“Abzas Media” işində gərginlik: Vəkil ədliyyə nazirinə müraciət edib

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verilmiş şikayət təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Xətai Rayon Məhkəməsinin həbsin daha 3 ay uzadılması ilə bağlı qərarı dəyişdirilmədən saxlanılıb.
    2023-cü il dekabrın 1-də Xətai Rayon Məhkəməsi Nərgiz Absalamova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Bu il fevralın 24-də məhkəmə müstəntiqin təqimatı əsasında bu müddəti daha 3 ay uzadıb.
    Bugünkü məhkəmə prosesində jurnalistin vəkili Rövşanə Rəhimli ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı arasında gərginlik yaşanıb. Vəkilin bildirdiyinə görə, o müvəkkilinin iclas salonundakı şüşə kabinədən çıxarılması barədə vəsatət verib. Hakim vəsatəti təmin edib.
    Buna etiraz edən Penitensiar Xidmətin əməkdaşı jurnalistin təhlükə baxımından şüşə kabinədə saxlanmalı olduğunu bildirib. Bundan sonra hakim qərarını dəyişib və Nərgiz proses boyu şüşə arxasında qalıb.
    “Ədliyyə naziri araşdırsın. Penitensiar Xidmətə kim icazə verib ki, o hakimin qərarına müdaxilə edir? O kimdir ki, qapalı məhkəmədə iştirak edir?”, - deyə vəkil vurğulayıb.
    Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
    Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
    Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

ความคิดเห็น • 14

  • @world4225
    @world4225 7 หลายเดือนก่อน +15

    Allah sizləri hakimiyyətdəki mərdüməzarlardsn qorudun. Amin🙏🙏

  • @smryusifova4877
    @smryusifova4877 7 หลายเดือนก่อน +11

    Haqsızlıq diz boyu. Göresen, hansıbir sahede edalet qalıbmı?
    Hakime gösteriş vermeyen, kimse varmı?

  • @DEMOKRATIKAZERBAYCAN
    @DEMOKRATIKAZERBAYCAN 7 หลายเดือนก่อน

    Bütün SIYASİ MƏHBUSLARA AZADLIQ.!!

  • @PATRIOARA
    @PATRIOARA 7 หลายเดือนก่อน +8

    ĢÖTƏĢIRƏN HAKIMLƏRI VURMAG LAZIMDIR KI, MILLƏTƏ ZÜLM VERMƏSINLƏR. ANĢAG KALASHNIKOV HƏLL EDIR ❤ ÜRƏKLI OĞULLAR VAR ❤

    • @revayetsaidova2397
      @revayetsaidova2397 7 หลายเดือนก่อน

      SICAN KIMI DESIK AXTARIRSAN POLIS GORENDE ALCAQ QORX KI SENIN OZUNU KLASNIKOVLA VURMASINLAR QORXAGIN BIRISEN EGER QORXMASAYDIN MITINQE CIXARDIN SENINKIMILERI BIZIM POLISLERIMIZ IT KIMI SURUYUB ATARLAR HEBSE ALCAQ

  • @aqsinabdullayev6577
    @aqsinabdullayev6577 7 หลายเดือนก่อน +5

    Vəkil Xanın siz kimdən kimə şikayət edəcəksiz. Onada özləri belə tapşırıq veriblər

  • @mubarizquliyev6446
    @mubarizquliyev6446 7 หลายเดือนก่อน +3

    Yeqin Nergiz xanım bu hakimiyyet üçün qorxulu residivistdir ona göre şüşe kameraya salırlar...

  • @RahibAbbasov-v6r
    @RahibAbbasov-v6r 7 หลายเดือนก่อน

    Unutmayaq ki, bizim ölkəmizdə günahsız heç kim azadlıqdan məhrum edilmir. Edilibsə deməli həmin şəxs qanun pozuntusu edib. İndisə ona verilən cəzanı çəkməlidir.

  • @ИбрагимАгаев-х8я
    @ИбрагимАгаев-х8я 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @huseynawiqi-c1w
    @huseynawiqi-c1w 7 หลายเดือนก่อน +6

    Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdu
    hakimlər kagız üzərində müstəqildirlər

  • @M.E.R1918
    @M.E.R1918 7 หลายเดือนก่อน +4

    Qəhbəlikdən başqa bir şey bacarmırlar bir sözlə