Araz çayından etüdlər.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Araz çayı öz mənbəyini Türkiyə ərazisindən, Ərzurum dağlarından götürür. Bu çay Azərbaycanla İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazidə Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür.
    Kürə nisbətən Araz sakit axan çaydır. Ona görə Kürə, Dəli Kür, Araz isə Xan Araz demişlər.
    Araz çayı məhz İmişli ərazisindən başlayaraq hər iki sahili ilə bizim olur, bizə qədər isə bir xalqı ikiyə bölüb keçən bir sərhəddir.
    Mənim uşaqlığım da gəncliyim də bu sahillərdə keçdi.
    Araz Azərbaycanın şah damarından biridir, ancaq gecə-gündüz işləyən qum-çınqıl karxanaları o qədər qazdılar ki, indi Araz on il bundan əvvəlki səviyyəsindən 6 m aşağıdan, dərinlikdən axır. Bunun sayəsində ətraf kəndlərdə nə qədər göl vardısa, hamısı qurudu. Hər kəs susur, dəyirman işləyir.
    Arazın başına nə gətirilidiyi barədə 7 ay əvvəl bir video hazırlamışdım, aşağıda lingini qoydum.
    Burada isə Araz etüdlərinə baxın, Bəxtiyarın “Muğam”-ından bir parçanı dinləyin. #Araz #Muğam #İmişli

ความคิดเห็น •