Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? - FANTASTİK QİYMƏTLƏR - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #APATV #Zaur #Xoşqədəm #Elgiz #efir #həkimlər #reklam #Medicinaaz #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
    Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? - FANTASTİK QİYMƏTLƏR - APA TV
    Azərbaycanın efir məkanında bəzi verilişlərdə həkimlərin reklam qiymətləri ilə bağlı fantastik rəqəmlər açıqlanıb. Bu barədə Medicina.az saytı araşdırma aparıb.
    Materialda qeyd olunur ki, telekanalların reklam paketindən əlavə, verilişdə qonaq kimi iştirak edən müəyyən peşə sahibləri xüsusi təqdimat üçün teleaparıcıya ödəniş edirlər.
    Məsələn, ATV telekanalında Zaur Bəxşəliyevin təqdimatı ilə yayımlanan “Bizimləsən” proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır.
    “Nanəli” proqramında isə həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.
    ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verlişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan, yəni minimum 17 min manatı ödəməyən həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.
    “Elgizi izlə” verlişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir.
    Maraqlıdır, bu reklamların aparıcılardan başqa bəhrəsini görən varmı? Ümumiyyətlə, bu cür reklamlar nə qədər effektivdir?
    Marketinq üzrə ekspert Gülşən Məmmədova düşünür ki, bu cür reklamlar indiki dövrdə effektiv sayıla bilməz.
    Ekspert özü də sadəcə maraq üçün məşhur teleproqramların birində təqdim olunan həkim haqqında araşdırma apardığını, lakin söylənilənlərə aid heç bir məlumat tapmadığını bildirib.
    Onun sözlərinə görə, internetdə həmin həkimin nə işlədiyi xəstəxana, nə iştirak etdiyi tədbirlər, nə də haqqında hansısa pasient rəyi qeyd olunmayıb.
    Sonda isə ekspert tövsiyə edib ki, istənilən peşə mütəxəssisləri öz şəxsi inkişaflarını rəqəmsal platformalarda təqdim etsinlər. Bu halda istifadəçi kütlə araşdırma etdiyi zaman yararlı məlumat toplaya biləcək, reklam olunanlar isə daha effektiv nəticə əldə edəcəklər.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 77