Baba Pünhan Gedirik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2019
  • Müəllif: Baba Pünhan
    Şeir: Gedirik
    musiqi: Tarda: Vamiq Məmmədəliyev - Rahab (2011)
    İfa: radio face (Güldiyar Zülfüqar)
    --------------------------------------
    Demə at yoxdu onunçün belə matnan gedirik,
    Qalxginən şahə bu il cəng elə atnan gedirik.
    Vaxtı öldürdüyümüzçün bizi həbs etsə zaman,
    Deyərik əqrəbi ən paslı saatnan gedirik.
    Atamızdan görüb öyrənmişik harınlığı biz,
    Başlanandan at ili dərsə "fiat"nan gedirik.
    Zaçotun qiyməti beş, imtəhan on "şirvan"dır,
    Gələcək əsrə bu qiymətdə savadnan gedirik.
    Kimi sağdan, kimi soldan, kimi puldan sildik,
    Əmin olduq ki, Əminsiz bir həyatnan gedirik.
    Atalar söylədi qaçmaq da igidlikdəndir,
    Hara getsək belə mənalı sitatnan gedirik.
    Mülkümüz olsa da hündür bizi düşmən görmür,
    Qorxudan evdə də çünki yatayatnan gedirik.
    Başı boş məmura başsız dedim, o güldü mənə,
    Dedi baş olsa da boş, əldə peçatnan gedirik.
    Nə şəkil çəkdiririksə üzümüz qarə çıxır,
    Çünki ildən ilə nimdaş aparatnan gedirik.
    Məncə haqqın sözü, həm də özü var Pünhanda,
    Bu səbəbdən onun ardınca nicatnan gedirik.

ความคิดเห็น • 5

  • @samxalazadov6068
    @samxalazadov6068 2 ปีที่แล้ว +2

    Baba Punhan ALLAH SENI QENI QENI REHMET EDSIN YERIN BEIWDIK ne dedin bu dunyada o qaldi ixdiyarim olseydi eger heykelini tuncdan yapardim mence zaman gelse oda olar AMIN

  • @NazliAydemirova
    @NazliAydemirova หลายเดือนก่อน

    Allah rehmet etsin ustad uzu nurlu baba

  • @SSFFQQ
    @SSFFQQ 2 ปีที่แล้ว +1

    👍🏻

  • @zaurelizade7806
    @zaurelizade7806 5 ปีที่แล้ว +7

    Gözel ifadi çox beyendim tesekkur edirem

  • @NazliAydemirova
    @NazliAydemirova หลายเดือนก่อน

    2:08 2:09