Mahni Sozleri Mənim bir şəhərim var yaşıllıqları kimi yaxşılıqları süni, mərməri kimi insanları sürüşkəndi. Mənim bir şəhərim var küçədəki itlər burda səni dar günündə qoyub getməz, nəcə bunu edir dostlar. Mənim şəhərim var baxışı qışdan soyuq, bəzəklərini bir günə qabıqlar tək yağışlar soyur. Yaxınlar səni ləkələyir, qohumlar yalanlar yaxır, qonşular qeybət edir adını içdən danışmaq qoyub. Mənim bir şəhərim var sən öldükcə sənin ömrün uzanır, adını tarix edir sağkən üzünə baxmayanlar belə. Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır, irəli gedir burda bircə addım atmayanlar belə. Mənim şəhərim var ki, dənizində canlar gizli, varlılar yalan danışır çok vaxt, ən kasıblar düz deyir. Və hər kəs susub batan gəmini həyəcanla izləyir, bu şəhər satıb ruhunu AZƏRBAYCANDAN gizli. Nəqarət: Doğulur hər gün yenə, dünən ölən ümidlərim, Qayıdar ruhu bu şəhərin, yeni-yeni səhflər olmasa. Boğulur doğmalar içimdə, sevgilər dərin-dərin Şirin yuxularında şəhərin, amma olacaq yaxşı insan. Biz yaxşı insanlarıq ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün, Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün alnımız açıq, təmiz. Biz yaxşı insanlarıq sosyal şəbəkələrdə Vətəni sevdiyimiz üçün, Yaxşılıq edirik xəstələrin şəklini paylaşmaqla, Sevgilimiz atıb gedəndə dalıyca danışmaqla. Biz yaxşı insanlarıq bizləri yaxşı edən, unutqan olub unutqanlığımızla barışmaqdı. Şəhidlər Xiyabanına ildə bir dəfə getsək də, yanından hər keçəndə musiqini azaltdığımız üçün. Biz yaxşı insanların bizi incitsələr belə, biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün. Biz yaxşı insanlarıq valideynlərimizi sevdiyimiz üçün, onlar qocalanda çox vaxt atıb getsək belə. Biz yaxşı insanlarıq ədaləti sevdiyimiz üçün, bərpası lazım olsa susub YATSAQ belə. [ Orxan Zeynalli ]
Gulnar xanimin sesi insani valeh edir ❤️❤️❤️❤️
Çox gözeldi anlayan üçün.
Gulnar wowww❤🎉🎉
Mahni Sozleri
Mənim bir şəhərim var yaşıllıqları kimi yaxşılıqları süni, mərməri kimi insanları sürüşkəndi.
Mənim bir şəhərim var küçədəki itlər burda səni dar günündə qoyub getməz, nəcə bunu edir dostlar.
Mənim şəhərim var baxışı qışdan soyuq, bəzəklərini bir günə qabıqlar tək yağışlar soyur.
Yaxınlar səni ləkələyir, qohumlar yalanlar yaxır, qonşular qeybət edir adını içdən danışmaq qoyub.
Mənim bir şəhərim var sən öldükcə sənin ömrün uzanır, adını tarix edir sağkən üzünə baxmayanlar belə.
Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır, irəli gedir burda bircə addım atmayanlar belə.
Mənim şəhərim var ki, dənizində canlar gizli, varlılar yalan danışır çok vaxt, ən kasıblar düz deyir.
Və hər kəs susub batan gəmini həyəcanla izləyir, bu şəhər satıb ruhunu AZƏRBAYCANDAN gizli.
Nəqarət:
Doğulur hər gün yenə, dünən ölən ümidlərim,
Qayıdar ruhu bu şəhərin, yeni-yeni səhflər olmasa.
Boğulur doğmalar içimdə, sevgilər dərin-dərin
Şirin yuxularında şəhərin, amma olacaq yaxşı insan.
Biz yaxşı insanlarıq ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün,
Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün alnımız açıq, təmiz.
Biz yaxşı insanlarıq sosyal şəbəkələrdə Vətəni sevdiyimiz üçün,
Yaxşılıq edirik xəstələrin şəklini paylaşmaqla,
Sevgilimiz atıb gedəndə dalıyca danışmaqla.
Biz yaxşı insanlarıq bizləri yaxşı edən, unutqan olub unutqanlığımızla barışmaqdı.
Şəhidlər Xiyabanına ildə bir dəfə getsək də, yanından hər keçəndə musiqini azaltdığımız üçün.
Biz yaxşı insanların bizi incitsələr belə, biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün.
Biz yaxşı insanlarıq valideynlərimizi sevdiyimiz üçün, onlar qocalanda çox vaxt atıb getsək belə.
Biz yaxşı insanlarıq ədaləti sevdiyimiz üçün, bərpası lazım olsa susub YATSAQ belə.
[ Orxan Zeynalli ]