Arı cinsləri. Bozdağ Qafqaz arısı
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Arı genofondunun iki arı növü - Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var.
Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur.
Bu populyasiylar içərisində isə yerli arı genofondumuzun "qızıl arısı" sayılan Qabaqtəpə arısı xüsusilə seçilir. "Qızıl arı" məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləməklə yanaşı, ondan üstün olaraq yüksək sürətlə inkişaf etmək, soyuq qışı keçirmək, küləkli iqlim şəraitinə uyğunlaşmaq, böyük floramiqrasiya göstəricisi ilə seçilmək kimi müsbət xüsusiyyətlərə malikdir. Başqa arılardan fərqli olaraq, bu qiymətli seleksiya materialı sancmaya həsir deyil, beçəvermədən asan qayıdır, gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu rayonlarda belə digər arı cinslərindən çox bal toplayır ki, bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Qabaqtəpə ana arısı bir günə 2000 yumurtda qoyur. Lakin çox təəssüf ki, qeyri-məqbul aqrar siyasəti nəticəsində "qızıl arı"nın gələcək mövcudluğu təhlükə altındadır.
xahiş edirəm Bozdağ Qafqaz arısı saxlayanlar hansı xəttini (şahdağ, qabaqtəpə) saxladıqları, bu arılar özlərini necə aparmaları və məsuldarlığı barədə yazsınlar
Daşkəsən rayonu Qabaqtəpə kəndindən 2 ailə,ucqar Asdaf kəndindən isə 1 arı ailəsi aldım. Deyilə kimi var.
xeyirli olsun