Xadiməlikdən dövlət qulluğuna aparan yol. Aynurə Səfərova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Kimsə sıfır şansla doğulur, kimsə sıfırın altında. Orta təhsili natamam olan, atasız boya-başa çatan, sanki heç şansı olmayan Aynurə Səfərova əzmi sayəsində hədəflərinə çatır. Dövlət qulluğuna verdiyi imtahan isə onun həyatını kökdən dəyişir
    #AStar #Azərbaycan

ความคิดเห็น • 834

  • @teymurkeytiyev5364
    @teymurkeytiyev5364 3 หลายเดือนก่อน +233

    Ehsen sənə ağıllı derrakeli bacım,sən güclü iradeli ezimli dozumli Azərbaycan xanimisan

    • @nazimsadiqov
      @nazimsadiqov 3 หลายเดือนก่อน +11

      Qızım.allah.səni.xoşbəxt.eləsin.allah.sizəə.yardımçı.olsun.amin.allahım.amin.❤❤❤❤❤❤❤❤1

    • @aliyrhimli6465
      @aliyrhimli6465 2 หลายเดือนก่อน

      Halal olsun sənə bacım .Bilmədim sevincdənmi gözlərim yaşardi yoxsa?

  • @babekbabek6355
    @babekbabek6355 2 หลายเดือนก่อน +362

    Mənim də uşaqlığım 90 cı illərə düşdü. Aclıq, müharibə, böhran.. Ailədə 5 uşaq idik. 3 cü sinifdən etibarən məktəblə paralel anamla birlikdə ağır işlərə gedirdim. Tarla, buğda, arpa işi,üzüm bağlarında, yeşik düzələn emalatxanalarda işləmişəm. Birinci il bir fənnən keçid balım olmadığı üçün pullu ixtisasa düşdüm. Ailəm ödəniş edə bilmədi. Yenə çalışdım, 2 ci il ödənişsizə düşdüm. Təqaüd gücünə birtəhər oxudum. Seçilən tələbələrdən oldum. Ailə qurdum. Məni çox əzdilər, işləməyə qoymadılar. Hər gün içki,hər gün dava, söyüş, təhqir. İşləməyə imkan vermədilər. 10 ildən sonra zülmlə icazə alıb yüksək balla Miq dən keçdim. İki il orta məktəbdə işlədim. Uzaq kənddə. Hər gün 7 nin yarısı marşruta çatmalı idim ki, iş yerinə gedə bilim. Sonralar da orta ixtisas məktəbində çalışdım. Ailə vəziyyəti çətinləşdiyi üçün ayrıldım. Təzyiqlərə məruz qalsam da, yoluna davam etdim. İşləyə-işləyə Xarici Dillər Universitetində magistr təhsili aldım. Hər gün dərsimi bitirib ac, susuz saat 3 də Bakıya qaçırdım. 6 ya işləmiş dərsə girirdim.9 da çıxıb tıxacda güclə qohumumgilə gəlib qalırdım. Tezdən 5 in yarısı dururdum, o vaxt marşrut olmadığı üçün 4 km məsafəni piyada gəlib, rayon marşrutuna minib 1saat yarıma, saat 8 ə iş yerimə çatırdım. Həftədə 4 gün belə əziyyət. Böyük oğlum əsgər, kiçik üçün yemək bişirib gedirdim. O zülmlə oxudum. Sonra da AMEA ya doktoranturaya qəbul olundum. Alimlik dərəcəsi üçün elmi iş üzərində çalışıram. İki uşağı təkbaşına böyütdüm, böyük oğlum 19 yaşında müharibə veteranı oldu, XTQ 052 qəhrəmanı. Dağ Xüsusi Təyinatlılarından. Hal-hazırda Yaşmada kəşfiyyat komandiridir. Kiçik oğlum universitetə qəbul olundu. Təkbaşına evimi tikdim. Nə isə. Uşaqlıqdan nə qədər zülmlər gördüm, əziyyət çəkdim, amma yolumdan dönmədim. Hər şeyi də bacardım. Allah heç vaxt heç kimin əziyyətini əvəzsiz buraxmır. Yetər ki ağlın olsun, əxlaqın yerində olsun. Bu qız danışanda mənə çox təəccüblü gəlmədi. Ən azından ona pislik edən, təzyiq göstərən olmayıb, sadəcə kasıb olub. Dəstək olanlar olub. Mənə dəstək də olmadı, kasıblıq, üstəlik təzyiqlər.. 37 yaşımda magistr oxudum. Başqa şəhərdən hər gün Bakıya gəlib qayıdaraq oxudum. Yuxusuz, yollarda.. Hal-hazırda 42 yaşımda doktoranta. Universitetdə dərs deyirəm.Həyat mübarizə aparanları sevir və bir müddət çətin olsa da, həyat qarşısında olan insanın mübarizliyini görüb ona qarşı gəlmir, dəstək olur. Öz həyatımda gördüm bunu. Çox uzun yazdım. Oxuyanlara Allah səbr versin 😊

    • @Aynura_Safarova
      @Aynura_Safarova 2 หลายเดือนก่อน +27

      Allah sizi var eləsin. Hamısını oxudum. Mən orda demişdim, sadəcə o hissəsi verilməyib. Dedim mənim kimi çox insanlar var. Sadəcə kəşf edilməyib.
      Halal olsun sizə. Siz məndən də çox pis çətinliklər içində keçmisiz. Allah 2 balanızı gözünüzə çıraq etsin. Gözəl günlərin görüb sevinin
      Təhsil həyatınızda da uğurlar arzulayıram ❤️

    • @babekbabek6355
      @babekbabek6355 2 หลายเดือนก่อน +9

      @@Aynura_Safarova Allah sizə də gözəl təhsil, iş bəxş edib, İnşəAllah, gözəl ailəniz, övladlarınız da olar🥰

    • @Aynura_Safarova
      @Aynura_Safarova 2 หลายเดือนก่อน

      @@babekbabek6355 mən evliyəm və çox xoşbəxtəm həqiqətən. Çox təşəkkür edirəm 😊🌹

    • @xanimcabbarova9945
      @xanimcabbarova9945 2 หลายเดือนก่อน +10

      Allah çəkilən heç bir əziyyəti zehməti bəhresiz qoymur və çox Şükürki Allah çəkdiyiniz əziyyətin bəhresini görmeyi sizə nəsib edib🤲məndə veziyyətlə bağlı oxuya bilməmişdim evlendikdən sonra mənə ailəmdə çox dedilərki oxu ama oxumadım artıq gecdi dedim qardaşım oxusun deye mən oxuya bilməmişdim hələ indi mənim 37 yaşım var oxumaq heç vaxd gec deyilmiş düzdü dövletin işində işləyirem işimdən çox razıyam ama ömrümün sonuna kimi həyatımda oxumadığım üçün çox peşimanam bircə tesselim oğullarımdır onlar oxusun bəlkə ən azınnan mənim üreyim biraz rahatlıq tapar artıq böyük oğlum stomotoloqiyada oxuyur çox şükür inşəAllah onlar üçün çəkdiyim əziyyətin bəhresini görmeyi Allah mənə nəsib eder Allah sizində övladlarınızı qorusun məndə uzun yazdım vaxdınız olsa oxuyarsız🥰

    • @babekbabek6355
      @babekbabek6355 2 หลายเดือนก่อน +1

      @@xanimcabbarova9945 Bu qədər həvəslisiz, qiyabi oxuyun. İtirəcəyiniz heç nə yoxdur ki, qazanacağınız var. 40 yaşında o qədər tələbələrimiz olub ki,kollecdə də, universitetdə də.

  • @babayevamahira214
    @babayevamahira214 3 หลายเดือนก่อน +122

    Azerbaycanin bele qeyretli xanimlari var olsun❤

  • @sevdaheydarova6154
    @sevdaheydarova6154 3 หลายเดือนก่อน +45

    Qənirəxanımı Allah rəhmət eləsin,məkanı cənnət olsun!Gözəl insan idi...

    • @miraymelikova
      @miraymelikova 2 หลายเดือนก่อน

      Salam sadəcə 5 AZN ödəməklə pul qazanmaq istəyirsiz?

  • @nevidimka2288
    @nevidimka2288 3 หลายเดือนก่อน +153

    Gözlərimdə yaş sənə qulaq asdım qızım..Fəxrdən sinəm qabardı..nə yaxşı ki tək tük də olsa belə- güclü mənəviyyatlı qeyrətli bacarıqlı əxlaqlı evladların var AZƏRBAYCAN. VAR OLSUN NAMUSLU QADINLAR QIZLAR .Mərd OĞULLAR.

    • @samiraabbaszada
      @samiraabbaszada 3 หลายเดือนก่อน +28

      Tək-tükmü? Allaha çox şükür, Azərbaycan qeyrətli insanlarla doludur. Ölkə yalnız sosial şəbəkələrdəki 5-10 nəfər və onları izləyən onlardan betərlərdən ibarət deyil.

    • @tortiki__spb4326
      @tortiki__spb4326 3 หลายเดือนก่อน +8

      Məndə bu bacı kimi zəhmətkeş qadın olmuşam ayaqlarımın üstəndə durmaqı bacarmışam.şükürlər olsun Allahın böyüklüyünə bugünki günümə.ozumaqımı yarımçıq qoysamda bugün əlimdə sənətim çörəyim var heç kimə möhtac deyiləm.

    • @nazirahasanova528
      @nazirahasanova528 3 หลายเดือนก่อน +9

      Azərbaycanda çox savadlı, zəkalı, qoçaq, qabiliyyətli, qürur duyulacaq gənclər çoxdur. Bu xanımın özünə necə dəstək olublar, onlar da bizim gənclərimizdirlər. Hər birinə mən öz adımdan təşəkkür edirəm.

  • @ГаранфилНазарова-ю4и
    @ГаранфилНазарова-ю4и 3 หลายเดือนก่อน +94

    Maşallah bu xanıma , bizim uşaqlar bu qədər valideyin dəstəyi ilə, hər bir şəraitləri ola ola oxumaga əzab çəkirlər amma

  • @xatire2765
    @xatire2765 3 หลายเดือนก่อน +72

    Mən də keçmiş müəlliməyəm, həyatın hər üzünü görmüşəm.Amma sovet dövründə Bakı Dövlət Univers. filologiya fak. bitirmişəm. Həyat özü böyük məktəbdir. Əzabkeş insanlar hər şeyi daha gözəl başa düşür. Allah hər sahədə dayağımız olsun! 🙏Özünə, və Allaha güvənmək, yalnız.

    • @MirzagaAbdullayev-l5p
      @MirzagaAbdullayev-l5p 3 หลายเดือนก่อน +1

      Allah səni görüşün. Ən kozəl arzuların həyata. Keçin təmiz urəkl. Xanım. Hiziməz. Azərbaycanın. Giryətdi gizi var ol

  • @kamab.4265
    @kamab.4265 3 หลายเดือนก่อน +351

    16 yaşından bu uşaq işləməyə başlayıb, məktəbə getməyə imkanı olmayıb. Yüzlərlə ailələr bu durumdadır. Biyabırçılıq olsun belə bir zəngin ölkəyə. Bu qizın və bütün uşaqların yollarını Allah həmişə açıq eləsin. Amma heç vaxt keçmisşinizi və kimliyinizi unutmayın, İnsan qalın.

    • @sevdaibrahimova3920
      @sevdaibrahimova3920 3 หลายเดือนก่อน +17

      Həlal olsun işində həmişə duzkun mövqi tut yolun acıq olsun❤❤❤❤❤❤

    • @aydtel7288
      @aydtel7288 3 หลายเดือนก่อน +3

      ❤😊

    • @SAHIBERUSTEMOVA-l8i
      @SAHIBERUSTEMOVA-l8i 3 หลายเดือนก่อน +10

      Salam Aynure xanim sexsi ve iş heyatinda bol bol uğurlar arzulayiram ❤❤❤❤

    • @firudquliyev9963
      @firudquliyev9963 3 หลายเดือนก่อน

      Q1

    • @Səsizz
      @Səsizz 3 หลายเดือนก่อน +2

      ​Mənim günümdə olub ❤

  • @tranalverdiyev6816
    @tranalverdiyev6816 3 หลายเดือนก่อน +88

    Çox sağ olun ki bu cür insanlaı tanidirsiz bizlərə örnək götürələsi biridir

  • @gulnar3763
    @gulnar3763 3 หลายเดือนก่อน +34

    Mən sizinlə fəxr duydum. Düz deyirsiniz insan taleyini qismətini heç kəsin əllərinə buraxmamalıdır.

    • @miraymelikova
      @miraymelikova 2 หลายเดือนก่อน

      Salam sadəcə 5 AZN ödəməklə pul qazanmaq istəyirsiz?

    • @miraymelikova
      @miraymelikova 2 หลายเดือนก่อน

      Salam sadəcə 5 AZN ödəməklə pul qazanmaq istəyirsiz?

  • @Шоколадка2018-т3т
    @Шоколадка2018-т3т 3 หลายเดือนก่อน +65

    Питерди изледим бу хаными.халал олсун сизин кими мерд,исметли,халал йолла оз ишини гуран ханымлара.фехр эледим ки,сизин кими ханымларымыз вар хеле.аяг усте алгыша лайгсиз 👏👏👏👏👏👏👏👏👏

  • @gulsnmemmedova6903
    @gulsnmemmedova6903 3 หลายเดือนก่อน +33

    Ağlayarım səsli səsli və fəxr edirəm.belə zəkalı kamallı,uzaq görən qızımızla.❤❤❤yolun açıq olsun.hər zaman

  • @ImranEliyev-ry7th
    @ImranEliyev-ry7th 3 หลายเดือนก่อน +24

    Afərin ,belə xanımlarla ölkəmiz qürur duymalıdır.Kişi iradəli Azərbaycan xanımı

  • @gulesed4202
    @gulesed4202 3 หลายเดือนก่อน +36

    Qırmızı diplomla uni bitirmişəm
    Bu qız magistr və dövlət qulluğuna hazırlaşmaq üçün motivasiya oldu mene

    • @Platon151
      @Platon151 3 หลายเดือนก่อน +2

      Dovlet qulluguna isteyirszse magistri neynirsz

    • @gulesed4202
      @gulesed4202 3 หลายเดือนก่อน +5

      @@Platon151 hamısına girecem imtahanların
      Hansı oldu oldu

    • @Platon151
      @Platon151 3 หลายเดือนก่อน

      @@gulesed4202 magist vaxt itkisi.

    • @daryamamedovna2370
      @daryamamedovna2370 3 หลายเดือนก่อน +1

      Hansi sahe uzre bitirmisiz ? Muellimliyi bitirende dovlet qullugunda islemek olar😮

    • @gulesed4202
      @gulesed4202 2 หลายเดือนก่อน

      @@daryamamedovna2370 olar

  • @fakriyamehdiyeva6985
    @fakriyamehdiyeva6985 3 หลายเดือนก่อน +50

    Çox qürur verici,aferin.Allah qorusun sizi🤲🌹

  • @aquascapingazerbaijan5336
    @aquascapingazerbaijan5336 3 หลายเดือนก่อน +53

    İnsan istəsə hər şey edər.👍👍🌹🌹

  • @sabinasamedzade2265
    @sabinasamedzade2265 3 หลายเดือนก่อน +24

    BİR SÖZLƏ HALAL OLSUN❤DUYGULANDIM😢DEMƏLİ İNSAN HƏR ŞEYƏ QADİRDİ.❤❤❤❤

  • @NezireBabayeva-ur2hq
    @NezireBabayeva-ur2hq 2 หลายเดือนก่อน +13

    Ağlayaraq izlədim. Məndə sizin kimi özüm üçün etməyə çalışıram hal hazırda və 25 yaşım var. Məndə 11 yaşında anamı itirmişəm sonra bacımın qardaşımın məsuliyyəti düşüb üstümə oxuya bilməmişəm indi çox şükür bacım universitetdə oxuyur, qardaşım maşın ustası olacaq öyrənir yaxşı da bilir çox şükür məndə özüm üçün bir şeylər etmək istəyirəm artıq onlar həyatda öz yerini tutdu məndə istəyirəm bir təhsilim yaxşı bir işim olsun ona görə də bu il kollecə imtahan verdim düzdü heç hazırlaşa bilməmişəm amma ümidliyəm inşəallah qəbul olacam daha sonra da universitet əlbəttə ki bu günə qədər onlar üçün etmişəm əlimdən gələni işləmişəm kömək olmuşam bundan sonra özümə etməkdi fikrim. Amma qarşımda böyük bir ata əngəlli var aşmalı olduğum mənə şans diləyin. Siz demiş hər kəs deyir evlən artıq 25 di yaşın bundan sonra nə edəcəksən amma heç kəs bilmir xəyallarımı arzularımı çünki bildikləri an daha çox əngəllim olacaq əminəm buna amma bir yanım çox əmindir başaracağıma həyatda özümə layiq yer tutacağıma 🥰 Allah sizin də yolunuzu açıq etsin yenidən motivasiya doldum ilham oldunuz mənə var olasız ♥️

    • @muslumpoladoglu8369
      @muslumpoladoglu8369 2 หลายเดือนก่อน +1

      Can Rəbbim yar ve yardımçınız olsun

    • @aygulnasib8569
      @aygulnasib8569 2 หลายเดือนก่อน +1

      Salam aleykum Allah kömək olsun hər bir köməyə ehtiyacı olan xanımlarımıza ,heç vaxt ali təhsil almaq gec deyil ,mən də bir çox çətinliklər, gördüm ,Heç kim inanmırdı ki mən bacararam ,amma mən 34 yaşımda ali məktəbə qəbul oldum ,həmd olsun, işləyirəm,Rəbbim hər birimizin köməyi olsun.

    • @arzutahirqz6879
      @arzutahirqz6879 หลายเดือนก่อน +1

      Məncə kollecə yox, Aynurə xanım kimi Əhmədlidəki peşə məktəbinə verin. Oranı oxuyub siz də Uniyə hazırlaşın. Ödənişsizə düşərək daha rahat oxuya bilərsiniz. Düzdü, həyat mübarizədi, çətinliyi çox olduqca bəhrəsi daha gözəl olur. Niyyətin təmiz, iradən güclüdürsə, hər şeyin ən yaxşısına nail olursan. Bunu yaşayan biri olaraq sizə və bütün zəhmətkeş, dürüst, əzmkar xanımlara uğurlar diləyirəm.

    • @d.novruzlu7821
      @d.novruzlu7821 หลายเดือนก่อน +1

      İnsan Allahdan isdeyirse mütləq olur 🤲

    • @NezireBabayeva-ur2hq
      @NezireBabayeva-ur2hq หลายเดือนก่อน

      @@muslumpoladoglu8369 Amin çox sağolun dualarınızı əskik etməyin

  • @elcanhuseynov3260
    @elcanhuseynov3260 3 หลายเดือนก่อน +96

    Qurur duyuram sizin kimi xanmılarla

    • @Aynura_Safarova
      @Aynura_Safarova 3 หลายเดือนก่อน

      @@faziletariyeva232 kimdi ki qardaşınız qızı ?😊

  • @haqiqatrzayeva2676
    @haqiqatrzayeva2676 3 หลายเดือนก่อน +12

    Sənə qulaq asdıqca göz yaşımı saxlaya bilmədim qızım. Həyatda çəkdiyin əziyyətlərin hədiyyəsini sənə Mərhəmətli Allah verib. Əlhəmdülilah. Əziyyətlə namusla qazanılan qazanc şirin və bərəkətli olar. Daim uğurun, şansın bol olsun qızım. 🤲❤

  • @minayaminaya114
    @minayaminaya114 3 หลายเดือนก่อน +44

    Afərin sizə.42 yaşım var.Hələ də ali təhsil almaq arzusundayam.Ancaq yavaş yavaş bu arzunu içimdə söndürürəm.İnşallah balalarımdan görərəm bu sevinci.

    • @Ulia97-y2p
      @Ulia97-y2p 3 หลายเดือนก่อน +7

      Heçnə üçün gec deyil .Edə bilməyəcəyini bir şey deyil .Edə bilərsiz .Təhsil alın .Övladlarınızla birlikdə hazırlaşın .Onlara da örnək olacagsiz.Size baxacaqlar oxumağa da hevesleri olacağ.Qarsinizda illər var. Sizin arzunuzu siz özünüz gerçəkləşdirin.Cunki sizindi.

    • @aidaheyderova8618
      @aidaheyderova8618 3 หลายเดือนก่อน

      Hörmətli xanım sizi salamlayıram .Sizin üçün təhsil almaq heç də gec deyil .Mən 43 yaşında ali məktəbə qiyabi təhsilimi 5 il müddətində Allahın köməkliyi ilə bitirdim.Ailə , iş və təhsil bir arada .Balam 3 cü kursda oxuyarkən mən qəbul oldum .Ailədə ana və bala tələbə vəzifəsini daşıdıq .Oğlum əsgərlikdən gələndən sonra isə o da təhsilini davam elətdirdi .Biz birlikdə universitet məzunu olduq .Qızım artıq bitirmişdi .Xahiş edirəm arzunuzu içinizdə saxlamayın evladlarınızla bərabər siz də tələbə adını qazanın və məzun olun .Allah yolunuzu açıq eləsin .Yetərki siz ürəkdən istəyin .Sizə uğurlar .🙏

    • @gncl7471
      @gncl7471 3 หลายเดือนก่อน +3

      Menim qrup yoldasimin 51 yasi var. Qadinin ozde problemli..ailedir er icki duskunu seher cixir axsaam gelir. Deyir ama oxuyurki sovlet qulugna gi ise giesin muellime kimi

    • @elnurajavadova2669
      @elnurajavadova2669 2 หลายเดือนก่อน

      Men de

    • @mhakl6165
      @mhakl6165 2 หลายเดือนก่อน +2

      Diplomum toz basıb,neçə.illərdi iş tapa bilmirəm

  • @daryamamedovna2370
    @daryamamedovna2370 3 หลายเดือนก่อน +21

    Sizi o dediyiniz qrupdan taniyiramm. Motivasiya oldunuz uğurlar. İnsallah tezlikle men de hedefime catdigim ucun gelib burda paylasim edim. 🤲🤗

  • @ulkrgoyusova4321
    @ulkrgoyusova4321 3 หลายเดือนก่อน +18

    Keçkə 2000ci ilin qızları da sizin kimi düşünəydi.Keçmişini qürürla danışan qız,yolun daha da açıq olsun

  • @sahsnmliyeva8478
    @sahsnmliyeva8478 2 หลายเดือนก่อน +4

    Sizi dinlədikcə qürur hissi duydum,qəhərləndim halal olsun nə qədər gözəl sözlər yazsam az gözəl qızım!❤🤗❤️Bundan sonrakı həyatın daha da rahat və gözəlliklərlə olsun!🤲🤲🤲

  • @msad6815
    @msad6815 3 หลายเดือนก่อน +17

    Yenidən başlamaq üçün mənə ümid verdiniz, təşəkkür💜uğularınız çox olsun

  • @qumruibrahimova1099
    @qumruibrahimova1099 3 หลายเดือนก่อน +51

    Çətin həyat şəraiti güclü insanlar yetişdirir.Halaldı sizə ✔️

    • @123Turan
      @123Turan 3 หลายเดือนก่อน +4

      inweAllah bir gun mende cixacam bu cekliwe inweAllah ve butun ezilmiw cetinlikler goren xanimlara beylere tovsiyye edirem olum cixiw deyil oz ayaginiz usde durub guc toplayib caliwmaq ve yukseklere qalxmaq en gozel cixiw yoludur.
      Mende ozumu defelerle oldurmek isdedim ne xeyal edirdimse yarida qirilirdi amma ozumde bir guc topladjm ve qarwima meqsed qoydum men bacaracam deye.

  • @ReqibeAdgozelova
    @ReqibeAdgozelova 3 หลายเดือนก่อน +11

    Halaldı sənə gözəl qızım Aynurə xanımı mən çox yaxından tanıyıram çox fədakər çalışqan zəhmətkeş bir xanımdı Aynurə xanım sizə bu işinizdə çoxlu çoxlu uğurlar arzulayıram arzu edirəmki səsin bundanda uca uca zirvələrdən gəlsin Amin Allah ❤️‍🩹💋♥️

  • @XanimAsad
    @XanimAsad 3 หลายเดือนก่อน +6

    Allah əziyyətin izin bəhrəsini versin, Aynurə Xanım. Söylədikləriniz mənə kecmişimi xatırlatdı. Tələbəliyimin çətinliklərini, kirayə pulunu verə bilməməyimi. Şukür bu gunümuzə tibb bacısı işləyirəm. Ailəliyəm, iki övladım var . Qızım universiteti bu il bitirir , magistraturaya qəbul olub. Özümün çəkdiklərini övladlarımın yaşamasını istəməmısəm. Cünki usaqlıqda aldığım travmalar beynimə həkk olunub. Sizin danısdıqlarınıza mətbəxdə qab yuya-yuya qulaq asdım. Təsadüfən . Ağlamaq məni tutdu. Yenə deyirəm: Bu gününüzə şükurlər olsun..Sizə Naxçıvandan , Şərurdan qucaq dolusu salam göndərirəm. Öpürəm sizi. Allah canınızı sağ, ruzinizi bol eləsin . İnşallah ugurlarınızın davamı gəlsin.

  • @gultekinagayeva5753
    @gultekinagayeva5753 3 หลายเดือนก่อน +10

    Maşallah,maşallah.Çooox ürək ağrısı ilə dinlədim.Halal olsun,sənə qızım.Niyyətin hara,mənzilin ora.Uğurlarının davamı gəlsin.Hər qaranlıq gecənin bir işıqlı sabahı var.Yolların həmişə,açıq olsun.

  • @pc.dunyali406
    @pc.dunyali406 3 หลายเดือนก่อน +7

    Çoox sağol varol .halaldır .Kaşki hamıda bu inad həvəs güc axıra kimi olsun nəticəni görmək üçün🌹🥰👏👏

  • @GülanəHəmidova
    @GülanəHəmidova 2 หลายเดือนก่อน +2

    Çox böyük qürur hissi və göz yaşları ilə sənə qulaq asdım gözəl bacım.Allah səni qorusun.Qarşına da özün kimi gözəl insanlar çıxıb sənə dəstək olublar.Həmişə qarşına gözəl insanlar çıxsın ,gözəl bacım.

  • @vafaahmadova4762
    @vafaahmadova4762 3 หลายเดือนก่อน +14

    Çox xoş olardı ki belə gənclərimizi telekanallarda yayımlanan verilişlərdə görək təbliğ edək nəinki evdən qaçan qızların biabırçılıqlarını

  • @АфинаА-с4о
    @АфинаА-с4о 2 หลายเดือนก่อน +2

    Halal olsun sənə ay qızım. Səni kimi qeyrətli qızlar bizə çox lazımdır. Səmə kömək olan insanların qaşısında baş əyirəm. Sən xalqın fəxrisən. Amma səni kimi qızlara kömək olmağı unutma. Səni öpürəm.

  • @nilaymammadova9271
    @nilaymammadova9271 3 หลายเดือนก่อน +7

    Uğurların bol olsun ay qızım.
    Allah sənə və əlindən tutub yol göstərənlərinə köməy olsun.🤲🏻🥰😘🙏

  • @sahsnmliyeva8478
    @sahsnmliyeva8478 2 หลายเดือนก่อน +2

    Halal olsun sizin kimi xanımlara!🤲🤲🤲🤲Siz bir nümunəsiz!❤🤗😍👍👍👍👍❤️💞

  • @nazilakhankishiyeva7087
    @nazilakhankishiyeva7087 3 หลายเดือนก่อน +15

    Fexr eledim qurur duydum qizim seninle orneksen coxlarina . Menim qizlarim da imkansizliqdan cox eziyyet cekdiler amma wukurler olsun istedikleri yeri tuta bildiler . Qohumun yoxdu iw yodu vezife yoxdu fikirini alt ust etdiler . InwAllah sende aile qurarsan ovlad sahibi olarsan ( bu valideyinlerin en boyuk arzusudu ). Uqurlarin bol olsun gozel qizim 😊

  • @Soft_646
    @Soft_646 3 หลายเดือนก่อน +13

    Allah bütün balalara köməy olsun sənin kimi

  • @nailesemedova7896
    @nailesemedova7896 3 หลายเดือนก่อน +7

    Allah Qənirə xanıma. Rəhmət eləsin gözəl insandır o Allah sizin də yolunuzu açıq etsin

  • @dilshadmirzabutova4057
    @dilshadmirzabutova4057 3 หลายเดือนก่อน +11

    Mən də 23 yaşımda daxil olmuşam unverstetə, artıq ailə qurmuşdum, özüm hazırlaşdım. 1 ay yəni 8 dərs müəllim yanına getdim, biliklərimi təzələmək üçün. İncəsənət unverstetinin qiyabi ödənişsiz fakultəsinə düşdüm. Bu da ailəli və işləyən bir xanım üçün əla idi. Bir onu bilirəm ki, Allah qəlbləri biləndir. Çox istəmək lazımdır, çox istəmək və istəyə doğru addım atmağa çalışmaq. Hər şeyi edən Allahdır. Qalibiyyətimiz ondan zərərimiz özümüzdəndir.

  • @aynurliyeva3663
    @aynurliyeva3663 2 หลายเดือนก่อน +2

    Mərkəzimizin tələbəsi olub Aynurə.Çox ağıllı,mədəni,tərbiyəli,əzmkar bir tələbə olub.Fəxr etdim.Halal olsun sənə 👏👏👏

  • @Formalite.n.girlll
    @Formalite.n.girlll 3 หลายเดือนก่อน +9

    Mende 37 yaşımda imtahan verdim və qəbul oldum heç bir hazırlıqda etmədim 1 həftədə qərar verib sənədlərimi verdim Allahıma şükür qəbul oldum, inşallah bitirib işləyərək. Əzimli qadınlarımıza eşq olsun😊

    • @cemileseferli1810
      @cemileseferli1810 3 หลายเดือนก่อน

      Ne gözəl men de ali təhsilliyem ve çox istəyərdim universitet vaxtından bu menim arzumdu amma anamı vaxtsız itirməyim herşeyimi alt üst etdi 34yasindayam gecdi bundan sonra alınmaz hal hazırda işləyirəm amma maaş çox az hemde ali təhsilimden yararlana bilmirəm bir övladım da var heçbir vəsaitim istiqamətim yoxdu universiteti de öz biliyinə bitirmişəm bacara bilmirəm çox çetin deyirler sizin kimi insanlar gördükçe biraz mativasiya oluram.cox isterdim əlaqə qurum sizinle bəlkə 7,illik arzum real oldu bəlkə mən də neşe alınar heçkim herkes istiqamət vermir kime demisemsə

    • @biologbiolog3519
      @biologbiolog3519 3 หลายเดือนก่อน +1

      Men 37 yawimda oxudum,ve 3_4gune diplom alacam Rusiyada.Ali tehsilliyem hem de)))

    • @cemileseferli1810
      @cemileseferli1810 3 หลายเดือนก่อน

      @@biologbiolog3519 dövlət qulluğu imtahan vermisiz

  • @IlhamIbrahimova-ud1so
    @IlhamIbrahimova-ud1so 3 หลายเดือนก่อน +9

    Halal olsun sizin kimi xanımlara❤

  • @SamirMmmdova-gn2mu
    @SamirMmmdova-gn2mu 3 หลายเดือนก่อน +7

    Afərin sizə. Mənim də 42 yaşım var kollec tələbəsiyəm. Övladlarım yaşında uşaqlarla eyni partada otururam

  • @vusalahumbatova
    @vusalahumbatova 3 หลายเดือนก่อน +5

    Allah hər zaman güc, qüvvət versin, savadlı, əzmli , zəhmətkeş xanıma👏

  • @aynurkazimova8042
    @aynurkazimova8042 3 หลายเดือนก่อน +27

    Tək bir söz... Qadın 👏

  • @qerenfilmemmedova5988
    @qerenfilmemmedova5988 3 หลายเดือนก่อน +12

    Uğurlar seninle olsun Aynurə🌷

  • @mehmanahmedov854
    @mehmanahmedov854 3 หลายเดือนก่อน +17

    Çox cəsarətli xanimsiz

  • @mujganmeherremova8494
    @mujganmeherremova8494 3 หลายเดือนก่อน +12

    Azərbaycanda bunun kimi əziyyət çəkənlər çoxdu və dəstək almadan da yüksələnlər var.Elə insanlar var ki, qulaq assanız bu qızın hekayəsi onların yanında çox rahat həyat görünər.Acıqlı nağılları dinləməyi sevir hamı.

    • @guldaneallahverdiyeva9520
      @guldaneallahverdiyeva9520 3 หลายเดือนก่อน +3

      Acıqlı nağılları dinləməyi sevir yox, qürur duyuruq, fəxr edirik belə hekayələri, insan talelərini dinləyəndə.

    • @mujganmeherremova8494
      @mujganmeherremova8494 3 หลายเดือนก่อน

      @@guldaneallahverdiyeva9520 Gecələr yuxuya gedəndə dinləyin.Şirin yuxular.

  • @HumaymaqaaAgayev
    @HumaymaqaaAgayev หลายเดือนก่อน +2

    Bu qiz bizim qonsumuz, usaqligimiz olub. Cox sevindim uzun illerden sonra onu ilk defedi gorurem.Hem de bacariqli, savadli bir xanim kimi❤

    • @Aynura_Safarova
      @Aynura_Safarova หลายเดือนก่อน

      Rövşən əminin qızı??

    • @HumaymaqaaAgayev
      @HumaymaqaaAgayev หลายเดือนก่อน +1

      @@Aynura_Safarova he🥰

    • @Aynura_Safarova
      @Aynura_Safarova หลายเดือนก่อน

      @@HumaymaqaaAgayev sevindim. Salam deyərsən evdəkilərə🌺

  • @AynagülDünyamalıyeva
    @AynagülDünyamalıyeva 3 หลายเดือนก่อน +3

    Qürurverici həyat hekayəsidir. Allah yolunu hər zaman açıq etsin.Bu qızımızın həyatı gənclərə örnək olmalıdır.uğurlar sənə❤

  • @esmirabaghmanova1534
    @esmirabaghmanova1534 3 หลายเดือนก่อน +5

    Afərin,qızım.Bu bir örnək həyat yoludur❤

  • @semarahimova8339
    @semarahimova8339 3 หลายเดือนก่อน +4

    Allah sene quvvet versin Azerbaycan qizi maşallah yolun aciq olsun her zaman Allah arzuna catirsin inşallah ❤❤❤

  • @DenizOmer-zy8sm
    @DenizOmer-zy8sm 3 หลายเดือนก่อน +31

    Allah Qenire xanmada rehmete etsin mekanl cennet olsun amin 😔

  • @Riyaziyyat_qoncexanim_muellime
    @Riyaziyyat_qoncexanim_muellime 3 หลายเดือนก่อน +8

    Möhtəşəmsiz, sizə uğurlar arzu edirəm!

  • @humaymustafa
    @humaymustafa 2 หลายเดือนก่อน +2

    Yaşadıqlarımız çox bənzərdi,məndə bacardım hal hazırda arzum olan yerdə və vəzifədə çalışıram.Məndə şanslı doğulmamışam,mən şansı özüm üçün yaratdım Allahın iznile.Baxdıqca özümü xatırladım və kövrəlib ağladım.Sizi qucaqlayıram🫂biz bacardıq.İndi hamı menede fexrle baxır və qurur duyub sen Aslansan deiller.❤

  • @afaqqulamova64
    @afaqqulamova64 2 หลายเดือนก่อน +2

    Çox möhtəşəm xanımdır,zəhmətkeş,iradəli,halaldır sənə.

  • @hemzeismayilov9505
    @hemzeismayilov9505 3 หลายเดือนก่อน +5

    Halal olsun belə mərd və həvəskar qeyrətli xanımlara ❤❤həmişə irəlidə olsan

  • @tahireqasimova
    @tahireqasimova 3 หลายเดือนก่อน +3

    AFƏRİN SİZƏ TƏŞƏKKÜR EDİRƏM. AZƏRBAYCANIN DƏYƏRLİ XANIM I ...❤❤❤❤❤❤

  • @ilahehesenova2733
    @ilahehesenova2733 2 หลายเดือนก่อน +2

    Mən də uşaq vaxtı anama kömək edərdim. Müharibə vaxtı idi, kasıbçılıq, aclıq, atam müharibədə Şəhid oldu. Daha da ağır günlərimiz başladı. Anam paltar gətirib yuyardı, mən də uşaq idim ütüləyib anama kömək edirdim. Çünki anam çox işləyirdi yorulurdu. Ona baxmayaraq mən də oxudum BDU məzunu oldum. Artıq uzun illər ötüb keçib. Və mən 2 ci təhsili psixologiya üzrə almaq istəyirəm. Sadəcə maddi, mənəvi gücüm çatmır buna. Hazırlıqlar , dərs vəsaitləri, çox çətindir indiki vaxtda müəllim yanına getmədən oxumaq. Amma sağ olsun bu xanıma təmənnasız kömək edən müəllimlər. Bir insanın gələcəyinə, arzularina işıq olublar. Allah belə müəllimlərə sağlam ömür versin inşəAllah.

  • @ZulfiyyeMemmedeliyeva
    @ZulfiyyeMemmedeliyeva 3 หลายเดือนก่อน +6

    Afərin sizə.Oxumaq heç vaxt gec deyil

  • @solmazaskerova3494
    @solmazaskerova3494 3 หลายเดือนก่อน +1

    Əla, bütün oxumağa tənbəllik edənlər qarşılarına məqsəd qoyub istəklərinə müəyyən əziyyətlərə çata bilər. Uğur olsun gələcəyini fikirləşərək irəliləyən gənclərə, AMİN İNŞALLAH AMİN....

  • @latiftaghizade1593
    @latiftaghizade1593 3 หลายเดือนก่อน +8

    Dövlət vətəndaşına sahib çıxsın yetər artıq

  • @necibehuseynova7689
    @necibehuseynova7689 3 หลายเดือนก่อน +2

    Aydan xanıma təşəkkürlər 🌹.Belə gözəl,maraqlı veriliş ərsəyə gətirdiyiniz üçün Sizə 👍👍👍👍👍👍👍👍👆👍👆👆👍👍👍👍👍👍

  • @GunayOrucova-b2r
    @GunayOrucova-b2r 3 หลายเดือนก่อน +1

    Çoox təsirli və motivasiyaedici söhbət. Halal olsun belə qızlarımıza👏👏

  • @aysunaslanli3369
    @aysunaslanli3369 3 หลายเดือนก่อน +3

    Allah hər zaman yolunuzu açıq eləsin sizin kimi qızlarla fəxr edilməlidi❤❤❤

  • @oyunmasteri6877
    @oyunmasteri6877 3 หลายเดือนก่อน +1

    Baxın necədə başı dik qururlu bir gənc qızdır çünki zəhməti və əzmi nəticəsində hec bir “həci”axtarmadan həyata tutunub haralarasa gəlmək mübarizəsin verib👏👏👏👏👏halal olsun sənə səni dogan anaya

  • @vusaleeliyeva1987
    @vusaleeliyeva1987 3 หลายเดือนก่อน +7

    Gözəl mərd xanım necə motivasiya oldun mənə halal halal olsun inşəAllah yolun açıq olsun ❤

  • @sbinbagirova3536
    @sbinbagirova3536 หลายเดือนก่อน

    Çox kövrəldim🥹Maşallah olsun, halal olsun!! Yolunuz hər zaman açıq olsun, gözəl xanım!❤️🙏🏼

  • @SüdabəQurbanova
    @SüdabəQurbanova 3 หลายเดือนก่อน +11

    Aglaya aglaya vaxdım 38 yaşım var miqə hazırlaşıram və bir daha mənə mativadiya oldun gözəl bacım yolun her zaman açıq olsun

    • @azeraxmedov9552
      @azeraxmedov9552 3 หลายเดือนก่อน

      Hansı fəndən hazırlaşırsınız?

    • @SüdabəQurbanova
      @SüdabəQurbanova 3 หลายเดือนก่อน

      @@azeraxmedov9552 ibtidai

  • @aybanizaliyeva8495
    @aybanizaliyeva8495 3 หลายเดือนก่อน +1

    Halal olsun sizə,Aynurə xanım 👏👏 Allah bundan sonra da yolunuzu açıq etsin inşallah 🙏🙏🙏

  • @Life_animals191
    @Life_animals191 3 หลายเดือนก่อน +1

    Умница ❤правильно всё сказала человек в этот мир проходит для того чтобы жить но у каждого есть своя миссия, милая девушка ваша миссия было достигнито, браво

  • @reshadesedov2207
    @reshadesedov2207 2 หลายเดือนก่อน +1

    Sizinle butun Azerbaycan fexr etmeli.irade boyuk bir seydir.Allah her kese o iradeden versin

  • @elinagunay1998
    @elinagunay1998 2 หลายเดือนก่อน +1

    Xalamqızı çox savadlı idi Hüquqşunas işləyirdi müxtəlif dillər bilir xaricə gedib gəlirdi sonra şirkətbağlandı və çox əziyyət çəkdi çox çökdü otellərdə evlərdə təmizlik işləri ilə məşğul olurdu 2oğlu vardı ailəsindəm ayrılmışdı. Nəysə sonra öz ixtisası olan riyaziyyatı yenidən öyrəndi ,əvvəlcə kurslarda daha sonra isə daha yüksək yerdə müəılimə işlədi Deputat nəvələrinə vəzifəli şəxslərin uşaqlarına İngilis dilində riyaziyyat dərsi dedi 45yaşında Oxforda girdi uzaq məsafədən təhsil alırdı sonra oğlanlarıda xaricə qəbul oldu oda iki oğluyla getdi🥰 yəni nə etdisə özü elədi öz savadının və risklərinin hesabına.

  • @pervizxelilov5874
    @pervizxelilov5874 3 หลายเดือนก่อน +1

    Mən sizi ağlaya -aglaya dinlədim, çox şükür ki istədiyiniz hədəfə catmisi iz❤❤❤❤❤❤❤❤❤

  • @samirsabah243
    @samirsabah243 3 หลายเดือนก่อน +8

    Xanımın əzminə ,iradəsinə heyran oldum.

  • @hesenhuseyinov2449
    @hesenhuseyinov2449 3 หลายเดือนก่อน +1

    Halal olsun sənə əzmkar qız .İnşâllah bundan sonrakı həyatın çox gözəl olar ❤

  • @sabinax-va3897
    @sabinax-va3897 3 หลายเดือนก่อน +1

    Deyerli ve cox sevdiyimiz Aynure, yolun her zaman aciq olsun❤❤❤

  • @aytensuleymanova508
    @aytensuleymanova508 2 หลายเดือนก่อน +1

    Isti evimde oturub iki uşaqla ders oxuyuram, ikinci tehsil üçün. Və hər gecə uşağı yatızdıranda içimdən şikayətlənirəm çətinliklərfən. Amma sizə qulaq asdiqdan sonra utandım şikayət etməyimdən. Ən azından mənə maddi dəstək olan bir insan var, işləməyə məcbur deyiləm. Sizinlə qürur duyuram!

  • @IradeHuseynova-tz3gp
    @IradeHuseynova-tz3gp 3 หลายเดือนก่อน

    Sizin hekayənizə diqqətlə qulaq asdım və sizin qəhrəmanlığınıza qibtə edilməlidir.Siz həqiqətən bir inqilabçı, həm də bir mayak olmalısınız, indiki gənclər üçün.Həqiqətən, siz gənclərə bir örnəksiniz. Kaş bütün gənclər həyatda sizin kimi həm mübariz ,həm də həyata açıq düşüncəli olaydı.. Siz alqışa layiq , düşüncəniz , oxumağa həvəsiniz və qələbəyə,nəzərdə tutduğunuz zirvəyə doğru mücadi lənizlə indiki gənclərə nümunəsiniz,🤲🤲🤲

  • @efruzayvazova2896
    @efruzayvazova2896 3 หลายเดือนก่อน +1

    Cannn. Allah böyükdür. Həyatımızda heçnə təsadüf deyil. Rəbbimizə sonsuz şükürlər

  • @ceyhuneyusifova1824
    @ceyhuneyusifova1824 3 หลายเดือนก่อน +2

    Aferin gözel xanım. Size uğurlar❤

  • @JalTagzad
    @JalTagzad หลายเดือนก่อน +1

    Həmcinsimi təbrik edirəm. Ugurlari bol olsun. Halal olsun.

  • @KonulAgaresidov-ow6xk
    @KonulAgaresidov-ow6xk 2 หลายเดือนก่อน

    Halal olsun sənin kimi qızlara, kaş başını mənasız şeylərə qoşan qızlar buna baxıb ibrət gotursun

  • @quliyevshukur1500
    @quliyevshukur1500 3 หลายเดือนก่อน

    Əhsən 👍🏻, axira qədər qulaq asdim. Bir xanim olaraq sizin yerinizə çox sevindim halal olsun sizə. Özüm də təhsilliyəm , bəli hər bir xanimin təhsili, peşəsi, əlində sənəti olmalidir. Uğurlarin bol olsun əhsən👏🏻

  • @senayemusayeva7998
    @senayemusayeva7998 3 หลายเดือนก่อน

    Afərin , qızım.Çox duyğulandım.Allah səni qorusun.Kaş bütün qızlar sənin kimi ağıllı olardı.Səninlə qürur duyuram bir ağsulu kimi.Mən müəlliməyəm.Mən də ali təhsil almaq üçüç çox əziyyət çəkmişəm.Ancaq bəhrəsini də görmüşəm.Allah sənə kömək olsun ağıllı qızım.

  • @lalajafarova3657
    @lalajafarova3657 2 หลายเดือนก่อน

    Əhsən! ❤ Sevincdən gözlərim doldu! Əzmkarlığına heyran oldum! Daim uğurlar! ❤

  • @user-ersag.
    @user-ersag. 2 หลายเดือนก่อน +1

    Sona kimi dinlədim bacımızı. Tam dogru söylədi qadın oxuyub,təhsilli olmalı ayaq üstə heç kimə möhtac qalmadan yaşamagı seçməli

  • @amilemrahov3450
    @amilemrahov3450 3 หลายเดือนก่อน

    Nece illik omrumde gorduyum gozel musahibe halal olsun vallah ornek olasi bir xanimsan allah yar ve yardimcun olsun anovun sudu sene halal olsun doymadim.musahibenden

  • @A.E-c8l
    @A.E-c8l 3 หลายเดือนก่อน +8

    Xanım danışır kövrəlirəm😢😢 kaş məndə ali təhsil arzuma çatım amma yenə maddiyyat eyni yaş eyni arzular mən müəllimə olmaq istəyirəm🤲

  • @RufaneJabrayilova
    @RufaneJabrayilova หลายเดือนก่อน

    Bele bir xanimin fikirlerine qulaq asdigimcun ozumu şansli hesab edirem...ehsen size ve size destek olan her kese

  • @meryemeliyevasulemanova2152
    @meryemeliyevasulemanova2152 2 หลายเดือนก่อน +1

    Uğurlarınız davamlı olsun Aynurə xanım😍😍😍🤲🤲🤲

  • @amilamil9451
    @amilamil9451 3 หลายเดือนก่อน +1

    Ehsen size genclere cox gozel orneksiniz. Heyatinizda ugurlar

    • @sahinehmedov7054
      @sahinehmedov7054 3 หลายเดือนก่อน

      Əhsən,Hər xanim yalnz ozunə guvənməlidir

  • @azesources3826
    @azesources3826 2 หลายเดือนก่อน

    1 müəllim və 1 danisiga fikir veren insan kimi heyran qaldim bu xanimin danisigina, diksiyasina, hm mm eee elemeden necə selis danisir MASALLAH olsun❤❤❤

  • @АзадСеидов-ъ4и
    @АзадСеидов-ъ4и หลายเดือนก่อน

    Çox mükemmel ve xeyerli qadin qurur duyuram Azerbaycanin bu cur xanmyayila

  • @Ogcghxph
    @Ogcghxph 2 หลายเดือนก่อน

    Halal olsun bacı sənə belə keşməkeşli yollardan keçərək,özünə uğurlu gələcək seçmisiniz....Uğurlar

  • @СевинчЗакирова-ц7о
    @СевинчЗакирова-ц7о 2 หลายเดือนก่อน +1

    Aferin Maşaallah olsun bele genclere.

  • @MehribanTagiyeva-q9t
    @MehribanTagiyeva-q9t หลายเดือนก่อน

    çoooox sevdim net xanimdir.hər zaman yolun aciq olsun gulum

  • @isamemmedov8655
    @isamemmedov8655 หลายเดือนก่อน

    Sadece az insanin bacaracagi ugur hekayəsi, ne qeder şərh yazsaq bele, sizin cetinlikleri yasamadigimiz ucun sizi anlamaq bize çətindir, uğurlar

  • @selimovomer5816
    @selimovomer5816 3 หลายเดือนก่อน +1

    Çox kövrəldim Halal olsun yolun açıg olsun ❤

  • @merihesenova1947
    @merihesenova1947 3 หลายเดือนก่อน +1

    Yolun işıqlı , arzuların çin olsun deyirəm.
    Aəndəki dəyanət kaş bütün gənclərdə olardı.❤