KAENN ft Ely - Dahası mı var? (Official Music)
ฝัง
- เผยแพร่เมื่อ 24 ม.ค. 2025
- KAENN və Ely`nin "Dahası mı var?" Adlı Parçası Artıq Onlayndır.
KAENN ft Ely - Dahası mı var? (Official Music)
#kaennftely #azrap #dahasımıvar
Sözlər və Musiqi: KAENN, Ely
Miksinq və Masterinq: Tural Bağırzadə
Prodüser: KAENN
Səsyazma: MusiclabNoise
Kaenn’i sosial şəbəkələrdə izlə:
....
kenanbaghirov
Ely ’ni sosial şəbəkələrdə izlə:
....
DİQQƏT! Kopyalamaq qəti qadağandır! Bu kanal rəsmi olduğu üçün kanal sahibinə məxsus olan bütün kontentlərin müəllif hüquqları qorunur.
Sözlər:
Nəqarət:
Dahası mı var?
Yarası qanar, bu ürəyin bir o qədər yarası da var
Anlaya bilmədim səni heç vaxt, anlaya bilmədim
Dahası mı var?
Yarasını sar, bacarırsan bu əzabın yarasını sar
Anlaya bilmədim səni heç vaxt, anlaya bilmədim
Nə indi bir salam var, nə də ki o baxışlar
Hisslərimi oyatmır nə gözlərin nə o yağışlar
Əslində günah məndədirki səni tanıya bilmədim
İlahi birini səndən çox sevdim məni bağışla
Qəlbimin oğrusu yox, hisslərimin qatilisən sən
Sevgi bir inanc olsa inancın ən batili sənsən
Bir gün aşiq olarsan bəlkə də yad birisinə
Mənə görə doğmadan uzaqlaşan o yad birisən sən
Get indi axtar tap, cırılır köhnə səhifələr
Saatın əqrəbi sancır zamanla ötür dəqiqələr və
Bir gün ölüm mələyi gəlib canımı almaq istəsə
İstərəm son nəfəsdə deyim ölməyə dəyər
Sən demə mən bu qəlbi param-param etmişəm
Şərabım qədəh dolu mənsə aram-aram içmişəm
Böyümək istəyən uşağın gəncliyi bu deyildi
Sən demə gəncliyimi bir gələcəyə haram etmişəm
Yalan nədir doğru nədir, sevmə məni sevmə qəti
Uzaqdasan yaxın gəlim, sevgin mənə hədiyyədir
İllər ötdü dəyişmədim sevgin hər gün zəiflədi
Səni boşuna təriflədim, uzaqdasan ərinmədim
Dünya onsuz yalandırsa, əgər mənsiz qalandırsa
Səsim ona azandırsa qəlbim onla bacarmırsa
Şair ondan yazardısa, Fərhad dağı aşardısa
Boşa axan zamandırsa, ömür uzun həyat qısa
Uzaqdasan bilmirəm, durub boşuna dinmirəm
Qılıq-qılığa girmirəm, yalan doğru sevmirəm
Doğru nədir bilmirəm, boş-boşuna içmirəm
Özüm özümə kinliyəm, din budursa dinsizəm
Üzsüz varsa üzlüyəm, sevgin varsa güzgüyəm
Sənsiz hər gün üzgünəm, bilən bilir düzgünəm
Sənsiz hər gün ölmüşəm gəlib sənə dönmüşəm
Neçə ölüm görmüşəm, görün necə gücsüzəm
Heç Vaxt Buraxmayacağımız Parça İdi. Heç Vaxt “Heç Vaxt” Deməyin.
Hisslərimi oyatmır nə gözlərin,nə o yağışlar
Bəyəndiyinə sevindim, axır ki:) #KAENN
@@kaennmusicYalandan heç vaxt yorum yazmıram.Bu dəfə bəyəndim ciddən,özəlliklə Ely'i
"İlahi birini səndən çox sevdim, məno bağışla"
🙏🏻🙏🏻
Can ay İsqa mənəm Əlişka)
@@ZamiqQuliyev-k9j canın şirin qaqa hansı əlişka
Axır ki
Oooo gözümüz yolda qaldı
Qayıtdıq!
Nə gözəl qayıdışdı
👍🏻👍🏻👍🏻
🥺🥺🥺
🤌🏻🤌🏻