50 ildir palçıqda Amerika futbolu oynayırlar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ABŞ-ın Nyu Hempşir ştatında bir qrup həvəskar Amerika futboluna fərqli baxış gətirir.
    "Mud Cup" (Palçıq Kuboku) bu il 50 illik yubileyini qeyd edir.
    Üç gün davam edən turnirdə oyunçular dizlərinə qədər palçıqda süründülər.
    Qələbə qazanmaq ümidi ilə şənlik və paradın keçirildiyi tədbirdə onlarla kişi və qadın komandalarda yarışdı.
    Həvəskarlar uşaqlıqdan bəri birlikdə olduğu köhnə dostları ilə görüşmək üçün bunun yaxşı bir bəhanə olduğunu söyləyir.
    İştirakçıların çoxu orta məktəbdə və ya kollecdə oxuyan ulduz idmançılar, o cümlədən illər ərzində təqaüdə çıxan bir neçə peşəkar olub.
    Rəsmilərin dediyinə görə, bu il bu tədbir xeyriyyəçilik üçün 1 milyon dollardan çox vəsait toplayıb.

ความคิดเห็น •