ENERGETİKLƏRİN PEŞƏ BAYRAMI QEYD OLUNUR
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- Azərbaycanda energetika sahəsində çalışanların peşə bayramı -Energetiklər Günü qeyd olunur. Prezident İham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncamla təsis olunan bu gün elektrik və istilik istehsalı və çatdırılmasında iştirak edən hər kəsin bayramıdır. Saday Bulqədirov da ömrünün 40 ilini bu sahəyə həsr edib. O, Bakı Energetika Texnikumunda təhsil alıb və gənc yaşlarından bu sahədə işləməyə başlayıb. Düz 24 ildir Qəbələ şəhər transformat yarımstansiyasında çalışır.
Yarımstansiyadakı bütün elektrik avadanlıqları elektrik enerjisinin istehsalı, transformasiyası, ötürülməsi və paylanması üçün nəzərdə tutulub.
Enerji sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Dövlət başçısının tapşırığı ilə Azərbaycanın elektrik energetikası sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı qarşıya qoyulan məqsədlərdən biridir. Ölkənin ayrı-ayrı bölgələrində yeni yarımstansiyalar tikilərək istismara verilir.
Azərbaycanda ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kilovoltluq yarımstansiya tikilib. Yeni 35 kilovoltluq yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-cı illərdə təqribən 5 min transformator və komplekt transformator məntəqəsi inşa olunub. 578 min dayaq quraşdırılıb, 46 min kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırlan yeni tipli elektron sayğacların sayı 1 milyon 621 min 871-ə çatıb. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9%-ə endirilib. Yeni təyin olunmuş enrgetika naziri Pərviz Şahbazov bildirib ki, energetiklərin qarşısında konkret hədəflər qoyulub. Dəyişikliklərə və islahatlara hər zaman ehtiyac var.
Peşə bayramı münasibətilə Energetika Nazirliyi, "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin kollektivləri Fəxri xiyabanda Milli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da xatirəsi hörmət və ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanına gedən energetiklər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.