ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

İqbal Ağazadə:"İdmançıya ayırdığınız 400 min, bir müəllimin 198 illik maaşıdır"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2016
  • 14.11.2012-ci il
    İqbal Ağazadə:"Komitənin iclasında mən bir sıra məsələlərə münasibət bildirmişdim, hörmətli Samir müəllim də bu məsələlərin bəzilərini cavab-landırmışdı. Plenar iclasda da bir sıra məsələlərə öz müna-sibətimi bildirmək istəyirəm.
    İlk növbədə büdcənin neftdən asılılığı məsələsinə münasibətimi bildirmək istəyirəm, çünki bunu dəfələrlə parlamentdə qaldırmışam, amma təəssüflər olsun ki, Azərbaycanda bu məsələ ildən-ilə irəliləmək əvəzinə geriləyir. Bu gün Azərbaycanın ixrac potensialının 94 faizi neft məhsullarıdır. Bu, bir ölkə üçün çox ciddi faciədir, çox ciddi problemdir. Nəzərə alsaq ki, büdcənin 60 faizi transfertlərin, 25 faiz isə bilvasitə neftdən gələn gəlirlərin hesabına formalaşdırılıb, dediyim mənzərə sizin üçün bir daha aydın olar.
    Hökumət, qeyd etdiyim kimi, ciddi doktrina qəbul etmə-lidir və növbəti mərhələdə xərclədiyi pulların qeyri-neft sektorundan gələn gəlirlərlə bağlı mənbəyini müəyyənləşdirməlidir. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti uzun illərdir, neftin üzərində bir büdcə formalaşdırır, amma neftdən asılılığın aradan qaldırılması istiqamətində, demək olar ki, heç bir addım atmır.
    Burada qeyd olunur ki, qeyri-neft sektorunda yeni iş yerləri açılır və sair. Burada 5100 müəssisənin adı qeyd olunur, qarşısında isə yazılır ki, 72 min daimi iş yeri açılıb. Hər müəssisəyə 14 iş yeri düşür. 14 nəfərlik bir müəssisənin hansı şəkildə işləməsi, bütövlükdə həm iqtisadiyyata, həm də işsizliyin aradan qaldırılmasına verə biləcəyi xeyrin miqyası mənə məlum deyil. Nəzərə alsaq ki, ölkədə həm də antiinhisar siyasəti bütövlükdə düzgün istiqamətləndirilmir, Antiinhisar Komitəsi faktiki olaraq fəaliyyət göstərmir və ölkədə inhisarçılıq baş alıb gedir, onda bu, dediyim fikirləri bir daha təsdiq etmiş olar"

ความคิดเห็น • 690

  • @1cividyoyoutubekanal93
    @1cividyoyoutubekanal93 7 ปีที่แล้ว +185

    Halal olsun size azerbaycanin siz kimi insanlara ehtiyaci var

  • @rayarustemova9890
    @rayarustemova9890 7 ปีที่แล้ว +147

    iqbal bey siz prizidentimiz olsaydiniz biz brent heyat yasayardiq. halal olsun size

    • @c.ronaldo5301
      @c.ronaldo5301 7 ปีที่แล้ว +24

      Raya Rustemova. Deyirem göresen ordakılar başa düşür İqbal müellimin dediklerin. Dersini bilmeyen uşaq kimi gözlerini döyürler.

    • @user-bs2wk2ql9z
      @user-bs2wk2ql9z 7 ปีที่แล้ว +7

      C. Ronaldo. Iki gun gulerem duz deyirsen qaqas.sanki usaq baxcasidi savadsiz mesulyetsiz yiqini cemi 5 dene sanbali deputat var

    • @turalxidirov8134
      @turalxidirov8134 5 ปีที่แล้ว +4

      Halal olsun size,axirki cixdi kimse

    • @x.t.q.0523
      @x.t.q.0523 4 ปีที่แล้ว +1

      Keşkə xəyallarımız gerçək olsaydı,amma görün orda nə qədər ac timsah var(timsahı təhqir etdim) tək başına onlarla necə başa çıxar.

    • @elcinlelekiwhiyev402
      @elcinlelekiwhiyev402 3 ปีที่แล้ว

      Bu adam huquqwunasdir mence milletin huquqlarin daha yaxwi qoruyar

  • @iqbal_agazade
    @iqbal_agazade  7 ปีที่แล้ว +140

    14.11.2012-ci il
    Çıxışın davamı
    İqbal Ağazadə:"...Bu yaxınlarda da xırda sexlərin - şirniyyat, çörək, dəmir sexlərindən tutmuş hər şeyə qədər yığışdırılması və bir əldə cəmləşdirilməsi istiqamətində kifayət qədər problemlərin olduğu və iş adamlarının da bununla bağlı həm mətbuat səhifələrində, həm də digər kütləvi informasiya orqanlarında fikirlərini bildirməsi göz önündədir. Kimlər bunu təşkil edir və Antiinhisar Komitəsi hara baxır? Bunun müqabilində “inkişaf gedir” demək nə dərəcədə məntiqə uyğundur?
    Mən burada millət vəkillərinin hər birinin çıxışına diq-qətlə qulaq asdım. Nəticədə hər kəs fundamental və ölkəni narahat edən çox ciddi problemlərdən danışdı. Sonda hamı dedi ki, çox ciddi inkişaf gedir və bu büdcəyə görə təşəkkür edirik. Gəlin, rəqəmlərə keçək. Azərbaycanda səhiyyə sis-temində adambaşına düşən və büdcədən ayrılan vəsaitin miqdarı 74 manatdır. Bir adama 74 manat düşür. Bu 74 ma-natın içərisində tibbi personalın pulu, aldığı maaşı (illikdən söhbət gedir), alınan texniki avadanlıqlar və sair var. Mən başa düşə bilmirəm, 74 manatın içərisində əgər bunların hamısı yerləşdirilibsə, hansı inkişafdan söhbət gedir? Əgər tibbi sığorta kartları yoxdursa, Azərbaycan vətəndaşını necə müdafiə edirik? Hansı şəkildə inkişaf gedir? Azərbaycan vətəndaşının sağlamlığı və təhsili hər şeydən öncədir.
    Təhsil məsələsinə gələk. Bir Azərbaycan vətəndaşının təhsilinə büdcədən ayrılan vəsait 174 manatdan artıq təşkil etmir. Gəlin, dünyanın aparıcı ölkələri və yaxud Avropa ölkələri ilə müqayisə aparaq. Çox tez-tez səsləndirdiniz ki, Avropa məkanında bu qədər geriləmələr olduğu halda, biz irəliləyiş əldə etmişik. Hansı irəliləyişlər var? Onlarda vəsait 4 mindən başlamış ən aşağı səviyyədə 1300-ə qədərdir. Görün, fərq nə qədərdir? Hansı inkişafdan söhbət gedir?
    Pensiya təminatı. Hörmətli hökumət üzvləri, əgər son 20 ildə ilkin bazanı 50 manatdan götürmüş olsaydıq (ekviva-lenti, təbii ki, 50 manata bərabər tutan denominasiyanı nə-zərə almasaq), ildə 10 faiz qaldırsaydıq, bu gün Azərbay-canda ən aşağı pensiya alan 300 manat alardı. Bu gün 150 manatdan artıq pensiya almır, necə yaşasın?
    Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi qərar qəbul edib ki, müəllim 24 saatdan artıq dərs deyə bilməz. 24 saata isə müəyyən elədiyi maaşın miqdarı 168 manatdır. Müəllim bu maaşla necə yaşasın? Rayonlarda kadr çatışmazlığı ucbatından müəllimlər 36 saat, 40 saat, bəzən də ondan artıq dərs deyirlər, amma maaşları ödənilmir. Deyirlər ki, Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi bununla bağlı qərar qəbul edib. Həm maliyyə nazirindən, həm də təhsil nazirindən xahiş edərdim, aydınlıq gətirsinlər ki, rayonlarda müəllimlərin pulu necə ödəniləcək.
    Təsəvvür edin, təhsil bir milləti, xalqı çiyinlərində daşı-yan sahədir. Azərbaycanda bir olimpiya çempionuna ayrılan 400 min manat vəsait bir müəllimin 2380 ay, yəni 198 il ərzində alacağı maaşa bərabərdir. Budur ədalət? Millət o olimpiya çempionatında bir bayrağı qaldıranın çiynində dayanmır, təhsilin, elmin üzərində dayanır. Göstərin mənə, 700 bal toplamış tələbəyə Prezident təqaüdündən başqa nə vermisiniz? Xaricdə təhsil alıb gəlmiş tələbəyə nə vermisiniz? Bunu göstərin. Bir idmançıya 400 min manat pul ayırarlar? Amerika Birləşmiş Ştatları 25 min dollar ayırır. 400 min manat, 500 min dollar vəsait ayrılır. Yenə qeyd edirəm, bu bir müəllimin 198 il, 2380 ay ərzində ala biləcək maaşa bərabərdir. Budur ədalət? Bu, ədalət deyil. Bu, inkişaf da deyil. Bu siyasətlə milləti uzun müddət bir yerlərə aparıb çıxarmaq mümkün deyil.
    Mən ona görə deyirəm ki, iqtisadi doktrina dünyanın bu-günkü şərtlərinə uyğun qəbul olunmalıdır. İdarəetmədən tutmuş digər sahələrə, qeyri-neft sektoruna ayrılan vəsaitin hansı səviyyədə xərclənəcəyi doğru, dürüst nəzərə alın-malıdır.
    Bəli, bu gün Azərbaycanda infrastruktur layihələri həyata keçirilir. Biz də bunu alqışlayırıq. Amma infrastruktur layihələrinin hamısı 5 ildən sonra yenidən dövlət büdcəsindən amortizasiya xərcləri istəyəcək. Haradan alıb, necə verəcəyik? Dövlət Neft Fondundan transfertlərin bu gün əgər 7 milyardı infrastruktur layihələrinə ayrılıbsa, onun, heç olmasa, 3,5 milyardı elə sahələrə ayrılmalıdır ki, o, 3 ildən sonra 1 manata 10 qəpik xeyir gətirsin. Əgər bu rəqəmlərlə yanaşmış olsaydıq, 2007-ci ildən bu yana Azərbaycanın dövlət büdcəsinə qeyri-neft sektorundan daxil olan vəsaitin miqdarı ən azı 2 milyard manat olardı. Hökumət bunu müəyyənləşdirmir.
    Bəli, başa düşürük, sovet dönəmində yollar, kanalizasiya, su, qaz və sair sistemlərin hamısı bərbad vəziyyətdə olub. Amma bərbad vəziyyətdə olub deyə bu gün bütün vəsaiti o istiqamətə yönəldib hökuməti sabah problemlərlə üz-üzə qoymaq nə dərəcədə məntiqli və doğrudur?
    Təkcə elə bu ilin büdcəsində, sizin yazdığınız hesabatda neftin ixracatı və hasilatı 5,4 faiz aşağı düşməyib? Kim təminat verir ki, sabah 10,5 və yaxud 20-25 faiz olmayacaq? 3 il bundan əvvəl bir ayın içərisində dünya bazarında neftin qiyməti 40 dollara düşdü. Kim təminat verir ki, sabah ondan da aşağı düşməyəcək? Sovet hökuməti boyda bir imperiyanı neftin qiymətinin 28 dollardan 14 dollara düşməsi dağıtdı. Biz dövləti təkcə bunun üzərində qururuq? Başa düşək ki, qonşu dövlətlərin bizi təhdid etməsi və sair var. Ehtiyat fondunda cəmi ikiillik pulumuz var. Ondan artıq yoxdur. Bizim milyardlarımız, 15 il bu siyasəti dəyişdirmək üçün ehtiyat fondlarımız yoxdur.
    Ona görə hörmətli hökumət üzvlərindən xahiş edərdim ki, yeni siyasi doktrinanın hazırlanmasını sürətləndirsinlər və bu istiqamətdə ciddi şəkildə qərar qəbul etsinlər. Yeni iqtisadi doktrina qəbul olunmayana, hər xərclənən qəpiyin gələcəkdə nə qədər gəlir gətirəcəyini aydınlaşdırmayana qədər “Azərbaycanda inkişaf var” demək mümkün deyil. Bu, sadəcə olaraq, neftdən gələn pulların bir istiqamətə qoyulub xərclənməsidir. Hesab edirəm, saydığım faktlar barədə hökumət nümayəndələri ciddi düşünəcək və növbəti büdcədə də bu sistemi nəzərə alacaqlar. Diqqətinizə görə təşəkkür edirəm"

    • @suracrzayev9655
      @suracrzayev9655 7 ปีที่แล้ว

      İqbal Ağazadə Salam iqtisadiyyatı olmayan ölkədə inkişaf ola bilməz 4-5 ədəd lazımsız görkəmli obyektlər tikmək inkişaf demək deyil.kristal zal nəblim alov qulləsi yadaki mərkəz bunlara qoyulan pullarla nəqədir iş yerləri açmaq olardı hayıf.Düz deyirsiniz bir idmançıya bu qeder pul vermək olmaz yəni düz deyil mən bir kredit götürmək istəyirəm ki kənd təsərrüfatı ilə məşqul olum onu mənə vermirlər sürünür əm bunlar lazımsız yerə o qeder pul xercləyirlər Allah bu hakimiyyətin sonun çatdırsın millət işsizdir budəyqə bilmir necə çörək pulunu tapsın

    • @iqbal_agazade
      @iqbal_agazade  7 ปีที่แล้ว +7

      Çox sağ olun, çox təşəkkürlər! Var olun. Sizinlə birgə...

    • @nurlanahuseynova4627
      @nurlanahuseynova4627 7 ปีที่แล้ว +1

      İqbal Ağazadə Bir kresloya
      siqmayan məçlisin sədri demək olarki sizdən başga bir çox məçlis iştirakçilarinin
      sözünü aqzinda goyur .
      Məçlis sədri və əksər məçlis iştirakçilari ( millət təmsiçiləri
      deməyə dilim gəlmir ) həmfikir , eyni əgidəli , düşünçə tərzli zaddilar , ançag əksər hallarda yenədə
      məçlisin sədri iştrakçilarin
      sözünü aqzinda goyur
      sizdən başga.

    • @biggboss5290
      @biggboss5290 7 ปีที่แล้ว +4

      İqbal Ağazadə iqbal bey cox xaiw edirem mene cavab yazun siz buqede prablemleri iwiqlandirursuz butun olkede olan prablemleri diyirsuz butun cixiwlaruvuzda duzqun daniwirsuz indiyene kimi yalanan hewne daniwmamisiz orda oturan kaleqiyalaruvuz bawi awaqi oturub sesin cixarda bilmirler ancaq siz duz soz daniwirsuz NIYE SIZIN DIDIYINIZ TEKLIFLERI QABUL ETMIRLER NIYE BUQEDE MILLETDEN ZEHLELERI QEDIR SIZIN YANUVUZDA OTURAN MILLET VEKILERIN XALQIN DUWMANIDILAR? YOXSA AZERBAYCANLI DEYILER BU MILLET VEKILER BELE CETINDI SIZIN TEKLIFLERINIZI QEBUL ELEMEY MILLI MECLISDE??? ALLAH SIZE CAN SAQLIQI VERSUNKI BIRDE COXLU PULL BU MILLETI AXIRA KIMI BELE WEREFLE QORUYASUZ FIKIRLERIN

    • @ElsenBabazade.
      @ElsenBabazade. 7 ปีที่แล้ว

      İqbal Ağazadə z

  • @mossalfa1219
    @mossalfa1219 7 ปีที่แล้ว +389

    Bele adam prezident olmalidi

  • @Rowaz.1
    @Rowaz.1 7 ปีที่แล้ว +151

    Allah sənin balalarını saxlasın düz dedin

    • @magaelixanov1252
      @magaelixanov1252 4 ปีที่แล้ว +1

      Halal olsun men qusardanam lezgiyem bu kiwiye allah komek olsun

    • @seymur09agazade49
      @seymur09agazade49 3 ปีที่แล้ว +1

      @@magaelixanov1252 Dexlisi var? Neyleyek lezgisen. Ne dexlisi varki bunun?

  • @mehebbetmireliyev3463
    @mehebbetmireliyev3463 7 ปีที่แล้ว +141

    Halal olsun Haqqı danışana

  • @emiliya-962
    @emiliya-962 7 ปีที่แล้ว +138

    İqmal muelimin ne gözel danısıgı nitqi var. İqbal Agazade danısanda ordaki deputatların bası yere girir utandıglarınan. Cunki olar hecbir ise yaramılar. heç nitqlerıde yoxdu coxunun.. İqbal muelim prezidentliye layiq insandı.

    • @samireli7460
      @samireli7460 4 ปีที่แล้ว +6

      Onlarda utanmaq anlayisi yoxdur

    • @emilemilov1130
      @emilemilov1130 4 ปีที่แล้ว +3

      Emilya

    • @maxacmadyawov6718
      @maxacmadyawov6718 4 ปีที่แล้ว +2

      Sizde butun siyaset videolarda koment yazirsiz 👍☝️

    • @mahirsadiqov7548
      @mahirsadiqov7548 4 ปีที่แล้ว +5

      Düzdü yaxşı danışır yaxşı sözdər deyir yaxşı insandı ama diqqetle baxsaz onun sözdərini kayda alan yoxdu atdan atdan gülüllər bəzi harınlamışdar.

  • @elnurveliyev1510
    @elnurveliyev1510 7 ปีที่แล้ว +48

    Iqbal m cox savadli deqiq ve xalqln menafeyi ucun cixish edir daima

  • @turalqasimli894
    @turalqasimli894 4 ปีที่แล้ว +5

    Iqbal bey, siz vetenin qeyretli ve savadli oglusunuz. Allah sizi qorusun!

  • @elmarmeherremov394
    @elmarmeherremov394 7 ปีที่แล้ว +28

    çox sağolunki bu millət deyə bilmədiyini siz deyirsiz amma elə bilirəmki sizin dediklərinizin hamsını müft yeyənlər qulaq ardına vururlar.

  • @nergiznesib5183
    @nergiznesib5183 7 ปีที่แล้ว +68

    mence olke olaraq bize hansisa olimpiya oyunlari yada idmanda irelileyiw lazim deyil. mence bize eurovisionda birinci olmaq lazim deyil. bize heqiqi inkiwaf lazimdi.

  • @rayarustemova9890
    @rayarustemova9890 7 ปีที่แล้ว +20

    senin qeyretine qurban olum. iqbak bey. sen biz kasib insankarin atasisan.

  • @atillaaltay5135
    @atillaaltay5135 5 ปีที่แล้ว +11

    Lider dediyimiz bele olur Allah sene komey olsun xalqin heqiqi vekili İqbal

  • @user-ou2jk9fs3b
    @user-ou2jk9fs3b 7 ปีที่แล้ว +28

    ALLAH sizi qorusun Iqbal Agazade.

  • @anarekberov9928
    @anarekberov9928 7 ปีที่แล้ว +16

    mən həqiqətəndə bu adamı bəyəndim. iqbal bəy çıxış edərkən millət vəkilləri öz keflərindədi dinləmək belə istəmirlər. ar olsun.

    • @samircan7007
      @samircan7007 7 ปีที่แล้ว +4

      Dinləmək istəməyənlər millət vəkilləri yox, milliyeti və sortu bilinməyən pidofil pidaraz və peysər yiginidi. Ona görə heledir və ondan irəli gəlir.

    • @tahmasibhuseynov9895
      @tahmasibhuseynov9895 4 ปีที่แล้ว

      Halal olsun bəy

  • @Hero31331
    @Hero31331 7 ปีที่แล้ว +95

    İqbal Mellim Namaz qılan olsaydı indi türmədə idi

    • @ferqlideyerler4541
      @ferqlideyerler4541 7 ปีที่แล้ว +7

      Gahraman Abbasov duzdu qardaş

    • @gdhjb2454
      @gdhjb2454 6 ปีที่แล้ว +1

      HERO duzdu coxdan turmuye sallardi hayif

    • @ayselbinnatzada
      @ayselbinnatzada 5 ปีที่แล้ว +2

      Niye mehz namaz qilan olsa idi ?

    • @fb0798
      @fb0798 5 ปีที่แล้ว +4

      @@ayselbinnatzada radikal dindar ...

    • @haqqadogru4471
      @haqqadogru4471 5 ปีที่แล้ว +6

      İqbal bey hem namaz qılandı hemde türmede yatıb çıxıb haqqı dediyine göre

  • @eminrzayev1170
    @eminrzayev1170 7 ปีที่แล้ว +16

    Allah qorusun sizi şərəfli qeyrətli millət vəkili

  • @fariz237
    @fariz237 7 ปีที่แล้ว +12

    sagolun var olun cox heyif ki gun be gun sizin kimi qeyretli insanlar azalir

  • @user-in1oe5ic6q
    @user-in1oe5ic6q 7 ปีที่แล้ว +69

    Iqbal mellim ol prizdent

    • @user-im7ou1ms2s
      @user-im7ou1ms2s 7 ปีที่แล้ว +6

      Захид Алиев Mıllət bır olsa bunu etmək.

    • @RamanNaqlzad
      @RamanNaqlzad 5 ปีที่แล้ว +4

      Salam Zahid bəy siz çox düz deyirsiz, amma İqbal bəy prezidentn olmasl bu şir kimi, yarmlş millətdən asllldlr.

  • @chacknores3463
    @chacknores3463 7 ปีที่แล้ว +18

    SALAM,İqbalm.
    Sizin çıxışlarınız vətənini,millətini sevən hər bir azəri üçün əzizdir.Biz sizi dəstəkləyirik.Kaş orda oturanlarda suzi başa düşəydilər Bir milləti məhv etmək üçün onun təhsilini və səhiyyəsini məhv etmək yetər.Onlarda bunu çox ustalıqla edirlər.
    Sual edurəm o milyonları onlar hansı tabutda aparacaqlar?ALLAH qəlbinizi açsın.Biləsiniz ki bumillət nələr çəkir...Kaşki bir gün hiss edəydiniz qarnınız doyub...o gün tez gəksəydi millətdə gün görərdi...
    ALLAH bu nemıtlərin hamısını sizə göndərməyib.ALLAH gpzünüzü açsın.
    Yaxşı ki İqbal m.kimi oğullarımız var .Var olun həmişə.

  • @vusalisrafiliv5001
    @vusalisrafiliv5001 7 ปีที่แล้ว +8

    iqbal mellim sizi kimi qeyretli oqullara bizim canumiz da qurbandi.

  • @SamsungGalaxy-xg5jw
    @SamsungGalaxy-xg5jw 6 ปีที่แล้ว +1

    Iqbal Agazade aga Allah sizdən razı olsun həqiqətən də çox düzgün qeyd elediz əsil ölkəmizdə olan acınacaqlı vəziyyətdən çıxış elediz danisdiz bizim umudumuz sizsiz

  • @uzeyirmanafov6328
    @uzeyirmanafov6328 4 ปีที่แล้ว +7

    Bəli iqbal bəy həqiqətləri deyir, sağolun İqbal bəy, siz əsil Azərbaycanlı kimi danışırsınız

  • @elsnabayev3426
    @elsnabayev3426 5 ปีที่แล้ว +2

    Azərbaycanın sizin kimi insanlara ehtiyacı var Var olun İqbal Bəy

  • @talshtalshov5963
    @talshtalshov5963 7 ปีที่แล้ว +40

    varamda bu deputata allah seni var eləsin

  • @srxannsibov8041
    @srxannsibov8041 6 ปีที่แล้ว +1

    iqbal ağazadə Allah sizdən Razı olsun Bir dəfədə heçnə Yox Şəhid Ailəsinin uçuntu evdə qalmağınnan danışın Xahiş edirəm bu gün millət vəlilləri şəhidlərin qanının sayəsində orda oturublar ama şəhidə verilmiş dəyər heçnə ağlamalı vəziyyət çox utanc vericidir xaiş buna da işarə verin

  • @nevermind2025
    @nevermind2025 7 ปีที่แล้ว +1

    ehsen esil merd ve qeyretli Azerbaycan memuru,sizi Prizdent kimi gorurem inwallahda olarsiz

  • @iftixarlacn5439
    @iftixarlacn5439 7 ปีที่แล้ว +30

    halal olsun sizə .

  • @SamsungSamsung-is4sq
    @SamsungSamsung-is4sq 5 ปีที่แล้ว +4

    Supersiniz sevdim sizi Allah sizi var eləsin Allah haqqı deyənlərlədi və haqqdan yana olanlardı.

  • @generalpolkovnik4656
    @generalpolkovnik4656 6 ปีที่แล้ว +1

    Halal olsun senin kadrlarında azərbaycan vetendaslarinin hüququnu isdeyen yeganə deputat 👏👏👏👏👏👏👏👏

  • @user-jc6gy6sc7g
    @user-jc6gy6sc7g 7 ปีที่แล้ว +31

    Halal olsun Iqbal beye əsli beysen

  • @yaqubzeynalov4270
    @yaqubzeynalov4270 2 ปีที่แล้ว +1

    MaŞAllahh MaşAllah Allah sizi pis insanlardan qorusun🙏🏻Allah sizə uzun ömür can sağlığı versin İnşAllah

  • @asifellmedinov357
    @asifellmedinov357 7 ปีที่แล้ว +59

    düz danışır

  • @SamsungSamsung-is4sq
    @SamsungSamsung-is4sq 5 ปีที่แล้ว +2

    İqbal məlim siz cox dəyərli birisiz düz sözə ne deyəsən prezdentliyə siz namizəd olun cox xahiş edirəm bəlkəm bizə siz gün aqlayasız uşaq pullarıda ortaya qoyun.

  • @user-we7of1lz4u
    @user-we7of1lz4u 4 ปีที่แล้ว +1

    Chox savatti adamdi, halal olsun. Bele deputat prizident olmalidi. Честное слово очень грамотный депутат, я теперь его поклонник и буду следить за ним. Так все грамотно, по полочкам раскидал для всех

  • @simuzerabdullayeva5820
    @simuzerabdullayeva5820 4 ปีที่แล้ว +1

    Sağ olsun, düz deyir müəllimə qoyulan qiymət göz qabağındadi

  • @sahilezimov9922
    @sahilezimov9922 7 ปีที่แล้ว +6

    Sağ ol Bəy. Doğru sözə zaval yoxdur.

  • @xeqanihumbetov5832
    @xeqanihumbetov5832 7 ปีที่แล้ว +9

    Allah size komey olsun İqbal mellim. yaxwiki varsiz.

  • @kamnegrozni4127
    @kamnegrozni4127 7 ปีที่แล้ว +10

    ты говоришьь истину, а многие сидящие недовольны

  • @1cividyoyoutubekanal93
    @1cividyoyoutubekanal93 7 ปีที่แล้ว +1

    Halal olsun size azerbaycanin siz kimi insanlara ehtiyaci var heyif ki siz kimi sozunu aciq deyen kisiler azdir ve deyenler de hamisi serlemelerle zindandadirlar ne eceb sizi aradan goturmurler maraqlidir ozunuzden muqayet olun allah komek olsun size

  • @xaliqmamedov3917
    @xaliqmamedov3917 4 ปีที่แล้ว +2

    Allah sizə ömür versin, bəlkə bu millətə siz bir gün aglayasız İqbal müəllim.

  • @aygunkamil3904
    @aygunkamil3904 7 ปีที่แล้ว +25

    orda oturabların hec olmasa yarsı sizin kimi əhaliyə can yandırsaydı, insanlar adam kimi yaşayardılar.

  • @gunelabbasova2710
    @gunelabbasova2710 7 ปีที่แล้ว +1

    Halal olsun sizə İqbal müəllim.Bəlkə sizin çıxışlarınızdan bu hökümət məmurları bir nəticə çıxarıb yazıq xalqın xeyrinə bir addım atalar,bir iş görələr .Kaş sizin kimi deputatların sayı çox olardı.

  • @sirxanbeylerov170
    @sirxanbeylerov170 7 ปีที่แล้ว +8

    halal olsun bezi adam yeyen nazirler senin kimin olsa indi herkes gozel yasiyardi halal olsun

  • @akifferziyev2637
    @akifferziyev2637 7 ปีที่แล้ว +4

    halaldir iqbal muellim hemise xalqin qeydine qalmisiz allah sizi qorusun

  • @SamsungGalaxy-xg5jw
    @SamsungGalaxy-xg5jw 6 ปีที่แล้ว +1

    öpürəm sizi Iqbal Agazade aga Allah sizdən razı olsun.

  • @fredooms.r.129
    @fredooms.r.129 7 ปีที่แล้ว +3

    Ora bir söz deyən insan var idi onu da çıxartdılar. Çox təəssüf

  • @elnurveliyev1510
    @elnurveliyev1510 7 ปีที่แล้ว +14

    ela vallah billah bu adamln yeri bash nazlir olmalidi

  • @ruslaneligev5835
    @ruslaneligev5835 7 ปีที่แล้ว +4

    allah köməymiz olsun avazın yaxşı gəlir iqbal məllim çox gözəl ifade edirsiz hamısını.

  • @elsnabusddrov9239
    @elsnabusddrov9239 4 ปีที่แล้ว +2

    Bu insanın dedikləri bir yana, nitqi çox gözəldi

  • @farhadaliyev7880
    @farhadaliyev7880 7 ปีที่แล้ว +3

    Azeri dilinde cox gözel daniwir cunki Azerbaycanli evladidi cox gozel agili ve geleceyi giren insandi her kelmesi sözu mentiglidi hagini daniwandi

  • @ruslanquliyev3706
    @ruslanquliyev3706 7 ปีที่แล้ว +7

    Iqbal bey halal olsun size kisi adamsiz

  • @amilisayev4960
    @amilisayev4960 3 ปีที่แล้ว +2

    Sene canim qanim qurban olsun qeyretli ogul dahi insan.

  • @aynurhesenova8302
    @aynurhesenova8302 5 ปีที่แล้ว +1

    igbal bey size derin tewekkur edirem bu cesaretli cixiwiniz ucun ne yaxwi duz daniwan memurmz var vallah hec inanmagim gelmir azerbaycanda yeni duz daniwan var yenede sag olun

  • @meryemelizade6250
    @meryemelizade6250 7 ปีที่แล้ว +1

    sizi doğurdan prezident kimi görmək bizi çox sevindirərdi hər kəsin sözünü siz deyə bilirsiniz sağ olun var olun məllimlərin maşı əlbətdə yüksək olmalıdı əlbətdə yersiz yerlərə pular xərclənib bu geridə qalmış ölkəmizdə ama danışanda inkişafdan danışırıq hər kəs avropa ölkələriylə bizi çox gözəl müqayisə edə bilir dünyanı izləmə imkanımız var bu dəyqə hansı inkişafdan danışır prezidentimiz bilmirih 3 dənə bina qaldırıb körpü tikib oların da altınan su axır biyabırçılıqdı

  • @nazimhesenov6643
    @nazimhesenov6643 7 ปีที่แล้ว +13

    Cox duzgun cixis idi esasende idmanla bagli o qeder pul vermek olmaz idmancilara.

  • @mekannebiyev6247
    @mekannebiyev6247 7 ปีที่แล้ว +7

    Allah atana rəhmət eləsin hardan bildin ki neftin qiyməti düşəcək bəyəm yanında oturanlar bunu bilmirdi? Necədə gələcəyi dəqiq görmüsünüz neftin qiyməti düşəndən cəmi 2 il sonra ölkə bərbad vəziyyətə düşdü yenədə xalqı aldadırlar ki inkişaf gedir.

  • @ayazliayaz2905
    @ayazliayaz2905 4 ปีที่แล้ว +5

    Sadəcə.ƏHSƏN!!!!

  • @nazim7779
    @nazim7779 5 ปีที่แล้ว +3

    And olsun Allahimiza daniwigiviza qulaq asanda fexr hissi kecirdirem ki, Azerbaycanin bele ovladlari var

  • @arizmir9947
    @arizmir9947 4 ปีที่แล้ว +3

    İqbal müəllim xalqımız qeydine qalan yeganə varlıqdır 😊.

  • @selfieaccess9789
    @selfieaccess9789 7 ปีที่แล้ว +7

    Bu gün ki günü əvvəlcədən söyləyib. Ancaq hamı hər şeyin eyni vəziyyətdə qalacağına ümid edirdi. bu da nəticə. Neft epoxası bitib

  • @rufetxidirov3944
    @rufetxidirov3944 5 ปีที่แล้ว

    Super. Ürəysən. Halaldı. Fəxr edirəm sizlə Iqbal müəllim.

  • @zemamustafayeva8689
    @zemamustafayeva8689 7 ปีที่แล้ว +15

    Men de raziyam.Idmancilari bu qeder sisirtmek lazim deyil
    Savada daha cox yer ayrilsin.

  • @ToxicgamerAfk
    @ToxicgamerAfk 4 ปีที่แล้ว +1

    Iqbal Mellim,size uzun omur can sagligi arzu edirem.

  • @user-iq7pd9kd2m
    @user-iq7pd9kd2m 7 ปีที่แล้ว +35

    Allah sizi bu qan içənlərdən qorusun! dua edəy Iqbal melimçin yoxsa onu da narkamın adıyla həbs edərlər yadaki evindən tank və ya arsenal taparlar

  • @islammemmedov6619
    @islammemmedov6619 7 ปีที่แล้ว +4

    iqbal məlim sizə anavızın südü halal olsun. 👏👏👏👏

  • @nurlanalxasov6526
    @nurlanalxasov6526 4 ปีที่แล้ว +3

    Allah səni var eləsin gözəl insan.

  • @user-pl6xd8cm1d
    @user-pl6xd8cm1d 5 ปีที่แล้ว +1

    Аллах Шукурун гардашын говун милли мечлисден хаиш едирем артыг деречеде,о мугеввадыр орда йер тутур,

  • @vidadieliyev3235
    @vidadieliyev3235 7 ปีที่แล้ว +12

    allhaq sizi qorsun iqbal melim

  • @user-rs8io6qf2x
    @user-rs8io6qf2x 5 ปีที่แล้ว +1

    Var ol Igbal melim. Sizin ganinizda Azerbaycanli gani axir. Sizinle ireli

  • @ferhadhemidov5311
    @ferhadhemidov5311 7 ปีที่แล้ว +1

    Halal olsun size Iqbal Agazade.Yaxsiki siz varsiz.

  • @user-ge1vs9qs5w
    @user-ge1vs9qs5w 4 ปีที่แล้ว

    Yəqin ki İqbal müəllim Parlamentdə oturub həqiqəti deyən yeganə adamdır.Halal olsun.👍👍👍👍👍👍

  • @NoName-nu8wt
    @NoName-nu8wt 7 ปีที่แล้ว +1

    evvela o pulu qazanan idmançıya halal olsun. 400 min vaxtında idmana,idmançılara ayrılsa qalib gelende çox olar

  • @salmanovelcin_777inistigra4
    @salmanovelcin_777inistigra4 7 ปีที่แล้ว +60

    idmancilarinda yarsi rus daqistan ukrayna birde qara derililer😂

  • @raffael6148
    @raffael6148 4 ปีที่แล้ว +4

    Bu insan nə qədər bilirmiş?! Əsl prezidentliyə layiq olan İqbal Ağazadə

  • @mmmdsukurov6266
    @mmmdsukurov6266 6 ปีที่แล้ว +1

    1000000000000 il yasa Iqbal muellim/ O millet qurumsaqlarinin cani size qurban olsun

  • @SAMSUNGGalaxy-sc5xm
    @SAMSUNGGalaxy-sc5xm 4 ปีที่แล้ว +1

    ALLAH kömeyin olsun İqbal bəy.

  • @tunaycamill6333
    @tunaycamill6333 6 ปีที่แล้ว +1

    Allah sizi bizim xalqimiza Çox gormesin.Var olun!

  • @ilkinmurtuzov3780
    @ilkinmurtuzov3780 4 ปีที่แล้ว +1

    Men iqbal mellim daniwanda zovq aliram cunki cox gozel daniwiq nitqi ve elimi qabiliyet superdi Allah sizi biz kasib insanlara cox gormesin

  • @anarsuleymanov7471
    @anarsuleymanov7471 4 ปีที่แล้ว +2

    Allah sənin ömrünü uzun canini sağ eləsin.prezident olmasada sağ əli olmalidi bu ən azi.bu insana pis deyənin vallah deyim prablem özûndedi.

  • @Deniz..5005
    @Deniz..5005 4 ปีที่แล้ว +1

    Уважения вам,,товарищ Игбал муалим.....!!!

  • @nicatnecefov5506
    @nicatnecefov5506 7 ปีที่แล้ว +9

    Siz kim insanlar çox olsaydı her yaxşı olardı.

  • @tunarmehdizade2350
    @tunarmehdizade2350 6 ปีที่แล้ว

    Sagh olun var olun,Allah sizi qorusun siz Azerbaycan Dövletini
    idare elemeye en real namizedsiniz

  • @user-jc4ew1yb8m
    @user-jc4ew1yb8m 4 ปีที่แล้ว +1

    АЛЛАХ!! Сизи горусун!!! Игбал Агазаде!!!

  • @feridaliyev4764
    @feridaliyev4764 5 ปีที่แล้ว +1

    halal olsun size hormetli Iqbal Agazade bey.

  • @salamsgr7634
    @salamsgr7634 4 ปีที่แล้ว +1

    Sağol iqbal bəy ALLAH sizi qorusun AMİN

  • @efediyev1808
    @efediyev1808 4 ปีที่แล้ว +3

    İqabal bey siz mellimlere gore bele calişdiqiniz ucun size teşekur edirem ama bugunku gunde seckilerde mes melimler size qarşı saxtakarliq etdi

  • @ramil7777
    @ramil7777 6 ปีที่แล้ว +1

    супер Аллах сени бизим миллетмизе чох гормесин халал олсун сене

  • @sebuhiazeri7105
    @sebuhiazeri7105 7 ปีที่แล้ว +19

    kiwi oglu kiwidi

  • @sevincberdeli1317
    @sevincberdeli1317 5 ปีที่แล้ว

    Sagolun ay IQBAL BEY SIZ VETENPERVER BIR OQULSUZ MALIYE NAZIRINE BAXIN QELEM OYNADIR BUNLAR HAMISI OGRUDUR .🇦🇿🇦🇿🇦🇿👏👏👏👏

  • @maismemmedov543
    @maismemmedov543 7 ปีที่แล้ว +5

    depdadarimizin cox yox 10 fayizi siz kimi ola bu dovlet kirizisden cixar saq olun

  • @sevincrehimova9723
    @sevincrehimova9723 7 ปีที่แล้ว +9

    hec orda oturanlarin vecderine deyil valkah uzderinden gozderinden gorsenir cunki bizi temsil etmirler

  • @ayselmahmudova7827
    @ayselmahmudova7827 4 ปีที่แล้ว +1

    Halal olsun size heqiqeten bele insanlar azdi

  • @renboconi7247
    @renboconi7247 5 ปีที่แล้ว +1

    Halal olsun size İqbal məlim var olun

  • @namiqensari4447
    @namiqensari4447 4 ปีที่แล้ว +1

    cox savadli adamdir ! xalqa beleleri lazim !

  • @ramazanacar7127
    @ramazanacar7127 7 ปีที่แล้ว +11

    Ehsen! bilen var İqbal mallim hacan edib bu cixisi?

  • @meherremsultaneliyev9100
    @meherremsultaneliyev9100 5 ปีที่แล้ว +1

    Iqbal.mellim.en sert en qorxmaz merd adamdi esq olsun size..esl kisi kimi yasiyirsan...

  • @muslimqarayev9702
    @muslimqarayev9702 7 ปีที่แล้ว +5

    halal olsun vallah

  • @firafira7305
    @firafira7305 7 ปีที่แล้ว +1

    haq edalet olsaydi millet sizi prezident secerdi Iqbal muellim.halaldi.bele savadli deputatimiz var

  • @sayatseyidli5418
    @sayatseyidli5418 4 ปีที่แล้ว +1

    Yasa seni gardas.Allah seni gorusun.Garabag yetisdirir.