DÖVLƏT QULLUĞUNDA XAOTİK VƏZİYYƏT - NAMİZƏDLƏRİN NARAZILIĞI - Rizvan Fikrətoğlu
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ARB 24 kanalına müsahibəmdə dövlət qulluğu ilə bağlı bəzi boşluqlara nəzər salmışam:
1. Minlərlə gəncin iş mühiti üçün böyük ümidlər yaradan dövlət qulluğuna qəbulun şərtləri şəffaf deyil və bu da hazırlığa gedən bir namizədin ümumilikdə minimum 2-3 min pulunun və zamanının itirilməsinə gətirib çıxarır.
2. DİM-in statistikasına əsasən dövlət qulluğuna qəbul olmaq üçün sənəd verənlərin təxminən 10 nəfərindən 1-i uğur qazana bilir. Amma bu uğur hər zaman namizədin biliyi bahasına başa gəlmir. Nəzərə alsaq ki, müqaviləli işçilər sertifikat aldıqda onlara üstünlük verilir və digər amillər də rol oynayır.
3. Ehtiyat kadr balansı düzgün həyata keçirilmir. Namizədlər boşuna vaxt itirir, 2 il keçdikdən sonra siyahıdan çıxarılırlar.
4. Müsabiqənin müsahibə mərhələsində ədalətlilik prinsipi demək olar ki, tamamilə pozulur. Bu səbədən müsahibəyə ehtiyac duyularsa, bu mərhələ də testləşdirilməlidir.
Problemlər çoxdur. Daha ətraflı ARB24 kanalının əməkdaşı Rahim Mirzəcanın təqdimatından izləyin.
Rizvan bəy elə gözəl nüanslara toxunmusuz ki namizədlərin işlə təmin olunması üçün etdiyiniz təşəbbüskarlığa görə təşəkkürlər
Minnətdaram. Namizədlərləyəm. Sizinləyəm.
Allah canınızı sağ eləsin
İnsan faktoru olan yerdə şəffaflıqdan söz gedə bilməz! Biz xaiş edirik müsahibə mərhələsi test üsulu ilə olsun! Bəsdirin biz gəncləri avara etdiniz.
Yeni qazanc yeri tapıb DİM. Nə qədər dövlət qulluğu iş yeri var ki millet salmısız yollara.
Halaldi Rizvan Muellim size👍
Təşəkkür edirəm.
Duzdur. Musahibe merhelesi test olsunn. Haqqımıza girilirr.
Təkliflərimizi vermişik. Dəyərləndirilməsi üçün də addım atacağıq.
Allah insaf versin səsimizi eşitsinlər həm pulumuz gedir həmdə vaxtımız ortadada heç nə yoxdur
Möhtəşəm. Davamı gəlsin.
Təşəkkür edirəm.
Salam Rizvan müəllim. Halaldir Sizə, Massallah olsun.
Təşəkkür edirəm.
Rizvan müəllimin Azərbaycan gənclərinə göstərdiyi fədakarlıq alqışa layiqdir.
Hörmətli Masil müəllim, minnətdarlığımı bildirirəm.
Sertfikati olan ortaliqda qalır Oz adamlarin yerlesdirirler 😂😂
Adamın varsa işdə var)
Bəliii çoox təəsüflər olsunki danışanlar çox çox haqlıdı...Məllimin təklifi isə əladan əladı müsahibə mərhələsi də test ilə olsun
Bu təklifi vermişəm: İnsan amili olan yerdə obyektivlik kölgədə qalır. Müsahibə mərhələsində boşluq var, öz yoluna qoyulmalıdır.
Heçnə yoluna qoyulan deyil. Maraqlar.
O insan amili haram pul yeməyi özünə fəxr bilən azərbaycanlı amilidir
Xarabada hara el atırsan fırıldag berbad can sıxıcıdır olkede şeffaf hecne yoxdur
Ehh 😢 hamnin sertfkati var ,məqsəd 2 aydan bir imtahan olsun 250 minə yaxn pul yiğilir tək 1 imtahana ,ilə 6 imtahan dusur
Və 4,5 verəq kagiza 82 manat ayib birseydi ,magistrda 50 manat məqsəd xalqi soymağdir
Möhtəşəm, uğur olsun.
Əhsən düzgün vurğuladiniz gözəl müəllim düz düzdür amma təssüf ki hərşey kasib üçün səd çəkilib
Ümidvaram ki, qiymətləndirərlər. Yoxsa xaos daha da genişlənər.
Bəli məndə bu fikirlərlə cox razıyam.Əgər işə götürməyəcəksizsə insanların niyə vaxtını və pulunu alırsız.2 aydan bir imtahan etməklə pul yığırsız .
Ümid edirəm ki, bu istiqamətdəki boşluqlar aradan qaldırılacaq.
@@rizvanfikretogluSalam . Nəsə doğru bir qərar verildi bu barədə?
@@aytac2108adamınız var? Yoxdusa başın buraxın
Əhsən👏👏
Təşəkkür edirəm.
Heqiqeten ela bir sozle.
Uğurlar muəllim
İki il camaat nə yesin ay ağıllı iş adamları
Mən 3 ildi imtahandan keçmişəm sertifikatımda 2025-ci ilin sentyabr ayına kimi qüvvədədir ancaq 3 dəfə fərqli-fərqli dövlət qurumlarının müsahibə mərhələlərindən kəsilmişəm özüdə minimum 1-2 balla kəsilmişəm müsahibə mərhələsində əlavə artıq çox suallar verillər kəsmək üçün hətta sualdan sualda çıxardıllar
Müsahibə nə vaxt olur abi.? Birdəki nə suallar verirlərki?
@@ramalabdullazadeilde 1 ya 2 defe
@@ramalabdullazadeadamın olmalıdı
Salam dövlət qulluğunda ancaq öz ixtisasına uyğun işlərdə işləmək olur? Yoxsa necə?
@@renat4774belə deyimdə. İmtahan verirsən sertifikat alırsan, sonra hansı iş üzrə işləmək istəyirsənsə seçirsən, öz ixtisasın ya da digər ixtisas. Müsahibəyə çağırırlar, müsahibə verirsə
0rta məktəb hazırlıq +universiteti bitrənə kimi pul əziyyət axırda xəyallar puç olsu iş olmasın 😅😅😅😅😅😢
Adam utanıre, elə bil təzədən universitetə, məktəbə qayıdırsan, ortada heçnə olmadısa fisyoda
Rizvan müəllim 👍düzdü müsahibə mərhələsidə testlə keçirilsə şəffaf olar
Mən də belə düşünürəm. Test və ya alternativ yol olmalıdır. İnsan amili həmişə olduğu kimi, nöqsanlar yaradır.
Müsabiqə yığşırlsa yaxşıdır
Rizvan məllim ümüd edirəm bu işin arxasıyca düşərsiz yanınızdayıq
Bilirsiniz, addımı atmışam. Dəstək olmur. Məsələn, biri bu videokadr. Baxış sayı min deyil heç. Paylaşılmır, şərhlər çox azdır. Paylaşsalar, geniş baxış olarsa, elə bu da təsir edər. Amma hər kəs kənarda dayanıb.
O insan amili haram pul yeməyi özünə fəxr bilən azərbaycanlı amilidir
Ruhdan saldılar bizi
Azi 2 ay təstə hazirlaş sonra bir ay gözlə sertifikat qeydiyyati tamamlansin sonra azi 1-2 ayda gozlə vakansiyalar acilsin onuda 1 ay qeydiyyati sonra mushaibə tarixinə baxirsan bir muddətdə o gedir sonuçda baxirsn ki, bir ildi canin cixib ortada birşey yoxdur. Mən hazirda yarisindayam nə geri qayıda bilmkrəm nədə qarşıda nələr olacaq bilmirəm 😅
Salam siz müsahibə mərhələsindən keçdiniz.?
@@ramalabdullazadekeçmey olmue ay qaqaş
Bəli!)
DİM surprizlerle doluduuu💆🏻♀️
Bu məsələdə "günahlandırılacaq" ən sonuncu qurum DİM-dir. DİM-dən öncə xeyli qurumlar bu məsələni yoluna qoymalıdır.
Bezdim artıq bu müsahibə mərhələsindən 2 ilim boşuna getdi. Heyif mənim əziyyyətimdəm . 3 yada 2 balla kəsilirəm . Belə nə qədər davm edəcək???
Yaxşı hazırlaşmırsız bes keçenler nece keçir
Şərhçinin birinə keçmək olmur yazmısız amma burda yaxşı hazirlasmamisinjz yazmısız 😶😶😶😶😶😶😶@@ataturkcu6656
Düzdü ölüb dirilirsen oxuyursan gelirsen müsahibəde kesirler
Tənzimləmə düzgün olmalıdır. Sistemləşdirilməli, konkretləşdirilməlidir. İnsan amili maksimum uzaqlaşdırılmalıdır.
Evdə hazırlaşsinlarda 800-1000 niyə xərc çəkirlər?
Burada ortalama vəziyyət üzərindən dəyərləndirilib. Şəxslər var dediyim məbləğdən daha çox xərcləyir, az da. Ortaq məbləğ üzərində təhlil aparılıb.
Yalandan niye her ay imtahan keciriler bes?
Pul
Çalişmaq lazimdi,nəticə əldə olar onda
Bu, ümumiyyətlə, hər zaman belədir. 👍
Müsahibə vəziyyətə nəzarət etmək üçündür.
2 il ya 5 il?
5 il sertifikatin muddetidir. 2 il ehtiyatda qalma muddetidir. o muddetde teyinat almadin ehtiyatdan cixarilir.
Adamın yoxdusa yaalndan eziyyet çekmiyin