Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - BAKU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - BAKU TV
    Sosial şəbəkələrimiz
    t.me/bakutvxeber
    / www.baku.tv
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
    Dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür.
    O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu 2-ci rus-müsəlman məktəbinə qoyub. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Milli İstiqlal Hərəkatımızın təməl daşını qoyan inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. Rəsulzadə 1902-ci ildə, 17 yaşı olanda Müsəlman Gənclik Təşkilatını yaradıb. Bu, 20-ci əsrdə Azərbaycan rus müstəmləkəsi üsul idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1908-ci ilin sonunda Rəsulzadə çar üsul idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyur. Çar hökumətinin tələbi ilə İranda təqiblərə məruz qalan siyasətçi İstanbula gedir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və vətənə qayıda bilir.
    Rəsulzadə 1917-ci ilin payızında Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprel tarixində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra o, vətəni tərk etmək məcburiyyətində qalır.
    Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada şəkərli diabet xəstəliyindən vəfat edib.
    1993-cü il dekabrın 29-da ümummilli lider Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Rəsulzadənin anadan olmasının 110 illik yubiliyenin keçirilməsi haqqında fərman imzalayıb. 2013-cü il noyabrın 22-də isə Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il “Cümhuriyyət İli” elan edilib.
    © 2022 © All Rights Reserved ℗ Baku TV

ความคิดเห็น • 43

  • @tofiqbabayev9482
    @tofiqbabayev9482 ปีที่แล้ว +56

    Allah Ulu Öndər Məhəmməd Əmin Rəsulzadəni rəhmət eləsin , ruhu şad olsun

  • @mammadli114
    @mammadli114 ปีที่แล้ว +31

    Allah səni rəhmət etsin Azərbaycanın qurucusu və əbədi öndər Məhəmməd Əmin Rəsulzadə amin 🤲🏻🇦🇿

  • @turqutesedov540
    @turqutesedov540 ปีที่แล้ว +16

    Allah Ulu Öndər Məhəmməd Əmin Rəsulzadəni rəhmət eləsin məkanı cənnət olsun nə yaxşı ki dogulubsan 🇦🇿🇹🇷

  • @omarzeynalli4914
    @omarzeynalli4914 ปีที่แล้ว +11

    Ruhun şad olsun dahi insan.Nurlar içində uyu.Adın çəkilən hər yerdə rəhmət var sənə.

  • @ilhamquliyev6489
    @ilhamquliyev6489 ปีที่แล้ว +7

    Ulu onder m.emin resulzade❤🇦🇿

  • @mafia_gamer_official30973
    @mafia_gamer_official30973 ปีที่แล้ว +14

    *"Şübhəsizdir ki, bir gün Həqiqət parlayacaq !"*
    - Ulu Öndər Məhəmməd Əmin RƏSULZADƏ

  • @Mete_xaqan_hun
    @Mete_xaqan_hun ปีที่แล้ว +6

    Əsl bozqurd. Allah rəhmət etsin.😔

  • @patriot3701
    @patriot3701 ปีที่แล้ว +35

    Ruhu şad olsun, məkani uca olsun !!!
    ADR - in banisi!!!
    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @Muradyaddasaxla
    @Muradyaddasaxla ปีที่แล้ว +3

    Tarixini unudandan adam olmaz.Allah sənə rəhmət eləsin.ömrünü Azərbaycana həsr etmiş dahi şəxsiyyət

  • @orxanaliyev5057
    @orxanaliyev5057 ปีที่แล้ว +8

    Nurlar içinde yat Paşam sen bu ölkenin başına gelmiş en gözel Möcüzesen ❤gör senin qurduğun bu devlet indi kimlerin elinde oyuncağdı😢

  • @cavidibrahimov8103
    @cavidibrahimov8103 10 หลายเดือนก่อน +2

    Allah rəhmət eləsin qebri nurla dolsun ulu önderimiz

  • @93BakiliBalasi
    @93BakiliBalasi ปีที่แล้ว +9

    Allah babamız Məhəmmədə qəni-qəni rəhmət eləsin

  • @rasmiyyahesenova1596
    @rasmiyyahesenova1596 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin amin məkanı cənnət olsun

  • @selcan1806
    @selcan1806 8 หลายเดือนก่อน +3

    Bu gün Azərbaycan xalqı, yaşadığı dövlətininin, varlığını Böyük şəxsiyyət, Şərqdə ilk demokratik, dövlətin yaradıcısı, Məhəmməd Əmin Rəsulzadəyə borcludur.

  • @turanturk3234
    @turanturk3234 8 หลายเดือนก่อน +2

    Ulu Önder❤❤❤❤❤❤

  • @aliagam7378
    @aliagam7378 7 หลายเดือนก่อน +3

    Yanlis seslendirirsiz xanim❌ Dovletin Bayragin qurucusu yaradicisi Ulu ÖNDER demeliydiniz🇦🇿🖤🥀

  • @nmzaaqayev1423
    @nmzaaqayev1423 ปีที่แล้ว +3

    Аллах рехмет елесин Бойук Рехбере. 🥀🤲🕋🇦🇿🇦🇿🇦🇿

  • @rustmabdulla7391
    @rustmabdulla7391 ปีที่แล้ว +2

    Üzü nurlu şəxsiyyət

  • @hissenhaysens8189
    @hissenhaysens8189 ปีที่แล้ว +3

    Allah rahmat elasin, mazarl cannat olsun inwAllah.

  • @talsh_0757
    @talsh_0757 ปีที่แล้ว +1

    Allah rehmet elesim

  • @solmazhuseynova7688
    @solmazhuseynova7688 ปีที่แล้ว +1

    Allah rəhmət etsin

  • @samxalbabayev7471
    @samxalbabayev7471 9 หลายเดือนก่อน +1

    2024 MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ İLİ ELAN ONUNACAĞ ❗

  • @rasimsdullayev398
    @rasimsdullayev398 8 หลายเดือนก่อน +2

    🇦🇿🇦🇿🇦🇿

  • @xankndisxocalirazrbaycandi4280
    @xankndisxocalirazrbaycandi4280 ปีที่แล้ว +6

    ULU ÖNDƏR 139

  • @M.E.R.1918
    @M.E.R.1918 8 หลายเดือนก่อน

    💙❤💚

  • @vahidabazari2466
    @vahidabazari2466 ปีที่แล้ว +9

    Yasha 60 milyon Azerbaijan

    • @foreverturkh
      @foreverturkh ปีที่แล้ว

      Senin daha Mehmet Emin Resulzade bey den haberin yok.
      Türk olmuş " Azerbaycanlılar "
      Siz önce rus uydurması ifadeleri bırakın.

  • @vahidabazari2466
    @vahidabazari2466 ปีที่แล้ว +5

    🇦🇿♥️🇦🇿♥️🇦🇿♥️🇦🇿♥️🇦🇿♥️

  • @SeymurQeniyev-y1t
    @SeymurQeniyev-y1t 9 หลายเดือนก่อน +1

    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @interestingmusics4566
    @interestingmusics4566 ปีที่แล้ว +1

    🇹🇷🇦🇿🤘💪

  • @vahidabazari2466
    @vahidabazari2466 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲♥️♥️♥️♥️

  • @isaliyev4679
    @isaliyev4679 ปีที่แล้ว

    🇦🇿🇦🇿🇦🇿🙋

  • @ТамараАванесян-с6э
    @ТамараАванесян-с6э 8 หลายเดือนก่อน

    Фаши́ст

  • @Hurzat_Ahmadli
    @Hurzat_Ahmadli ปีที่แล้ว +1

    Allah rəhmət eləsin