Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları
    I.ÜMUMİ MÜDDƏALAR
    Tədris dili: Azərbaycan dili
    Təhsil forması: əyani
    Təhsil müddəti: 2 il
    Yaş həddi: Cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
    Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.
    II. SƏNƏDLƏRİN QƏBULU
    Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 01 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
    şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
    doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
    valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
    sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;
    rəngli fotoşəkil (baş geyimsiz, anfas) - 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə;
    ailə tərkibi və yaşayış yeri haqqında arayış;
    burunətrafı boşluqların rentgenoqrafiyası;
    elektrokardioqramma;
    qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
    qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
    qanın hepatit C və hepatit B-yə dair müayinəsinin nəticələri;
    sidiyin ümumi analizi;
    nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd;
    dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
    psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
    xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası - forma № 26/U).
    Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin əsli namizəd tərəfindən sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.
    III. HƏRBİ LİSEYDƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR
    Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
    Hərbi həkim komissiyasının qərarına əsasən Hərbi Liseydə təhsil almağa yararlı hesab edilən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq edirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul imtahanına buraxılış vərəqəsi alırlar.
    Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar.
    Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
    - Azərbaycan dili;
    - riyaziyyat;
    - fizika;
    - kimya.
    Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.
    Sənədlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 1 (əlaqə telefonu: 012-479-80-24).
    Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).
    Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.
    Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək: www.mod.gov.az

ความคิดเห็น •