İnsanın əməl dəftərində nələr yazılır? -Hacı Şahin- insan (bundan sonra da) günah etmək fikrindədir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2019
  • ✔️İnsanın əməl dəftərində nələr yazılır? Hacı Şahin insan (bundan sonra da) günah etmək fikrindədir
    🔊Eziz izləyicilərimiz Paylasin hami behrelensin!! ✓
    TH-cam Kanalımız Abunə ol🔔:goo.gl/ow7PyM
    İnsanın hesaba çəkilən günü əməl dəftərini əlinə verəcəklər. Quran ayələrinə və hədislərə görə, insanın bütün əməlləri, rəftar və danışıqları, hətta niyyətləri belə burada qeydiyyata alınmışdır. "Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik”. ("Yasin” 12).
    Bu əməl dəftərində insanların ancaq əməlləri və rəftarları deyil, həm də düşüncələri və gecə yarısı həyata keçirdiyi tədbirlər belə qeyd edilər. "Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et”. ("Nisa” 81).
    Sirlərini yazar: "(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. ("Qaf” 17-18).
    Şübhəsiz ki, bu əməl dəftəri dünyadakı dəftərlərə və kitablara bənzəməz. Bu cür deyildir ki, onu qələmlə yazarlar. Belə olan halda bir insan ömrünü bir kitaba sığışdırmaq mümkün olmazdı. İnsan ona bir nəzər salmaqla bütün ömründən otub-bitənləri görəcəkdir.
    Bəzi alimlərin nəzərinə görə, əməl dəftəri bir rəmzdir. İnsan nəfsinə edilən bir işarədir. İnsan hiss orqanları ilə hər nəyi dərk edirsə, ruhuna təsir qoyar. Onun təsiri dərk orqanlarına da ötürülər. İnsanın yerinə yetirdiyi hər bir pis və yaxşı iş hər - nə qədər az miqdarda olarsa belə, dərkində qeydə alınar. Xüsusilə onlar sifət şəklində nəfsə nüfuz edər və nəfsani mələkə halına düşər. İnsan buna görə İlahi savaba və cəzaya məruz qalar. Ona görə də əməl dəftəri hər bir insanın ruh kitabıdır.
    O zamana qədər ki, bu dünyadayıq, bu kitab yığılıb və bağlanmışdır. Ölən zaman isə o, açılar və maneələr aradan qalxar. Həmin günü insana deyilər: "(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)”. ("Qaf” 22).
    Bəzi alimlərin nəzərinə görə isə əməl dəftəri əməl və həqiqətləri özündə cəm edər. Belə ki, hədislərin bir çoxunda buna işarə edilmişdir. "Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. ("Ali-İmran” 30).
    "Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. ("Kəhf” 49).
    İnsan özü əməl dəftərində olanlara şəhadət verəcəkdir. "(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən”. (İsra” 14).
    Bəzilərinin nəzərinə görə isə əməl dəftəri insanın gizli vicadanıdır. Bu günün psixologiya elmi sübut etmişdir ki, insanın gördüyü hər bir əməl onun gizli vicdanına təsir qoyar.
    ✆Whatsapp ISLAM TV Official|+994-070-878-72-62
    ⬇️Sosial şəbəkələrdə bizə qoşulun və izləyin⬇️
    Rəsmi facebook səhifəmiz:goo.gl/tqQiKS
    Rəsmi ok.ru səhifəmiz:goo.gl/SyoSTx
    Rəsmi instagram səhifəmiz:goo.gl/Di6VuX
    🔊ISLAM TV Official Rəsmi TH-cam profilli © Müəllif hüquqları qorunur

ความคิดเห็น • 34

  • @dinimizgozldi4536
    @dinimizgozldi4536 4 ปีที่แล้ว +14

    Allah bizi günahlarımızı bağışlanan bendelerinden qerar versin inşallah

  • @yaqutqasimova5865
    @yaqutqasimova5865 4 ปีที่แล้ว +14

    Allah sizden razu olsun Amin

  • @kamildaglarqizi5373
    @kamildaglarqizi5373 4 ปีที่แล้ว +23

    Allah gunahlarimizi bagisdasin is guc olmasa butun gunu dinleyerdim elle rahatlasiram sukur sene ey guzel allahim

  • @samiryazar2062
    @samiryazar2062 4 ปีที่แล้ว +4

    ALLAH İMANIMIZI GUCLU EDSİN AMİN.

  • @dinimizgozldi4536
    @dinimizgozldi4536 4 ปีที่แล้ว +8

    Allah kömeyiniz olsun

  • @buomr2177
    @buomr2177 4 ปีที่แล้ว +7

    ALLAH KÖMƏYİN OLSUN

  • @vusalaliyev7069
    @vusalaliyev7069 4 ปีที่แล้ว +3

    ALLAH BİZİ HİDAYƏT ETSİN İNŞALLAH

  • @sadiqquliyev1514
    @sadiqquliyev1514 4 ปีที่แล้ว +6

    Allah sizdən min kərə razi olsun amin

  • @sonyadadashova2587
    @sonyadadashova2587 4 ปีที่แล้ว +7

    Allah gunahlarimizi ef etsin Insallah Allahim Amin

    • @rufedzamanov7324
      @rufedzamanov7324 4 ปีที่แล้ว

      Salam insan neqeder qebir ezabni düşnse oqeder yaxşdi

  • @rusibaxis5526
    @rusibaxis5526 4 ปีที่แล้ว +19

    Allah razı olsun. 🙏
    Bele gözel videolar'a göre.

  • @samiryazar2062
    @samiryazar2062 4 ปีที่แล้ว +3

    EŞQ OLSUN♥ KƏRBİBƏLA VƏ MUBARİZ ♥KİMİ ŞƏHİDLƏRİMİZƏ .ODUNYADA BİZİM KÖMEYİMİZ OLSUN BUTUN ŞƏHİDLƏRİMİZ .

  • @bagmankafalarpro403
    @bagmankafalarpro403 4 ปีที่แล้ว +5

    Allah razi olsun haci .❤❤

  • @merymery8883
    @merymery8883 4 ปีที่แล้ว +7

    Cox sag ol Haci giymetli sozlerine gore.Ya wi ki varsan.ALLAH sene uzun omur versin.Kaw ki,hami senin sozlerinden ibret gotureydiler🙏❤

    • @rufedzamanov7324
      @rufedzamanov7324 4 ปีที่แล้ว

      Salam allah her kese namaz qismet etsin namaz qlmyanlar bilecey dünya ne oldxnu

  • @ferqanenecefov9156
    @ferqanenecefov9156 4 ปีที่แล้ว +4

    Allah razi olsun suzdən men telefon elimde size qulaq asa asa iş görürəm bizləri doğru yola yönəldirdiz allah kömeyiniz olsun sizi çox sevirik

  • @samiryazar2062
    @samiryazar2062 4 ปีที่แล้ว +3

    Allah odunyada da bu dunyada da' köməyimi olsun .

  • @minaibrahimova8244
    @minaibrahimova8244 4 ปีที่แล้ว +2

    Allah sizi qorusun deyerli Hacimiz🙏🙏🙏

  • @akifmusayev3665
    @akifmusayev3665 4 ปีที่แล้ว +11

    salam sabahınız xeyir

  • @xanmsim1274
    @xanmsim1274 4 ปีที่แล้ว +1

    Çox teşekürler 👏

  • @vuqarqemberov1638
    @vuqarqemberov1638 4 ปีที่แล้ว +3

    Salam olsun Ağamuza

  • @faminrufullayev9892
    @faminrufullayev9892 4 ปีที่แล้ว +6

    😢😢👍

  • @f.agamalizade4436
    @f.agamalizade4436 4 ปีที่แล้ว +3

    Necə də gözəl moizədir..

  • @xanmsim1274
    @xanmsim1274 4 ปีที่แล้ว +2

    Belə məlumatlarla insanları maarifləndirirsiniz , hemcinin gənclərin də bu məlumatlara ehtiyacı var

  • @user-jv5hm5oy8p
    @user-jv5hm5oy8p 4 ปีที่แล้ว

    ТАК ТОЧНО!!!! ЧЕСТЬ ВАМ

  • @devs6801
    @devs6801 4 ปีที่แล้ว +7

    11:15 Musiqinin adi nedi adami sakitlesdirir

  • @akifmusayev3665
    @akifmusayev3665 4 ปีที่แล้ว +8

    mən namaza təzə başlamışam namaz qılarkən özümnən aslı olmayaraq gözümnən yaş tökülür bilmirəm belə olan halda dəsdəmaz namaz pozulurmu xahiş edirəm mənə cavab verin

    • @hebibhebibli1422
      @hebibhebibli1422 4 ปีที่แล้ว +2

      Əgər dünya malı üçün gözünüzdən yaş gələrsə batil olar amma ALLAH (C.C) üçün gözünüzdən yaş gələrsə batil deyil

    • @akifmusayev3665
      @akifmusayev3665 4 ปีที่แล้ว +1

      @@hebibhebibli1422 ailədə prablemim var ona görə gözümnən yaş tökülür elə bil namaz qılarkən allaha sığınıram bu vaxt batil olarmı namaz

    • @ataata1953
      @ataata1953 4 ปีที่แล้ว

      O hal mendede olur amma calisin olmasin.

    • @leylismemmedova9262
      @leylismemmedova9262 4 ปีที่แล้ว +1

      Dunya işlerine gorə agliyirsansa namazda o batil edir.Amma Allah qorxusundan ve yaxud qiyamet yada dusub agliyirsansa o batil etmir.

    • @minaibrahimova8244
      @minaibrahimova8244 4 ปีที่แล้ว

      Akif Musayev allah qebul etsin ama xeyir pozulmur

  • @yeganememmedhesenova6716
    @yeganememmedhesenova6716 4 ปีที่แล้ว +1

    Hacı belə gözəl danışırsız a amma yadınlza salım ki mən sizin yanlnıza gəlmişdin ki mənim bir müşgül məsələm var xahiş eyləyirəm məni dinləyib mənə bir yol göstərəsiz amma suz məni qəbul eləmədiz dinləmədiz mənim gpzüm yolda qulağım səsdə qaldı ki nə vaxt siz məni dinləyəcəksiz İndi sizdən soruşuram sizdə axirətdə bunun hesabını verəcəksiz?