Allah rəhmət eləsin bütün dünyasın dəyişənlərimizə.Mən sevinirəm , nə yaxşı ki, bizim orta nəsil ulu babalarımızı unutmur. O müqəddəs məkanda mən də olmuşam uşax yaşlarımda.Nənəmlə ziyarət etmişdiy.Allah Şəhidlərimizə rəhmət eləsin .İnanmazdım ki, nə vaxtsa o Torpaxlara qayıdarıx
İman Xəlifə - Rza Xəlifə - Böyük Seyidağa- Seyid Məhəmməd Həsən - Seyid Məşədi Mirəli - Seyid Hüseyn - Seyid Müseyib - Seyid Əli - Seyid Rza - mənim səcərəm belədir. Babalarımdan İman Xəlifənin məzarı Laçının Malxələf kəndindədir. Seyid Müseyib babam 1937-ci ildə sürgün efildiyi üçün harda rəhmətə getdiyi, harda dəfn olunduğu haqda məlumatımız yoxdur. Atam Seyid Əlinin məzarı Abşeron rayonunun Saray kəndindədir. Siyahıda qeyd olunan o biri babalarımın hamısınin məzarı Laçın rayonunun Seyidlər kəndindədir.
Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə 1885-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olmuşdur. Seyid Müseyib bölgənin sayılan seyid nəsillərindən biri olan Rzalar nəslinə aiddir. Atası Seyid Hüseyn və babası Seyid Məşədi Mirəli bölgənin ən tanınmış simalarından biri olmuşdular. Bu ailə bölgənin həm də ən varlı ailələrindən biri olmuşdur. Seyid Hüseynin həyat yoldaşı, yenə bölgənin ən hörmətli şəxslərindən biri olan Seyid Kərbalayı Məhəmmədin bacısı Seyid Pəri olmuşdur. Burda xatırlatmaq isəyirəm ki, deyilənə görə, o dövrdə Qubadlıda yaşamış xalq qəhrəmanı Qaçaq Nəbinin “Boz at”ını ona Seyid Kərbalayı Məhəmməd bağışlamışdır. Seyid Kərbalayı Məhəmməd bölgənin ən tanınmış din xadimlərindən biri olmuşdur. Seyid Müseyibin atası Seyid Hüseynin 5 övladı olmuşdur. Bunlar yaş sırasıyla Seyid Həmid, Seyid Müseyib, Seyid Muxtar, Seyid Zeynal və Seyid Səriyyə idilər. Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1905 və 1918-ci illərdə ermənilərin Azərbaycan Türklərinə qarşı başlatdıqları xəyanətkarcasına basqınlarının qarşısını almaq üçün silahlı dəstə təşkil etmiş və mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmişdir. Seyid Həmidin dəstəsində özündən kiçik qardaşları Seyid Müseyib və Seyid Muxtar da qəhrəmancasına vuruşmuşdular. Dəstənin silah-sursat təchizatını Seyid Müseyib təşkil etmişdir. Məhz Seyid Həmid və bir neçə başqa xalq qəhrəmanlarına aid dəstələrin qəhrəmanlığı sayəsində erməni quldurları Laçın bölgəsində məhv edilmiş, bu mənfur düşmən torpaqlarımızdan qovulub çıxarılmışdır. Düşməni torpaqlarımızdan qovub çıxardıqdan sonra, Seyid Həmid Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzası rəhbərliyində yer almışdır. Azərbaycan dövlətinə qarşı çıxan daxili quldurlara qarşı amansız olmuş, onlarla axıra qədər mübarizə aparmışdır. Seyid Həmid həm də qəzanın bir neçə bölgəsində, tikinti işlərinə rəhbərlik etmiş, Laçının bir çox kəndindəki mühüm obyektlərin tikintisini təşkil etmişdir. Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1938-ci ildə sovet höküməti tərəfindən Şuşa rayonun Turşsu kəndi yaxınlığında öldürülmüşdür. Qədirbilən Köhnəkənd camaatı sovet quldurlarının təqibinə baxmayaraq, gecə vaxtı Seyid Həmidin meyidini gizlicə vurulduğu yerdən götürərək, dəfn etmişlər. Seyid Həmidin məzarı dəqiq bilinməməklə yanaşı, təxmini olaraq Laçın rayonunun Köhnəkənd kəndi ətraflarındadır. Seyid Müseyibin özündən kiçik qardaşı Seyid Muxtar, AXC dövründə polis olmuş və 1919-cu ilin yayında Laçın rayonunun Uzunyal adlanan yaylağında Azərbaycan Xalq Cümhuriyyətinə tabe olmayan quldurlarla çıxan döyüşdə quldurlar tərəfindən öldürülmüşdür. Məzarı Laçın rayonu, Seyidlər kənd qəbiristalığındadır. Seyid Müseyibin kiçik qardaşı Seyid Zeynal isə bir neçə il Bakıda neft hasilatı ilə məşğul olan şirkətlərdən birində çalışmışdır. Təəssüf ki, Seyid Zeynal çox gənc yaşlarında burada xəstələnmiş, öz doğma kəndinə qayıtmış və təxminən 1917-ci ildə Seyidlər kəndində vəfat etmişdir. Məzarı Seyidlər kənd qəbiristanlığındadır. Seyid Müseyibin bacısı Seyid Səriyyə 1984-cü ildə Laçın rayonu, Alıqulu kəndində vəfat etmiş, Alıqulu kənd qəbiristanlığında dəfn olunmuşdur. Seyid Müseyibın həyat yoldaşı, yenə bölgənin ən varlı şəxslərindən biri olmuş, Seyid Hacı Mirəziz oğlu Seyid Həsənəlinin qızı Seyid Zəhra idi. Seyid Müseyib və Seyid Zəhranın 4 övladları olmuşdur. Bunlar, Seyid Hüseyn (1923-1947), Seyid Pəri (1926-1986), Seyid Əli (1929-2019) və Seyid Zeynal (1931-2015) idilər. Seyid Müseyib Ağdam şəhərində dini təhsil almiş və orta təhsilli din xadimi olmuşdur. Təhsili orta olsa da, ali təhsilli din xadimləri səviyyəsində elmə yiyələnən Seyid Müseyib, siyasi cəhətdən də çox fəal olmuşdur. Seyid Müseyib Mirzadə o vaxtlar Azərbaycan siyasi mühitində xüsusi yerə sahib olan Azərbaycan İttihad partiyasının Zəngəzur qəzasında qurucularından biri olmuşdur. O, 1931-ci ildə siyasi fəaliyyətinə görə həbs olunmuşdur. Ağdam şəhərində 4 ilə yaxın həbsdə qaldıqdan sonra, 1934-cü ildə öz doğma yurduna qayıtmış və siyasi fəaliyyətinə qaldığı yerdən davam etmişdir. Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə, 1937-ci il, sentyabr ayının 26-da, Xankəndində (stepanakert), Azərbaycan SSR XDİK üçlüyünün qərarı ilə həbs olunaraq 8 il müddətinə sürgün edilmişdir. O xalqımızın düşmənləri - Kaqan, Popov, Sayadyan vs tərəfindən mühakimə olunub həbs olunmuşdur. 1960-cı ilin iyunun 14-də, Azərbaycan SSR Ali Məhkəməsi, 1937-ci ilin sentyabr ayının 26-da Azərbaycan SSR XDİK üçlüyünün, Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu ilə bağlı aldığı qərarı ləğv edərək, işlərin sübuta yetmədiyi üçün, xətm olunmasını qərara almışdır. Bu haqda akademik Ziya Bünyadovun, 1993-cü ildə nəşr olunan “Qırmızı terror” kitabının 254-262-ci səhifələrində ətraflı məlumat verilmişdir.
Allah rəhmət eləsin. Yerləri cənnət olsun
Allah rəhmət eləsin bütün dünyasın dəyişənlərimizə.Mən sevinirəm , nə yaxşı ki, bizim orta nəsil ulu babalarımızı unutmur. O müqəddəs məkanda mən də olmuşam uşax yaşlarımda.Nənəmlə ziyarət etmişdiy.Allah Şəhidlərimizə rəhmət eləsin .İnanmazdım ki, nə vaxtsa o Torpaxlara qayıdarıx
Amin. Uca Allah Səhidlərimizə rəhmət eləsin. Qazilərimizə Uca Allah uzun sağlam ömür versin.
Аллах рахмат еласин!
Ölənlərinizə rəhmət
İman Xəlifə - Rza Xəlifə - Böyük Seyidağa- Seyid Məhəmməd Həsən - Seyid Məşədi Mirəli - Seyid Hüseyn - Seyid Müseyib - Seyid Əli - Seyid Rza - mənim səcərəm belədir.
Babalarımdan İman Xəlifənin məzarı Laçının Malxələf kəndindədir. Seyid Müseyib babam 1937-ci ildə sürgün efildiyi üçün harda rəhmətə getdiyi, harda dəfn olunduğu haqda məlumatımız yoxdur. Atam Seyid Əlinin məzarı Abşeron rayonunun Saray kəndindədir. Siyahıda qeyd olunan o biri babalarımın hamısınin məzarı Laçın rayonunun Seyidlər kəndindədir.
Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə
Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə 1885-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olmuşdur. Seyid Müseyib bölgənin sayılan seyid nəsillərindən biri olan Rzalar nəslinə aiddir. Atası Seyid Hüseyn və babası Seyid Məşədi Mirəli bölgənin ən tanınmış simalarından biri olmuşdular. Bu ailə bölgənin həm də ən varlı ailələrindən biri olmuşdur.
Seyid Hüseynin həyat yoldaşı, yenə bölgənin ən hörmətli şəxslərindən biri olan Seyid Kərbalayı Məhəmmədin bacısı Seyid Pəri olmuşdur. Burda xatırlatmaq isəyirəm ki, deyilənə görə, o dövrdə Qubadlıda yaşamış xalq qəhrəmanı Qaçaq Nəbinin “Boz at”ını ona Seyid Kərbalayı Məhəmməd bağışlamışdır. Seyid Kərbalayı Məhəmməd bölgənin ən tanınmış din xadimlərindən biri olmuşdur.
Seyid Müseyibin atası Seyid Hüseynin 5 övladı olmuşdur. Bunlar yaş sırasıyla Seyid Həmid, Seyid Müseyib, Seyid Muxtar, Seyid Zeynal və Seyid Səriyyə idilər.
Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1905 və 1918-ci illərdə ermənilərin Azərbaycan Türklərinə qarşı başlatdıqları xəyanətkarcasına basqınlarının qarşısını almaq üçün silahlı dəstə təşkil etmiş və mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmişdir. Seyid Həmidin dəstəsində özündən kiçik qardaşları Seyid Müseyib və Seyid Muxtar da qəhrəmancasına vuruşmuşdular. Dəstənin silah-sursat təchizatını Seyid Müseyib təşkil etmişdir.
Məhz Seyid Həmid və bir neçə başqa xalq qəhrəmanlarına aid dəstələrin qəhrəmanlığı sayəsində erməni quldurları Laçın bölgəsində məhv edilmiş, bu mənfur düşmən torpaqlarımızdan qovulub çıxarılmışdır.
Düşməni torpaqlarımızdan qovub çıxardıqdan sonra, Seyid Həmid Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzası rəhbərliyində yer almışdır. Azərbaycan dövlətinə qarşı çıxan daxili quldurlara qarşı amansız olmuş, onlarla axıra qədər mübarizə aparmışdır. Seyid Həmid həm də qəzanın bir neçə bölgəsində, tikinti işlərinə rəhbərlik etmiş, Laçının bir çox kəndindəki mühüm obyektlərin tikintisini təşkil etmişdir.
Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1938-ci ildə sovet höküməti tərəfindən Şuşa rayonun Turşsu kəndi yaxınlığında öldürülmüşdür. Qədirbilən Köhnəkənd camaatı sovet quldurlarının təqibinə baxmayaraq, gecə vaxtı Seyid Həmidin meyidini gizlicə vurulduğu yerdən götürərək, dəfn etmişlər. Seyid Həmidin məzarı dəqiq bilinməməklə yanaşı, təxmini olaraq Laçın rayonunun Köhnəkənd kəndi ətraflarındadır.
Seyid Müseyibin özündən kiçik qardaşı Seyid Muxtar, AXC dövründə polis olmuş və 1919-cu ilin yayında Laçın rayonunun Uzunyal adlanan yaylağında Azərbaycan Xalq Cümhuriyyətinə tabe olmayan quldurlarla çıxan döyüşdə quldurlar tərəfindən öldürülmüşdür. Məzarı Laçın rayonu, Seyidlər kənd qəbiristalığındadır.
Seyid Müseyibin kiçik qardaşı Seyid Zeynal isə bir neçə il Bakıda neft hasilatı ilə məşğul olan şirkətlərdən birində çalışmışdır. Təəssüf ki, Seyid Zeynal çox gənc yaşlarında burada xəstələnmiş, öz doğma kəndinə qayıtmış və təxminən 1917-ci ildə Seyidlər kəndində vəfat etmişdir. Məzarı Seyidlər kənd qəbiristanlığındadır.
Seyid Müseyibin bacısı Seyid Səriyyə 1984-cü ildə Laçın rayonu, Alıqulu kəndində vəfat etmiş, Alıqulu kənd qəbiristanlığında dəfn olunmuşdur.
Seyid Müseyibın həyat yoldaşı, yenə bölgənin ən varlı şəxslərindən biri olmuş, Seyid Hacı Mirəziz oğlu Seyid Həsənəlinin qızı Seyid Zəhra idi.
Seyid Müseyib və Seyid Zəhranın 4 övladları olmuşdur. Bunlar, Seyid Hüseyn (1923-1947), Seyid Pəri (1926-1986), Seyid Əli (1929-2019) və Seyid Zeynal (1931-2015) idilər.
Seyid Müseyib Ağdam şəhərində dini təhsil almiş və orta təhsilli din xadimi olmuşdur. Təhsili orta olsa da, ali təhsilli din xadimləri səviyyəsində elmə yiyələnən Seyid Müseyib, siyasi cəhətdən də çox fəal olmuşdur.
Seyid Müseyib Mirzadə o vaxtlar Azərbaycan siyasi mühitində xüsusi yerə sahib olan Azərbaycan İttihad partiyasının Zəngəzur qəzasında qurucularından biri olmuşdur.
O, 1931-ci ildə siyasi fəaliyyətinə görə həbs olunmuşdur. Ağdam şəhərində 4 ilə yaxın həbsdə qaldıqdan sonra, 1934-cü ildə öz doğma yurduna qayıtmış və siyasi fəaliyyətinə qaldığı yerdən davam etmişdir.
Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə, 1937-ci il, sentyabr ayının 26-da, Xankəndində (stepanakert), Azərbaycan SSR XDİK üçlüyünün qərarı ilə həbs olunaraq 8 il müddətinə sürgün edilmişdir. O xalqımızın düşmənləri - Kaqan, Popov, Sayadyan vs tərəfindən mühakimə olunub həbs olunmuşdur.
1960-cı ilin iyunun 14-də, Azərbaycan SSR Ali Məhkəməsi, 1937-ci ilin sentyabr ayının 26-da Azərbaycan SSR XDİK üçlüyünün, Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu ilə bağlı aldığı qərarı ləğv edərək, işlərin sübuta yetmədiyi üçün, xətm olunmasını qərara almışdır. Bu haqda akademik Ziya Bünyadovun, 1993-cü ildə nəşr olunan “Qırmızı terror” kitabının 254-262-ci səhifələrində ətraflı məlumat verilmişdir.