Qardaşı arvadının cehizini oğurladı, arvadına görə öpüşməkdən imtina etdi - Həsən Məmmədov haqda...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Azərbaycan kino tarixinin ən qüsursuz aktyorlarından birini anırıq. Onu sovet kinosunda yalnız SSRİ Xalq artisti Vçeslav Tixonovla müqayisə edirdilər... Bu adam kinomuzun Abasqulu bəyi, Qaraşı, Bəxtiyarı Həsən Məmmədovdur...
    Əbülhəsən Ağaməmməd oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyanda doğulub.
    1956-cı ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.
    Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.
    00:00 - 00:30 • "Böyük Dayaq" Azərbayc...
    Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
    Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməyib. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi.
    Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...
    Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.
    Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.
    Onun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam. Davamı verilişdə...

ความคิดเห็น • 407

  • @SamsungA-gr5wx
    @SamsungA-gr5wx 8 หลายเดือนก่อน +117

    Həsən Məmmədov daima qəlbimizdəsən.Kişilikli,mərd,istedadlı insan.Məkanın cənnət olsun

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 8 หลายเดือนก่อน +183

    Azərbaycanda ən sevdiyim aktyor. Allah rəhmət eləsin. Təşəkkür edirik.

    • @FuadVliyev-kd1to
      @FuadVliyev-kd1to 8 หลายเดือนก่อน +3

      Allah məkanını cənnət eləsin

    • @cifracifra5336
      @cifracifra5336 8 หลายเดือนก่อน +2

      Бели сизинле разыйам. Гозел Инсан Севимли Актёр Гасан Меммедрв ! Меканыз дженнет олсун Гозел Актёр .❤❤

    • @SedaqetShahbazova
      @SedaqetShahbazova 7 หลายเดือนก่อน +2

      Həsən Məmmədov hamımızın çox sevdiyi aktyordur.Allah rəhmət eləsin.
      Ancaq qardaşı arvadının cehizləri haqda yazan hər kəssə ayıb olsun onu yazıb ortaya çıxarana
      Oxuduğuma görə güya bir qab olub. Özü də qaytarıb. Nə böyük bir şey olub, ondan ötrü sevimli aktyorumuzun tərcümeyi halına oğurluq sözü yazırsız.
      Kül bunu yazanın tupoy başına.

  • @nqabil
    @nqabil 8 หลายเดือนก่อน +98

    Allah rəhmət eləsin. Gözəl insan, böyük sənətkar idi.

  • @xalidhuseyinli1408
    @xalidhuseyinli1408 8 หลายเดือนก่อน +49

    Allah rəhmət eləsin cox gözəl sənətkar idi.Allah o dünyasın behiştlik eləsin.

  • @Coni-nu2xr
    @Coni-nu2xr 8 หลายเดือนก่อน +69

    Abbasqulu bəy rolunu ÇOX gözəl oynayan aktyor. Allah rəhmət eləsin.

  • @SevincSekerova-mj7bv
    @SevincSekerova-mj7bv 8 หลายเดือนก่อน +72

    Əvəzedilməz,təkrarsız sənətkarımız Həsən Məmmədov Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq..Allah Rəhmət Etsin..Ruhu Şad,Məkanı Cənnət Olsun..Amin🙏🙏🙏🙏💔💔💔💔

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 8 หลายเดือนก่อน +61

    ALLAH Həsən Məmmədova rəhmət eləsin, ruhu şad.,məkanı cənnət, qəbri daima nurla dolsun AMİN YA RABBİ. 😭😭😭

  • @mahirnesibov8735
    @mahirnesibov8735 8 หลายเดือนก่อน +43

    Sovet məktəbinin bütün aktyorları əsl Sənətkar idilər.
    Həsən Məmmədov başda olmaqla.
    Yeddi oğul istərəm kinosu isə əsl Şedevr əsərdir.
    ALLAH Rəhmət Eləsin Bütün Dünyasını dəyişən Sənətkarlara.

    • @ss-fr1lf
      @ss-fr1lf 8 หลายเดือนก่อน

      Allah sovet hökmetinin belasın versin! ) bu öz yerinde amma sovet mektebi olmasa idi, çox gümanki Adil İsgenderov "mektebide, olmazdı!

    • @e.v.a.7208
      @e.v.a.7208 8 หลายเดือนก่อน +3

      @soltanov71Adil İsgəndərov da sovet kinematoqrafiya məktəbinin yetirməsidir. “Sovet” sözündən niyə qorxurlar ki?

  • @saraorucova5367
    @saraorucova5367 8 หลายเดือนก่อน +53

    Allah unudulmaz sənətkara rəhmət eləsin.

  • @selimenikbin958
    @selimenikbin958 8 หลายเดือนก่อน +23

    Abırlı, heyalı, istedadlı, sevilen senetkarimiz, mekanın da ele özün kimi gözel olsun! Amin! Ruhun şad olsun! Amin!

  • @turkoqlu234
    @turkoqlu234 8 หลายเดือนก่อน +18

    Həsən Məmmədov Azərbaycanın 1 nömrəli kino -aktyoru olub .Oynadığı rollar çox təbii alınıb .Çox sadə ,təvazökar ,məsuliyyətli bir aktyor olub .Allah rəhmət eyləsin ,qəbri nurla dolsun .

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 8 หลายเดือนก่อน +31

    Allah rəhmət eləsin, möhtəşəm aktyor idi.

  • @ilhamagaverdiyev7987
    @ilhamagaverdiyev7987 8 หลายเดือนก่อน +23

    Böyük sənətkarın xatirəsinə dərin sayğı və ehtiramla !...

  • @elesnefesshheyat5825
    @elesnefesshheyat5825 8 หลายเดือนก่อน +15

    Oğurluq sözünü oxuyanda dəhşətə gəldim, sevə sevə izlədiyim filmlər qəhrəmanının oğurluq etməsi.... Axıracan qulaq asdım və ürəyimdəki sevgi daha da artdı. Allah rəhmətiylə sevindirsin cənnətiylə mükafatlandırsın Amin

    • @mehdinecefov2133
      @mehdinecefov2133 8 หลายเดือนก่อน

      Bəli, eynən mən də sizin kimi dəhşətə gəldim və nə yaxşı ki, axıracan baxdım, gözlərim yaşardı, hələ öz evindən gələn yeməyi dadından tanımağı.. Həqiqətən əbədi hörmətə, sevgiyə layiq biri imiş. Allah rəhmət etsin. Amin!

  • @yusifqarabagli6216
    @yusifqarabagli6216 8 หลายเดือนก่อน +31

    Allah rəhmət eləsin... sevdiyim aktyor 👍

  • @SH-1976
    @SH-1976 8 หลายเดือนก่อน +21

    HƏSƏN MƏMMƏDOV. Dəyərli,unudulmaz dahi Sənətkarımız! Daima qəlbimizdəsən!

  • @arus518
    @arus518 8 หลายเดือนก่อน +72

    Я армянка! Мой любимый артист молодости! Помним! Вечная память!😢

    • @Mirovoy-24
      @Mirovoy-24 8 หลายเดือนก่อน +5

      Неожиданно

    • @СевинджАкбарова
      @СевинджАкбарова 8 หลายเดือนก่อน

      ​@@Mirovoy-24Бывает..

    • @sev4757
      @sev4757 8 หลายเดือนก่อน +2

      Прекрасный актёр, Аллах рехмет елесин

    • @MilaMina-ln2ns
      @MilaMina-ln2ns 7 หลายเดือนก่อน +6

      Azərbaycanın çörəyi, havası, suyu halal olsun. Dəyərini bildiyin unutmadığın üçün. Biz, Qonq kim olur olsun çörəyimizi dadını unutmayanlara halal edirik.

    • @serdarabbasov7344
      @serdarabbasov7344 7 หลายเดือนก่อน +2

      sən bizimsən Cünki Azerbaycan ermənisisən cox sağ ol

  • @ilhamyaqubov6196
    @ilhamyaqubov6196 8 หลายเดือนก่อน +24

    Möhtəşəm aktyor Allah rəhmət eləsin Amin

  • @МехманМамедзаде
    @МехманМамедзаде 8 หลายเดือนก่อน +14

    Əsil sənətkar. Əsil şəxsiyyət. Millətimizin fəxri. Allah rəhmət eləsin.

  • @qoshqaraliyev541
    @qoshqaraliyev541 8 หลายเดือนก่อน +15

    Azərbaycan Dövləti nə qədər varsa Həsən Məmmədov istər indi istərsə də gələcək illərdə daima seviləcək.Həmişə qəlblərimizdə yaşayacaq.ALLAH Rəhmət eləsin.Məkanı Cənnət olsun.

  • @vidadicmilov9819
    @vidadicmilov9819 8 หลายเดือนก่อน +19

    ALLAH rəhmət eləsin. Ən çox sevdiyim aktyor idi. Abırlı insanıydı

  • @tahireefendieva7642
    @tahireefendieva7642 8 หลายเดือนก่อน +17

    Tarixdə izi qalan dahi sənətkarımız.Ruhu şad, məkanı cənnət olsun, Amin

  • @shehlabeshirova1799
    @shehlabeshirova1799 8 หลายเดือนก่อน +12

    Hər rolu bir sənət əsəridir.Həqiqətən də əvəzolunmaz aktyorlarımızdan biridir.O gözəl,hər zaman xatırladığımız aktyorlarımıza rəhmət diləyirəm.Məkanları cənnət olsun.Amin

  • @CamilaMamedova-c7c
    @CamilaMamedova-c7c 8 หลายเดือนก่อน +9

    Məkanı Cənnət Olsun.Ən çox sevdiyim aktyorlar Həsən Məmmədov və Şahmar Ələkbərov idi.Təşəkkür edirəm oğlum belə sənətkarların həyatları ilə bizləri məlumatlandırdığın üçün

  • @Rozi-vi7dw
    @Rozi-vi7dw 8 หลายเดือนก่อน +8

    Sənətinə və özünə böyük hörmət etdiyim ürəklərdə özünə məskən salmış unudulmaz sənətkar Həsən Məmmədov, nur içində yat , məkanın cənnət, ruhun şad, Allah sənə rəhmət etsin.🇦🇿🇦🇿

  • @irinadjamalova9286
    @irinadjamalova9286 8 หลายเดือนก่อน +21

    Азербайчанда ен севдийим сенеткар.Аллах сизе рехмет елесин🤲. Сизи еле душундуюм кимимишсиниз..Сизин кими инсанлар четин бир де дуняя гелсин. Меканыныз ченнет олсун гюзел сенеткарымыз.🤲💔.

  • @e.v.a.7208
    @e.v.a.7208 8 หลายเดือนก่อน +12

    Ekrana yaraşan, az sayda olan yaraşıqlı simalı aktyorlardan biri idi. Allah rəhmət eləsin.

  • @frruxrsulov4827
    @frruxrsulov4827 8 หลายเดือนก่อน +26

    Allah rəhmət eləsin bu sənətkara

  • @yasmnqocayeva9373
    @yasmnqocayeva9373 8 หลายเดือนก่อน +4

    Ətraflı məlumat üçün təşəkkürlər, çox sağ olun.

  • @QR1266
    @QR1266 8 หลายเดือนก่อน +11

    Gün keçdi filmi ilə sevmişəm böyük aktyoru Romantik qəhrəmandı o filmdə hər ikisi gözəldilər Allah rəhmət eləsin sənətkara🥀

  • @haciyevamehebbet4027
    @haciyevamehebbet4027 8 หลายเดือนก่อน +6

    Çox istedatlı simpatik akter idi ,bütün filmlərdə rolları super oynayırdı , hamının sevimlisi idi .Allah rəhmət eləsin , məkanı cənnət olsun .

  • @muzefferasgerov1378
    @muzefferasgerov1378 8 หลายเดือนก่อน +16

    Allah rəhmət eləsin lap əla Aktiyor idi məkanı cənnət olsun.

  • @sevincismayilova20
    @sevincismayilova20 8 หลายเดือนก่อน +6

    Sesi ecazkar, ozu yarasiqli, coxx istedadi aktyorumuz!Allah rehmet etsin

  • @yasmnqocayeva9373
    @yasmnqocayeva9373 8 หลายเดือนก่อน +6

    Onsuz da bu aktyoru çox xoşlayırdım, indi daha da hörmətim artdı. Hər kəsə nəsib olmur, ölümündən sonra da hörmətlə anılmaq. Ruhun şad məkanın cənnət olsun, əvəzolunmaz insan🤲🏻

  • @ФирангизГулиева-ы2б
    @ФирангизГулиева-ы2б 8 หลายเดือนก่อน +1

    Çox sevdiyimiz, unudulmayacaq Həsən Məmmədov

  • @residrustemov2310
    @residrustemov2310 8 หลายเดือนก่อน +6

    Allah rəhmət eləsin,bizə qohum idi.Çox sadə,mehriban adam,sözün əsl mənasında yaxşı insan idi.

  • @Selena-tn9ob
    @Selena-tn9ob 8 หลายเดือนก่อน +4

    Allah Hesen beye rehmet eylesin . Sesi de çok etkileyici idi. Esil senet adamı idi . Onu çox sevirdik . Mekanı cennet olsun . Sevgi ve hörmetle yad edirik . Allah sizden de razı olsun . 🙏

  • @СаядТагиОглыСаидхан
    @СаядТагиОглыСаидхан 8 หลายเดือนก่อน +6

    Allah rəhmət eləsin gözəl roll aparirdi,özunəlayik,görkəmli əsl kişi rolunu o aparirdi,məkanin cənnət Həsən bəy.

  • @emilmemmedov
    @emilmemmedov 8 หลายเดือนก่อน +6

    ALLAH ,dünyasini deyishmish bütün aktyor ve aktrisalarimiza rehmet elesin.. Hesen Memmedov en cox sevdiyim aktyorlardan 1 olub… Melumatlandirdiginiz ucun teshekkür edirem.. 🙏🤝

  • @sararuslan8731
    @sararuslan8731 8 หลายเดือนก่อน +7

    Allah rəhmət eləsin, ruhu şad olsun.Bir insanın bu qədər əvəzolunmaz sənəti,insanın ruhuna qida olan səsi, mədəniyyəti,əxlaqi,sadəliyi və böyüklüyü ola bilərmi? Mənimçün ən unudulmaz,dahi,təkrarsız sənətkar.Əxlaqli,tərbiyəli,mədəni şəxsiyyət.Allahin xüsusi,sevərək yaratdığı bəndə.Məkani cənnət olsun.Amin.

  • @sevilagayeva7792
    @sevilagayeva7792 8 หลายเดือนก่อน +8

    Dəyərli və unudulmaz aktyoumuz. Allah rəhmət eləsin nuriiçində yatsın.

  • @БадирханГасанов
    @БадирханГасанов 8 หลายเดือนก่อน +9

    Allah rəhmət eləsin, namus məsələsinə gəlincə!-halal olsun, təşəkkür etməyə söz də aciz qalır ☝️

  • @nzakthuseynova7440
    @nzakthuseynova7440 8 หลายเดือนก่อน +4

    ALLAH rəhmət eləsin Görkəmli sənətkarımıza bizim dövrümüzün ən məşhur, ən sevimli aktyorlarından biri idi . Yaratdığı biri - birindən gözəl obrazlarla daim sevənlərin qəlbində yaşayacaqdır

  • @eminshavtov1374
    @eminshavtov1374 8 หลายเดือนก่อน +11

    Allah rəhmət etsin əsl sənətkar idi

  • @МубаризМамедов-ю5г
    @МубаризМамедов-ю5г 8 หลายเดือนก่อน +4

    Sevdiyim və xoşladığım bir şəxsiyyət... ALLAH RƏHMƏT eləsin!!!

  • @sadigovschannel8292
    @sadigovschannel8292 8 หลายเดือนก่อน +5

    ALLAH rəhmət eləsin dəyərli sənətkar

  • @tzgulnazarova8194
    @tzgulnazarova8194 8 หลายเดือนก่อน +9

    Ən çox sevdiyom aktyor HƏSƏN MƏMMƏDOV, Allah rəhmət eləsin

  • @NargizAliyeva-tl7zg
    @NargizAliyeva-tl7zg 8 หลายเดือนก่อน +3

    Azərbaycanın fəxri aktyorlarından biri .Mənim ən çox xoşuma gələn Yeddi oğul istərəmdə " Bəxtiyar " obrazıdır Həsən Məmmədovun xatirəsi daim qəlbimuzdə yaşayacaq. AMMA , bu başlıq heç xoşuma gəlmədi.Ümumiyyətlə sizin bütün başlıqlarınız Xahiş edirəm başlıq yazanda diqqətlu olun!

  • @vefaelekberli3288
    @vefaelekberli3288 8 หลายเดือนก่อน +7

    Allah rəhmət eləsin çox istedadlı Aktyor idi məkanı cənnət olsun Amin

  • @nigarquliyeva5535
    @nigarquliyeva5535 8 หลายเดือนก่อน +5

    ALLAH RƏHMƏT ELƏSİN

  • @sahmarnebiyev6789
    @sahmarnebiyev6789 7 หลายเดือนก่อน +5

    Uşaqlığımdan hesed apardığım aktyor butun kinolarınıa seve seve baxmışam❤ mekanı cennet olsun

  • @rizvanzeynalov246
    @rizvanzeynalov246 8 หลายเดือนก่อน +3

    Həsən müəllim ləzzətli aktyor idi .Onun yaratdığı obrazlar həmişə sevilib və yaddaşlarda yaşayacaq .Allah rəhmət etsin !

  • @gulmirahuseynova277
    @gulmirahuseynova277 8 หลายเดือนก่อน +4

    Təkrarolunmaz sevimli agırtəbiyətli gözəl aktyorvə gözəl insan!!!❤❤❤

  • @ilqarsuleymanov5743
    @ilqarsuleymanov5743 8 หลายเดือนก่อน +3

    Allah rəhmət eləsin, ğözəl aktyor idi

  • @m.sima.5326
    @m.sima.5326 8 หลายเดือนก่อน +5

    Cavan, gözəl, bacarıqlı Tacir Əsgər. Allah rəhmət eləsin. ❤

  • @errorexe1313
    @errorexe1313 8 หลายเดือนก่อน +14

    Аллах рехмет етсн гозел Инсан ❤

  • @yaverabdullayeva2471
    @yaverabdullayeva2471 8 หลายเดือนก่อน +8

    Hesen Memmedov heqiqeten senetkar idi🙏🏻👏🏻👍🏻👍🏻👍🏻

  • @mehribanyahyayeva7775
    @mehribanyahyayeva7775 8 หลายเดือนก่อน +3

    Allah məkanını cənnət etsin çoox gözəl insan sevdiyim bir aktiyordu ruhu şad olsun 🤲🤲

  • @PervinHacızade-r9i
    @PervinHacızade-r9i 8 หลายเดือนก่อน +15

    Allah rəhmət eləsin😢

  • @Arif-guliyev
    @Arif-guliyev 8 หลายเดือนก่อน +5

    Ən sevdiyim aktyordur Allah ona rəhmət eləsin məkani cənnət olsun

  • @АвганФатуллаев
    @АвганФатуллаев 8 หลายเดือนก่อน +6

    Allah rəhmət eləsin, məkanı cənnət olsun inşallah.

  • @nrmnrza7939
    @nrmnrza7939 8 หลายเดือนก่อน +14

    Allah rəhmət eləsin

  • @MatanatMiriyeva
    @MatanatMiriyeva 8 หลายเดือนก่อน +2

    Həmyerlimiz , şöhrətli , hörmətli sevimli və əvəzolunmaz aktorumuz! Allah rəhmət eləsin!

  • @mnsurabbasova4909
    @mnsurabbasova4909 8 หลายเดือนก่อน +2

    Sevdiyim aktyor.Rəhmətə gedəndə çox ağlamışdım.Məkanı cənnət olsun🤲

  • @ayguneliyeva863
    @ayguneliyeva863 8 หลายเดือนก่อน +2

    Allah sene rehmet elesin dahi aktyorumuz.Hem yarawiqli,hem isdedadli insan ruhun wad olsun🤲😔😔😔

  • @naibdzhafarov9527
    @naibdzhafarov9527 8 หลายเดือนก่อน +6

    Аллах рехмет елесин рухи шад мезары нурле долсун иншаллах амин йа Аллах амин☝ 🥀🥀🥀🥀

  • @fakhriyarahil4817
    @fakhriyarahil4817 8 หลายเดือนก่อน +2

    Bu insanin butun rollari bir şedevrdi.Məkani cənnət olsun

    • @hacibagirov3894
      @hacibagirov3894 7 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍

  • @YusifAslanov-wp7gq
    @YusifAslanov-wp7gq 8 หลายเดือนก่อน +5

    Allah rəhmət etsin.Sovetin insanlarından,tərbiyəsindən olmayıb,olmayacaq...Hetf səndən SOVET....

  • @qenirerustemova9968
    @qenirerustemova9968 8 หลายเดือนก่อน +3

    Mənnim ən Cox istədiyim Aktiyor Allah rəhmət eləsinnƏsil Azərbaycan kişisi ❤❤❤

  • @OrxanNuriyev-e7r
    @OrxanNuriyev-e7r 8 หลายเดือนก่อน +12

    Əvəzolunmaz sənətkar. Məkanı cənnət olsun.

  • @Джафар-н9ъ
    @Джафар-н9ъ 8 หลายเดือนก่อน +4

    Həsən müəllim ruhunuz şad olsun Unudulmaz insan ❤ 🌹🌹

  • @МахирГАСАНОВ-п3п
    @МахирГАСАНОВ-п3п 8 หลายเดือนก่อน +3

    Allah rəhmət eləsin gözəl aktyorumuzu.

  • @RustmRustmov-qz3xq
    @RustmRustmov-qz3xq 8 หลายเดือนก่อน +21

    Həsən Məmmədovun yaratdığı Bəxtiyar Abbasqulu bəy və b obrazları Azərbaycani dünya kinosunda yüksəkliklərə qaldırdı

  • @elxanplngov317
    @elxanplngov317 8 หลายเดือนก่อน +11

    Allah rəhmət eləsin yeri cənnət olsun

  • @AdminFoto-l8e
    @AdminFoto-l8e 8 หลายเดือนก่อน +7

    Əziyyətin üçuň Allah gözlərinə nur versin qardaş

  • @МурадИбрагимов-е2г
    @МурадИбрагимов-е2г 8 หลายเดือนก่อน +5

    Daha belə aktyorlarımız yoxdu.
    İndi belə kişilərimiz də azdı.😏
    Allah sənə rəhmət eləsin Həsən Məmmədov

  • @raminmirzislam5520
    @raminmirzislam5520 8 หลายเดือนก่อน +2

    ALLAH rəhmət eləsin və günahlarını bağışlasın Amin. Çox yaxşı insan və ağır təbiətli aktyor.

  • @Курбан-п6п
    @Курбан-п6п 8 หลายเดือนก่อน +8

    Аллах рахмет еласин, габри нурла долсун . Гозал санаткар

  • @renabaxisova5967
    @renabaxisova5967 8 หลายเดือนก่อน +3

    Ən bəyəndiyim aktyordu Həsən Məmmədov.Allah rəhmət eləsin.Ruhu şad olsun.

  • @KamileAbdurrahmanova
    @KamileAbdurrahmanova 8 หลายเดือนก่อน +2

    Çox sevdiyim aktyorlardan biridir.Məkanı cənnət olsun.Onnan çox gözəl riyaziyyat müəllimidə olardı.

  • @CeyhunKazimov-us8yf
    @CeyhunKazimov-us8yf 8 หลายเดือนก่อน +1

    Allah rehmet elesin.Ruhunuz şad olsun.Amin. Sizlerde çox saqolun paylaşdiniz. Minettariq.

  • @azizaaliyeva8006
    @azizaaliyeva8006 8 หลายเดือนก่อน +5

    Sevdiyim aktiyor Həsən Məmmədov❤

  • @vfaheydrqz1645
    @vfaheydrqz1645 8 หลายเดือนก่อน +1

    Sevdiyim aktyor. Allah rəhmət eləsin.

  • @LumuPisse
    @LumuPisse 8 หลายเดือนก่อน +2

    Çox sevdiyim aktyor,məkanı cənnət olsun

  • @RahileAliyeva-d1r
    @RahileAliyeva-d1r 8 หลายเดือนก่อน +6

    Allah rəhmət eləsin 🤲 çox gözəl aktyor idi

  • @ravilceferov1968
    @ravilceferov1968 8 หลายเดือนก่อน +2

    Əvəzolunmaz sənətkara Allah rəhmət eləsin.

  • @vuqarhuseynov4857
    @vuqarhuseynov4857 8 หลายเดือนก่อน +4

    Muellife aferin

  • @TV11Office
    @TV11Office 8 หลายเดือนก่อน +11

    Allah rehmet elesin.

  • @rovshenimanov875
    @rovshenimanov875 8 หลายเดือนก่อน +3

    Salamlar! Allah rəhmət eləsin gözəl aktyorumuz-Həsən Məmmədova! Uşaqlıqdan ən çox pərəstiş etdiyim aktyor idi!

  • @zibeydeabasova7006
    @zibeydeabasova7006 8 หลายเดือนก่อน +6

    Allah rəhmət eləsin.İndi belə sədaqətli adam yoxdu.Varsa da mən tanımıram

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 8 หลายเดือนก่อน +4

    Arvadı nə qədər qısqanc olsada İstintaq kinosunda necə lazımdır öpüşüb rus aktrisayla amma coox gözəl və bacarıqlı aktyir olub Allah rəhmət elısin gözəl aktyorumuza🌷🌷

  • @elmiraimanova9990
    @elmiraimanova9990 8 หลายเดือนก่อน +4

    Allax rəhmət eləsin🤲😪gözəl sənətkar idi🥀🥀🥀🥲

  • @gunelesedova4800
    @gunelesedova4800 8 หลายเดือนก่อน +2

    Allah rahmet elesin! Doğrudan da unudulmaz insandır, her rolu sevimli ve maraqlı idi. Mekanı cennet olsun!

  • @ГульшанМамедова-м1п
    @ГульшанМамедова-м1п 8 หลายเดือนก่อน +2

    Allah rəhmət eləsin gözəl insan istedadlı aktyor!
    Ən çox sevdiyim aktyor.
    Məkanı cənnət olsun!

  • @kdjdjdjdnd7738
    @kdjdjdjdnd7738 8 หลายเดือนก่อน +3

    Allah unudulmaz aktyorumuz Həsən Məmmədovu rəhmət eləsin

  • @qemqusselialiyeva3014
    @qemqusselialiyeva3014 8 หลายเดือนก่อน +4

    Cox çox tsk edirem ki bizi keçmişe xeyallara apardiniz Allah eziyyetinizi itirmesin hormetli avtor

  • @YaYa-ky1jp
    @YaYa-ky1jp 8 หลายเดือนก่อน +4

    Allah gani- gani rahmet elesin !!! 💐💐🙏🙏🙏

  • @Hey_dundarr
    @Hey_dundarr 8 หลายเดือนก่อน +4

    Allah r əhmət eləsin böyuk sənətkar❤❤❤

  • @Sehla-jm1vp
    @Sehla-jm1vp 8 หลายเดือนก่อน +1

    Allah ruhunu şad etsin.çox sevirdik..

  • @rehimeaskerova6612
    @rehimeaskerova6612 8 หลายเดือนก่อน +1

    ALLAH rəhmət eləsin əvəzolunmaz, görkəmli sənətkara