Nürəddin Mehdixanlı - "Təbrizlə görüş"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Fotolar: Mehrdad Vahed
    Şeir: Sabir Rüstəmxanlı
    Təbrizlə görüş
    Bu görüşü dərdə dərman bilmişdim,
    Həsrətinlə çox ağlayıb, gülmüşdüm,
    Görüşünə bir qış günü gəlmişdim,
    Ey qar altda ürəyi yaz Təbrizim,
    Çörəyi bol, qisməti az Təbrizim!
    Çiçəklədim, bahar bildim qışını,
    Köksüm sıxdım, canlı sandım daşını,
    Qarla yudum, gizlədim göz yaşımı,
    İş ustası, söz dəcəli Təbrizim,
    Göz yaşına öyrəncəli Təbrizim!
    Dalğa idim, ümmanına qovuşdum,
    Zəvvar idim, karvanına qovuşdum.
    Azadlığa gümanına qovuşdum.
    Azadlığın ilk səngəri Təbrizim,
    Tarixlərin şah əsəri Təbrizim!
    Nə gözlədim, nə axtardım, nə buldum,
    Nə buldumsa, ürəyimə qəbuldu.
    Bu soyuqluq nə zamandan dəb oldu,
    Övladını qonaq bilən Təbrizim,
    Dərdinə də deyib-gülən Təbrizim!?
    Qüdrətinə şəkk eləyə bilmədim,
    Qoca Ərkə ərk eləyə bilmədim,
    Nə yatırsan, dərk eləyə bilmədim,
    Ey dünyanı yola salan Təbrizim,
    Ey karvandan dala qalan Təbrizim!
    Cənnətini səndə tapan çox idi,
    Sözün varsa, daşdan keçən ox idi.
    Nyu-Yorklar, Londralar yox idi.
    Öz yerində sayıb duran Təbrizim,
    Nökərlərə boyun buran Təbrizim!
    Qılınca yox, yağlı sözə əyildin,
    Düşmənə yox, dost-qardaşa döyüldün.
    Tarix boyu belə məzlum deyildin,
    Ümid bürcüm, zəfər tağım, Təbrizim,
    Güllə dəymiş söz bayrağım, Təbrizim!
    Bakı səndən, Sən Bakıdan ummada,
    Donuq qanlar özgədən qan ummada!
    Ümid yoxdu bu dünyadan ummada,
    Yıxıq könlüm sən özün qur, Təbrizim,
    Zaman gedir, ayağa dur, Təbrizim!

ความคิดเห็น • 11

  • @sevdaadigozalova9212
    @sevdaadigozalova9212 ปีที่แล้ว +9

    Gün gələcək Təbriz mütləq və mütləq öz azadlığını əldə edəcək. Güneyli Quzeyli ikiyə bölünmüş torpağım, millətim yenidən birləşəcək. İnşAllah 🇦🇿❤🇦🇿

  • @Cayzn
    @Cayzn ปีที่แล้ว +3

    1:42

  • @peyambagrl6240
    @peyambagrl6240 ปีที่แล้ว +3

    😢❤

  • @Turalrejdo
    @Turalrejdo 2 ปีที่แล้ว +3

    Gözəl.... Gözəl

  • @arazsadeghi2798
    @arazsadeghi2798 16 วันที่ผ่านมา

    Güneydən Salamlar 🇦🇿❤️

  • @ismetkaleli1018
    @ismetkaleli1018 2 ปีที่แล้ว +4

    Müzik nedir

    • @huseynovajal9656
      @huseynovajal9656  2 ปีที่แล้ว +2

      "Ayrılıq".

    • @ismetkaleli1018
      @ismetkaleli1018 2 ปีที่แล้ว +1

      Link atar mısın bulamadım

    • @AzBioqrafiya
      @AzBioqrafiya ปีที่แล้ว

      @@ismetkaleli1018 th-cam.com/video/Z4-X9K0PSdM/w-d-xo.html

  • @elcinqasmov7195
    @elcinqasmov7195 ปีที่แล้ว

    Nürəddin Mehdixanlı səsin əksik olmasın Sənətkar Amin 👍

  • @Tural039
    @Tural039 ปีที่แล้ว

    Böyük şairimiz Sabir Rüstəmxanlının şeiri