Acından ölməsin deyə bacısına tut yedizdirən Xalq artisti
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
- #hörümçək #horumchek #Gündəm
Acından ölməsin deyə bacısına tut yedizdirən Xalq artisti #Xalqartisti #tut # Füzuli #Ev #satış #məsləhət #ana #XanŞuşinski #toy #muğam #həyat #ƏbülfətƏliyev
Acından ölməsin deyə bacısına tut yedizdirən Xalq artisti: O, kimdir?
Xalq artisti Əbülfət Əliyev 1926-cı il dekabr ayının 30-da Şuşa şəhərində anadan olur
7 yaşında atası Əsəd kişini itirir
Anası Mülayim xanım övladları ilə Füzuliyə köçür
Təxminən 4 il burada qaldıqdan sonra Ağdama gedirlər
XX əsrin 30-cu illərində atasını incidirlər
Evlərini satışa qoyub, qiymətli əşyalardan nə varsa yığışdırıb aparırlar
Balaca Əbülfət ağacdan tut dərib azyaşlı bacısına verirmiş ki, acından ölməsin
Atasızlıq onu erkən yaşlarından həyatın ağrı-acısını çiyinlərində daşımağa vadar edir
Təsəllisini muğam dərnəyində oxuduğu mahnılarda, muğamlarda tapır
Kasıblıqdan kəndlərdə anası ilə başaq yığmaqdan təngə gəlir
Lakin bu işdə anasına yardımçı olmaqdan başqa çarəsi də yox imiş
Anasına “imkanım olsa, qoymaram əlini ağdan-qaraya vurasan”, deyərmiş
1938-39-cu illərdə Ağdamda Xan Şuşinskinin rəhbərliyi altında muğam sinfi açılır
Xan uşaqlara qulaq asıb məsləhətlərini verir
O, Əbülfətə qulaq asıb deyir:
SİTAT: “Bala, məşqlərə gələrsən, səndən xanəndə olar”
Yeniyetmə vaxtlarında ictimai tədbirlərə qatılan Əbülfəti daha sonra toylara da dəvət edirlər
Bir gün tarzən Elman Bədəlova üçlük yaradıb toylara getməyi məsləhət görür
Bu məsləhət onlara uğur gətirir
Əbülfət həddi-buluğa çatan kimi rəqs dərnəyində çalışan sarışın bir qıza vurulur
Sevgisini mahnıların dili ilə həmin qıza bəyan edir
Gənc muğam ifaçılarının Bakıda keçirilən olimpiadasında iştirak edir və birinci yeri tutur
Azərbaycan Radiosunda canlı olaraq “Rast” dəstgahını və “Yar bizə qonaq gələcək, bilmirəm haçan gələcək” mahnılarını oxuyur
Gözlərinin önündən isə sarışın sevgilisinin surəti çəkilmir
1945-ci ildə onu Azərbaycan Dövlət Filarmoniyasına işə dəvət edirlər
Bir il sonra həsrətində olduğu yarı axır ki, onlara qonaq gəlir, sevib-seçdiyi Elza xanımla ailə qurur
1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlir
1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır - özü də Məcnun kimi...
10 il ərzində bu sənət məbədində çalışır
Bir dəfə toy məclisində dava düşür
Toybəyi yaxınlaşır, qavalına dirsəklənib dalaşanlara tamaşa edən Əbülfət Əliyevə deyir:
SİTAT: “Əbülfət müəllim, bir şey çalıb-oxuyun, bu dava yatsın”
Əbülfət qəlyanına qullab vurub cavab verir:
SİTAT: “Bilsəydim mənim oxumağımla dava yatar, gedib Vyetnamda oxuyardım, müharibə qurtarardı...”
O, İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olur
1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edir
Xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülür
İfası ümumittifaq radiosu ilə yayımlanır
Xalq artisti Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə dünyadan köçür
Onun musiqisi, səsi nə yaxşı ki, dəfn olunmayıb, indi də sevənlərinin qulağında səslənir...
✅ Gündəmin müxtəlif sahələrinə uyğun heç yerdə tapa bilmədiyiniz, bilinən ən maraqlı, sirli, mifik, ən orijinal faktlar, möcüzəvi bilgilər, arxivlərdən gün işığına çıxarılan videomateriallar izləyə bilərsiniz