Nazirlə eşq yaşadı, atasını ona görə güllələdilər - Məzarının yeri bilinməyən Sona

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #1000production #trend #birivaridi
    Hər şeyin əlçatan olduğu bir zamanda, yəni bu gün belə ölkəmiz adına dünya birincisi olamqda çətinlik çəkirik. O isə bir illər əvvəl dünyanın mədəniyyət paytaxtında, Parisdə dünya gözəli olmuşdu. Biri var idi, gözəlliyinə görə atası öldürülən, məzarı bilinməyən dünya gözəli Sona Mehmanarova...
    Foto
    Məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs olur. Mirzə Əli bəyin saraydakı vəzifəsi saraya gələn qonaqları hörmətlə qarşılayıb yola salmaq olub. Bu səbəbdən ona “Mehmandar” adı verilir. El arasında onun özü və ailəsi Mehmandar, sonralar isə Mehmandarov soyadı ilə tanınırlar. Mirzə Əli bəyin 3 oğul övladı olub. Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.
    Mirzə Əli bəyin ikinci oğlu Mirzə Sadıq bəy Mehmandarov (1815-1885) Muğanda, Şamaxıda sahə iclasçısı işləmiş, sonra xidmətini Lənkəran şəhərində davam etdirir. Və elə bu səbəbdən də, Mehmandarovların bir qolu Lənkəran şəhərindən boy verir.
    Sadıq bəy general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla evlənir.
    Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılır.
    Elə Səməd bəyin qardaşı Nağı bəy də, Avropa təhsili görmüş, çox gənc yaşında Lənkəran şəhərinin şəhər rəisi vəzifəsinə təyin edilmiş ziyalılardan idi. Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib.
    Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə “Mənim qızım savadlı və ağıllı qız olacaq” - deyir və Sonanın təhsil almağını istədiyindən onu gimnaziyada oxutdurur. Sona xüsusi müəllimlərdən fransız və rus dillərində mükəmməl səviyyədə dərs alır.
    Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə əhəmiyyət verdiyindən qızına gələn elçiləri rədd edir. Bu cür rədd cavabı alan elçilərdən biri Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır. Qatillər Sibirə sürgün edilir.
    Beləliklə, məşhur Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarov qızına görə öldürülür.
    Atasının ölümündən sonra Sona Lənkəranı tərk edib Bakıya anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə gözəllik yarışmasına qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa da birinciliyə layiq görülür. Və nəhayət, Sona 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun, "Qran-Pri"nin sahibi olur.
    Bu yarışmalardan və dünya gözəli titulunu qazandıqdan sonra onun məşhurluğu dünyaya yayılır. O, Bakıya qayıtmır və Sankt-Peterburqda yaşamağa başlayır. O, artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə nüfuzu vardı, kifayət qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı. Beləliklə, Sona Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır, şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən boyun qaçırmalı olur. Müsabiqədən bir il sonra o, ailəsi razı olmasa da, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur. Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi gətirmir. Onların övladı olmur. 1917-ci ildə baş verən çevriliş isə ailəni müflisləşdirir.
    Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi müflisləşir. Əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası qurulsa da, Sona yenə Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən Mehmandarov və Talışxanovlar təqiblərə məruz qalır.
    Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi, Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə onun məzarının yerini xatırlamırlar.
    Təəssüf ki, biz dünyanın düz vaxtı dünyasını dəyişən dünya gözəlimizin qəbrini unutduq. Onun bu gün əlimizdə fotoları da yoxdur. Haqqında yalnız bunu deyə bilirik, biri var idi, dəbin, şarmın vətəni sayılan Parisdə dünya gözəli seçilən azərbaycanlı qadın... Sona Mehmandarova...

ความคิดเห็น • 63

  • @ultanuleyman9068
    @ultanuleyman9068 ปีที่แล้ว +56

    ALLAH İNSANIN ƏVVƏLİNİ YOX AXLRIN XOŞBƏXT ELƏSİN🤲KİM RAZIDIR BU FİKRİMLƏ?

  • @Vlad-rx5er
    @Vlad-rx5er ปีที่แล้ว +19

    Ümüd ediremki, Sona xanimin qohumlari ne vaxtsa bu videoya baxacaqlar ve qebiri harda oldugun qeyd edecekler ve Sona xanim haqda esitmediyimiz melumatlari qeyd edecekler. Inaniramki o nesilde bir kubar insan tapilacaq ve bu video ucun tesekkur edecek. Sona xanimin qebiri harda oldugu bilinmediyi ücün onun unutqan qohumlarin qinamiram. 😔

    • @nokia2514
      @nokia2514 ปีที่แล้ว +1

      Gozellik de bir çur başa beladiŕ

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 ปีที่แล้ว +24

    ALLAH LƏ'NƏT ELƏSİN AZƏRBAYCANLILARIMIZI ƏZİB YOX ETMƏK İSTƏYƏNLƏRƏ, ZİYALILARIMIZI QISQANANLARA, DÖVLƏTİMİZİN MƏHVİNƏ ÇALIŞANLARA !

  • @zahramammadova6487
    @zahramammadova6487 ปีที่แล้ว +13

    Maraqlı videolar üçün Sizə çox təşəkkür edirəm! Deyirəm, bəlkə onun şəkilləri Fransada, gözəllik müsabiqəsinin arxivində saxlanılır. Biz keçmişimizi unuduruq, əcnəbilər yox. O baxımdan güman edirəm ki, bəlkə heç olmasa müsabiqə haqqında nə isə qorunub saxlanılıb.

  • @gulyanaqsmdova9986
    @gulyanaqsmdova9986 ปีที่แล้ว +5

    Gözəl məlumat üçün təşəkkürlər

  • @Maratguliyev345
    @Maratguliyev345 ปีที่แล้ว +11

    Bu barədə film çəkisə yaxşı olar . Qoy bu filmlə Azərbaycana aid bu tarixi faktlar itməsin .

    • @mayamya3722
      @mayamya3722 ปีที่แล้ว +1

      Lenberanski haqda tarixi faktlar cekin zehmet olmasa

  • @seniorateacher8223
    @seniorateacher8223 ปีที่แล้ว

    Çox maraqlı məlumat idi. İlk dəfə eşitdim bu haqda. Təşəkkürlər maraqlı videolar üçün.

  • @seadeteliyeva6682
    @seadeteliyeva6682 ปีที่แล้ว +6

    ALLAH rehmet elesin

  • @ulka1972_
    @ulka1972_ ปีที่แล้ว +8

    Film kimi həyat film movzusu

  • @govherzulfuqarova8087
    @govherzulfuqarova8087 ปีที่แล้ว +8

    Gərək başdan ayağa yığmamı olaydı?Təbii gözəldir

  • @aliyevacemile2764
    @aliyevacemile2764 ปีที่แล้ว +7

    Bu wekil pis cekilib. Parisde gozel secilibse

  • @saxavetqarayeva8319
    @saxavetqarayeva8319 ปีที่แล้ว +6

    iki dəfə dinlədim, qocalıb heç kimə daha gərək olmayanda yadına Azərbaycan düşüb, oralarda da qalib oləydi də.

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 ปีที่แล้ว

      Nəsilləri xalq düşməni kimi tutulub öldürülürdü. O da ayrı adla gizlənib. Adamyeyən yırtıcı heyvan stalin öləndən sonra, yüngüllük oldu, o da qayıdıb.

    • @ramil6723
      @ramil6723 ปีที่แล้ว +1

      Ən düzgün yorum budur. Bizimkilərin çoxu belədi. Zadəganlar, bir az irəli gedənlərimiz də tarix boyu gah rus gah da başqa xalqın nümayəndəsi ilə ailə qurublar. İndi də heç nə dəyişmiyib. Adət - ənənə davam edilir.Düzələn deyil. Dilimizə qarşı münasibət də elədi. Öz dilimizdə deyil də başqa dillərə meyl edilir. Niyəsə özümüzdən başqa hamı ola bilirik tək özümüz ola bilmirik. Təəssüf🤕

  • @leqioner0119
    @leqioner0119 ปีที่แล้ว +1

    Салам
    Спасибо за информасию

  • @user-vv2kx7dl8d
    @user-vv2kx7dl8d ปีที่แล้ว +17

    Kübarlıq insanın genindədir, qanındadır onu hec nə dəyişmir!

  • @xadicesirinova
    @xadicesirinova ปีที่แล้ว +2

    Elə bil tarixi şəxsiyyət zad olub ya da xalqı ücün nəsə böyük bir iş zad görüb e. Mövzu tapmısız da. Öz keyfində yaşamış, bir qadını elə təqdim edirsiz elə bil Azərbaycan xalqının böyük bir sərvəti zadı olub ))

  • @ayguntehmez9588
    @ayguntehmez9588 ปีที่แล้ว

    Çox seviyyeli teqdimat ve bilgiler ucun ehsen❤

  • @arzumanmamedov8603
    @arzumanmamedov8603 ปีที่แล้ว +13

    Bu səhliyalıynan sosiskalar bezdirdi bizi.

    • @nazilliyeva2016
      @nazilliyeva2016 ปีที่แล้ว +3

      Mundar tərkibli ət məhsulları reklam olunmasa daha yaxşıdır.

    • @sevdababayeva2747
      @sevdababayeva2747 ปีที่แล้ว +2

      Day deme görün heç kere yağını heç terifleyirler???

  • @afaqqasimova021
    @afaqqasimova021 ปีที่แล้ว

    Çox maraqli tarixdi . Ama yeqin Parisde onun resmleri azda olsa melumat qalmiş olar . Onu da axtarmağa vesait lazimdi . O da ki bizde yoxdu .

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 ปีที่แล้ว

    ALLAH REHMET EDE....ALLAH SONUMUZU XEYRLİ ET....

  • @iraderesidova7811
    @iraderesidova7811 ปีที่แล้ว +1

    Men ushaqliqdan eshitmixhem
    "EVVELI MEYDAN,AXIRI ZINDAN
    OLMASIN."

  • @nihatnovruzov7312
    @nihatnovruzov7312 ปีที่แล้ว

    Düzdü

  • @saxavetqarayeva8319
    @saxavetqarayeva8319 ปีที่แล้ว +5

    Elə unudulması yaxşıdır belə ki, Azərbaycanin suyu- çörəyi ilə böyüyüb, əli çörəyə catıb, şöhrət tapıb, sonra Azərbaycandan gedib geri qayitmayanların hamısı unudulmalıdırlar, bu sözüm indiki şöhrət tapmışlara da aiddir,

    • @N.R._SHNR
      @N.R._SHNR ปีที่แล้ว +2

      Heç özünüz başa düşdünüz yazdığınızı? Fikir bildirəndə barı səbəbini öyrənin, mövzudan xəbərdar olun. Tarixi bilmirsiz, heç olmasa videoya diqqətlə baxın. 1920-ci ildən sonra bolşeviklərin Azərbaycanda keçirtdiyi repressiyalara xəbəriniz var? O vaxt insanlar Azərbaycandan, bolşevik hakimiyyətindən niyə qaçırdılar? Bəylər, xanlar, siyasətçilər, imkanlı adamlar xaricdə necə ağır həyat sürüb, əziyyətlər çəkib heç xəbərimiz var? Belə adamlar haqqında necə "yaxşı olub, qoy yaddan çıxsınlar" yaza bilərsiz? Sözlərinizdə süni vətənpərvərlik və ya sadəcə paxıllıq hiss olunur.

    • @saxavetqarayeva8319
      @saxavetqarayeva8319 ปีที่แล้ว

      @@N.R._SHNR Əgər diqqət etsəniz, bilərsiniz ki, mən "qızım sənə deyirəm gəlinim sən eşit" məsəlinə uyğun olaraq yazmışam, indiki o illər deyil, Azərbaycanın çörəyini yeyib,suyunu içib, pul qazananlar qısa vaxtda Azərbaycanı bəyənməyib getməyə üz qoyurlar, Azərbaycandan qazandıqları ilə başqa ölkələrdə yatırım edirlər, sözüm o nankorlaradir ki, ay nankor insan, heç kim özü ilə bu dünyadan heç nə aparmır, barı səndən qalan qoy öz ölkəmdə qalsinda, barı bir rəhmət oxuyanın olsun inşallah ki fikrimi çatdıra bildim

  • @yasarbirsoy4121
    @yasarbirsoy4121 ปีที่แล้ว

    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @kifaythuseynova8872
      @kifaythuseynova8872 ปีที่แล้ว

      Nənəm rəhmətlik belə dua edərdi bizə Bala axìrı gələnlərdən olasınız

  • @narminaadamova6864
    @narminaadamova6864 ปีที่แล้ว +3

    😀😀

  • @afaqeliyeva7490
    @afaqeliyeva7490 ปีที่แล้ว

    Atalar misalıdır::"Axırın gəlsin bez köynək".

  • @orxanahmadli3002
    @orxanahmadli3002 ปีที่แล้ว +3

    БУ ГОЗЕЛДИСЕ ОНДА МЕН НЕЙЕМ?

    • @tomristuran2345
      @tomristuran2345 ปีที่แล้ว +6

      alışmısınız doktor əliylə yamaq vurulmuş gözəlçələrə

    • @afaqismayilova1837
      @afaqismayilova1837 ปีที่แล้ว +1

      Axı dedi şəkillərini yandırıb.

    • @xanmbagrova
      @xanmbagrova ปีที่แล้ว +3

      Bu məxmirədi dünya gözəli, siz də kainat " gözəli"

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 ปีที่แล้ว +2

      Yox, bu da olsun erməni gözəli

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 ปีที่แล้ว

      Ay biliksiz, bu yazı qaldı sovet dönəmində, get yazmağı öyrən, sonra yazarsan

  • @xadicesirinova
    @xadicesirinova ปีที่แล้ว

    Bay güzgü kosmetika istəyibmiş. Bu da onun kübarlıgının göstəricisiymiş ))) Bu kübarlıq göstəricisi deyil

  • @vegeterian7772
    @vegeterian7772 ปีที่แล้ว +8

    bunun neyi gozel olubki

    • @tomristuran2345
      @tomristuran2345 ปีที่แล้ว +6

      Alışmısınız doktor əliylə yamaq vurulmuş gözəlçələrə

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 ปีที่แล้ว +1

      O dönəmdə Hamı avam olub, seçiblər (sənin ağlinla)