Əgər sizin də oxşar həyat hekayələriniz varsa, anonim və ya açıq şəkildə bizimlə bölüşməkdən çəkinməyin. Məlumatsızları məlumatlandıraq, problemlərə birgə həll yolu tapaq. Zəng və ya WhatsApp: +99450 860 09 81 Aparıcı ilə əlaqə: Instagram @ramalhuseynoff
O qədər abırlı , həyalı xanımdır ki, utandığından aparıcının üzünə belə baxmadan danışır.. Bir nöqtəyə zillənərək. Allah səni sevsin bəndə nə karə ki.. Sağ olsun bu proyekt sağ olsun Ramal Hüseynov. Bu cür səmimi və içdən təqdim etdiyi verilişə görə
@@kamrannezer1227 Elə insanı yandıran da odur ki, bunu deyən bir "müəllim"dir. Müəllim cəmiyyətdəki uşağların formalaşmağı üçün təkan verən əsas faktordur. Hansı ki, uşağlar evdəkilərdən çox müəllimlərdən çəkinib, onların dediklərini edər. Vay halımıza ki, gələcək üçün bu "tip" düşüncə tərzi olan dırnaq arası müəllim'lərin yetirməsi olan gənclər yetişə! Düzü heç müəllim sözünün yazılışını belə bilməyən birinin cəmiyyətə "verəcəyi faydanı" düşünürəm. Və sadəcə düşünürəm. Bundan o tərəfi yoxdur!
@@coco7777c çoxu yanlış olduğumu düşündü amma o həyatı yaşamış insan bilə bilər bunu. Varlı bir evdə ata anasının prensesi olmaq başqa doğuşdan zülm çəkərək böyümək başqa bu insanlar elə həmişə zülmkeş olur. Yenədə hər kəsin fikrinə hörmətlə yanaşıram.
MENİM HEYAT YOLDAŞIM OLMASA MEN NEFESİZ GALİB ÖLEREM BU İNSANLAR KADINLARINI NECE DÖYÜB SONRA EYNİ EVDE YAŞYIRLAR ALLAH MENE BİR MELEK VERDİ HEYAT YOLDAŞIMI SONRADA 3 BALACA MELEK VERDİ MEN DÖRDÜYLE NEFES ALIRAM ELHEMDÜLİLLAH
Türkiyenin Edirne Şehrinden selamlar Aparıcı çox gözəl və səmimidir agıllı suallar verir Qadın isə çox cəsarətli və dürüst danışır. Allah Bütün darda qalan insanlara köməy olsun. İnşallah
Chox abirli,hayalı,namuslu və ən əsası da chooox səmimi qadındı...Hətta uşaqlara qarşı hiss etdiklərini də danışır..Chox xöşbəxt ol bacı, rahatlıq tapmagini isteyirem bu fani dünyada.
Mən heçdə inanmıram günahkar özüdür özünə yox uşaqlara yazığım gəldi 1 qadın 4 ərə getməz süni uşaq istəməyib 4 kişi istəmək lazımdır 3 kişidən qaçıb amma zülm çəkməyinə inanmıram belələrinin dilinə inanmayın ana pis idi necə oldu yenə ananın yanına istəyirsən
Gördünüz uşaq istəyirdi bayaqdan indidə deyir uşaqları incidir alın verin hökumətə nə danışır yalandır qızıda axırda özü kimi aqresiv olur uşaqlara qarşı
Məntiqlə yanaşanda xanım qarışığ danışır deyir 4 yaşımda ət götürəndə anam əziyyət verib axı 4 yaşda uşaq tək başına necə ət qazanına girər ki ac olmuşdum ikinci istemeyen ana xanımı imkanlı ailəyə verir yəni bəxtsizlik tamam başqa şeydi xırda şeyləri böyütmək başqa yenə Allah yardımçısı olsun
Ilk once salam alekum her vaxtiviz xeyir olsun insallah beli sizle raziyam cox semimidi bele qadinlari cox basa dusurem neyinki bu qadini butun qatinlari basa dusurem ne deyim hemise yaxsi qadina pis yoldas verir yaxsi oglana pis qadin yoldasi olur (allah komeyi olsun valla cox pis oldum)
@Zehra Tagiyeva həyatın insana nə göstərəcəyi bəlli deyil.Bir baxarsan çox xoşbəxt həyatlar bir gündü solur.Bir baxırsan Allah yol açır, bədbəxt olan bir qadın xoşbəxt olur.Allahın işini bilmək olmaz
Günay xanım oğlunuzu sevin sevgini öyrənsin, axı oğlunuz sizi döyməz, siz onu sevin oda sizi sevəcək və ana bala bağını gücləndirin.Allah sizi qorusun ana bala bağlarınızı gücləndirsin 🙏🙏🙏
@@sevdasamili1430 yox , Sevda xanim .Sizə niyə? 3 dəfə " ərə gedən" gic......a.3 dəfə itə qurda " ərə " gedir amma 1 ci ərindən süni uşaq dogmagi özünə sigişdirmir.Yəqin belə başi boş olduguna görə ana bədbəxt də qəbul eləmir də.Su meymunun bogazina çatanda balasini ayaginin altina alar.
@@Delviyago_007 sonuncu veriliş 2 həftə öncə yayımlandı. Maliyyə problemlərinə görə mütəmadi çəkmək alınmır. Abunə olun kanala və zəng işarəsini də aktiv edin ki, verilişlər yüklənəndə sizə xəbərdarlıq gəlsin
Allah bütün qadınlarımızı xoşbəxt eləsin.Heç bir qadın əziyyət çəkməsin.Nolar ki bir dəfə də qadınlarımız xoşbəxtliklərinən danışsa desələr ki çox xoşbəxtik....
Duz deyirsiz bir qadın olaraq demək istəyirəm ki butun qadınlar ali təhsilli olsun öz işləri olsun heç bir kişiyə möhtac olmasınlar.ümumiyətlə bedbext olmaqdansa ailə qurmasınlar.
Təhsillə savad başqa-başqa şeylərdir, şərt deyil ki təhsili olsun, olsa daha yaxşı ama təhsili olmadan da savadlı ola bilir insan. Məsələ diplom deyil. Misal üçün diplomun var ama iş tapa bilmirsənsə nə qədər təhsilli olursan ol burda artıq savad işə düşür. Savadsız insan bilmir hara yönəltsin özünü; bilmir ki xarici dil öyrənsə onun üçün daha rahat olar iş tapmaq. Məsələ sırf iş tapmaqda da deyil, tək başına bir qadının ayaqda durması üçün savad da bəs edir.
@@lunalee8857 Düzdür 😘 İndi dəb düşüb, qızıma çörək vermişəm, qız 5-6 ildir ki, Ali məktəbi bitirib, işi yoxdur, əlindən heç bir iş gəlmir, belələri ailə qurur, ata evinə qayıdır, indiki gənc oğlanlara yazıxim gəlir, bir yaxınım deyir ki, yaxşı qız yoxdur, (içi mənim qızlarım) dedim ki, qızlarin həm savadlı, həm də iş biləndirlər, dedi :-Elə olmağına elədilər, amma çox səbirsizdilər, biz belə olmamışıq.....
Allah pis insanlara lənət eləsin. Yazığ deyil bu qadınlar analar.Öz anan yoxdu ay şərəfsiz kişi.Gör qadını necə vəziyyətə çatdırıblarki balaların bağrına basa bilmir.
Hekayəsi çox çətin Allah kömək olsun.Gözəl bir verlişdi.Suallar çox mentiqli verilir.Və bu lahiyə Hansıki bunları filmdə görən çox gənc qıza örnək olur və görürlərki bunlar yalnız filmlərdə olmur.Heyatın gərçək üzləri((
Allah hec bir qadinin bextin pis getirmesin bext qara yazilibsa heyatindakilari deyismekle deyil onsuzda pis insanlarla qarsilasasan Allah sene sebir versin
Bir insan kimi çox pis oldum.Amma ən böyük səfi özün etmisən,süni mayalanmanı qəbul etməmisən,o uşaq sənin öz yoldaşından olacaqdı,başa düşməmisən.3 cü dəfə ərə getmək nə deməkdir öz səhvindir.2 sinə gedib ayrılıb, 1 ci həyat yoldaşına yenidən ərə getmək fikri ağlasığmazdı.Fikrin dogru deyil.
Düzdü mende o heyatı yaşamamışam bilmerem o ne yaşayıb insan bilmir başına ne geler o qeder xoşbext ayle olur sonradan başların oyunlar gelir düz deyirsiz 3çüncü ayle nedir bizim milete yaraşmaz ama o özünü tek kimsesiz his edib
Mence süni mayalanmani qebul etmemek dar düwüncelikdi. Indi tibb o qeder geniwlenib ki tutmayan mayani bele qiraqda tutdurub yerlewdire bilirler ana betnine. Veee ne olur olsun qadinin uwaginin öz qarnindan cixmasidi.sehv edib xanim
Ere getmek ayibdir beyem? Ele qadin varki heyati getirmir onda olsun gerek? Ele sizin kimilerin dusuncelerine gore qadinlar bedbext olur. Kisiler 5 defe evlenir ama onu bas taci edirsiz.
Siz ne danisirsiz? Suni mayalanma zinanin bir novudu. Cox uzr isteyirem basqa kisi ile yatdin ve ya basqa nufteni bedeniva yerlesdirdiler ferqi yoxdu. Eger heyat yoldasindandisa sozum yoxdu ona. Ondansa usaq evinden ehtiyaci olan usagi goturerdi. Birde zulmu goture bilmeyib deye srhvler edib. Dovlete siginsin is tapsin er lazim deyil.
Nə qədər dinlənilməmiş hekayələr var... Dinlədikcə bəlkə də buna şükür edəcəyik. Analar qızlarınıza təhsil verin, onları yalnız və yalnız təhsillə güclü edəcəksiniz. Ramala da böyük təşəkkürlər. Belə aktual sosial layhələr çox önəmlidir.
Çox təsirləndim😥 İsveçdən izləyirəm bu proqramı, və çox bəyənərək izləyirəm. Aparıcı verilişi çox gözəl aparır. Günel xanımın üzündən nur tökülür, Allah onu innən belə xoşbəxt Eləsin və çalışsın balalarına sevgi göstərsin. Hər gün onlarla dərdləşsin bir dost kimi, o zaman böyüdükdə balaları onu daha çox sevəcək. Allahdan heç vaxt ümid kəsilməz.
2ci riskdi vallah.Mənim bir oğlum var ama heç bir yad kişi mənim övladıma ata ola bilməz.Mən həm anası həm atasiyam.Qurban olsun milyon kişi balamın dirnagina.Umumi danismaq da duzgun deyil.Vicdanlı kisilerimiz de var.Ama men bu riske getmerem
Əsas amil ailədəki sevgidi.Burdan Günay anaya səslənirəm güclü ol Azərbaycan qadını... Çalış övladların ana sevgisinə doya bilsin, ananın sevgisi ilə doydura bilmədiyi övladı, dünya doydura bilməz.Yarımçıq duyğularda qalar insan ömür boyu... Gerçəkləri həqiqətləti sənə heç kim göstərmədi sən yasayaraq öyrəndin həyatı bütün acıları doğruları yanlışları və sən çox güclüsən. Allaha bağlan dua et və həqiqətlərlə həyata tutunmağa çalış,nur üzlü ana. Taleyin qismətin 50%i bizim seçimlərimizdir çalış düzgün seçim edəsən.Bacaracaqsan gözəl ana!!!
Allahım sən özün Günay xanımı vəə çətinlik yaşayan xanımlara kömək ol onları öz amanında saxla şükürlər olsunki Günay xanım ümüdünü üzməyib . Allahım sizə gözəl övladlarının xoş günlərini görməyi nəsib etsin inşAllah İlahi Amin. Ən gözəl bir şeydi kiminsə dualarında olmaq. Allahım bu günnən sonra sevindirsin sizi ilahi Amin
Mənim anamda bu xanımın anası kimi həmişə ayrı seçkilik qoyub , məndə onu bağışlaya bilmirəm hələ də elə eliyir Bu bacıma çox yandım Allah səbr versin . Allah qalan ömrünü keşən ömründən xeyirli eləsin . Deyirlər cənnət anaların ayağı altındadı amma belə keyfiyyətsiz anaların yox
Offf... Cox sıxıldım.. Dehşetdi... Allah sebir versin... Cox semimi heyalı dürüst qadındı amma heyat üzüne gülmeyib... Caresizlik pis şeydi... Allah özü kömeyi olsun...
Yoldasinda problem olub ki,qaynanasi deyib ki,eletdirek.Aciq demesede bilinir ki,bu beledi.Allah komekleri olsun hamisinin.Menimde qizim suni mayalanma ile dunyaya gelib.Amma oz yoldasimnan
Qadin bir defe aile qurdu ayrildi ikinci defe aile qurmasi menasizdir bu qadin sevgisiz boyuyub onuncun sevgi axdarir sevgini insanlarda axdarmaq duz deyil esasda kisilerde.Tek Allaha siqinib onu sevek onun merhemeti boyukdur sevgisi sonsuzdur.
Qadin 25 yasinda dul qalibsa inda olsunde day aile qurmasin? Kisi 70 yasinda aile qurur. Qadin insan deyil ? Biriyle munasibet qurur pozgun deyirsiz biriyle aile qurur qinayirsiz. Bes onda bu neynesin???
Ona görə deyillər gözəllik verincə gözəl bəxt versin Allah qız balalarımızı həmişə xoşbaxt etsin İNŞALLAH Əgər qızlar xoşbaxtsa demək ki oğlan balalarımız da xoşbaxtdır demək
Bu dünyada çox çətindi qadına yaşamaq( ananın uşaqa verdiyi ən böyük neymət yaxşı atadı, xüsusi ilə də qız uşaqları üçün, bu qadın özüdə sevgi görməyib diyə başqalarında o sevgini axtarıb, Allah köməyin olsun! Güclü ol, uşaqların üçün indən sonra yaşa, qalan hamısı boşdu!
Çox heyif... Günay xanım "Birinci yoldaşımla çıxıb gedərdim" deyib qəhərlənəndə yaşadığı peşmançılıq o qədər hiss olundu ki... Allah qızının ürəyinə qardaş sevgisini, ananın da ürəyinə oğul sevgisini salsın. Ən çox Adəmə yanır insan
Suni mayalanmadan elə gözəl ailələr varki bunu başa düşmədim gözəl həyatı olub ALLAH hər tərəfli qapı acıb ona nə isə insan nə edirsə özünə edir öz səhfidi
Yorumunuzu beyendim ama bir sozu yox hər kəs özu özune eləmir bezen qıraqdakılarda başqalarının həyatını ailəsini dagirdır mən iki ailəli oldum övladım olmadi qaynanam bizi ayirdi uşaga gore dedi senlikdi uşaq olmamaq düzdü ikinci ailəni qurmadım ama Allah böyükdü heç yoladaşıminda ikinci həyatinan övladı olmadı.
Heyat cox cetindi amma yasamayan insanlar qinayir qinamayin vallah mende buna oxsar hayatim var men ayrilmamisam amma cehennemi bu dunyada yasayan bir insannam men kecikmisem men o insanlarri bagislayib allaha hevale etmisem yazsam heyatim roman olar allah sebrini versin baci ureyimiz seninledi kiminse heyfini evladdan oz canindan cixan qadinlarr var
Bir qadının ən böyük mükafatı ana olmaqdır. Balalarının əlindən tutub onları özünə, özünü onlara, onları bir-birinə sevdir. Savadlı xeyirli övladı olan bir ananı heç kim əzə bilməz!
Çoxlu evi , pulu olan insanların Allah qəlbimə rəhim endirsin bu cür çarəsiz qadınlara köməy olsunlar . Hər imkanlı 2 və ya 3 dənə belə köməksiz , çarəsiz qadınlara köməy eləsər bəlkədə bu cür bədbəxt qadınların sayı sıfra bərabər olar . Amma təsssüfffffff😔
Birinci novbede apariciya oz derin tesekkurumu bildirirem bele movzulara toxunur,danisiq terzi,aqilli suallari,kamil baxislari adamda ruh yuksekliyi yaradir.Butun yaradici kollektive tesekkurumu bildirirem,cunki bu gun bele muzakireler gunumuzun vacib meseleleridir.Qadinlarimiza olan zorakiliq baqislanmazdir.Inanin hec cure goz yaslarimi saxlaya bilmedim Gunayin taleyine allah yardimcisi olsun Bu verilisi erseye getiren her kese bir daha tesekkurlerimi catdiriram,belke qoyduqunuz bu sujetlere nece-nece daqilmis ailere bir yardim ede bildi
ALLAH KÖMƏK OLSUN.ÇOX ACINACAQLI HƏYATDIR.KAŞ GERİ DÖNÜŞÜ OLAN YOLLAR OLARDI.KAŞ..QADIN ONSUZ DA ACİZDİ.O NƏ DEYER,BU NƏ DEYER MİNTALİTETİ İLƏ YAŞAYIB,HƏR ŞEYE DÖZMƏK MƏCBURİYYƏTİNDƏDİR QADIN..😪
Bu qadın ən böyük sehfini birinci ailəsindən ayrılarkən etmişdir..süni mayalanmaya razilaşmali idi..ikinci dəfə ailə quranda da səhf etdi..öncə ikinci yoldaşini yaxşıca tanımalıydı ki o uşaq dünyaya gəlməsini necə qəbul edər..qızi dünyaya gətirdi,gördü eri uşaqın qəbul etmir..taleyiyle barışıb uşaqina baxaydi..3 cu dəfə ərə getmey ne demeydi.? Üstəlik bu erindende bir övlad....onu xanım yerinə qoymuyan , deyerlendirmiyen insanlarin həyatına niye girir? Çünki dünyada heçbir kişi qadının axıtdığı bir damla göz yaşına layiq deyil..qadına məsləhətim..uşaqlarını götürüb çıx get kirayə qal işlə namusla çörək qazan ..metin ol ayaqların üstündə durmaqi bacar..verlişdə milyonların qarşısında ağlamaq acizlikdir..qadın zərif ol bilər zəif ola bilməz..mende 41 yaşındayam,iki qız övladım var yoldaşım uşaqlarımin qız olduğunu qəbul etmədi Maddi mənəvi eziyetler yaşatdı mənə..ayrıldığ..özüme məxsus evimdə var..ama mən ikinci kere ailə qurmadım..uşaqlarımı namusumla qeyrətimlə böyütdüm..gözəl sənətim var şəriəti təbliğ edirəm..bir qızım ailə qurub,biride hazırda ali məktəbdə oxuyur..mən də qadın idim xoşbext olmaq menimde haqqım idi..ama övladlarım xatirinə hər şeydən xət çəkdim peşman da deyiləm.bulari yazmaqda məqsədim özümü tanıtmaq deyildi..heyat təcrübəsi yaşamis eyni yaşda olan iki qadınin həyat hekayəsinin kimin səhf kimin doğru seçim etmeyini bilməyiniz idi.. .qızı olan xanımlara tövsiyəm...qız uşaqın böyudursunuzse ikinci kere ere getmeyi dusunmuyun..bu faciyenize səbəb ola bilər..demirəm ailə qurmuyun ..yalnız şərt əsasında..tanıdığınız kişi uşaqlı olsun kişi senin uşaqıni övladı kimi qəbul etsin Maddi qayğısını çəksin,sende kişinin uşaqlarını düzgün tərbiyəsinə baxıb əsl ana kimi sev..bu cür ailə quran cutluyler xoşbəxt ola bilərlər..yazılarımı oxuyan hər kese teşekkür edirəm.. Allah her birinizdən razı olsun ..
Allah köməyi olsun.Bunu dinləmək asandır.yaşamaq çətindir.Təəssüf bu cür qadına belə həyat qismət olur. Verliş çox sambalı marifləndirici bayağı olmyan suallar tamsəmimi bir verliş Belə talelər yox olan xoşbəxt insanları çox olan verliş olsun uğurlar
Əgər sizin də oxşar həyat hekayələriniz varsa, anonim və ya açıq şəkildə bizimlə bölüşməkdən çəkinməyin. Məlumatsızları məlumatlandıraq, problemlərə birgə həll yolu tapaq.
Zəng və ya WhatsApp: +99450 860 09 81
Aparıcı ilə əlaqə: Instagram @ramalhuseynoff
Llllllllllllllllllllllllllll
Lll
İa
Хорошо что это есть все могут видеть и пусть не бояться
Salam
O qədər abırlı , həyalı xanımdır ki, utandığından aparıcının üzünə belə baxmadan danışır.. Bir nöqtəyə zillənərək. Allah səni sevsin bəndə nə karə ki.. Sağ olsun bu proyekt sağ olsun Ramal Hüseynov. Bu cür səmimi və içdən təqdim etdiyi verilişə görə
@@mhbubm4114 Siz də utanmaz utanmaz bu rəyi yazırsız hə, xanım ???!
@@aishamursalova1824 cox duwunceli mullimedi fikir vermeyin
@@kamrannezer1227 Elə insanı yandıran da odur ki, bunu deyən bir "müəllim"dir. Müəllim cəmiyyətdəki uşağların formalaşmağı üçün təkan verən əsas faktordur. Hansı ki, uşağlar evdəkilərdən çox müəllimlərdən çəkinib, onların dediklərini edər. Vay halımıza ki, gələcək üçün bu "tip" düşüncə tərzi olan dırnaq arası müəllim'lərin yetirməsi olan gənclər yetişə! Düzü heç müəllim sözünün yazılışını belə bilməyən birinin cəmiyyətə "verəcəyi faydanı" düşünürəm. Və sadəcə düşünürəm. Bundan o tərəfi yoxdur!
@@aishamursalova1824 🤔
@KukuS21 Dəstək xarakterli abunə oldum. Uğurlar!
Bir insan doğuşdan bəxtəvər olmalıdır gerisi boş.. sonradan insan bəxtəvər , xoşbəxt olmur...
Hey.r
yanlis dusuncedir mence.dogusdan insan valdeyninin betninde alin yazi yazilmir.insan herzaman her yasinda oz heyatini qurmalidir
Yo mence...
@@sahinbakisahinbaki3792 qiypýqqəqypù günü uaziza bölümAziza bölüm 9
@@coco7777c çoxu yanlış olduğumu düşündü amma o həyatı yaşamış insan bilə bilər bunu. Varlı bir evdə ata anasının prensesi olmaq başqa doğuşdan zülm çəkərək böyümək başqa bu insanlar elə həmişə zülmkeş olur. Yenədə hər kəsin fikrinə hörmətlə yanaşıram.
MENİM HEYAT YOLDAŞIM OLMASA MEN NEFESİZ GALİB ÖLEREM BU İNSANLAR KADINLARINI NECE DÖYÜB SONRA EYNİ EVDE YAŞYIRLAR ALLAH MENE BİR MELEK VERDİ HEYAT YOLDAŞIMI SONRADA 3 BALACA MELEK VERDİ MEN DÖRDÜYLE NEFES ALIRAM ELHEMDÜLİLLAH
Allah ürəyinizə görə versin
MaşhALLAH🙏
Halal olsun sizə.Belədə olmalıdı.
Allah gec tez pis insanların cəzasını verəcək mütləq.
Türkiyenin Edirne Şehrinden selamlar Aparıcı çox gözəl və səmimidir agıllı suallar verir Qadın isə çox cəsarətli və dürüst danışır. Allah Bütün darda qalan insanlara köməy olsun. İnşallah
Çox möhtəşəm layihədir təbrik edirəm sizi bu işdə başarılı oldugunuz üçün.
Aparicida reyting xatirine artig eksiy suallar vermir halal olsun
Chox abirli,hayalı,namuslu və ən əsası da chooox səmimi qadındı...Hətta uşaqlara qarşı hiss etdiklərini də danışır..Chox xöşbəxt ol bacı, rahatlıq tapmagini isteyirem bu fani dünyada.
Elə bir ölkədə yaşayırıqki 90% qadın dul qaldısa həyatı məhv olur çox pis damğalar alır çox təəssüf
Bu ölkede qadin olmaq ele bedbextlikdi.
Sizinle tam raziyam😑
Razi deyilem qeyretli qadina heckim yaxinlasa bilmez
Xoşbəxt olmaq üçün hansı ölkədə yaşamaq lazımdır?
@@yusifovayusifova deyəsən mən sizə sual verdim
Günah senin valideyinlerindedir can bacı Allah heçkime senin heyatını yaşatmasın heç bir qız qadın sınmasın üzülmesin inşallah.😔
Mən heçdə inanmıram günahkar özüdür özünə yox uşaqlara yazığım gəldi 1 qadın 4 ərə getməz süni uşaq istəməyib 4 kişi istəmək lazımdır 3 kişidən qaçıb amma zülm çəkməyinə inanmıram belələrinin dilinə inanmayın ana pis idi necə oldu yenə ananın yanına istəyirsən
Gördünüz uşaq istəyirdi bayaqdan indidə deyir uşaqları incidir alın verin hökumətə nə danışır yalandır qızıda axırda özü kimi aqresiv olur uşaqlara qarşı
Allahı böyük yaz
Məntiqlə yanaşanda xanım qarışığ danışır deyir 4 yaşımda ət götürəndə anam əziyyət verib axı 4 yaşda uşaq tək başına necə ət qazanına girər ki ac olmuşdum ikinci istemeyen ana xanımı imkanlı ailəyə verir yəni bəxtsizlik tamam başqa şeydi xırda şeyləri böyütmək başqa yenə Allah yardımçısı olsun
ÇOX SƏMİMİ QADINDIR..ALLAH KÖMƏYİ OLSUN.KAŞ HƏYATI BUNDAN SONRA YAXŞI OLSUN.
Ilk once salam alekum her vaxtiviz xeyir olsun insallah beli sizle raziyam cox semimidi bele qadinlari cox basa dusurem neyinki bu qadini butun qatinlari basa dusurem ne deyim hemise yaxsi qadina pis yoldas verir yaxsi oglana pis qadin yoldasi olur (allah komeyi olsun valla cox pis oldum)
@Zehra Tagiyeva həyatın insana nə göstərəcəyi bəlli deyil.Bir baxarsan çox xoşbəxt həyatlar bir gündü solur.Bir baxırsan Allah yol açır, bədbəxt olan bir qadın xoşbəxt olur.Allahın işini bilmək olmaz
@@kenanalizade6559 amin Rəbbim hər kəsə kömək olsunn
@@bitmishyat6873 amin
Günay xanım balalarını yığ başına onlara sevgi ver onlar sənin ürəyinin parçasıdır...vaxt gələcək onların xeyrini görəcəksiniz...sizə uğurlar!
Günay xanım oğlunuzu sevin sevgini öyrənsin, axı oğlunuz sizi döyməz, siz onu sevin oda sizi sevəcək və ana bala bağını gücləndirin.Allah sizi qorusun ana bala bağlarınızı gücləndirsin 🙏🙏🙏
Bir qadın olaraq hətta bəzilərin yaşadığıma görə səni o qədər gözəl anlayıram ki allah bəlaların versin elə kişilərin
2 qız anası olaraq hər zaman arxasında durmağa Allah ömür versin.
Bu cür verlişin niyə abunəsi bu qədər azdır?tez tez video çəkib paylaşsanız yaxşı olar.
hee
Xanım ayda 4 dəfə gedir Xəzərdən gece yarsından sonra o cədvələ gedir burdada
ona gore abune olmuramki heyata umudleri bitmiw qocalar evinden qoca deyil daniwan.qocalar evindeki qocalardan derin kederli heyat hekayesi ola bilmex
Bitsin artıq bu istismar bitsin. Qadınlarımız şiddete, tecavüze, zorakiliga meruz qalmasın.
Qadınlara yox uşaqlara
Rusiyadan izleyirik,,, Aparici Insan Semimiyyeti ile yanawir, reytinq xatirine artiq sozler yoxdur, Sorgu Cox agilli, lazimi suallarla aparilir,..Veriliwe ugurlar... Qadinsa... Cox aciq, semimi daniwir, - ne deyek Allah komek olsun!
Amin inşAllah Allah sabr versin
Anan düz deyir də , axmaq uşaq dogardin da.Malades o qaynanaya halal olsun.
@@sevdasamili1430 yox , Sevda xanim .Sizə niyə? 3 dəfə " ərə gedən" gic......a.3 dəfə itə qurda " ərə " gedir amma 1 ci ərindən süni uşaq dogmagi özünə sigişdirmir.Yəqin belə başi boş olduguna görə ana bədbəxt də qəbul eləmir də.Su meymunun bogazina çatanda balasini ayaginin altina alar.
Allahım mən yoldaşıma qarşı nə qədər şükürsüz olmuşam həyatda nə qədər pis həyat yoldaşları var imiş
Qatıla bilsəm kaşki bu verilişə məndədə nə hekayələr var allah hər zülm çəkən insanların köməyi olsun.
Yazin hekayenizi bilmiyenler oyrensin eşitsin gizlede gizlede bu gune qalib millet heckim hecneyi gizletmemelidi dunya fanidi ureyini boşalt
Yazın bizə
@@DALAN18PLUS çeklişleri niye davam etdirmirsiz ??? Hami davamin gözleyir
@@Delviyago_007 sonuncu veriliş 2 həftə öncə yayımlandı. Maliyyə problemlərinə görə mütəmadi çəkmək alınmır. Abunə olun kanala və zəng işarəsini də aktiv edin ki, verilişlər yüklənəndə sizə xəbərdarlıq gəlsin
Çox istiyerem ılk yoldaşı uzaqlara aparsın xoşbext etsın Eger oxumusansa ılk yoldaşı Bağışla onu ehtıyacı var sene 😔😔
Allah bütün qadınlarımızı xoşbəxt eləsin.Heç bir qadın əziyyət çəkməsin.Nolar ki bir dəfə də qadınlarımız xoşbəxtliklərinən danışsa desələr ki çox xoşbəxtik....
nə gözəl yorum idi..
@@Nushu813 çox sağ olun
Bunlarin hamisin sebebi qiz usaqlari əsasən təhsil almalidi.
Doğrudur ana da savadsızmış Günahın böyüyü anadadır alçaq ana alçaq polis oğraş onun qızı bunnan pis günə qalsın
Duz deyirsiz bir qadın olaraq demək istəyirəm ki butun qadınlar ali təhsilli olsun öz işləri olsun heç bir kişiyə möhtac olmasınlar.ümumiyətlə bedbext olmaqdansa ailə qurmasınlar.
Ali tehsil alib o qeder savadsiz qadinlar görduk bu həyatda. Diplom sigorta deyil.
Təhsillə savad başqa-başqa şeylərdir, şərt deyil ki təhsili olsun, olsa daha yaxşı ama təhsili olmadan da savadlı ola bilir insan. Məsələ diplom deyil. Misal üçün diplomun var ama iş tapa bilmirsənsə nə qədər təhsilli olursan ol burda artıq savad işə düşür. Savadsız insan bilmir hara yönəltsin özünü; bilmir ki xarici dil öyrənsə onun üçün daha rahat olar iş tapmaq. Məsələ sırf iş tapmaqda da deyil, tək başına bir qadının ayaqda durması üçün savad da bəs edir.
@@lunalee8857 Düzdür 😘 İndi dəb düşüb, qızıma çörək vermişəm, qız 5-6 ildir ki, Ali məktəbi bitirib, işi yoxdur, əlindən heç bir iş gəlmir, belələri ailə qurur, ata evinə qayıdır, indiki gənc oğlanlara yazıxim gəlir, bir yaxınım deyir ki, yaxşı qız yoxdur, (içi mənim qızlarım) dedim ki, qızlarin həm savadlı, həm də iş biləndirlər, dedi :-Elə olmağına elədilər, amma çox səbirsizdilər, biz belə olmamışıq.....
Dünyada hec bir kişiye uşaqlarimi ezdirmerem
Heç vaxt demə heç vaxt!
@@gecelerqaranliq9130 bəli bəli o heç vaxtı yaşamadan ölmərsiniz ,yasadiqlarimdan deye bilerem
@@hisssever6187 həqiqətən elədi məndə əvvəllər çox şeyə gülürdüm Ama hamısı başıma gəldi və gözüm açıldı artığ...yaşadığlarımdan sonra böyüdüm sankı..
Allah pis insanlara lənət eləsin. Yazığ deyil bu qadınlar analar.Öz anan yoxdu ay şərəfsiz kişi.Gör qadını necə vəziyyətə çatdırıblarki balaların bağrına basa bilmir.
QADİNLAR GUCLU OLUN Bİ TEK ALLAHDA QORXUN
Allah komeyin olsun Günay insallah her sey heyatinda yaxsi olar Allah gozel qapilar acsin sene evlatlarini cox sev onlar senin heyatinin menalaridir😔
Allah yollunu acsin bundan sonar ki heyatin yaxsi olsun cox tesirlenedim.
Can bala cox kovreldim ...Allah sebir versin Amin!
Hekayəsi çox çətin Allah kömək olsun.Gözəl bir verlişdi.Suallar çox mentiqli verilir.Və bu lahiyə Hansıki bunları filmdə görən çox gənc qıza örnək olur və görürlərki bunlar yalnız filmlərdə olmur.Heyatın gərçək üzləri((
Allah heçkimi yiyəsiz eləməsin.
Amin😢
Qadinin bexti getirmeyende getirmir.Ele qadin var ki sevgiden mehrumdu
Bele baxanda fursetden istifade etmeyib o. 10 ildir yaxsi ailede yasayib, amma deyer vermeyib. Agilsiz xanimdir.
@@radon2505 doğru ağılsız olub məncə
Allahdan size indeden sonra cox gozel gwnler arzulayira bacim.
günay xanım cox əziyyet cekib Allah köməyiniz olsun mutləq pisxoloqa gedin
Allah hec bir qadinin bextin pis getirmesin bext qara yazilibsa heyatindakilari deyismekle deyil onsuzda pis insanlarla qarsilasasan Allah sene sebir versin
Çox çətin həyatdı.Allah köməyin olsun.
Bir insan kimi çox pis oldum.Amma ən böyük səfi özün etmisən,süni mayalanmanı qəbul etməmisən,o uşaq sənin öz yoldaşından olacaqdı,başa düşməmisən.3 cü dəfə ərə getmək nə deməkdir öz səhvindir.2 sinə gedib ayrılıb, 1 ci həyat yoldaşına yenidən ərə getmək fikri ağlasığmazdı.Fikrin dogru deyil.
Düzdü mende o heyatı yaşamamışam bilmerem o ne yaşayıb insan bilmir başına ne geler o qeder xoşbext ayle olur sonradan başların oyunlar gelir düz deyirsiz 3çüncü ayle nedir bizim milete yaraşmaz ama o özünü tek kimsesiz his edib
Mence süni mayalanmani qebul etmemek dar düwüncelikdi. Indi tibb o qeder geniwlenib ki tutmayan mayani bele qiraqda tutdurub yerlewdire bilirler ana betnine. Veee ne olur olsun qadinin uwaginin öz qarnindan cixmasidi.sehv edib xanim
Ere getmek ayibdir beyem? Ele qadin varki heyati getirmir onda olsun gerek? Ele sizin kimilerin dusuncelerine gore qadinlar bedbext olur. Kisiler 5 defe evlenir ama onu bas taci edirsiz.
Siz ne danisirsiz? Suni mayalanma zinanin bir novudu. Cox uzr isteyirem basqa kisi ile yatdin ve ya basqa nufteni bedeniva yerlesdirdiler ferqi yoxdu. Eger heyat yoldasindandisa sozum yoxdu ona. Ondansa usaq evinden ehtiyaci olan usagi goturerdi. Birde zulmu goture bilmeyib deye srhvler edib. Dovlete siginsin is tapsin er lazim deyil.
Kaşki o uşağı doğardın belə həyatı yaşamazdın 😭😭😭
Nə qədər dinlənilməmiş hekayələr var... Dinlədikcə bəlkə də buna şükür edəcəyik. Analar qızlarınıza təhsil verin, onları yalnız və yalnız təhsillə güclü edəcəksiniz. Ramala da böyük təşəkkürlər. Belə aktual sosial layhələr çox önəmlidir.
Nə xoşbəxtlik yoxdu nədə xoşbəxt olan insan nədə xoşbəxt edən insan yoxdu indi ki zamanda hərşeyi pulnan ölçülər xoşbəxliklə yox
Salam mən bu xanıma qulaq asdım ayrmışam ailə qurmaq istəsə ailə qurardım and olsun
Onagore lazim deyildi 1 ci erden ayrilmag.Suni mayalanma ederdiz teki ayrilmazdiz.Tenboli qaynana ozu teklif etmiwdi.
İnsan öz həyatında düzgün qərarlar verə bilmir bəzən.Kənardan baxan daha rahat görür hər şeyi,hisslərsiz soyuq basla
Çox təsirləndim😥
İsveçdən izləyirəm bu proqramı, və çox bəyənərək izləyirəm. Aparıcı verilişi çox gözəl aparır.
Günel xanımın üzündən nur tökülür, Allah onu innən belə xoşbəxt Eləsin və çalışsın balalarına sevgi göstərsin. Hər gün onlarla dərdləşsin bir dost kimi, o zaman böyüdükdə balaları onu daha çox sevəcək. Allahdan heç vaxt ümid kəsilməz.
Ne olar .Allah xetrine bu qadina o iki usaga temennasiz bir psixoloq komek etsin hec olmaya o usaglara xatir 😞🙏
Xanim mence guclu olmalidir InşAllah bu yorumumu gorer (Ademi atasi kimi böyutmesin Sevsin sevgi öyretsin o uşağ tam basqa olacaq )
2ci riskdi vallah.Mənim bir oğlum var ama heç bir yad kişi mənim övladıma ata ola bilməz.Mən həm anası həm atasiyam.Qurban olsun milyon kişi balamın dirnagina.Umumi danismaq da duzgun deyil.Vicdanlı kisilerimiz de var.Ama men bu riske getmerem
Ама бу 3 дафа риск елийиб
Məndə vermərəm.
Əsas amil ailədəki sevgidi.Burdan Günay anaya səslənirəm güclü ol Azərbaycan qadını... Çalış övladların ana sevgisinə doya bilsin, ananın sevgisi ilə doydura bilmədiyi övladı, dünya doydura bilməz.Yarımçıq duyğularda qalar insan ömür boyu... Gerçəkləri həqiqətləti sənə heç kim göstərmədi sən yasayaraq öyrəndin həyatı bütün acıları doğruları yanlışları və sən çox güclüsən. Allaha bağlan dua et və həqiqətlərlə həyata tutunmağa çalış,nur üzlü ana. Taleyin qismətin 50%i bizim seçimlərimizdir çalış düzgün seçim edəsən.Bacaracaqsan gözəl ana!!!
Allahım sən özün Günay xanımı vəə çətinlik yaşayan xanımlara kömək ol onları öz amanında saxla şükürlər olsunki Günay xanım ümüdünü üzməyib . Allahım sizə gözəl övladlarının xoş günlərini görməyi nəsib etsin inşAllah İlahi Amin. Ən gözəl bir şeydi kiminsə dualarında olmaq. Allahım bu günnən sonra sevindirsin sizi ilahi Amin
Sevgi görmeyen,basqalarina nece sevgi ile yanaşsinki😔😔😔
Doğrudan beledir 😔
Allahım belə saf qadınları xoşbəxt et , Amin inşallah 🙏🙏🙏
Aparıcı çox səmimidi üzüdə nurludu
Allahım.. necə talelər varmış... Allah özü kömək olsun. Xanımı tanımasam belə göz yaşlarımı saxlaya bilmədim necə acı uşaqlıq,acı həyat hekayəsi.....
Qan donduran hekayədir..
İlahi bu dəhşətdi bir kişi olaraq axıra kimi dinlədim xanımı ürəyim agradi həqiqətən
Mənim anamda bu xanımın anası kimi həmişə ayrı seçkilik qoyub , məndə onu bağışlaya bilmirəm hələ də elə eliyir Bu bacıma çox yandım Allah səbr versin . Allah qalan ömrünü keşən ömründən xeyirli eləsin . Deyirlər cənnət anaların ayağı altındadı amma belə keyfiyyətsiz anaların yox
Uğurlarınız bol olsun çox gözəl vermişdi
Очень красивая женщина достойная уважения, уходите от всех найдете себя и любовь детей тебя спасет умница
İnsan sevgisiz böyüyəndə çox əzab çəkir. Amma qadın oğlumu sevə bilmirəm deyəndə çox ağladım. Kaş uşaqlar xoşbəxt ola İnşallah
Bu verilişə ürək ağrısı ilə baxdım.bu gözəl xanıma və balalarına ALLAH kömək olsun.
Offf... Cox sıxıldım.. Dehşetdi... Allah sebir versin... Cox semimi heyalı dürüst qadındı amma heyat üzüne gülmeyib... Caresizlik pis şeydi... Allah özü kömeyi olsun...
Kisiler hemise qadinlari pis yola salir kisini allah yaradib qadini qorusun cindirliq elemesin allah belelerine ceza versin
Amin valideyinleride hemcin
çox tesirli heyat hekayesidi
Dehşet tüklerim qabardı gücle dinledim
cox pis oldum bu qadinin insalah birinci heyat yoldasi komey elyer
Yoldasinda problem olub ki,qaynanasi deyib ki,eletdirek.Aciq demesede bilinir ki,bu beledi.Allah komekleri olsun hamisinin.Menimde qizim suni mayalanma ile dunyaya gelib.Amma oz yoldasimnan
Eynən . Kişidə problem olanda başqa donor olan birinin hüceyrəsi ilə mayalanma aparılır
Allah sağlıqlı ömür versin harkasa nasib olsun
3 айлыг хамиле идим, йолдашым мени чох пис дойду , гайнанам дойдурду , гозледим хамы ише гетди ве мен де чыхдым евден , о гунден басдырдым йолдашымы олду менимчун, ере гетмедим гызым олду ишледим бойутдум инди Аллаха чох шукур олсун бир невем вар . Езизим гадынлар имкан вермейин ки, сизи алчатсынлар !
Bütün faciələrin kökündə SEVGİsizlik durur...
Qadin bir defe aile qurdu ayrildi ikinci defe aile qurmasi menasizdir bu qadin sevgisiz boyuyub onuncun sevgi axdarir sevgini insanlarda axdarmaq duz deyil esasda kisilerde.Tek Allaha siqinib onu sevek onun merhemeti boyukdur sevgisi sonsuzdur.
Qadin 25 yasinda dul qalibsa inda olsunde day aile qurmasin? Kisi 70 yasinda aile qurur. Qadin insan deyil ? Biriyle munasibet qurur pozgun deyirsiz biriyle aile qurur qinayirsiz. Bes onda bu neynesin???
@@zerifeibrahimova3472 👍👍👍düzdür
Ürəyim partladı qulaq asdıqca .Yazıq qız .Niyə belə olur .Allah bəxt yazanda niyə belə yazır .Alnına yazılan tale .Cooox pis oldum
Ona görə deyillər gözəllik verincə gözəl bəxt versin Allah qız balalarımızı həmişə xoşbaxt etsin İNŞALLAH Əgər qızlar xoşbaxtsa demək ki oğlan balalarımız da xoşbaxtdır demək
Övladlarınizi xoşbəxt böyüdün.😔
Bu veriliş cox yaxşi verilişdi allah sene cox kömek lldun balalarini saxlasın heyatina kişi soxma övladlarına saril ışle onları saxla
Bu dünyada çox çətindi qadına yaşamaq( ananın uşaqa verdiyi ən böyük neymət yaxşı atadı, xüsusi ilə də qız uşaqları üçün, bu qadın özüdə sevgi görməyib diyə başqalarında o sevgini axtarıb, Allah köməyin olsun! Güclü ol, uşaqların üçün indən sonra yaşa, qalan hamısı boşdu!
Çox heyif... Günay xanım "Birinci yoldaşımla çıxıb gedərdim" deyib qəhərlənəndə yaşadığı peşmançılıq o qədər hiss olundu ki... Allah qızının ürəyinə qardaş sevgisini, ananın da ürəyinə oğul sevgisini salsın. Ən çox Adəmə yanır insan
Suni mayalanmadan elə gözəl ailələr varki bunu başa düşmədim gözəl həyatı olub ALLAH hər tərəfli qapı acıb ona nə isə insan nə edirsə özünə edir öz səhfidi
Yorumunuzu beyendim ama bir sozu yox hər kəs özu özune eləmir bezen qıraqdakılarda başqalarının həyatını ailəsini dagirdır mən iki ailəli oldum övladım olmadi qaynanam bizi ayirdi uşaga gore dedi senlikdi uşaq olmamaq düzdü ikinci ailəni qurmadım ama Allah böyükdü heç yoladaşıminda ikinci həyatinan övladı olmadı.
Heyat cox cetindi amma yasamayan insanlar qinayir qinamayin vallah mende buna oxsar hayatim var men ayrilmamisam amma cehennemi bu dunyada yasayan bir insannam men kecikmisem men o insanlarri bagislayib allaha hevale etmisem yazsam heyatim roman olar allah sebrini versin baci ureyimiz seninledi kiminse heyfini evladdan oz canindan cixan qadinlarr var
Bir qadının ən böyük mükafatı ana olmaqdır. Balalarının əlindən tutub onları özünə, özünü onlara, onları bir-birinə sevdir. Savadlı xeyirli övladı olan bir ananı heç kim əzə bilməz!
Bu aparıcı çox yaxşı aparıcıdır.Əvvəllərdə səhv etmirəmsə burc fm də diceylik edirdi.
Beli gozel temiz insandi...
Təxmini 20 il əvvəl... necə yadınızda saxlamısınız?
Həelədi 20 il düzdü .Burda nə var ki mən radio dəkisi idim və burc fm i ən çox dinləyirdim.Zaur Kamal və bu aparıcı ən çox bəyənirdim o üzdən.
@@sniolunc.sevcm.8644 burc fme aid mahni da vardi ee o vaxd.burc fm dillerde burc fm gonullerde bele bir mahni.onu bilirsizse mrne yollayin
Çoxlu evi , pulu olan insanların Allah qəlbimə rəhim endirsin bu cür çarəsiz qadınlara köməy olsunlar . Hər imkanlı 2 və ya 3 dənə belə köməksiz , çarəsiz qadınlara köməy eləsər bəlkədə bu cür bədbəxt qadınların sayı sıfra bərabər olar . Amma təsssüfffffff😔
Ele pullarina guvenen bezileridir caresiz qadinlari bedbextliye suruyen..
😪😪😪çoox dəşət həyat faciyəsi Allah sənə kömək olsun😪😪😪
Gunay baci, kewke birinci alenle yawayardin.😔💔
Canim bacı. Sen ne gözel insansan. Ağlama güçlü ol. Allah komeyin olsun.
Allah senin evvelini yox axlrlnl xeyirli etsin.gozell xanlmsan semimi sohbet alinlb baxdlm ve aqladlm.xowbext ol
Balalarlnan bir yerde.
Rəbbim kimsəyə bele bir sanssizliq verməsin 🤲
Biyere qədər insan dözür
Ey insanlar ,qınamayın!!!Allah heç bir insanı qinadigini yaşamadan həyatdan köçməyə qoymaz!!!
Birinci novbede apariciya oz derin tesekkurumu bildirirem bele movzulara toxunur,danisiq terzi,aqilli suallari,kamil baxislari adamda ruh yuksekliyi yaradir.Butun yaradici kollektive tesekkurumu bildirirem,cunki bu gun bele muzakireler gunumuzun vacib meseleleridir.Qadinlarimiza olan zorakiliq baqislanmazdir.Inanin hec cure goz yaslarimi saxlaya bilmedim Gunayin taleyine allah yardimcisi olsun
Bu verilisi erseye getiren her kese bir daha tesekkurlerimi catdiriram,belke qoyduqunuz bu sujetlere nece-nece daqilmis ailere bir yardim ede bildi
Çox təsir elədi bu hekayə mənə... 😔
Mən qadınların aciz və qorxaq olmağını heç istəmirəm . Baxmayaraq ki ,mən də qadınam .Qadınları güclü girmək istəyirəm .
Salam bu qadını niyə açıq çəkirsiz
Ana sözünü dinləməyib sonra deyir anam pisdir. 1-ci ailəsinə nankor çıxıb allahda onu cəzalandırıb.
cox dogru dediz.anasi onuncun cox gozel aile tapib verib.usag suni mayalanma olanda ne olarki.qudurub sadece.
@@aygunagayeva3146 Suni mayalanma Quranda haram sayilir.Mende olsam razi olmazdim
Ahh, Yazıq qadın Allah özü kömey olsun sənə və balalarına. Allah xeyrli bir qapı açsın inşAllah.
Биз аиледе дуняйа коз ачандан бу куне кими езийет ачлыг кормемишик дейе... Беле кадрлара баханда... Ананын гусок ет мехсулуна коре балайа дехшетли рефтары... Торпагы айагымын алтындан гачырды... СИЗ ен кучлу журналистсиниз Ченаб Рамал... Мен бир нече верлише ардынча бахырам шокдаям нелер олурмуш меним ветенимде.
ALLAH KÖMƏK OLSUN.ÇOX ACINACAQLI HƏYATDIR.KAŞ GERİ DÖNÜŞÜ OLAN YOLLAR OLARDI.KAŞ..QADIN ONSUZ DA ACİZDİ.O NƏ DEYER,BU NƏ DEYER MİNTALİTETİ İLƏ YAŞAYIB,HƏR ŞEYE DÖZMƏK MƏCBURİYYƏTİNDƏDİR QADIN..😪
məcbur deyil..
Такая передача должна быть на ТВ. Чем показывать примитивные, отупляющие, низкокачественные шоу, лучше бы эту показывали. Ведущий - профессионал!
Bu qadın ən böyük sehfini birinci ailəsindən ayrılarkən etmişdir..süni mayalanmaya razilaşmali idi..ikinci dəfə ailə quranda da səhf etdi..öncə ikinci yoldaşini yaxşıca tanımalıydı ki o uşaq dünyaya gəlməsini necə qəbul edər..qızi dünyaya gətirdi,gördü eri uşaqın qəbul etmir..taleyiyle barışıb uşaqina baxaydi..3 cu dəfə ərə getmey ne demeydi.? Üstəlik bu erindende bir övlad....onu xanım yerinə qoymuyan , deyerlendirmiyen insanlarin həyatına niye girir? Çünki dünyada heçbir kişi qadının axıtdığı bir damla göz yaşına layiq deyil..qadına məsləhətim..uşaqlarını götürüb çıx get kirayə qal işlə namusla çörək qazan ..metin ol ayaqların üstündə durmaqi bacar..verlişdə milyonların qarşısında ağlamaq acizlikdir..qadın zərif ol bilər zəif ola bilməz..mende 41 yaşındayam,iki qız övladım var yoldaşım uşaqlarımin qız olduğunu qəbul etmədi Maddi mənəvi eziyetler yaşatdı mənə..ayrıldığ..özüme məxsus evimdə var..ama mən ikinci kere ailə qurmadım..uşaqlarımı namusumla qeyrətimlə böyütdüm..gözəl sənətim var şəriəti təbliğ edirəm..bir qızım ailə qurub,biride hazırda ali məktəbdə oxuyur..mən də qadın idim xoşbext olmaq menimde haqqım idi..ama övladlarım xatirinə hər şeydən xət çəkdim peşman da deyiləm.bulari yazmaqda məqsədim özümü tanıtmaq deyildi..heyat təcrübəsi yaşamis eyni yaşda olan iki qadınin həyat hekayəsinin kimin səhf kimin doğru seçim etmeyini bilməyiniz idi.. .qızı olan xanımlara tövsiyəm...qız uşaqın böyudursunuzse ikinci kere ere getmeyi dusunmuyun..bu faciyenize səbəb ola bilər..demirəm ailə qurmuyun ..yalnız şərt əsasında..tanıdığınız kişi uşaqlı olsun kişi senin uşaqıni övladı kimi qəbul etsin Maddi qayğısını çəksin,sende kişinin uşaqlarını düzgün tərbiyəsinə baxıb əsl ana kimi sev..bu cür ailə quran cutluyler xoşbəxt ola bilərlər..yazılarımı oxuyan hər kese teşekkür edirəm.. Allah her birinizdən razı olsun ..
Чаааан, Аллах сизин комейинизде дурсун. Тек бир Аллаха гувен. Амин иншаллах
Bəyənməyənlər də yəgin ki bu xanımın həyat yoldaşı cür manyak kişilərdi
Allah köməyi olsun.Bunu dinləmək asandır.yaşamaq çətindir.Təəssüf bu cür qadına belə həyat qismət olur.
Verliş çox sambalı marifləndirici bayağı olmyan suallar tamsəmimi bir verliş
Belə talelər yox olan xoşbəxt insanları çox olan verliş olsun uğurlar
Həyatımı daniwsam dastan olar! Heç kimdən yox oz yoldaşımın elədikləri mene bu qeder ili həyatımı ele məhv elediki menim 3 balamın
Danışmaq istiyərsiniz?
@@dailya.azerbaijan Ne danışım ne deyim. 15 illik aile hayatım bir yalan imiw. Yoldaşım 10 il başqa qadınla münasibəti var imiş. Biz ise bir yalan
@@denizelizade8213 😒
@Zehra Tagiyeva bes 3 uşaq nece olsun atasız nece saxlayım onlari ?
Size nomre qoydum, amma zeng etmediniz
Hekayede bu xanim oz heyatini ozu mehv edib tessuf
Uğurlar. Belə verilişlərə ehtiyyac var