Ermənistanı Azərbaycan Konstitusiyasında nə narahat edir?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • Prezident İlham Əliyev deyir ki, Ermənistanla daha bir neçə açıq qalan məsələ var. Məsələn, ATƏT-in Minsk qrupu. Bakı İrəvana təklif edir ki, bu qrupun ləğvi üçün ATƏT-ə birlikdə müraciət edilsin. Eyni zamanda mesaj verir ki, digər məsələlər də danışıqlar yolu ilə həll edilə bilər. Amma İrəvan Minsk qrupu məsələsinə isti yanaşmır. Görünür, Avropadakı himayədarlarını incitmək istəmir. Ermənistan Parlamentinin sədri Alen Simonyanın açıqlaması faktiki olaraq bu təklifdən imtina demək idi. Simonyan deyir ki, sülh sazişi imzalanandan sonra Minsk qrupunun mövcudluğu mənasız olacaq. Ermənistanda deyəsən anlamayıblar ki, bütün bu təkliflər elə sülh müqaviləsi üçündür. Yəni Azərbaycan Ermənistanın səmmiyyətini imtahana çəkir. Paşinyan bu imtahandan keçə biləcəkmi? Buna qədər bir çox ağıllı etirafları olub. Konstitusiyanın dəyişilməli olduğunu deyib, xalqını sülh sazişinin vacibliyinə inandırıb. Buna görə erməni müxalifəti onu Azərbaycanın Ermənistandakı səfiri də adlandırıb. Amma əhalini Paşinyana qarşı nə müxalifət, nə də kilsə qaldıra bilir. Paşinyan ümumiyyətlə maraqlı siyasətçidir. Həm uduzan, həm udan. Azərbaycana məğlub, Ermənistanda qalib olan. Bakının şərtlərini yerinə yetirsə, tarixə ermənilərin xilaskarı kimi də düşə bilər. İyulun 5-i Ermənistanda konstitusiya günüdür. Paşinyan sənədə dəyişiklikləri ötən il konstitusiya günündə təklif etmişdi. İslahatlarını builki konstitusiya gününə çatdıra bilmədi. Yay qapıdadır, Ermənistanda isə referendum əvəzinə aksiyalar keçirilir. Payıza isə 3 ay qalır. Hər kəs bu payız sülh sazişinin imzalanacağını gözləyir. Yəni Paşinyanın davranışlarını dəyərləndirmək üçün Bakının payıza qədər vaxtı var. Necə deyərlər, cücəni payızda sayarlar. Vay o gündən ki, cücənin sayı əskik gəlsin.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/channel/0029Va8Q...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

ความคิดเห็น • 7

  • @Hybatia363
    @Hybatia363 21 วันที่ผ่านมา

    Qorxduğu şeyi artıq itirib😂😂

  • @user-up3fy4di4m
    @user-up3fy4di4m 21 วันที่ผ่านมา +3

    Карбах это Азербайджанской земли и будет Азербайджанской земли Армения за помните на всегда карбах это Азербайджанской земли и будет Азербайджанской земли и будет Азербайджанской земли 🇦🇿🇹🇷💪🖐️🇦🇿💪🖐️🇦🇿💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @usaq0
    @usaq0 20 วันที่ผ่านมา

    Əslində Rusiya narahatdır ki ermənilər türk millətinin yanında olacaq Rusiyadan üz döndərib müstəqil siyasət aparacaq

  • @Qojaqartal
    @Qojaqartal 21 วันที่ผ่านมา

    Hər dəfə erməniydən bağlı xəbər başlıq xorenin şəkili ayrı bir temadı 🤓👍

  • @ElcinMmmdgil
    @ElcinMmmdgil 21 วันที่ผ่านมา

    Onlar urusun texribatindan qorxur.