Şamaxı sakinləri 8 ildir pəncərələrini aça bilmirlər - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #APATV #Şamaxı #48Aməhəllə #küçə #məhəllə #yaşayışmassvi #kanalizasiya #kanalizasiyaproblemi #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
    Bu küçənin sakinləri 8 ildir pəncərələrini aça bilmirlər - APA TV
    Şamaxının giriş hissəsində yerləşən, rayonun ən böyük yaşayış massvlərindən biri olan 48 A məhəlləsinin bəzi küçələrində kanalizasiya xətləri yoxdur. Sözügedən yaşayış massivinə 2012-ci ildə kanalizasiya xətləri çəkilsə də, həmin məhəllədə məskunlaşan 300-ə yaxın sakin bu sistemdən istifadə edə bilmir. Məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Bu isə həm anti-sanitariyadır, həm də küçənin azyaşlı sakinləri üçün təhlükə yaradır.
    Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, amma bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır. Əsasən yay aylarında daha çox problemlə üzləşən sakinlər deyirlər ki, bu məsələ artıq 8 ildən çoxdur günlərini qara edib. Kanalizasiya xətlərinin olmaması səbəbindən çirkab sular küçəyə axıdılır və nəticədə yolda çirkab sularından gölməçələr yaranır. Şikayətçilərin sözlərinə görə, üfunət qoxusundan günəşli havalarda evlərinin qapı-pəncərələrini aça bilmirlər.
    Qeyd edək ki, 48A məhəlləsinin bütün küçələrinə asvalt örtüyü vurulsa da, bu ərazidə işlər yarımçıq saxlanılıb. Buna da səbəb kanalizasiya xətlərinin cəkilməməsidir.
    Məhəllənin ikinci ən böyük problemi isə zibillikdir. Küçənin yuxarı başında nəzarətsiz və antisanitar şəkildə yığılmış zibilin qoxusundan insanın ürəyi bulanır. Sakinlər deyirlər ki, digər məhəllələr gecələr maşınlarla xəlvət gəlib zibillərini bura atırlar.
    Aidiyyəti şəxslər hər dəfə problemi həll edəcəklərini desələr də, küçənin kəndarına çıxan kimi vədlərini unudurlar.
    İlham Əhmədov
    Taleh İbrahimov
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 3

  • @user-natalianikolaevna
    @user-natalianikolaevna ปีที่แล้ว +1

    Agdaş şəhərində də elədi quyu qazib ora axir. Çox iyrənc, mirus mikrob dəhşət.

  • @birqribm7811
    @birqribm7811 ปีที่แล้ว

    Nə Şamaxı Bakinin bəzi kendleride belədi!!!

  • @xatunimanova7917
    @xatunimanova7917 ปีที่แล้ว

    Men bir şeyi anlamiram bura kend yerdi,bizde kendde yaşamişiq,zibil nedi bilmemişik etrafda,cunki her kes zibilin yiqib ya yandirirdi yada quyu qazib basdirib curudurdu,insanlar bizim kendde cox temizliye fikir verirdi,bu nedi klonkalar sepelenib torpaqin uzu ile birdir,qaldi kanalzasiyaya bes kendde kanalzasiya yox idi,niye ufunet basmirdi camati,sadece insanlar indi işlemek istemir,her şey hazir olsun deyirler,ne bilim vallah bu menim fikirimdi.