Mən tanımadığım adamlara qarşı önyarqılı deyiləm, amma buna baxmayaraq, niyəsə Toğrul hər zaman mənə itici gəlib. Nadir insanlardan olub ki, tanımadan haqqında önyarqım olub. Bu podcast önyarğımı yıxdı. Uğurlar!
Önyarqının sebebi tek siz olmamısınız, boyuk hissesi provokativ terz secdiyine gore (strategiya), diger hissesi de səhvlərin uzerinde isleyib semimi etirafdan ibaretdir (ozu ve ya psixoloqla).
Üzr istəyirəm, düzəlişə görə, etik olmadığını bilirəm. Amma son illər dilimiz üçün çox narahat olduğuma görə, belə anlarda susa bilmirəm. Ümid edirəm yanlış anlamarsız. "Önyarqı" sözü yoxdur leksikonumuzda. "Qərəz" demək lazımdır. Videoda səslənən bir çox xarici söz fonunda dediyim qəribə gələ bilər. Amma özümdən və əlimin çatdığı ətrafdan başqa bir mühitə təsirim ola bilməz, təəssüf. Üstəlik, danışılanların əksəriyyəti peşəkar terminlərdir, məcburi bütün dillərə daxil olur təbii olaraq və bu normal qarşılana bilər. Serial leksikonu isə sadəcə barbarizmlərlə doldurur dilimizi. Seriallarda eşittiyimiz sözlərlə dilimizi öldürməyək. Yoxsa gün gələcək azərbaycan dili deyə bir dil qalmayacaq. Dilimiz var deyə bilməyəcəyik. Bizə də "siz bizim dilimizdə danışırsız" deyib, yuxarıdan aşağı baxacaqlar. Baş ağrısı üçün üzr istəyirəm.
@@lisker1624 Əli bəy, iradınız üçün təşəkkür edirəm. İstifadə etdiyim söz mənim leksikonuma seriallardan daxil olmayıb. Sizin qeyd etdiyiniz qərəz sözü ərəb sözüdür, "önyarqı" sözünün birəbir qarşılığı da deyil. Ərəb sözü olan qərəz - gizli düşmənçilik mənasına gəlir ki, bunun pozitiv yönü yoxdur. "Önyarqı" sözünün Azərbaycan dilində istifadə etmək istəsək bunun qarşılığı "Qərəz" yox, psixoloji termin olan "yönəlişlik" ola bilər. Çünki önyarqı həm pozitiv, həm də neqativ ola bilər. "Önyarqı" sözü leksik lüğətdə yer almasa da, nə vaxtsa lüğətə daxil olacaq. Bu söz özbəöz türk sözüdür. Ərəbin mühakimə sözündənsə, ulu babalarımızın yarğu sözünü istifadə etmək, dilimizi özə döndürmək daha doğrudur deyə düşünürəm.
3 ildir Toğrulu səhifəsindən, qarşıma çıxan videolardan izləyirdim. Fikirlərini, göstərdiklərini real qəbul edirdim deyə maraq dairəmdə olan biridir. Bu tip şəxslər qohumundan da var tanışlarım da var. Onların yeganə duyğulu tərəfi öz dəyərləridir. Ora müdaxilə olunduqda hər şey uçur, dağılır. 1:00:20 "İsanı" həvariləri yarı yolda qoyub. - Mənim fikrim. Seyr etdiyim ilk söhbətgahdır ki, hisslərini cilovlaya bilməyib doluqsunan qonaq gördüm. Hər şey möhtəşəm idi.
Məcburi hərbi xidmətə gedib təsadüfi gülləyə qurban olub qəhrəman olmaq olmaz! Sözlər sərf edənə yüngül etməyənə güldən ağır ama reallıq. Sən əjdahasan qardaş 2 saat içində emosia,mizah,uğur,biznes, karyera hərşey çatdırdın. Uğurlar!
Bizim necə istedadlı gənclərimiz var, ilahi?! 💜 Ürəyimiz dağa döndü yenə.. Toğrula dəhşət hörmətim vardı, dəyərlər mövzusunda həssaslığına görə beş qat hörmətim artdı
Duz deyir Business in mahiyyeti qelyan chekmekdir. Yeni ozune shexsi heyatina yeterince vaxt qalsin ve business gorushlere vaxt ayirasan. Yeni ishini delisi ol amma ish bolushdurmeyide bacarmalisan. Qelyan chekmeya vaxt qalirsa demeli daha chox inkishaf edirsen :) Togrul Resmen Praktika ile danishir. Esasda realliq budur. Ugurlar
Saatlar, dəqiqələrlə gözləyirdim ki nə zaman çıxacaq. 2 saat olduğunu görəndə o qədər sevindim ki. İndi də baxmağa əlim gəlmir .qısa qısa baxıb saxlamaq istəyirəm♥️ Bütün podkastların ən yaxşı qonaqlarından biridir.👌
Hələ ki ancaq yarım-saatına qulaq asmışam, amma artıq demək istəyirəm ki, indiyə qədər fərqli dillərdə qulaq asdığım podkastların arasında bəlkə də ən yaxşı və ən xeyirli podkastdır. Peterson olsun, Lex Fridman olsun, nə bilim, Cosmic Sceptic, Diary of a CEO olsun (və onların qonaqları).. Bu qədər səmimi şəkildə məsələnin kökünə çox vaxt toxuna bilmirlər. Datasetdən danışanda mənim də ağlımdan eyni həll keçirdi - adam yığıb heç nədən oxutdura-oxutdura nəsə düzəltmək həlli. Amma fərqimiz ondadır ki, mən çəkinərdim, elə bilərdim ki o qədər adam yığıb, qısa zamanda, lazımi həcmdə material yığmaq mümkün deyil. Özüm özümə "dəlisən" deyib, nədənsə qorxub üstündən keçərdim. Qardaş isə qorxmadan, ya bəlkə də qorxa-qorxa özünə inanaraq, cəsarətlə ağlına gələn fikirlərin ardınca gedir. Ona görə də nəsə alınır. Yəqin dediyi kimi, uşaq vaxtı səhv edərkən, üstünə qışqıran, boş-boşuna cəzalandıran böyüklərin olmamağı rol oynayıb. Bu ondan bəhs edir ki, bizdə istənilən öz fikrimizlə bağlı artıq dərəcədə qorxu ya şübhə yaranırsa, demək hansısa uşaqlıqdan qalma travma, ya mental yara ehtimalı var. Bunu da başa düşəndən sonra üzərində işləmək olar. Bəlkə də, bunu anlamağın özü işin 90%-idir. Fikrimcə, psixoloji travma ilk növbədə istənilən hadisəyə əsaslanaraq çıxartdığımız yanlış nəticədir. Misal üçün bu halda, uşaq olarkən yaddaşa həkk olur ki, "səhv etmək olmaz", "səhv etsəm belə, özüm heç nə öyrənə bilmərəm", "mütləq gərək kimsə üstümə qışqırsın ki mənə nəsə çatsın, mən heç nəyi dağıtmayım, yoxsa mən özüm etibarsızam". Beləcə də qocalana kimi yaşayırıq. Özünə etibar etməyən adama çətin kimsə güvənər. Cəsarətli olmaq lazımdır. Cürət etmək lazımdır. Özünə inanmaq lazımdır. Riskə gedə-gedə, itirəcəyini bilə-bilə addımları atmaq lazımdır. Onda istər-istəməz, axır-əvvəl nəsə alınacaq. Təşəkkür edirəm!
Toğrul bəy, Semimiyyətinizə gore təşəkkürlər!!! Söhbətgaha da təşəkkürlər ki belə dəyərli insanları efirə dəvət edirsiz. Ən səmimi və dünya görüşü olan qonaqlarınız olduğu aşikardır.
Həmişəki kimi əla alınıb. Bu cür keyfiyyətli kontentlər yaratdığınıza və cəmiyyətə önəmli formada dəyər qatdığınıza görə sizə təşəkkürlərimi bildirirəm! Bir gün brendinizin fərqli dillərdə qlobala çıxmasını arzulayıram!
Əksinə, deyərdim ikisinin də dinləmə qabiliyyəti yüksəkdi. Sadəcə tarixi fakt olanda, dinləyici yalnış informasiya almasın deyə müdaxilə edir, birdə qonaqları kifayət qədər intelektli olmayanda.
Maraqlı veriliş alınıb. Toğrulu bu qədər potensiallı biri olduğunu düşünmürdüm. Hər buraxılışda deyirəm ən yaxşı buraxılış budur. Amma növbəti əvvəlkindən yenə yaxşı olur. Uğurlar
qizil xirdalayirsan Togrul bey. bu iki saatliq sohbeti ikinci defe de yorulmadan dinleyerdim ve dinleyecem. savadim sizi qeder olmasa da bir cox meselelre baxşınız menim baxışımla ust -ustə duşur. təşəkkurlər söhbətgah komandası v e Togrul bey.
Cox marağlı, faydalı və mənalı bir söhbət ortaya gəldi. Məni düşünməyə və yenədə bu sualı özümə verməyə, həqqiqətəndə balansı necə əldə edək ( ailə və bizness ). Çox sağolun hər şeyə görə. Özümdə çox məqamlar qeyd elədim. Nəyin üstündə çalışmalı və harda stop deməli harda davam etməli və bu kimi o qədər qeydlər apardım bu podcasta . 🔝🐉
Toğrul bəy sizə dərin minnətdarlıqımı bildirirəm. 2 saat necə gəldi keçdi heç hiss eləmədim bir nəfəsə baxdım. Çox şeyleri öyrənməlidir bizim gənclər sizdən. İşlərinizdə Uğurlar arzu edirəm. Həmişə belə dəyərli olasız. Dəyər demişkən dəyərdən danışanda eyni ilə mənimdə gözlərim doldu ağladım. İnsan bu qədər dəyəri düşünərmi. Bravo sizə Toğrul bəy ayaq üstə alqışlayıram👏 sizi. Tural bəy və Ali bəy təşəkkür edirəm ki belə gözəl qonaqlar dəvət edirsiz marifləndirirsiz sizlərdən alqışlar👏uğurlar arzu edirəm.
Toğrul bəy çox istedadlı ,savadlı insandı. Çox şükür etməliyik ki Azərbaycandan belə istedadlı gənclər çıxıb. Məndə sizdən ilhamlanıram. Uğurlar olsun🎉
Əla❤Biznesin rəqəm işi yox insan işi olduğunu eşitmək sevindirici oldu mənim üçün. Çünki rəqəm qorxusu olan insanlar da var ki, tükləri biz biz olsa da, o ehtiras olsa da addım atmağa qorxur.
Təşəkkurlər, bəylər. Həmişəki kimi möhtəşəmsiz. Yeni ueni insanlar tanıyıram sayənizdə. Togrul bəy yerində oturub şikayətlənməkdən başqa heçnə edə bilməyən gənclərimizə ilham olsun❤
Bir-birimizə deyə bilməyəcəyimiz sözləri çox rahatlıqla ifadə edə bilmirsənsə sən çox azad bir insansan. Bu mənada Toğrul bunu çox yaxşı bacarır. Yüksək intellekt səviyyəsi, danışıq və özünü ifadə bir sözlə hər şey yerində. Təşəkkürlər "söhbətgah" heyəti!
Söhbətgah elə bir hal alıb ki,bir yerə gedərkən,yolda,hər hansı bir iş görərkən baxa bilmirəm .Mütləq yanımda qeyd dəftəri(söhbətgəha özəldi) və qələm olmalıdır,full fokus videonu izləməliyəm.✅💙
Toğrul bəyi bu dəfə fərqli kəşf etdim. Adamın iç dünyası necə möhtəşəmmiş. İzlədiyim ən möhtəşəm, ən faydalı potcast oldu. Özüm üçün o qədər çox nümunələr götürdüm. Əməyi keçən hər kəsə təşəkkürlər.
Men Toğrul bəyə FB səhifəsində qarşıma çıxdı videolarda baxmışdım və bu qədər maraqlı olduğunu videolarından hiss etməmişdim, sonda da sadəcə səssizə atmışdım səhifəsini. Bir videosunda da Azərbaycan dilində danışmaqla bağlı şərh yazmışdım fikrinə münasibət olaraq. Söhbətgah bu insanı tamamən başqa bucaqdan açdı mənim üçün. Hər birinizə uğurlar, işdə gecə növbəsində qulaq asdım 2 saat necə keçdi hiss etmedim. Işiniz irəli ✊
Toğrul bəy qarşıma çıxan videolarindan hadisələrə yanaşma tərzi ilə diqqətimi çəkmişdi, bu verilişfə onu özümçün kəşf elədim, verilən suallar, vurdu qol oldu cavablar, çox dərin👌Togrul bəy hissələrini o qəder gözəl ötürdü ki, dəli olmaq istədim😂möhtəşəm idiniz!!
Çox sağolun, çox maraqlı idi qulaq asmaq, izləmək. Hər cümlənizə böyük dəyər verə-verə qulaq asdım. Qaçırdığım, anlamadığım cümləni belə geri çəkərək bir də baxdım. Toğrul bəy deyir ki məndə empaty hissi çox azdır, amma hər dəfə “tükləri biz-biz olmaq” cümləsini eşidəndə başa düşürdüm ki, o hiss onda elə də az deyil. Bir daha təşəkkürlər sizə 💚🩵
Bir insan duyğulana bilirsə deməkki çox böyük ürəyə sahibdi.Toğrul bəyi bir də bu tərəfdən tanıdıq.Tural və Əli bəy,çox sağ olun.Sayənizdə biz də çox şey öyrənirik.
Çox sağ olun! 💙💚 Nə yaxşı ki, söhbətgah var! Nə yaxşı ki, siz varsız! "Bəzən qarşındakı insanın ona necə minətdar olduğunu sözlə izah edə bilmir sən. Buda elə o, vəziyyətlərdən biridi."💚💙
Çox maraqli sohbetgah idi ònyarqilarim var idi ilkbaşdan ,hal hazirda deyerler movzusundan sonra sanki o enerji bu terefe keçdi 😢mùsbet m3nada .uģurlar
Çox maraqlı və düşündürücü podcast olub. Kiçik bir fikir kimi qəbul edin .Mikrafonun həssaslığını tənzimləsəniz əla olar çünki Toğrul bəyin əllərini masaya toxunmağının səsini bildirim səsi ilə səhv salıram
Toğrul bəyin 1:02:00 dəqiqədən danışdığı çox real case-dir, əvvəl çalışdığım şirkətdə məhz idarə heyətinə məcburi olaraq qadın kadrlar götürüldü və LGBT üzvlərini işə götürməyə başladılar. Bunu əlbəttə dəki PR (greenwashing) kimi istifadə elədilər, amma arxasında ki səbəb biraz başqadır. Bəzən şirkətlər banklardan kredit götürəndə, belə şərtləri yerinə yetirəndə faiz dərəcələri biraz aşağı olur. Məsələn, 5% idisə, 3,5 % qədər düşə bilər.
Çox sağolun. Təəssüf ki, heçnə öyrənə bilmədim bu podkastdan😁 Yəqin ki, Toğrul biznesin çox içərisindən danışdı ona görə. Bəzi şeyləri başa düşməyə təcrübə lazımdır. Seymur Rəsulovu gözləyirəm
Biznesle heç bir əlaqəm olmamağına baxmayaraq maraqla izlədim.Toğrul bəyin nə düşündüyünü və nə edəcəyini heç vaxt öncədən görmək mümükün olmuyacaq. “O, fərqli rəngdir” 😍😍😍 Hələ o son dialoq 😂😂😂 -Ağıllısan əəə?? -……😂
1.49 dəqdə Turalın yəhudi kitabindan dediyini Allah quranda da buyurur. şükür edərsəniz sizə olan nemətimi artıraram. (İbrahim 7) sadəcə biz səhv başa düşmüşük şükür movzusun. Biz elə bilirik ki, Allahın istədiyi şükür Allah sənə şükür olsun deməkdi. bu belə deyil. Allahin istədiyi şükür verdiklərinin fərqində olmaqdı və buna görə Allaha təşşəkkür etməkdi. belə olanda şükür etmiş oluruq. Turalın o kitabdan dediyi kimi malik olduğumuz şeyləri görmək neməti artırır, görməmək nankorluq etmək ayənin sonundakı Allahın əzabını üstümüzə çəkir yəni əldə etdiklərimizi də itiririk.
ƏLİ TURAL TOĞRUL ÇOX SAĞOLUN TANRI+ALLAH+YARADAN SİZİ QORUSUN NƏSƏ ÖRGƏNDİM BU GÜNDƏ 😊 Toğrul Qardaş Düz Dedi stakanı uşağa örgetmeliyik qışqırmağın bir menası yoxdu sınıbda onsuz qışqırdın düzələcək parçalar ? yoxx Uşaqın qəlbin parçalıyırsan sadəcə
Cok layik oldugun icin mentorun olmustum, dostun olarak devam ediyorum. Gercek, caliskan, yaratici olmaya devam…
Qafar Dəmirçidən sonra biznes lə bağlı ən gözəl mənə görə padcast oldu. Tək kəlimə ilə desək möhtəşəm
Mən tanımadığım adamlara qarşı önyarqılı deyiləm, amma buna baxmayaraq, niyəsə Toğrul hər zaman mənə itici gəlib. Nadir insanlardan olub ki, tanımadan haqqında önyarqım olub. Bu podcast önyarğımı yıxdı. Uğurlar!
Önyarqının sebebi tek siz olmamısınız, boyuk hissesi provokativ terz secdiyine gore (strategiya), diger hissesi de səhvlərin uzerinde isleyib semimi etirafdan ibaretdir (ozu ve ya psixoloqla).
Üzr istəyirəm, düzəlişə görə, etik olmadığını bilirəm. Amma son illər dilimiz üçün çox narahat olduğuma görə, belə anlarda susa bilmirəm. Ümid edirəm yanlış anlamarsız. "Önyarqı" sözü yoxdur leksikonumuzda. "Qərəz" demək lazımdır. Videoda səslənən bir çox xarici söz fonunda dediyim qəribə gələ bilər. Amma özümdən və əlimin çatdığı ətrafdan başqa bir mühitə təsirim ola bilməz, təəssüf. Üstəlik, danışılanların əksəriyyəti peşəkar terminlərdir, məcburi bütün dillərə daxil olur təbii olaraq və bu normal qarşılana bilər. Serial leksikonu isə sadəcə barbarizmlərlə doldurur dilimizi. Seriallarda eşittiyimiz sözlərlə dilimizi öldürməyək. Yoxsa gün gələcək azərbaycan dili deyə bir dil qalmayacaq. Dilimiz var deyə bilməyəcəyik. Bizə də "siz bizim dilimizdə danışırsız" deyib, yuxarıdan aşağı baxacaqlar. Baş ağrısı üçün üzr istəyirəm.
@@lisker1624 Əli bəy, iradınız üçün təşəkkür edirəm. İstifadə etdiyim söz mənim leksikonuma seriallardan daxil olmayıb. Sizin qeyd etdiyiniz qərəz sözü ərəb sözüdür, "önyarqı" sözünün birəbir qarşılığı da deyil. Ərəb sözü olan qərəz - gizli düşmənçilik mənasına gəlir ki, bunun pozitiv yönü yoxdur. "Önyarqı" sözünün Azərbaycan dilində istifadə etmək istəsək bunun qarşılığı "Qərəz" yox, psixoloji termin olan "yönəlişlik" ola bilər. Çünki önyarqı həm pozitiv, həm də neqativ ola bilər. "Önyarqı" sözü leksik lüğətdə yer almasa da, nə vaxtsa lüğətə daxil olacaq. Bu söz özbəöz türk sözüdür. Ərəbin mühakimə sözündənsə, ulu babalarımızın yarğu sözünü istifadə etmək, dilimizi özə döndürmək daha doğrudur deyə düşünürəm.
@@lisker1624👍🏻
Tural ilk defedi ki kiminse qarwisina Defter kitabnan cixib)))berk hazirlawib
Bilməzdim ki Toğrul bu qeder sevilir bu ölkədə.Halal olsun,hər zaman irəli.
Togrul mohtesemsen! Biz genclerin senin kimi insanlara baxib ilhamlanmasi lazimdir.
3 ildir Toğrulu səhifəsindən, qarşıma çıxan videolardan izləyirdim. Fikirlərini, göstərdiklərini real qəbul edirdim deyə maraq dairəmdə olan biridir. Bu tip şəxslər qohumundan da var tanışlarım da var. Onların yeganə duyğulu tərəfi öz dəyərləridir. Ora müdaxilə olunduqda hər şey uçur, dağılır.
1:00:20 "İsanı" həvariləri yarı yolda qoyub. - Mənim fikrim.
Seyr etdiyim ilk söhbətgahdır ki, hisslərini cilovlaya bilməyib doluqsunan qonaq gördüm.
Hər şey möhtəşəm idi.
Məcburi hərbi xidmətə gedib təsadüfi gülləyə qurban olub qəhrəman olmaq olmaz! Sözlər sərf edənə yüngül etməyənə güldən ağır ama reallıq. Sən əjdahasan qardaş 2 saat içində emosia,mizah,uğur,biznes, karyera hərşey çatdırdın. Uğurlar!
Bizim necə istedadlı gənclərimiz var, ilahi?! 💜 Ürəyimiz dağa döndü yenə.. Toğrula dəhşət hörmətim vardı, dəyərlər mövzusunda həssaslığına görə beş qat hörmətim artdı
Duz deyir Business in mahiyyeti qelyan chekmekdir. Yeni ozune shexsi heyatina yeterince vaxt qalsin ve business gorushlere vaxt ayirasan. Yeni ishini delisi ol amma ish bolushdurmeyide bacarmalisan. Qelyan chekmeya vaxt qalirsa demeli daha chox inkishaf edirsen :) Togrul Resmen Praktika ile danishir. Esasda realliq budur. Ugurlar
Maraqlı söhbətə doğal olaraq duyğular da girərsə lap maraqlı edər. Toğrul bəy punktual adamdır. Çox sağolun hər şeyə görə ❤
💙💚
Saatlar, dəqiqələrlə gözləyirdim ki nə zaman çıxacaq. 2 saat olduğunu görəndə o qədər sevindim ki. İndi də baxmağa əlim gəlmir .qısa qısa baxıb saxlamaq istəyirəm♥️ Bütün podkastların ən yaxşı qonaqlarından biridir.👌
Hələ ki ancaq yarım-saatına qulaq asmışam, amma artıq demək istəyirəm ki, indiyə qədər fərqli dillərdə qulaq asdığım podkastların arasında bəlkə də ən yaxşı və ən xeyirli podkastdır. Peterson olsun, Lex Fridman olsun, nə bilim, Cosmic Sceptic, Diary of a CEO olsun (və onların qonaqları).. Bu qədər səmimi şəkildə məsələnin kökünə çox vaxt toxuna bilmirlər.
Datasetdən danışanda mənim də ağlımdan eyni həll keçirdi - adam yığıb heç nədən oxutdura-oxutdura nəsə düzəltmək həlli. Amma fərqimiz ondadır ki, mən çəkinərdim, elə bilərdim ki o qədər adam yığıb, qısa zamanda, lazımi həcmdə material yığmaq mümkün deyil. Özüm özümə "dəlisən" deyib, nədənsə qorxub üstündən keçərdim. Qardaş isə qorxmadan, ya bəlkə də qorxa-qorxa özünə inanaraq, cəsarətlə ağlına gələn fikirlərin ardınca gedir. Ona görə də nəsə alınır.
Yəqin dediyi kimi, uşaq vaxtı səhv edərkən, üstünə qışqıran, boş-boşuna cəzalandıran böyüklərin olmamağı rol oynayıb. Bu ondan bəhs edir ki, bizdə istənilən öz fikrimizlə bağlı artıq dərəcədə qorxu ya şübhə yaranırsa, demək hansısa uşaqlıqdan qalma travma, ya mental yara ehtimalı var. Bunu da başa düşəndən sonra üzərində işləmək olar. Bəlkə də, bunu anlamağın özü işin 90%-idir. Fikrimcə, psixoloji travma ilk növbədə istənilən hadisəyə əsaslanaraq çıxartdığımız yanlış nəticədir. Misal üçün bu halda, uşaq olarkən yaddaşa həkk olur ki, "səhv etmək olmaz", "səhv etsəm belə, özüm heç nə öyrənə bilmərəm", "mütləq gərək kimsə üstümə qışqırsın ki mənə nəsə çatsın, mən heç nəyi dağıtmayım, yoxsa mən özüm etibarsızam". Beləcə də qocalana kimi yaşayırıq. Özünə etibar etməyən adama çətin kimsə güvənər.
Cəsarətli olmaq lazımdır. Cürət etmək lazımdır. Özünə inanmaq lazımdır. Riskə gedə-gedə, itirəcəyini bilə-bilə addımları atmaq lazımdır. Onda istər-istəməz, axır-əvvəl nəsə alınacaq.
Təşəkkür edirəm!
Gördüyünüz iş superdi,gün gündən sizin söbətgaha bağlanıram.Təşəkkürlər.
💙💚
A ship in harbor is safe - but that is not what ships are built for,John G. Shedd
Çoox maraqlı idi. Pul verib getdiyim biznes seminarlarından daha çox şey öyrəndim. Çox sağolun.❤
Toğrul bəy, Semimiyyətinizə gore təşəkkürlər!!! Söhbətgaha da təşəkkürlər ki belə dəyərli insanları efirə dəvət edirsiz. Ən səmimi və dünya görüşü olan qonaqlarınız olduğu aşikardır.
Maraqlıdı çox. Qurban Qurbanovuda görmək istəyirik
@Söhbətgah
@söhbətgah
Eynən
@söhbətgah
Çox maraqlı olardı qurban qutbanovun çıxışı.
Həmişəki kimi əla alınıb. Bu cür keyfiyyətli kontentlər yaratdığınıza və cəmiyyətə önəmli formada dəyər qatdığınıza görə sizə təşəkkürlərimi bildirirəm! Bir gün brendinizin fərqli dillərdə qlobala çıxmasını arzulayıram!
Bir qədər gec izledim bu podcasti,amma yaxsiki izlədim.Çox ela👍🏻
Bəlkə də həyatımda belə dəyərli 2 saat olmamışdı. Respect.
Nə maraqsız həyatın var imiş
2 saat çox böyük zövq aldım Toğrul bəyi dinləməkdən. Suallar da əla idi cavablar da ki, möhtəşəm. Qürur duydum gənclərimizlə. Təşəkkürlər, uğurlar!
Coox maraqli insan.Ne qeder emosiyo, hiss, bu insanda movcud olan butun rengler var. Dehshet zovq aldim. Teshekkurler “Sohbetgah”
Həmişə deyirlər ki,Tural qonağa imkan vermir,amma baxıram ki, qonaq maraqlıdısa,Turalda 2 saat dinləyə bilər.
Əksinə, deyərdim ikisinin də dinləmə qabiliyyəti yüksəkdi. Sadəcə tarixi fakt olanda, dinləyici yalnış informasiya almasın deyə müdaxilə edir, birdə qonaqları kifayət qədər intelektli olmayanda.
Maraqlı veriliş alınıb. Toğrulu bu qədər potensiallı biri olduğunu düşünmürdüm. Hər buraxılışda deyirəm ən yaxşı buraxılış budur. Amma növbəti əvvəlkindən yenə yaxşı olur. Uğurlar
Bu buraxılışı gözləyirdim Təşəkkürlər Söhbətgah 💚💙❤️
qizil xirdalayirsan Togrul bey. bu iki saatliq sohbeti ikinci defe de yorulmadan dinleyerdim ve dinleyecem. savadim sizi qeder olmasa da bir cox meselelre baxşınız menim baxışımla ust -ustə duşur. təşəkkurlər söhbətgah komandası v e Togrul bey.
Suallara bu qədər sevinən, böyük bir pauza götürüb maraqlı cavablar verən ilk qonaq👍🏻 Çox faydalı oldu, təşəkkürlər Toğrul bəy🙏🏻
Cox marağlı, faydalı və mənalı bir söhbət ortaya gəldi. Məni düşünməyə və yenədə bu sualı özümə verməyə, həqqiqətəndə balansı necə əldə edək ( ailə və bizness ). Çox sağolun hər şeyə görə. Özümdə çox məqamlar qeyd elədim. Nəyin üstündə çalışmalı və harda stop deməli harda davam etməli və bu kimi o qədər qeydlər apardım bu podcasta . 🔝🐉
Toğrul bəy sizə dərin minnətdarlıqımı bildirirəm. 2 saat necə gəldi keçdi heç hiss eləmədim bir nəfəsə baxdım. Çox şeyleri öyrənməlidir bizim gənclər sizdən. İşlərinizdə Uğurlar arzu edirəm. Həmişə belə dəyərli olasız. Dəyər demişkən dəyərdən danışanda eyni ilə mənimdə gözlərim doldu ağladım. İnsan bu qədər dəyəri düşünərmi. Bravo sizə Toğrul bəy ayaq üstə alqışlayıram👏 sizi. Tural bəy və Ali bəy təşəkkür edirəm ki belə gözəl qonaqlar dəvət edirsiz marifləndirirsiz sizlərdən alqışlar👏uğurlar arzu edirəm.
Ağlatdınız, güldürdüz, düşündürdüz. Çox sağolun!
Toğrul bəy çox ağıllı və dəyərli insandır.. Çox möhtəşəm bir podcast izlədim. Hər birinizə təşəkkür edirəm.
😂😂😂
@@rovshanganbarov9072 RQ yoxsa QJ? 😀😀😀😀
1 dəqiqəsini belə itirmədən diqqətlə sonadək qulaq asdım. Ən mükəmməl podkast idi. Təşəkkürlər.
Təşəkkürlər Söhbətgah.
Toğrul bəy çox istedadlı ,savadlı insandı. Çox şükür etməliyik ki Azərbaycandan belə istedadlı gənclər çıxıb. Məndə sizdən ilhamlanıram. Uğurlar olsun🎉
Seymur Rəsulovu gözləyirik:)
Btw çox əla podcast idi:)
Səmimi ve marifləndirici podcasta görə Toğrul bəyə və sizlərə gözəl suallarınız və təqdimat üçün təşəkkürlər.
- Əla bir buraxlış Toğrul bəyin əvəllər əsəbi biri hesab edirdim fikirlərim dəyşdi 💚💙
Əla❤Biznesin rəqəm işi yox insan işi olduğunu eşitmək sevindirici oldu mənim üçün. Çünki rəqəm qorxusu olan insanlar da var ki, tükləri biz biz olsa da, o ehtiras olsa da addım atmağa qorxur.
Təşəkkurlər, bəylər. Həmişəki kimi möhtəşəmsiz. Yeni ueni insanlar tanıyıram sayənizdə. Togrul bəy yerində oturub şikayətlənməkdən başqa heçnə edə bilməyən gənclərimizə ilham olsun❤
The next masterpiece by Söhbətgah💚💙 Çox bomba podcast oldu👍 Togrula respect!
Təşəkkür verdiyiniz həyat dərsi üçün, orta məktəb müəllimlərimin sizə salamları var. Allah amanında🤚
Səbirsizliklə gözlədiyim podkast
Təşəkkülər söhbətgah💚💙
1:54:22 saniyədən sonra Əli Xəyyam çorta girir😂. Əla idi
Əli Xəyyam orda fikirləşir: "LTC lab yaratdım, Code Academy-ni kopyaladım, görəsən həqiqətən bu işləyəcəkmi ?! " 🥲
O qədər faydalı insightlar var idi ki, gəl görəsən. Əhsən! Toğrulun bütün caselərə burəbir uyğun analogiya tapmağı da sadəcə fantastikadır!
Çox çox maraqlı podkast alınıb.Təşəkkürlər sizə belə içi dolu insanları bizimlə tanış etdiyinizə görə.
Bir-birimizə deyə bilməyəcəyimiz sözləri çox rahatlıqla ifadə edə bilmirsənsə sən çox azad bir insansan. Bu mənada Toğrul bunu çox yaxşı bacarır. Yüksək intellekt səviyyəsi, danışıq və özünü ifadə bir sözlə hər şey yerində. Təşəkkürlər "söhbətgah" heyəti!
Söhbətgah elə bir hal alıb ki,bir yerə gedərkən,yolda,hər hansı bir iş görərkən baxa bilmirəm .Mütləq yanımda qeyd dəftəri(söhbətgəha özəldi) və qələm olmalıdır,full fokus videonu izləməliyəm.✅💙
Toğrul bəyi bu dəfə fərqli kəşf etdim. Adamın iç dünyası necə möhtəşəmmiş. İzlədiyim ən möhtəşəm, ən faydalı potcast oldu. Özüm üçün o qədər çox nümunələr götürdüm. Əməyi keçən hər kəsə təşəkkürlər.
Men Toğrul bəyə FB səhifəsində qarşıma çıxdı videolarda baxmışdım və bu qədər maraqlı olduğunu videolarından hiss etməmişdim, sonda da sadəcə səssizə atmışdım səhifəsini.
Bir videosunda da Azərbaycan dilində danışmaqla bağlı şərh yazmışdım fikrinə münasibət olaraq.
Söhbətgah bu insanı tamamən başqa bucaqdan açdı mənim üçün. Hər birinizə uğurlar, işdə gecə növbəsində qulaq asdım 2 saat necə keçdi hiss etmedim.
Işiniz irəli ✊
Möhtəşəm. Toğrula və sizlərə dərin təşəkkürlər.
Dəhsət adamdi, işinin xəstəsi. Heyif sənnən Azərbaycanüçün
💚💙
Togrul bey özünü en yaxsi ifade etdiyi podcast idi .ela idi .
Toğrul bəy qarşıma çıxan videolarindan hadisələrə yanaşma tərzi ilə diqqətimi çəkmişdi, bu verilişfə onu özümçün kəşf elədim, verilən suallar, vurdu qol oldu cavablar, çox dərin👌Togrul bəy hissələrini o qəder gözəl ötürdü ki, dəli olmaq istədim😂möhtəşəm idiniz!!
❤ Sadəcə Super. Toğrul samadı İzləyirdim.. indi dahada Hörməy etdim
Çox sağolun, çox maraqlı idi qulaq asmaq, izləmək. Hər cümlənizə böyük dəyər verə-verə qulaq asdım. Qaçırdığım, anlamadığım cümləni belə geri çəkərək bir də baxdım. Toğrul bəy deyir ki məndə empaty hissi çox azdır, amma hər dəfə “tükləri biz-biz olmaq” cümləsini eşidəndə başa düşürdüm ki, o hiss onda elə də az deyil. Bir daha təşəkkürlər sizə 💚🩵
Bir insan duyğulana bilirsə deməkki çox böyük ürəyə sahibdi.Toğrul bəyi bir də bu tərəfdən tanıdıq.Tural və Əli bəy,çox sağ olun.Sayənizdə biz də çox şey öyrənirik.
neye kovreldi onu anlaya bilmedim
Görünür Əli bəy montaj zamanı çox əziyyət çəkib. Yəqinki ən çox "kəsilən" video bu oldu 😅 Mövzu və söhbət isə çox maraqlı idi, təşəkkürlər ❤👏
Əli bəyin yorğunluğunun öz yeri var ☺
Çox sağ olun! 💙💚
Nə yaxşı ki, söhbətgah var!
Nə yaxşı ki, siz varsız!
"Bəzən qarşındakı insanın ona necə minətdar olduğunu sözlə izah edə bilmir sən. Buda elə o, vəziyyətlərdən biridi."💚💙
Çox gözəl podcast oldu👍🏻 Necə deyərlər vaxt yağ kimi getdi. Toğrul bəyi bir daha dəvət etməyinizi ümid edirəm🤍
Mükəmməlsiniz gənclər. Yaxşı ki varsınız.
Tural vaxtilə deyirdiki heçkimin biznesini əlindən almıyıblar indiyə kimi.Togrul bir nümunə oldu ama.
nə olub ki bunda? cavab yazardınız z.o.
Çox maraqlıdır , Azər Qəribi də gözlüyürük
Tüklərimizi biz biz etdiyinizə görə təşəkkür edirik ❤
Şəxsi məsələləri ilə bağlı dedi ayrı podkast mövzusudu mən yenidən şəxsi inkişaf mövzusunda da görmək istərdim Toğrul bəyi. Əla buraxılış idi👏🏻👏🏻👏🏻
Çox maraqli sohbetgah idi ònyarqilarim var idi ilkbaşdan ,hal hazirda deyerler movzusundan sonra sanki o enerji bu terefe keçdi 😢mùsbet m3nada .uģurlar
Son zamanlarin en maraqli qonagi. Ozum FAANG-da Startup businesslerle calisiram. Bir hemyerlimizin perspektivi, dusuncesi cox maraqli oldu.
Çooox kefiyyetli söhbet oldu teşekkürler heyatimiza deyer qatdiğiniz üçün🙏
Əhsən ❤❤❤
💚💙
Çox səmimi, düşündürücü və öyrədici podkast idi. Zövqlə izlədim. Təşəkkürlər😊
Çox maraqla izlədim. Uğurlar!
Çox möhtəşəm. İnanıram ki, insanlar bu potkastdan uzun müddət misallar çəkəcək.
Yaxsiki bu adami cagirmisiniz ugurlar olsun heqiqeten de zovq aldim.
mən aşdım dərədən :D təşəkkürlər Söhbətgah,faydali podcast üçün💙💚💙💚
Çox maraqlıdır, mən yarıya qədər qulaq asdım, qalanınıda sonra qulaq asacam, amma yenədə çox səmimi alınıb.
Çox zövq aldım, hamınıza təşəkkürlər.
Podcastın maraqlı hissəsi burda imiş, Toğrul bəyin feyzbukda paylaşdığı videoçarxlarda yox.Maraqlı söhbət olub
Çox maraqlı oldu. Azərbaycanın gələcəyı belə cavanların əllərindədi.
podkast üçün təşəkkqr, dqşünmürdüm belə maraqlə insandı Toğrul bəy, yanıldım
MashAllah Great conversation 👏
Videoya axira qeder baxdim. Dushunurem Togrul beyi birdefe de qonaq kimi gelinesi adamdi
Çox maraqlı və düşündürücü podcast olub. Kiçik bir fikir kimi qəbul edin .Mikrafonun həssaslığını tənzimləsəniz əla olar çünki Toğrul bəyin əllərini masaya toxunmağının səsini bildirim səsi ilə səhv salıram
Sayənizdə Toğrul bəyi tanıdım. İkinci dəfə mütləq çağırın imkanınız olarsa, nə danışsa qulaq asılacaq adamdı, çox sağ olun hər biriniz
💚💙
Hər dəqiqəsi çox maraqlı çox möhtəşəm!! çox faydalı təşəkkürlər :)
Toğrul bəyin 1:02:00 dəqiqədən danışdığı çox real case-dir, əvvəl çalışdığım şirkətdə məhz idarə heyətinə məcburi olaraq qadın kadrlar götürüldü və LGBT üzvlərini işə götürməyə başladılar. Bunu əlbəttə dəki PR (greenwashing) kimi istifadə elədilər, amma arxasında ki səbəb biraz başqadır. Bəzən şirkətlər banklardan kredit götürəndə, belə şərtləri yerinə yetirəndə faiz dərəcələri biraz aşağı olur. Məsələn, 5% idisə, 3,5 % qədər düşə bilər.
Super, cox sagolun bu mövzuya toxundugunuz ucun!!
Uşaqlar möhtəşəmsiz vallah zəkanıza bərəkət. 2:02:50
Çox sağolun. Təəssüf ki, heçnə öyrənə bilmədim bu podkastdan😁 Yəqin ki, Toğrul biznesin çox içərisindən danışdı ona görə. Bəzi şeyləri başa düşməyə təcrübə lazımdır. Seymur Rəsulovu gözləyirəm
Sizin sayenizde Azerbaycan gencliyi tamam basqa bucaqdan taniyiram. Cox maraqli insandi izlemeye alacam
Mohteshem bir muzakire, paylashdiginiz uchun teshekkurler
Nece oldu bıtdı anlamadım , doymadım dınlemekden vaxt cox tez kecdı . Semımı sohbete gore her 3ze mınnetdaram 🎉
Hər saniyəsini səbirlə dinlədim,izlədim. Möhtəşəm idi. Uğurlar🫡✨
Bu vaxta qədərki ən yaxşı ilk 5 podcasta girdi bu. Çox təşəkkürlər
Möhtəşəm .Bizim monoton həyatlmızı rəngləndirdiyiniz üçün minnətdaram💙
Biznesle heç bir əlaqəm olmamağına baxmayaraq maraqla izlədim.Toğrul bəyin nə düşündüyünü və nə edəcəyini heç vaxt öncədən görmək mümükün olmuyacaq. “O, fərqli rəngdir” 😍😍😍
Hələ o son dialoq 😂😂😂
-Ağıllısan əəə??
-……😂
1.49 dəqdə Turalın yəhudi kitabindan dediyini Allah quranda da buyurur. şükür edərsəniz sizə olan nemətimi artıraram. (İbrahim 7) sadəcə biz səhv başa düşmüşük şükür movzusun. Biz elə bilirik ki, Allahın istədiyi şükür Allah sənə şükür olsun deməkdi. bu belə deyil. Allahin istədiyi şükür verdiklərinin fərqində olmaqdı və buna görə Allaha təşşəkkür etməkdi. belə olanda şükür etmiş oluruq. Turalın o kitabdan dediyi kimi malik olduğumuz şeyləri görmək neməti artırır, görməmək nankorluq etmək ayənin sonundakı Allahın əzabını üstümüzə çəkir yəni əldə etdiklərimizi də itiririk.
ƏLİ TURAL TOĞRUL ÇOX SAĞOLUN TANRI+ALLAH+YARADAN SİZİ QORUSUN NƏSƏ ÖRGƏNDİM BU GÜNDƏ 😊 Toğrul Qardaş Düz Dedi stakanı uşağa örgetmeliyik qışqırmağın bir menası yoxdu sınıbda onsuz qışqırdın düzələcək parçalar ? yoxx Uşaqın qəlbin parçalıyırsan sadəcə
var olun❤️
Möhtəşəm buraxılış idi hətta deyərdim ki, bu podcatsın başlanğıcdan indiyə qədərki inkişafını göstərən bir bölüm idi.
Çox səmimi və çox marifləndirici bir söhbət oldu.Söhbətgah 👍