın ki, sonradan cərimə məbləği axtarmayasınız.
@@RasimIsmayiloglu tövsiyənizə görə sağolun, amma mən bilərəkdən qaydanı pozmamişam, znakı təzə quraşdiriblar, qaidə gizlənib döngədə, insafda yaxşı seydi
Əslində Bakı nəqliyyat agentliyi yoldakı hərəkət sxemini dəyişdikdə sürücüləri öz saytında və kütləvi informasiya vasitələrində məlumatlandırmalıdır.Bundan başqa nişan yeni vurulanda sürücülər şəraitə öyrəşənə qədər yolayrıcına müəyyən qədər qalmış həmin nişanı 7.1.1 "Obyektə qədər məsafə" nişanı ilə vurmaqla sürücünü xəbərdar edə bilərlər.Əgər televizorda xarici ölkələrin şəhərdəki yollarına diqqətlə baxmısınızsa nişanla bərabər mütləq hərəkət hissəsində də hər bir zolaqdan hansı istiqamətə hərəkətə icazə verildiyi nişanlanma ilə göstərilir. İnzibati Xətalar Məcəlləsində olan cərimələr isə sürücüləri cəzalandırmaq üçün yox, qaydaları pozmaqdan çəkindirmək üçün müəyyən edilib.Sonda isə yenə də Sizə tövsiyəm budur ki, yolda diqqətli olasınız.
Əgər yalnız "Düzünə və ya sağa hərəkət" nişanının tələbini pozmusunuzsa cəriməsi 40 manatdır. Amma ola bilsin ki, bu nişanın tələbi ilə birlikdə başqa qaydanı da pozmusunuz. Qayda pozuntusuna görə cəriməni dəqiq bilmək üçün e.qanun.az.saytına daxil olun.Orada məcəllələr bölümündə "İnzibati Xətalar Məcəlləsi"-ni açın. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 29-30-cu fəsil maddə 327-356-cı maddələrdə göstərilib.
"Yol hərəkəti haqqında" Qanunda belə termin və ya ifadə yoxdur. Yalnız bu maddə var: 1.44.Üümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); Bilmirəm bu sözü harada oxumusunuz. Əgər bu sual imtahana aiddirsə, test kitablarının müəllifi Talıbova müraciət edin. O sualların hazırlanmasında ekspert kimi iştirak edir.
Azərbaycanda hech kim bu qeder gozel izah vere bilmeyib YHQ. Çox sağolun.
Zəhmətimi qiymətləndirdiyinizə görə Sizi də çox sağ olun
Ətraflı izaha görə Rasim müəllim təşəkkür.
Dəyər verdiyiniz üçün çox sağ olun.
Rasim bəy videolarınızın çox köməyi olur öyrənməyə , təşəkkürlər 👍🏻
Əməyimə qiymət verdiyınizə və bəzilərindən fərqli olaraq, öyrənmək istəyinizə görə Sizə də təşəkkürlər.Yeni videolar hazırlanır.İzləməkdə davam edin.Yaxşı olar ki,bloqumdakı yazıları oxuyasınız.Yazılarda daha ətraflı izah verilir.Yaxınlarınıza qaydaları öyrənməyi təşviq edin.Yollarda savadlı sürücülər nə qədər çox olsa qəzalar da o qədər az olar.
Sağol məllim
Məllim məlumat verici nişanlar hakkındada gözləyirik ALLAH razı olsun sizdən
Bu qrup haqqındada hazırlanır.Çox vaxt aparan prosesdir.
Sağol məllim
Çox səlis və aydın, çox sağ olun
Zəhmətimə dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.
Çooxx gözəl izah edirsiniz,davamı gəlsin,zəhmət olmasa 🙏🏻🙏🏻
Dəyər verdiyinizə görə çox sağ olun. Allahın köməyi ilə növbəti videolar hazırlanır.
Çox sağolun belə gözəl,səlis izah üçün.sizin videolarda hər şeyi anlamaq olur
Zəhmətimə dəyər verdiyinizə görə Sizi də çox sağ olun.
Cox etrafli ve gozel izah edilir.savabi size ömur boyu besdi
Çox sağ olun ki, zəhmətimi belə dəyərləndirirsiniz.Sizin kimilərinin öyrənməy məni çox fərəhləndirir.Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
Çox gözəl və aydın izah edirsiniz.Çox sağolun
Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.
@@RasimIsmayiloglu Xahiş etsəm NV-nin yol hərəkətində iştirak etməyə buraxılması,onların idarə edilməsinə aid olan ll fəslin 7.1 ci mövzularına qədər də izah yerləşdirə bilərsizmi?Oxuyub anlaya bilmirəm.Sizin izahınızla rahat başa düşürəm
Bilmirəm Siz sürücüsünüz, yoxsa sürücülük vəsiqəsi almaq üçün hazırlaşansız. Hər iki halda "Yol hərəkəti haqqında" Qanunun II fəslinin 7-ci maddəsindəki qaydalar sürücülərə aid deyil.Bu qaydalar hərəkətin təşkilinə cavabdeh olan qurumlar üçündür.
Allah size uzun omur versin.inanin ki tek kiitabdan oxumaqla hec vaxt bele derinden oyrene bilmezdim.
Zəhmətimi dəyərləndirdiyiniz üçün çox sağ olun.
Sağol müəllim ALLAH razı olsun
Hazırlaşmaqda davam et.Allah qoysa nəticəsini görərsən.
Heç Sürcülük Kursunda sizin kimi başa almamışdılar. Çox teşekkür ederim
Zəhmətimi dəyərləndirdiyinizə görə mən də Sizə təşəkkür edirəm. Məqsədim sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşanlara heç bir kursa getmədən dəstək olmaqdır. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bu bloq yazıları həm də sürücülük kurslarında tədris keçən müəllimlər nəzərə alınmaqla hazırlanmışdr ki, kursdakı müdavimləri aydın başa salsınlar.
Çox gözəl izah edilib, təşəkkür edirəm
Dəyər verdiyinizə görə Sizə də təşəkkürlər.
cox sagolun etrafli izah ucun.
Zəhmətimi qiymətləndirdiyiniz üçün çox sağ olun.Əgər kanalı dəyərli hesab edirsinizsə dost-tanışa da məsləhət görün ki, onlar da abunə olub öyrənsinlər.
Çox sağolun
Əməyinizə sağlıq
Zəhmətimə qiymət verdiyiniz üçün Sizı də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də TH-cam-də imkanlar məhduddur.
Çox sağolun ətrafli məlumat üçün🌹
Zəhmətimə qiymət verdiyiniz üçün Sizı də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də TH-cam-də imkanlar məhduddur.
@@RasimIsmayiloglu Hardan oxuya bilərəm bəs?
Bütün videoların sonunda bu yazılır.Yenə də təkrar yazıram:
Bloq yazılarımı bu linkdən oxuya bilərsiniz:
rasimismayiloglu.wordpress.com/2020/
rasimismayiloglu.wordpress.com/2021
@@RasimIsmayiloglu çox sağolun🌹
Öyrənmək həvəsinizə görə Sizi də çox sağ olun.
Rasim müəllim sizə öz dərin təşəkkürümü bildirirəm.
Öyrənmək istəiyinizə və əməyimi dəyərləndirdiyinizə görə Sizə də təşəkkürlər.Bu sahədə bilgilərinizi başqaları ilə də paylaşın.Çalışmaq lazımdır ki,bütün sürücülər qaydaları bilsinlər.
Çox sağolun zəhmətinizi halal edin. Allah razı olsun davamı olar İnşəAllah həvəsdən düşməmək arzusu ilə. İNŞƏALLAH yollarda təcrübəli sürücülər çoxalar qəzalar azalar.
Öyrənmək istəyinizə və zəhmətimi dəyərləndirdiyinizə görə Sizi də çox sağ olun.Zəhmətimi də öyrənmək həvəsi ilə videolara baxan və bloqdakı yazılarımı oxuyan hər bir şəxsə halal edirəm.Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi borcu hesab edirəm.
Əla 👍👍👍👍
Zəhmətimə qiymət verdiyinizə görə çox sağ olun. Əgər imtahana hzırlaşırsinizsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də TH-cam-də imkanlar məhduddur.
Tesekkurler
Zəhmətimi qiymətləndirdiyinizə və öyrənmək istəyinizə görə Sizə də təşəkkürlər
Çox sağ olun
Əməyimə dəyər verdiyinizə görə Sizi də çox sağ olun
Çoxsağolun
Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
Sağol məllim
Sizi də sağ olun
Əla
Zəhmətimə dəyər verdiyinizə görə çox sağ olun.
Salam 4.1.2 məcburi sağa dönmə zamanı sağa dönmə işarəsinin yandırılması məcburidir?
Bəzən sürücülər səhvən elə başa düşürlər ki, bütün nəqliyyatlar sağa getdiyindən sağa dönmə göstəricisini yandırmağa ehtiyac yoxdur. Yadda saxlamalısınız ki, yalnız yol özü döndükdə dönmə göstəricisini yandırmağa ehtiyac olmur. Qalan bütün hallarda dönməzdən qabaq siqnal verilməlidir.(maddə 42.I.). Başqaları kimi Sizə də məsləhətim odur ki, əgər imtahana hazırlaşırsınızsa və ya hərtərəfli biliyə sahib olmaq istəyirsinizsə daha geniş şəkildə olan bloq yazılarımı da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Əgər bloq yazımı oxusaydınız bu suala ehtiyac olmazdı. Orada bu suala da ətraflı izah verilib.
Salam, hər vaxtınız xeyir. Bir sualım var. Nizamlayıcı konkret olaraq hansı nişanları qüvvədən salır?
Maddə 60.V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.
Sualın bu cür konkret verilməsi düzgün deyil. Çünki, siz bu maddədən görürsünüz ki, nizamlayıcının həm siqnalları, həm də göstərişləri yol nişanlarına zidd ola bilər.
Nizamlayıcının siqnalları yolayrıcındakı üstünlük nişanları ilə ziddiyət təşkil edərsə üstünlük nişanlarına yox, nizamlayıcının siqnallarına əməl etmək lazımdır. Lakin nizamlayıcının siqnalları ilə ziddiyət təşkil etməyən digər qrup nişanlar olduqda həmin nişanların tələblərinə əməl etmək lazımdır.Məs: yolayrıcında sizin qarşınızda “Düzünə və ya sağa hərəkət” nişanı varsa və sağ əlini qabağa qaldırmış vəziyyətdə, nizamlayıcının sol çiyni tərəfdən yolayrıcına yaxınlaşırsınızsa sizə bütün istiqamətlərdə hərəkətə icazə versə də, nişanın tələbi ziddiyət təşkil etmədiyindən yalnız düzünə və sağa gedə bilərsiniz. Lakin konkret vəziyyətlərdə nizamlayıcının siqnalları və ya göstərişləri digər qrup nişanlarla ziddiyət təşkil etsə də nizamlayıcının siqnalları və ya göstərişlərinə əməl etmək lazımdır. Məs: “Düzünə və ya sola hərəkət ” nişanı vurulan yolayrıcına çatdıqda nizamlayıcı ancaq düzünə hərəkət etməyi tələb edə bilər və onun bu tələbinə əməl etməlisiniz.
Asiman restoraninin garwisinda bu nishan var demeli ordan sola uzu nargileye donmek olar ? Onda o nishanin orda menasi nedir?
Konkret vəziyyətə aid sualı həmin yeri dəqiq bilmədən söyləmək çətindir. Əgər konkret vəziyyətə aid nəyi isə başa düşməmisinizsə, bu barədə təcrübəli Ərşad Hüseynova müraciət edin. O Bakı şəhərinin küçələrini yaxşı tanıyır və radioda da dinləyicilərin bu barədə suallarını cavablandırır.
Salam.Bir sual vermək istəyirəm.
3 zolaqli yolda..Sol zolaqda hereket edən maksimum kütləsi 10t artıq olan yük avtomobilinin mecburi hereket istiqameti duzune ve sola gosterilmişdirsə..Yuk avtomobili hansi istiqamətlərdə hərəkət etməlidir?bildiyim qederiyle düz gede bilmez..Zehmet olmasa cavab vererdiniz.
İlk öncə onu qeyd edim ki, sualınız tam aydın deyil. Nəqliyyat vasitəlrinin yolun hərəkət hissəsində yerləşməsi “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsi ilə təzimlənir. Maddə 49.V-ə əsasən eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
Yəni, eyni istiqamətdə üç hərəkət zolağı olan yolda tam kütləsi 10 ton olan yük avtomobili həmin istiqamətdəki sol kənar zolaqdan ancaq sola və geriyə hərəkəti davam etdirə bilər. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur.
@@RasimIsmayiloglu sualim sizə tam aydin olmasa belə sualıma tam aydın cavab verdiniz )) çox sağolun.
Öyrənmək həvəsinizə görə Sizi də çox sağ olun. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm. Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.
@@RasimIsmayiloglu varolun 🤝
Çox sağolun müəllim.faydalı oldu.Bu nişanların Ümumi ist. Ol.Marş.lara şamil olunmadığını ilk dəfə eşitdim
Dəyər verdiyinizə görə Sizi də çox sağ olun. Bir gün əvvəl Sizə məsləhət görmüşdüm ki, bloq yazısını da oxuyasınız. Bloq yazısında qanundakı bu mövzuya aid bütün maddələri yazıb izahını da vermişəm.
@@RasimIsmayiloglu linki aya bilərsiz zəhmət olmasa?
Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2020/ yazıb axtarış verirsiniz. 2020-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Sonra yenə də Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2021/ yazıb axtarış verirsiniz. 2021-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Hər hansı mövzunu oxuyub qurtardıqda sonda “oxumağa davam et”, “öncəki yazı”, “sonrakı yazı” sözləri çıxır.Bu qayda ilə bloqumda olan maddələr haqda izahları oxuya bilərsiniz.
Salam müəllim. Əvvəla gördüyünüz işə görə sizə minnətdaram, çox sağolun !
Bir məsələ məni çaşdırır. Siz "sağa hərəkət" i izah edəndə deyirsiniz ki, "əgər yolda ayırıcı zolaq varsa nişanın təsiri ancaq yolun birinci kəsişən hissəsinə aiddir. ikincidə qüvvəsini itirir". Yaxşı bəs mən birincidən onsuz da məcbur sağa getməliyəmsə ikincidə qüvvənin itməyinin nə mənası var? onsuz da ikinciyə getməkçün düzünə getməliyəm, o da ki, olmaz. yoxsa səhv anlamışam? ikincidən sağa getmək olar? 🤷fikrimi izah edə bildimsə xahiş edirəm sualımı cavablayasınız. Öncədən təşşəkür edirəm.
İlk öncə zəhmətimə qiymət verdiyinizə görə mən də Sizə təşəkkür edirəm.Onu qeyd edim ki, istər videoda, istərsədə bloq yazısında dərs hazırlayarkən ilk növbədə “Yol hərəkəti haqqında” Qanuna istinad edirəm. Sizin sualınız 4.1.2 “Sağa hərəkət” məcburi hərəkət istiqaməti nişanına aiddir. Maddə 65.IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Gördüyünüz kimi 4.1.2 “Sağa hərəkət” nişanının da qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. İndi əksər avtomobillərin birinci kəsişmədən məcbur sağa getməli olduğu səbəbli, ikinci kəsişmədə nişanın qüvvəsini itirməyinin mənasını izah edim. Yadda saxlayın ki, Maddə 65.III.-ə əsasən. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Bundan başqa Maddə 74.I.-ə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Yəni, bu iki maddədə göstərilən nəqliyyatlara birinci kəsişmədən başqa istiqamətlərə, o cümlədən düzünə hərəkətə icazə verildiyindən nişanın qüvvəsinin ancaq yolun birinci kəsişən hissəsinə aid olduğunu bildirmək lazım gəlir.
@@RasimIsmayiloglu Vaxt ayırıb cavab yazdığınıza görə təşəkkür edirəm. Bir neçə gün sonra imtahan verəcəm. Belə bir vaxtda məni çaşdıran məsələni aydınlatdınız. Çox sağolun !.
@@RasimIsmayiloglu Müəllim, sizdən məsləhət almaq istərdim. Belə ki, mən Talıbovun dərs vəsaitini oxudum və testləri də bitirdim. İndi sizin videolara baxıram. Və mənə elə gəlir ki, vəsait və test imtahandan keçməyimə kifayət etməyəcək. Bilmirəm imtahan öncəsi həyacan səbəblidir yoxsa nədir. Siz mənə o vəsaitlərdən başqa test edə biləcəyim qaynaq verə bilərsinizmi?
Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm. Sizi də çox sağ olun.
İnşallah imtahandan da keçərsiniz.Həyatda heç vaxt ruhdan düşməyin. İnamla məqsədinizə doğru gedərək istəyinizə nail olun.İmtahanda da özünüzü soyuqqanlı aparın.Mən Talıbovun test kitabından başqa mükəmməl test tapşırığı bilmirəm.Bütün qaydaları oxumusunuzsa yəqin ki, bu kifayət edər.
2.15 saniyedeki sekilde sag terefdeki nv nin saga donmesi ne sebebe qadagandir? Ve 3.02 de ilk yol ayiricina qeder donge yoxdur burda bu nisan ne sebebe qoyulub? Indiden tesekkurler
3.02-də olan yola girən yerdə "Düzünə hərəkət" nişanını vurmaqda məqsəd ikitərəfli hərəkət olan bu yolda sağda həyət və ya qapalı ərazi olmasından asılı olmayaraq qarşılıqlı nəqliyyat axınını ayırmaqla onların yollarının kəsişməməsini təmin etməkdir. Bu halda əks tərəfdə də bu nişan vurulur.Yəni bu yolda sola və geriyə dönmək qadağandır.Bu barədə videoda da var və daha ətraflı bloq yazımda yazılıb. 2.15-də olan şəkildəki nəqliyyat vasitəsinin ikinci kəsişmədən sağa dönmək məsələsi haqqında:
kəsişən yolda ikitərəfli hərəkət olduğundan (birtərəfli hərəkət olsaydı sağa birtərəfli hərəkət nişanı vurulardı)ayırıcı zolaqda "Düzünə və sola hərəkət" nişanını vurmağa diqqət etməmişəm.Bloq yazımı oxusanız bu nişan vurulub.Bakıda da çox vaxt ayırıcı zolaqda bu nişanı vurmurlar.Amma əslində vurulmalıdır.Diqqətinizə görə təşəkkürlər.
@@RasimIsmayiloglu tesekkurler blog yaziniz hansi platformadadir?
rasimismayiloqlu.wordpress.com yazsanız bloq yazısı gələcək.Bütün videoların sonunda bu yazılır.
4.1.1 ve 4.1.4 nisanlarninin 2ci yol kesismesine qeder tasiri quvvesi olmasina dair maddenide deseydiz yaxwi olardi.
"Yol hərəkəti haqqında" Qanun
Maddə 65.IV 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.
Maddə 65.V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir.
Videoda və bloq yazısında bildirmişdik ki, 4.1.1-4.1.6 nişanları yolayrıcına çıxan yerdə, yalnız 4.1.1 nişanı isə yol sahəsinin başlanğıcında, yəni yola girən yerdə də vurula bilər.Yaxşı olar ki, siz bu barədə bloq yazısını diqqətlə oxuyasınız.Əgər bu barədə başqa sualınız olsa müraciət edin.
Salam,Rasim müəllim əgər yol ayrıcına mıcburedici sağa və yaxud sola nişanları qoyulubsa döndüyümüz həmin yolların birtərəfli olduğu bildirilir?
Xeyr.Məcburi hərəkət istiqaməti nişanları yalnız göstərilən istiqamətdə hərəkətə icazə verir.Yalnız sola dönməyə icazə verən nişan geriyə dönməyə də icazə verir.Bu nişanların birtəərfli hərəkətə aidiyyəti yoxdur.Kəsişən yolun birtərəfli hərəkət olduğunu isə 5.7.1 və 5.7.2 "Birtərəfli hərəkət yoluna çıxış" nişanları bidirir. Bu nişanlar yalnız birtərəfli hərkətin əksinə, yəni birtərəfli hərəkət yoluna çıxış sağadırsa sola,soladırsa sağa hərəkətə icazə vermir.Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də You Tube-də imkanlar məhduddur.
@@RasimIsmayiloglu çoxsağolun,izahlarınız üçün.Çox dəyərli izahlardı
Öyrənmək həvəsinizə görə Sizi də çox sağ olun.
Salam.zehmet olmasa sualımı cvb_ landirin.dalan nişanı həmin sahəyə girmeni qəti qadağan edirmi yoxsa teste göre deyisirmi.cunki bezi testlerde deyir müəyyən mesafeye qeder olar .bəzilərində girmeyi qadağan edir qəti.
5.19 "Dalan" nişanı haqda məlumatverici-göstərici nişanlar barədəki videonun II hissəsində və bu nişanlar haqqındakı bloq yazımda ətraflı mılumat verilib.Bu nişan yalnız yolun çıxışının olmadığını, yəni dalan olan yoldan keçib başqa yerə getməyin mümkün olmadığını bildirir. Əgər dalana gedən yolayrıcında başqa nişan vurulmayıbsa dalan nişanı qrupun adından göründüyü kimi ancaq məlumat verir və nişanın qadağan funksiyası yoxdur.
Çox sağolun cvb verdiyiniz üçün.sizin insteqram seyfeniz varmı şekil atacaqdim başa düşmədiyim test vardı başa sala bilsəz sevinərdim.
Salam Rasim bey 4.1.4 nişanı olan zaman sola dönmək olar əgər yolayrıcını ayıran baryer olarsa 4.1.4 nişanı 1 nci yolayırıcısana qədər qüvvədədir ama əgər baryer əvəzinə düz xətt və qoşa xətt olarsa sola dönmək qadağandır
4.1.4." Düzünə və ya sağa hərəkət " nişanı vurulan yolda ortada ayırıcı zolaq yoxdursa bütün yolayrıcına aid olur və düzünə və ya sağa getməyə icazə verilir.Əgər kəsişən yolda ortada ayırıcı zolaq olarsa, qarşısında qoyulduğu yolun hərəkət hissəsinin kəsişmə yerinə aid olur.Yəni, birincii kəsişmədə ancaq düzünə və ya sağa getməyə icazə verilir.İkinci kəsişmədə isə nişan qüvvəsini itirir.Yəni, ikinci kəsişmədə başqa qaydalarla məhdudiyyət yoxdursa istənilən tərəfə getmək olar. Yadda saxlayın ki, üçtərəfli yolayrıcını çıxmaq şərti ilə yolayrıcında (yəni,dördtərəfli) tək bütöv xətt və qoşa bütöv xətt çəkilə bilməz.
Üçtərəfli yolayrıcında isə bu nişan vurula bilməz.Yaxşı olar ki, TH-cam-də nəyi isə başa düşməsəniz bu barədəki bloq yazısını oxuyasınız.Orada daha geniş izah verilir.
@@RasimIsmayiloglu teshekkur edirem 👍🏻
Öyrənmək həvəsinizə görə Sizə də təşəkkür edirəm.
Duzune saga nisani 2ci yol kesismesine o zaman quvesinde qalmazki, yerde (zolagda) duzune xetti cekilibse o yol butov duzunedir. Eyer gorsezki yerde duzune cekilib ve sagdada duzune saga niwani var o zaman 2ci yol kesiwmesinden sola donmeyin.
Yəqin ki, bu sual Sizdə ona görə yaranıb ki, yolda üfiqi nişanlanma olduqda bütün yolayrıcına aid olur.
Hərəkət düzgün təşkil edilərsə yol nişanına aid qaydalarla üfiqi nişanlanmaya aid qaydalar arasında ziddiyət olmamalıdır. Bu qanunun 61.VI-I və 69.II-I maddələrində göstərilib. Yəni, bütün yolayrıcına aid olan zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfiqi nişanlanma olan yolayrıcında ikinci kəsişmədə başqa məcburi hərəkət istiqaməti nişanı vurlumamalıdır.
Çoxdağol
Sizi də çox sağ olunki, öyrənirsiniz
Zəhmət olmasa deyərdiz ayrıcı zolaqi hasi işarələri saymaq olar?
Azərbaycanın "Yol hərəkəti haqqında" Qanunu Maddə 1.14 Ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir.Qanunda ayırıcı zolaq belə müəyyən edilib.Sadə dildə çoxzolaqlı yolda ortada olan hərəkət üçün nəzərdə tutulmayan yaşıllıq və ya asfaltlanmış hissədir.Buraya daxil olmaq hərəkət hissəsindəki xətlərlə və ya bordyürlə,hasarla məhdidlaşdırılır.
@@RasimIsmayiloglu
Ətraflı və hüquqi cavab uçun teşekkürler👍
Öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər..
Cəriməsi 327-2 , yoxsa 327 1- ə uyğundu?
Əgər başqa qaydanı pozmamısınızsa, yəni "Düzünə və ya sağa hərəkət" nişanının tələbindən başqa qaydaları pozmadan, məsələn geriyə dönmüsünüzsə bu İnzibati Xətalar Məcəlləsi 327.1 maddəsinə uyğundur. Ümumiyyətlə, konkret vəziyyətə aid maddəni həmin yeri dəqiq bilmədən söyləmək çətindir. Əgər konkret hər hansı pozuntuya görə nəyi isə başa düşməsəniz, bu məcəlləyə aid ən təcrübəli hüquqşünas Ərşad Hüseynova müraciət edin. O Bakı şəhərinin küçələrini yaxşı tanıyır və radioda dinləyicilərin bu barədə suallarını cavablandırır. Mən yol hərəkət qaydalarına aid dərslər hazırlayıram. Sonda isə Sizə tövsiyəm budur ki, qaydaları pozmayın ki, sonradan cərimə məbləği axtarmayasınız.
@@RasimIsmayiloglu tövsiyənizə görə sağolun, amma mən bilərəkdən qaydanı pozmamişam, znakı təzə quraşdiriblar, qaidə gizlənib döngədə, insafda yaxşı seydi
Əslində Bakı nəqliyyat agentliyi yoldakı hərəkət sxemini dəyişdikdə sürücüləri öz saytında və kütləvi informasiya vasitələrində məlumatlandırmalıdır.Bundan başqa nişan yeni vurulanda sürücülər şəraitə öyrəşənə qədər yolayrıcına müəyyən qədər qalmış həmin nişanı 7.1.1 "Obyektə qədər məsafə" nişanı ilə vurmaqla sürücünü xəbərdar edə bilərlər.Əgər televizorda xarici ölkələrin şəhərdəki yollarına diqqətlə baxmısınızsa nişanla bərabər mütləq hərəkət hissəsində də hər bir zolaqdan hansı istiqamətə hərəkətə icazə verildiyi nişanlanma ilə göstərilir. İnzibati Xətalar Məcəlləsində olan cərimələr isə sürücüləri cəzalandırmaq üçün yox, qaydaları pozmaqdan çəkindirmək üçün müəyyən edilib.Sonda isə yenə də Sizə tövsiyəm budur ki, yolda diqqətli olasınız.
Salam 4.1.4 nişanının cəriməsi nə qədərdi?
Əgər yalnız "Düzünə və ya sağa hərəkət" nişanının tələbini pozmusunuzsa cəriməsi 40 manatdır. Amma ola bilsin ki, bu nişanın tələbi ilə birlikdə başqa qaydanı da pozmusunuz. Qayda pozuntusuna görə cəriməni dəqiq bilmək üçün e.qanun.az.saytına daxil olun.Orada məcəllələr bölümündə "İnzibati Xətalar Məcəlləsi"-ni açın. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 29-30-cu fəsil maddə 327-356-cı maddələrdə göstərilib.
Salam əleykum məllim ümumi baqac daşıyan marşurut nədir
"Yol hərəkəti haqqında" Qanunda belə termin və ya ifadə yoxdur. Yalnız bu maddə var: 1.44.Üümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); Bilmirəm bu sözü harada oxumusunuz. Əgər bu sual imtahana aiddirsə, test kitablarının müəllifi Talıbova müraciət edin. O sualların hazırlanmasında ekspert kimi iştirak edir.
Biraz səsiniz qəribədir :)
Sizi mənim səsim yox, öyrənilən material maraqlandırmalıdır.