Səbinə Ərəbli - "Vəfa" (2022)
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.ย. 2024
- Əziz kanalımızın izləyiciləri, Sizə 2011-ci il "Muğam" Televiziya müsabiqəsinin qalibi Səbinə Ərəblinin ifasında Habil Əliyevin yaratdığı "Vəfa" adlı Dilkəş təsnifini təqdim edirik. İfa 30 noyabr 2022-ci ildə dəyərli sənətkar, Xalq artisti Habil Əliyevin (1927-2015) 95 illik yubiley gecəsində lentə alınıb.
Oxuyur :
SƏBİNƏ ƏRƏBLİ
Müşayiət edirlər :
"BUTA" İNSTRUMENTAL ANSAMBLI
Bədii rəhbər Rövşən Qurbanov
tar - Rövşən Qurbanov
kamança - Ceyhun Muradov
qarmon - Qiyas Qiyasov
qanun - Əməkdar artist Təranə Əliyeva
ud - Vasif Yusifli
nağarada - Amil Mustafayev
qoşanağara - Murad Səfərli
piano - Rəşad Nəsrullayev
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
" V Ə F A " (Dilkəş təsnifi)
•musiqisi: Habil Əliyev
•sözləri: Bəxtiyar Vahabzadə
I
Nə yel əsdi aramızdan,
Yolumuzu kəsdi hicran.
Öz eşqinə sadiq olan
Aşiqini incidərmi?
Vəfa deyib biz and içdik,
Axı belə deməmişdik.
nəqarət:
Nəyə gərək umu-küsü?
Xoş keçirək ömrümüzü.
Sevən adam hər boş sözü
Heç böyüdüb söz edərmi?
Vəfa deyib biz and içdik,
Axı belə deməmişdik.
II
Nə tez döndü üzün məndən,
Gül inciməz bülbülündən.
Söylə sənin ürəyindən
Coşan eşqin bu qədərmi?
Vəfa deyib biz and içdik,
Axı belə deməmişdik.
nəqarət:
Qəm çiçəyi yanıb solsun,
Qoy ötənlər unudulsun.
Nəsibimiz sevinc olsun.
Qış getməsə yaz gələrmi?
Vəfa deyib biz and içdik,
Axı belə deməmişdik.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Min nalə duyulur, min qəm duyulur
Qəlbimdə bulaq tək çağlar kamanım.
Tutub hər pərdədən bir göz yaşını
Ağlar əvəzimə, ağlar kamanım.
* * *
Sənin sehrindədir danışan dil də
Səsinlə dinlənir çiçək də, gül də
Ovsuna düşübdür şeyda bülbül də
Susubdur bağça da, bağlar kamanım
* * *
Ruhumun səsidir duyduğum bu səs,
Bu həzin iniltili, bu ilıq nəfəs.
Hər teli titrəsə deyirəm ki, bəs
Yaxar ürəyimi dağlar kamanım,
Habilin əlində ağlar kamanım.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Sosial media hesablarımız:
Facebook : Fuad Ramazanov www.facebook.c...
Instagram : ramazanovfuad ...
WhatsApp ilə əlaqə
+994 77 403 60 04
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
F U A D R A M A Z A N O V
Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!
Necə gozel oxuyub
Nece de gözel oxuyub 💚