İlham Əliyev və Mehriban Əliyeva “Dalğa Beach-Aqua Park”-ın açılışında iştirak ediblər

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2015
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.
    Dövlət başçısı və xanımı paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində inşa edilmiş istirahət parkında yaradılmış şəraitlə tanış olublar.
    “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz var. Qonaqlar bu hovuzlarda süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər. İstirahət edənlərə xidmətin yüksək səviyyədə təşkili üçün ərazidə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. İstirahət mərkəzinin Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb.
    Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri burada daimi fəaliyyət göstərəcək su atraksionudur.
    Prezident və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da olublar.

ความคิดเห็น •