DJ Tural və Əli Xəyyamın, Söhbətgahına qoşulmağı unutmayın. Biz düşünürük ki, müzakirə etdikləri mövzular Mədəni Mənəvi İntibaha daha bir təkandır. Bütün Dərəcə üzvlərini bu layihəni dəstəkləməyə çağırırıq. İntibah hər birimizdən başlayır! - th-cam.com/channels/xuyFnVvj53XOrLDXbU4vLQ.html
Qaraqanı ilk dəfə dinləməyə başlayanda 10-11 yaşlarında idim. Bilmirəm, bəlkə də daha əvvəldən idi, amma mən o yaşlardan xatırlayıram. Yadımdadı, bir gün mamama çoxdandı Qaraqanı dinləmədimiyimi və icazəsi ilə telefonundan istifadə edərək "TH-cam" a adını yazmağını istədim. Qarşıma bir neçə ay əvvəl yüklənmiş "dərzi" tracki çıxdı. Elə həmin an dinlədim, amma biraz tərzimə uyğun deyildi. Həm də anlamırdım. Dərk edə bilmirdim ki üstad gedir. Hər Məcnunun Leylisi fikrimcə heç də hər zaman insanlar olmur. Mənim Leylim də fikirlərim idi. Hansı ki bu düşüncələr uşaqlıqdan formalaşaraq indiki yaşıma qədər hələ də davam edir. Yəqin ki bir ömür boyu da mənimlə birlikdə olacaq. Zamanla böyüdüm. Mən böyüyürdüm, lakin Qaraqanın yeni trackləri çıxmırdı. O getmişdi. Bəlkə də elə dediyi kimi, gedə bildiyi üçün getmişdi. Bilmirəm. Mən böyüdükcə içimdə məni boğan, düşünməyə vadar edən fikirlərim də böyüyürdü. İçimdəki zülməti hiss etdikcə daha da yaxın olurdum bu tracklərə. Uşaq vaxtı ritmi xoşuma gəlirdi deyə dinlədiyim "Epiloq" trackini böyüdükcə anladım. Pis olurdum. TH-camdakı qışlaq albomunun altında köhnədən dinləyən Qaraqan dinləyiciləri ilə söhbətləşir, yaradıcılıq vaxtlarında yaşımın az olması ilə bağlı məyusluğumu bildirirdim. İndi də bir gecə yarısı yuxudan anidən oyanıb, bütün bunları yazmaq keçdi içimdən. İndi Qaraqan qayıtdı, həmçinin mən də böyüdüm. Sizə saatlarla nələrdənsə, kimlərdənsə yaza bilərəm, amma indi üçün sadəcə təşəkkür edirəm. Yaxşı ki qayıtdınız!
Qaraqan deyishib çoxları gebul etmek istemir ama bu jenerasyonun da Qaraqan'ı anlaması üçün bu deyishim lazım idi... ki mene göre bunuda Qaraqan fergiynen edir 😌
Qaraqanın müsahibəsində demişdi ki, hər şeyi nağıllaşdırırıq və getdikcə reallıqdan uzaqlaşırıq. Sevgini də çox böyütdüyümüz üçün ideal sevgi tapmaqda çətinlik çəkirik. Necə deyiblər "biz sevilmək istəyirik həm də sevdiyimiz tərəfindən istədiyimiz kimi sevilmək istəyirik".
İlk sevgimlə tanış olmaq səbəbimiz Qaraqan idi. 2009-2010-cu il idi. Çox həvəslə Qısaqapanma albomunu almışdım. Bir rəfiqəmə dinləməsi üçün müvəqqəti olaraq vermişdim albomu, sevdiyim şəxs də albomu onda görüb qulaq asmaq üçün götürmək istəmişdi, ondan sonra bir neçə dəfə də albomu istədi və beləcə bizim əvvəlcə qiyabi, sonra isə yaxından münasibətimiz başladı və illərlə davam etdi. Sonu ayrılıq olsa da çox xoş xatirələr qaldı geridə. Onu hələ də sevirəm mi, bilmirəm. Amma xatirəmdə ömürlük qalacaq. Hər Qaraqanın tracklarini dinlədikcə keçmiş günlər yenidən gözümdə canlanır. Qaraqan geri dönüş etdiyi trackin rəylərində gözüm onun adını axtardı, amma tapa bilmədim. Qaraqan və R... Xatirələr üçün təşəkkür ❤
Necə gözəl alınıb,ekzotik..Qaraqan bir şəkildə duyğulara toxuna bilir,nəqədər strategiyaları həmişə mən yazsamda yazılanlarıda kənardan oxuya bilsəmdə,bu mahnıları yada bu səsi yada bunu sevirəm..Nə yaxşıki gəldin Qaraqan Sənə Əfsanə edən nədir bilmirəm ama sən bir Əfsanəsən❤
"Sevgi qızmar səhrada bir qurtum sərin sudur, Sevgi tükənən ömrü yaşatmaq arzusudur Sevgi səmimiyyətdir, qayğı, əməkdir məncə. Ondan ciddi hiss mi var? Sevgidə yox əyləncə. Gerçək sevgi ürəkdən, ruhun bətnindən doğur, Gerçək aşiq nə gözə,nə də üzə bənd olur. O anlaşan ruhların tarazlıq nöqtəsidir, İlahi ucalığın vəhdət mərhələsidir." Müəllif: Ülkər Hüseynli
Çox maraqlı alınıb. Baxdıqca bitməsini istəmirsən. 3 treck də çox yaxşı alınıb. Əsas diqqətimi çəkən məqam isə 3cü treck də bütün hamının kadrda tərs durub 1 nəfərin düz durması idi. #birincidərəcə #intibah #qaraqan
Üç trackin üçü də maraqlı idi. Amma biri xüsusi idi. "Yadımda" - bu musiqini hər birimizin həsr edəcəyi bir sevgilisi və ya sevdiyi var. Mən də bunu sevdiyimə həsr edirəm. Məktəb vaxtları, hələ ürkək olan ürəyim və özünə güvənməyən mən. Bəlkə də bunlara görə o mənim xatirimdə sevgilim yox, sevdiyim kimi qaldı. Yadımda isə sadəcə səssiz uzun baxışlar oldu. Bəlkə də ən yaxşısı bu idi. Dillərimiz sussa da, gözlərimiz çoxdan bir-biri ilə danışıb, sevmişdi bir-birini. "Leylim" - həsr edə biləcəyim biri yoxdur, təəssüf ki. Bəlkə beş il bundan qabaq olardı. Beş il bundan qabaq "Leylim", indi "Leyli"-dir. Bu musiqi də məni keçmişə apardı. Onun "Leylim" olduğu vaxtlara.. "İçimdəki Zülmət" - dinləməkdə çətinlik çəkdiyim musiqi. Çox dərin hisləri olan bir trackdir. Dörd ya beşinci dəfədən sonra tam dinləyə bildim. Bu hislər mənə yad deyil. Amma hər zaman da haqqında düşündüyüm hislərdi. Hələ də özümü bu trackin dərinliklərinə enib, tam gördüyümü, anladığımı deyə bilmirəm. Ona görə də bu tracklə bağlı düşüncələrimi növbəti günlərdə bölüşəcəm. Ən çox bəyəndiyim track də məhz tam anlamadığım bu trackdir.
Millət, bu o deməkdir ki, bu ölkədə artıq keyfiyyətli işlər görməyə ürəkli olmalıyıq. Keyfiyyətli insanların toplandığı Birinci Dərəcə var. Keyfiyyətli insanları dəyərləndirən Söhbətgah, Qaraqan və Yaradıcı Birlik var. Uğurlar hər birinizə!
Azərbaycan Repinin bu qədər zirvəyə qalxması uşaqlıqdan içində olduğumuz atmosferin belə yüksəlməsi sevindirir insanı Hələ hər şey qabaqdadır Tənqid edənlər həmişə olacaq və həmişə susturulacaq🚀
Söz,Bənövşə,Bəyaz Duman,Sonuncu Aşırım,O Dünyanı Görüb Gəldim,Qızım,Yetdimi,Özümə,Yarasa,Günəşin Altında, Gecə Radiosu və kim nə bilir nə qədər belə gözəl işlər.. Qaraqanın 7 il sonraki gəlişi hamını çox təccübləndirdi,kimləri sevindirdi, kimləri narahat etdi. Qaraqanın bu möhtəşəm oyunu sətir altı sözləri və bu sözlərin dərinliyi o qədər düşünülmüş bir yaradıcılıqdırki ,indiki yaradıcılar (Azərbaycanda) belə bir iş ortaya qoymaq istəsədə, Qaraqan kimi fərqli edə bilməzlər. Məncə Qaraqanın qayıtmaqda missiası ondan ibarətdiki ,bizim cəmiyəti müsbətə doğru dəyişmək və bir şeylər qatmaq istiyir. Yarasa və Qızım tracki xüsusilə çox bəyəndim, çünki ölkədə bəlkədə minlərcə 10 minlərcə seçmə abortun qarşısınl alıb "qızım" treki, ən azından şərhlərdən görmək olur. "Yarasa" treki isə çox tamam bir başqa səviyyədir🔥,ən sevdiyim aktyor Hikmət Rəhimovun aktyorluğu ,trekin mövzusu və ən sevdiyim sətiri "2cə dəqiqə döndü 20 ilə" inanıramki bunu dərk edəcək insanlar içkinin necə bir şey olduğunu və necə bir səbəblərə gətirə biləcəyinə görə ən azından tərgitməyə çalışacaqkar. Adam kənardan baxıb dəhşətə gəlirki narkotik qurbanlarına, içki qurbanlarına "tiktok" qurbanlarına "tv'dəki məişət, ailə problemləri olan verilişlərin" qurbanına çevrilən bir cəmiyyət formalaşıb. Qaraqan bunları düzəltmək istiyir. O ki qaldı "Gecə radiosu"na çox maraqlı və fərqli bir proekt ortaya çıxıb, çox bəyəndim. Turalı görmək təəccübləndirdi, Əli Xəyyamda yer alsaydı çox maraqlı alınardı) .Söhbətgahı 1il əvvəl kəşf elədim ilk intihabımı onda yaşadım dünyaya baxışım dəyişdi, gələn biri birindən maraqlı qonaqlar, maraqlı mövzular, müxtəlif sahələrdən müxtəlif şeylər öyrəndim, çoxlu motivasiyam oldu daxili motivasiam özgüvənim artdı). Məncə bu trekdə Qaraqan sevginin 3 fərqli yöndə göstərmək istiyib. Ən bəyəndiyim hissədə 3cü hissə oldu,Çox möhtəşəm atmosferi var 🔥🔥. "Sevgi həqiqətəndə ülvidir , icazə verməməliyik ki bayağılaşsın".
Burda deyilmək istəyən odur ki, sevəndə adam kimi sevin, sonacan edin, bayağılaşdırmayın ən ülvi hisslərlə bağlı olan bu məvhumu. Ucuzluğa qaçmayın sonra peşman olarsınız. Səbrli olun demək istəyir burda. Möhkəm ol 1ci dərəcə!
İnsanların həm qaçıb,həm axtardığı bir mövzuya toxunulub. "Sevgi". İndiyə kimi kimyasını kəşf edə bilmədiyimiz amma əsrlərdir mövcud olan həmin o hiss. Turalın dediyi bayağılıq mövzusu. Günümüzdə sevgi çox bayağılaşıb,romantik mövzular haqqında danışıldıqda,filmlər bu mövzunu ekranlaşdırdıqda nəyisə izah eləməyə çalışdıqca çox insana "cringe" gəlir. Kitablarda oxuyub altını xətlədiyimiz sözləri real həyatda kimlərdənsə gördükdə,eşitdikdə ətimiz tökülür.İnsan olaraq bəzən həmin o ülvi hissi qəbul etmirik,amma halbuki bizi insan kimi tamamlayan hisslərdən ən birincisidi sevgi:)
Tural onu ən yaxşı anlayanlardan biridir! Gecə radiosudan 3 hədiyyə, yaxşı idi, dinlədim yenə dinləyəcəm, mənə hər zaman mənalar önəmlidir çünki. Bu gecəni ülvi sevgiyə həsr edək əgər həqiqətən varsa. Sağol dost.
Çox qeyri adi , maraqlı bir proyekt alınıb , əllərinizə sağlıq. Radio verlişi, yazılan şərhlər, ( pis yorum yazanların w - ilə yazmasından) tutmuş hərşey çox gözəl incə ayrıntısına qədər düşünülüb , halaldı😌
Sevgi insanın hiss etdiyi ən Ali və ən təhlükəli hissdir məncə. Fərqi yoxdur bu sevgi bir şəxsə,bir əşyaya,bir heyvana və s aid olsun. İnsan bir şeyi həqiqətən sevərsə ona görə hərşeyi etməyə hazır olur. Və bu da sevginin ən təhlükəli halıdır. Kənardan nə qədər məsum görünsə də sevgi insanın özünə qarşı ən müdafiəsiz hissidir. Nə qarşısını ala bilir, nə istədiyi yönə çevirə bilir. İnsan sevgini yox sevgi insanı idarə edir... 🖤
Bir sevgi vardır ki,nə keçmişdə,nə indi,nə də gələcəkdə unudulmur. Hər zaman var,əbədi var. Əbədi sözü sizi aldatmasın,əbədi o deməkdir ki, tanrının var ola biləcəyi yerdir. Nə indi,nə sonra deyil ən üst qatdan indini,əvvəli,sonranı izləyən tanrı "əbədi" deyilən o yerdən izləyir bizi. Sevginində əbədi olduğu yer var. Səbəbsiz,təmənnasız olan sevgi,sizi sevsinlər deyə deyil,siz sevirsiniz deyə var olan və əbədiləşən sevgidir ki,əsl sevgidə budur. Sevgi ilə qalın,qalmağı bacarın.
Bu formatı bəyəndim. Açığı, hər dəqiqəsinə nəsə yazmaq istədiyim formatdadı. "Söhbətgah"a da keçmək bu videodan sonra artıq, hardasa, şərt kimi idi, şəxsən. Mövzuya gəldikdə, sevgi. Bu çox dərin və fərqli bir hissdir. İnsanlar bununla bağlı fərqli fikirlərə sahib ola bilir. Son vaxtlar hər cür hissin adının sevgi qoyulduğuna çox tez-tez şahid oluram. İntiqam istəyinə belə sevgi deyildiyini görmək bir qədər qəribədir. Sadəcə romantik münasibətlərdən getmir söhbət. Axı hər cürə sevgi mövcuddur. İnsan çox şeyi sevə bilər. İnsanın yaradılışı belə sevgi ilə başlayır. İslamiyyətdə inanlar belə deyilir: "Allah bizi əvvəl sevdi, sonra yaratdı." Deməli, təməlimiz budur. Yarasa oyuncağını görmək də məni sevindirdi, klipdəki hekayəsi onu şirinliyinin yanında çox mənalı edir. Bütün fikirlərimi eyni rəydə yığmaq biraz uzun olsa da, yazacam. Ən sevdiyim isə "içindəki zülmətin" oldu. Burdan sonrasını yazmaq bir qədər qorxuducudur, şəxsən. Çünkü səmimi hislərimi və fikirlərimi yazacam. Bu, mənim üçün, bir qədər təhlükəlidir. Buna baxmayaraq, yazacam. Digər mahnıları yüngül bir təbəssümlə dinləsəm də, bu mahnını dinlıyərkən ağlamamaq üçün özümü saxlamalı oldum. Anamla telefonda danışırdıq, belə görməyini istəmədim. Telefonu söndürəndə isə özümü saxlaya bilmədim. Bu mahnı mənə heç var olmamış və, böyük ehtimalla, heç var olmayacaq bir adamı xatırlatdı. Bu adam tipajı, xəyalı (hansı ki mənə hüzur verirdi və bu xəyalı qurmaq tükənmək bilməyən kədərimdən qaçmağıma kömək idi) incikli bir dövrdən qalmadır. Bu mahnı isə onun dilindən, ağlından keçəcəyi tərzdədi. Açığı, bu mövzu o qədər qarışıqdır ki zehnimdə, tam mənası ilə yazıb danışa bilmirəm. Lakin ucu o qədər farqli yerlərə uzanan bir şeydir ki.... Mən elə bilirdim ki, keçən il Aprel gecəsində o göz yaşları sonrası qalxdım və yoluma davam elədim. Amma indi bu mahnıda anlayıram ki keçmiş, keçsəm belə uzanacaq və uyğun bir vaxtda ayaqlarıma dolanacaq. Axı şəxsi tariximiz də bizim bir parçamızdır. Bir mahnıda da deyildiyi kimi: "bu qayıqla bu dənizi çıxa bilmədim." Yenə də düşünürdüm, öz gücümlə üzsəm, bəs edər. Uzaq başı bu dənizdə yorulub batacam. Amma sınmış qayıqların parçaları mən üzdükcə mənə çataraq dərimə batır, bunu təxmin eləmirdim. Bu cümlələr, bəlkə də, kiməsə gülməli gələcək. Çünkü qaçmağa yeri bu cür tapmamış insanların bu hissiyatı anlamayacağını bilirəm. "Yaranı ələ salar yaralanmamış olan." Dinləyərkən hansı hissləri keçirtdiyimə gələndə isə, məncə, artıq məlum olur. Son olaraq "ruh məhəbbəti" mövzusuna qayıdıb bu rəyi sonlandırmaq istəyirəm. Ruh sonsuz olandı, ona görə də varlığımızda bütünlüklə uca olandı. Bir kitabda birinin digərinə: "Ruhum", deyə səsləndiyini görmüşdüm. Onda bunun nə qədər müqəddəs bir səsləniş olduğunu düşünmüşdüm. "Ürəyim, canım, həyatım", vəsair vəilaxır kimi səslənişlər gözəl olsa da: "ruhum", demək, sonsuzluğuna aid eləmək, məncə, sevginin ən gözəl və ən saf göstəricisidir. Sonsuz yerdən verilən sevginin özü də sonsuzdur. Bura kimi oxumuş hər kəsə təşəkkürlər. #dərəcə
Bu məncə sənətkarın güc göstərişidir və seçimlər etdiyini göstərir. Qaraqan trendə və böyük kütləyə təsir edə biləcək bayağı mövzular əvəzinə bizi intibaha aparacaq, uzun müddətli hədəflər üçün çalışır. Təşəkkürlər, bəy!
İndi yazacağım yazılara vəsilə olmanız çox xoş oldu bu qəribə, maraqlı və bəzən iç titrədən musiqi silsiləli proyektiylə. Bir növ qaranlığa, gecəyə doğru içimi tökməyim bəlkə də yaxşı hiss etdirər. Normalda bunu susaraq edərdim, fəqət mənə ruhumun sərhədlərini aşmış qədər yaxın olan bir ruhdaşıma demək də ən az susmaq qədər rahatlaşdırıcı bir şey olmalıdı. Sevgi.. əslində o qədər fərqli fərqli formalarda yaşanır ki. Fərqləndirmək üçün eşq, məhəbbət kimi kəlimələrdən istifadə edərik bəzən, amma bunlar da yetməz ki. bəlkə də hər yaşanan sevgi hər bir individual şəxs kimi fərqlidi bir birindən. Sadəcə ifadə etmək çətinləşər, adlandırmağa çalışarıq. Bir kəliməylə ümumiləşdirərik. Amma necə ki, fərqli motivləri mənimsəmiş şəxslər bir birindən necə də fərqli dünyalar yaşayarsa, başqasının həyatına daxil olanda müxtəlifliyi iliklərinə qədər hiss edirsənsə sevgi də elə.. sığmaz sözlərə, cümlələrə. Mən yenə də sevgi deyə ifadə edəcəm, əslində adı belə olmayan bəzi duyğuları. Sevgi, təsvirsiz bir şeydi, hiss etmək olur ancaq. Yaşayanda anlayırsan. Əgər ki, saf sevgidən danışırıq, digər gördüyümüz və şahidi olduğumuz "sevgi" anlayışlarından uzaq duraraq davam etməliyik məncə. Sevgi, birinin orasına burasına dalmaq deyil. Sevgi deyən zaman ağıla "sevgili" sözü düşməsi də deyil. Və sevgili olmaq üçün min bir oyundan çıxmaq da deyil. Mütləq də münasibətə ad vermək də deyil. Sevgi, üzünə baxaraq sevirəm deyib arxasından min cür işlər çevirmək də deyil. Nə vaxtsa əməl etməyəcəyin sözləri vermək də deyil, yalandan gözünün içinə baxıb hiss etmədən səni sevirəm demək də deyil. İndi gələk nə olduğuna, bunları yaxın keçmişdə yaşamış biri olaraq ifadə etmək qəribə hiss etdirir, yenə də.. Sevginin səbəbi olmur birincisi, məqsədi olmur, hədəfi olmur, kordu, tamamilə kordu. Sevgi iliklərinə qədər hiss etməkdi, bəzən anlamasan belə üşüyəndə üşüdüyünü, sevinəndə sevindiyini, ağlayanda ağladığını hiss etməkdi. Gözünü görməsən də, camalını görməsən belə bir mələk kimi onu xəyal etməkdi. Yanında olmaq.. bəzən cismən alınmır, ruhən olursan. Kənar şəxsə sevgi haqqında danışan zaman, yanında olmadan əlindən tutan zaman əlini hiss etdiyini, sarılan zaman bədənini hiss etdiyini, gülən zaman gözlərini hiss etdiyini, hətta öpən zaman yanaqlarını belə hiss etdiyini izah edərkən qarşındakının heç nə anlamadığı halda sənin uşaq kimi gülməyindi sevgi. Bunlar bir bədəndə bütövləşməkdi. Bir ruhda bütövləşməkdi. Bütövləşmək sevgini təşkil edir, ümidləri yaradır, inamı yaradır. Bir bütöv olaraq həyatına davam edirsən, "mən", "sən" anlayışı olmur, yerini "biz"ə verir. Bir olduqları müddətcə insan olmağa davam edərlər artıq. Sevdikləri müddətcə insan olmağa davam edirlər. Nə yaşasalar belə, nə qədər ayrı olsalar belə hər yerə baxanda onu görməkdi sevgi, hər mahnıda onu hiss etməkdir sevgi. Gördüklərini gördüyünü hiss etməkdi sevgi. Xəyalında daima onu yaşatmaqdı sevgi, nə qədər yorğun olsan da, başına min cür oyun açsalar da yanında olduğu zaman dərin və içdən təbəssüm etməkdi sevgi. Ayrı qaldıqları zamanda inanmaq, güvənmək.. xəyalına belə xəyanət etməməkdi sevgi. Heç bir şübhə olmadan inanmaq, fədakarlıqdır. Sevgi fədakarlıqdır. Bəzən onun yaxşılığını düşünmək ancaq, onu yaxşı hiss etməsini istəmək, özünü unutmaq, fədakarlıq yaradır, sevgi yaradır. Girişini möhkəmlətmədən, özəyinə keçdim. Əslində saf sevgi qarşılıqsız sevməkdi.. qarşılıqsız sevərkən əzab çəkməməkdi, hətta bunu o demişdi.. sevildiyi üçün deyil də, sevdiyi üçün onun yanında qalmaqdır sevgi. Çox dərin tilsimdir. Saf hisslərlə.. o içindəki saflığa, uşaqlığa təslim etməkdi özünü. Sevmək uşaqlıqdı, nağıllara inanmaqdı, möcüzələrə inanmaqdı. Uşaqca oynamaq və xəyal etməkdi. Yəqin ki, ən uca hissdi. Yaşadığımız ölkə çox çətindi. Çox ağrılar, çox əzablar vəd edir. Neçə neçə, neçə növ parçalanan həyatlar, qırıq tökük olunan ürəklər var çevrəmizdə. Gəzirik yolda, amma hər yandan bir yaşanmışlıq yağır. ucuz və ya ifadə olunmaz. Bəzi yaşantılar üzərində fərqindəliyi olmayan biriləri üçün indi deyəcəklərimi anlamaq çətin olar yəqin. Elə həyatlar var ki, insanlar tərəfindən nə zülmətlərə qərq olunan, nə ağrılara zəncirlərlə bağlanan. Necə gözəl ifadə edir axı ruhdaş.. "xeyirlə şərin, ağ ilə qaranın arasında boz bir şəhər sakinləri; yarı mələk, yarı cinlər.." Sözümün canı odur ki, bəzi insanlara sizlər qədər rahat olmur yaşamaq, burda bu mesajı görmək haqqı verilməyən biriləri də var hardasa; qaranlıqda, bir küncdə, məhbus kimi əzab çəkən, Qaraqanın gəlməsindən xəbəri belə olmasına haqqı verilməyənlər də.. Bu mövzulara çox girməyəcəm. Düşünürəm ki, Qaraqanın missiyalarından biri də elə budu və səhnəni ona buraxmaq lazımdı. Qırılan qəlblərin, məhv olan həyatları xilas etmək.. Bu böyük bir fədakarlıqdı, bəlkə elə bu da sevgidi.. mütləq elə qızla oğlan olsun? bir ruhani və bir cəmiyyət. Qısacası qoruyun özünüzü, sevginizi, uşaqlığınızı. Məhv olunmasına icazə verməyin, yaşama göstəricilərinizi sıfıra endirsələr belə, sürünsəniz belə fədakarlıq etməyi əsirgəməyin. Əgər inanırsanızsa ki, bu əsl sevgidi, izah olunmaz, bir dost bir ruhdaş kimi bir ömür keçirə biləcəyiniz biridi, o zaman əzab çəkməyi çox görməyin, illərinizi də alsa, dəyərlərinizi də alsa. inanın ki, zirvəyə çatdığınızda hər şey çox daha şirin gələcək, bütün ağrılar, bütün acılar. Dediyim kimi o qədər fərqli sevgi yaşantıları var ki, mən kitab da yazsam bura mütləq ki, toxuna bilməyəcəyim mövzular olacaq. Bir qədər uzaq məsafəli sevgini base alaraq ümumiləşdirməyə çalışdım, siz də artıq fərqli formalarda ifadə edərsiniz. Hər kəs öz yaşadığı qədərindən danışsa bəs edər. Ağ və qaralarla belə olsa çox gözəl bir portret çıxar yəqin ki. Bu yazdıqlarımla çox mesajlar da ötürdüyümü düşünürəm, içimi də tökməyə vəsilə oldu. ona görə nə xoş. təkrar da qeyd etmək istəyirəm.. həyat fırçalarınızı paylaşacaq birini tapmısızsa, nə zamansa aranıza insanların, illərin, yaşantıların, ayrılıqların girməsinə icazə verməyin. tutun əlindən, sarılın və bunun necə müqəddəs bir şey olduğunu dərk edin. arada bir birlərini sevdikləri halda, bunları yaşaya bilməyənlər olduğunu da düşünün və bir daha nə qədər şanslı olduğunuzu anlamağa çalışın. Çünki o birlikdəlik, o bütövlük hər şeyin ən zirvəsidi, həyatınız qanlar savaşlar böhran içərisində belə olsa, hər şeyin gül açaraq gözəlləşəcəyi bir andı. Sevin, sevilin, fədakarlıq edin.. Ayrıca, qırılıb tökülmüş bütün qəlblərə, məhv olan bütün həyatlara xilas və hər şeyin ən gözəlini arzulayıram. Sevgilər.. Son olaraq, 3 parça da çox dərindən təsir etdi. Elə yuxarda bəhs etdiyim kimi.. bütün proyektin böyüklüyündən əlavə, sevgini birdən daha fazla formada ifadə etmək çox incə nöqtədi. Daha fazla yaşantıya, daha çox qəlbə təmas edə bilmək üçün.. Bəlkə sevgidən sonrakı ikinci qavramsan ki, səni də bir sözlə ifadə etmək mənə çətindi.. Sadəcə çox böyük bir obrazsan.. çox böyük bir xilassan.. çoxları hələ bunun fərqində deyil və başlarına necə bir gözəllik gəldiyindən xəbərsizdirlər. Sənə də sevgilər, ruhdaş.. Son olaraq da, yəqin görmərsən bu yazıları amma həm keçmiş, həm indiki, həm gələcək nurum.. gücsüzlüyümə görə bağışla, səni çox sevdim, çox sevirəm, çox sevəcəm.. ən böyük dostum və ruhdaşım doğum günün mübarək olsun.. 🌷💙
Mən illərdiki həyatımı musiqiyə bağlamışam və bununla yaşayıram. Əvvəla bu üç trekin hər birinin çox fərqli mənalarda və gözəllikdə olduğunu demək istəyirəm. Bu günə qədər Azərbaycanda sevgiyə heç kim tərəfindən baxılmayan bir baxış bucağından baxır bu mahnılar. Mənə ən çox təsir edən “İçindəki zülmətin” treki oldu. Şərhimin əvvəlində də dediyim kimi mən həyatımı musiqiyə bağlamışam. Bu trekdə əsl Azərbaycan musiqisindən, namələrdən, əsintilər var və bu mənim içimi isidir. Məna olaraq da insanın nə qədər ali bir varlığ olduğunu bu aliliyin ,bu mürəkkəb təfəkkürə malik olmağın əslində necə çətin olduğunu bir daha anladım. (Qeyd: ola bilər ki Elxan bəyin burda göstərdiyi məna tamam fərqlidir ama mən musiqinin dərinliyində bu mənanı hiss etdim, ki məsələ gördüyünüz kimi yenə də bu ali varlığın- insanın öz beynində həll olur, çünki biz əslində hər şeyi beynimizdə şüurumuzda daşıyırıq ama müəyyən frekanslar var ki o saxladığımız şeyin fərqinı varaq) Uşaqlığımdan bəri sizi dinləyirəm Qaraqan♾️✨
Yenə QaraQan və yenə yaradıcılıq. Ümumilikdə 3 parçanın 3-də xoşuma gəldi. Amma əsasən 3 cü parça çox xoşuma gəldi. Musiqidə back Vocaldaki qız səsi ayrı bir atmosfer mükəmməllik verir🤌🏻 20 Dəqiqəlik bir film. Filmdə eşq və məhəbbətdən danışılır. Bu trackdə olan məhəbbət təəssüf ki, artıq mövcud deyil, Ölüb. QaraQanında dediyi kimi Sevgi Yoxdur! (Varsada görmək qismət olmayıb) Gördüm bu filmdə hər hansı göndərmələr və ya köhnə trackləri işarə edən əşyalar. Məsələn, Yarasa oyuncağı❤ Həqiqətəndə möhtəşəmdi. Uğurlar QaraQan. Biz sənə dəstəyik. İnanıramki öz idealogiyanı tam şəkildə Azərbaycan Gəncliyinə izah edə biləcəksən🖤
Bayağı sözünün özü belə "bayağı"laşıb bu cəmiyyətdə. Qaldıki mahnılar, mövzusu keçən ülvi hissin sözlərlə ifadə edilə bilməyəcək qədər gözəl və qarmaşığ olduğunu deyə bilərəm. Gecəniz xeyirə..
Ülvi bir sevgi ...Aşik Ruhların rəqsi...İlahi bir hissin bu gün yox olması....gəncliyə daha bir səmimi mesaj ....Bu Qaraqan əzəmətidir!Möhtəşəmsən Qaraqan!!!Var ol!!❤
Qaraqan, ilk öncə hər üç mahnı əsrarəngizdir. Dinlədikcə bir-birilə olan incə bağları kəşf etmək mənə zövq verir. Bu bağları izah etmək çətin olacaq. Ən xoş gələn Leylim oldu. Birincisi ona görə ki, musiqisi içimi titrətdi. İkincisi bu mahnının sözlərində həm ənənəvi repə yaxın tərz, həm də 'ruhlanmış' Qaraqanı eşitdim. Last but not least, qəm çalarları daha üstün idi - şəxs olaraq mənə daha yaxın olan bir hiss. İnanıram ki, tək mənə yox bütün xalqa yaxın hiss. Qaldı ki, mahnıları dəlib keçən və bir-birinə bağlayan o ipə - məncə bu köklərə bağlılıqdır. Musiqilərin hər üçündə milli türk 'səs'ləri eşidirəm. Bəlkə də buna ad verməmək daha yaxşıdır, sadəcə olaraq köklərə sadiqlik deyək. Sevgi mövzusunu üzdən, yəni kişi qadın sevgisinə limitlənmiş halda təqdim etməmisən. Ortada daha çox gəldiyin yerə, arasından çıxdığın insanlara, xalqa olan sevgiyə işarə var. Yadımdadırda sən hələ təzə ayrılmısan o insanlardan/yerlərdən və xoş xatirələrlə xatırlayırsan. Leylimdə artıq öz həqiqətini tapmısan və uzaqda olsan da xalqını sevdiyini, əslində heç vaxt yalnız buraxmayacağını anlamısan. Ruhlanmısan. Sonuncuda isə bir anlıq yarasalıq eləmisən və hər kəsi baş-ayaq görsən də səninlə eyni halda olan o xalqı düz görürsən (ağrıları ilə rəqs edən o qız). Yenə də deyirsən ki, səni zülmətinlə, yaralarınla sevirəm. Nəysə. İzah etmək çətindir, ancaq hiss etmək çətin deyil. Bu təcrübəni bizə yaşatdığın üçün sağ ol! Tural, sən də sağ ol, bu təcrübənin vacib hissəsi idin :)
Isden gel yorgun esebi.Istedadin icinde parlayaraq bogulub qalmis biri kimi mecbur dozursen.Gece tupurub her seye novbeti gune bashlayacaqsan. Ve birden bele bir gozel 20 deqiqe qarsina cixir.Bedenin dincelir.Arzularina qovusursan ozun kimiler ile bir nece deqiqe eyni alemde beraber nefes alirsan.Gozel heyat budur amma tessuf yene seher acilacaq.Tesekkur edirem Qaraqan...
Ən maraqlı şərhə xüsusi hədiyyə varmış, hədiyydən çox nə olduğunu bilmək istədiyimə əminəm...sanki hədiyyənin nə olduğunu bilmək, o incə düşüncəni duymaq özündən dəyərliymiş kimi gəldi. Mahnılara gələndə isə üçü də insanın ruhuna toxunur. Mənim indiki duyğularımın tərifini isə "yadımda" mahnısı verdi çünki mən hal hazırda onu yaşayıram və bu qədər incə izah.... təşəkkür edirəm, Qaraqan. Nifrətə çevrilə bilən "sevgi" bizim bildiyimiz "sevgidir" elə hər şey qaydasındadır..... #yadımda #Leylim #içindəkizülmətin #gecəradiosu #birincidərəcə #intibah #söhbətgah
İnsan ruhunun dərinliklərinə xitab edirsən Qaraqan, treklərinin hər cümləsində , keçmişini, hisslərini tapan insanlar var. Uzaqda olsanda, bizim yaxın dostumuzsan. Bizdənsən, bizləsən.💙
Qaraqan hərkəs üçün eyni şeyi ifadə etmir. Kimisi üçün yarımçıq ailə, kimisi üçündə qovuşulması mümkün olmayan sevgi-məhəbbət. Qaraqan mənim üçün tək yazıçı, sənətkar deyil. Vicdanıma, illərlə içimdə basdırdığım hisslərimə toxunan yeganə insandı. İntibah sənsən Qaraqan. 🍷
Hisslərimi mən də içimdə bastırmağa çalışırdım❤️🩹 amma anladım ki bu yaxınlarda, hissləri üzə çıxarmaq lazımdır. Yaxşı ya da mənfi, fərqi yoxdur. Hisslər basdırıldıqca daha çox ziyan verir☹️
Elxan təşəkkür hər şeyə görə, çəkdiyin əziyyətə görə. Səhər saat 6-a işləyib hələ də yata bilmirəm çünki ruhum qidalanır və doymur. Bu illər ərzində o qədər ac qalıb ki, indi bu ruhuma işləyən tracklər sanki məni mənə qaytarır. Təşəkkürlər birdaha əməyi keçən hər kəsə!
Mən Qaraqanı 9 yaşımdan dinləyirəm qardaşim sayəsində. Ona görə hər şeyi Qaraqanin səsi kitablari ilə öyrənmişəm. Ən xoşbəxt animda da ən pis animda da o mənim yanimda olub. Bir çoxumuzda da belədir. Ona görə bizə fanatsiz deyiləndə çox əsəbləşirəm. Çünki o bizim vaxt olub ailəmiz, dostdumuz, düşmənimiz, yoldan keçən biri, sadə bir adam, ustarimiz, həqiqəti deyən biri, ilk sevgimiz, qisacasi hər şeyimizdir. Ona görə ailəmdən başqa heç kim Qaraqan ola bilməz mənim üçün. Yaxşiki var❤
Məhəbbət, çox Ali bir mərtəbədir. Və Qaraqanın bu münasibətə fəlsəfi tərəfdən yanaşması isə, həqiqətən də heyrətamizdir mənim üçün. Hamısı ayrı-ayrılıqda gözəl olsa da… - “İçindəki Zülmətin” adlı mahnı, daxilimdə ayrı bir yer aldı.
İlk qulaq asanda telefonda qulaq asdım. İkinci dəfə qulaqcığı götürdüm təkrar qulaq asanda bölmələri açdım ki ancaq Qaraqana oxuyan hissələrə qulaq asım. Amma Turalın da danışığı çox xoşuma gəldi 2 ci və 3 cü dəfə də qulaqcıqla tam acıra qədər qulaq asdım
İnsanın ruhu dincəlir.Musiqi,səs,sözlər hər biri ayrı-ayrılıqda möhtəşəm idi.Mənə maraqlı gələn ikinci bir detal "gecə radiosu" idi.Bilmirəm Azərbaycanda bu tərz program var ya yoxdur.Əgər yoxdursa yeni bir lahiyə kimi məncə youtubeda öz yerini almalıdır.Təsəvvürü belə gözəldir.Gecə radiosu bəlkədə bacarıqlı gənclərə bir pilləkən rolunu daşıyar.
DJ Tural və Əli Xəyyamın, Söhbətgahına qoşulmağı unutmayın. Biz düşünürük ki, müzakirə etdikləri mövzular Mədəni Mənəvi İntibaha daha bir təkandır. Bütün Dərəcə üzvlərini bu layihəni dəstəkləməyə çağırırıq. İntibah hər birimizdən başlayır! - th-cam.com/channels/xuyFnVvj53XOrLDXbU4vLQ.html
Əlbəttə.#dərəcə
Onsuzda ordayıq dost❤
Səni orda gözləyirik Elxan ❤❤
❤
#Respect QQ❤
20 dəqiqəlik konsert, 20 dəqiqəlik masterpiece!
Yenə Qaraqan,Yenə fərqli tərz,yenə ruha yaxın mövzular
Sadecə möhtəşəmdir bu şəxs bir ümmandır❤
Yara izlərindən bilinir,
Qəlbindəki həsrətin
Sadəcə möhtəşəm!
*Baxmadan bəyəndim*
Bunu saxladim gecə dinləyəcəm...
Qaraqanı ilk dəfə dinləməyə başlayanda 10-11 yaşlarında idim. Bilmirəm, bəlkə də daha əvvəldən idi, amma mən o yaşlardan xatırlayıram. Yadımdadı, bir gün mamama çoxdandı Qaraqanı dinləmədimiyimi və icazəsi ilə telefonundan istifadə edərək "TH-cam" a adını yazmağını istədim. Qarşıma bir neçə ay əvvəl yüklənmiş "dərzi" tracki çıxdı. Elə həmin an dinlədim, amma biraz tərzimə uyğun deyildi. Həm də anlamırdım. Dərk edə bilmirdim ki üstad gedir. Hər Məcnunun Leylisi fikrimcə heç də hər zaman insanlar olmur. Mənim Leylim də fikirlərim idi. Hansı ki bu düşüncələr uşaqlıqdan formalaşaraq indiki yaşıma qədər hələ də davam edir. Yəqin ki bir ömür boyu da mənimlə birlikdə olacaq. Zamanla böyüdüm. Mən böyüyürdüm, lakin Qaraqanın yeni trackləri çıxmırdı. O getmişdi. Bəlkə də elə dediyi kimi, gedə bildiyi üçün getmişdi. Bilmirəm. Mən böyüdükcə içimdə məni boğan, düşünməyə vadar edən fikirlərim də böyüyürdü. İçimdəki zülməti hiss etdikcə daha da yaxın olurdum bu tracklərə. Uşaq vaxtı ritmi xoşuma gəlirdi deyə dinlədiyim "Epiloq" trackini böyüdükcə anladım. Pis olurdum. TH-camdakı qışlaq albomunun altında köhnədən dinləyən Qaraqan dinləyiciləri ilə söhbətləşir, yaradıcılıq vaxtlarında yaşımın az olması ilə bağlı məyusluğumu bildirirdim. İndi də bir gecə yarısı yuxudan anidən oyanıb, bütün bunları yazmaq keçdi içimdən. İndi Qaraqan qayıtdı, həmçinin mən də böyüdüm. Sizə saatlarla nələrdənsə, kimlərdənsə yaza bilərəm, amma indi üçün sadəcə təşəkkür edirəm. Yaxşı ki qayıtdınız!
Qaraqan deyishib çoxları gebul etmek istemir ama bu jenerasyonun da Qaraqan'ı anlaması üçün bu deyishim lazım idi... ki mene göre bunuda Qaraqan fergiynen edir 😌
Qaraqanın müsahibəsində demişdi ki, hər şeyi nağıllaşdırırıq və getdikcə reallıqdan uzaqlaşırıq. Sevgini də çox böyütdüyümüz üçün ideal sevgi tapmaqda çətinlik çəkirik. Necə deyiblər "biz sevilmək istəyirik həm də sevdiyimiz tərəfindən istədiyimiz kimi sevilmək istəyirik".
*Bu repdən, şeirdən, mahnıdan, radyodan daha artıq birşeydir* 🖤
"Səni gətirir gözə görünməz ipləri talehin
Alın yazım ilişir düyününə sənin"
🤍🖤
İlk sevgimlə tanış olmaq səbəbimiz Qaraqan idi. 2009-2010-cu il idi. Çox həvəslə Qısaqapanma albomunu almışdım. Bir rəfiqəmə dinləməsi üçün müvəqqəti olaraq vermişdim albomu, sevdiyim şəxs də albomu onda görüb qulaq asmaq üçün götürmək istəmişdi, ondan sonra bir neçə dəfə də albomu istədi və beləcə bizim əvvəlcə qiyabi, sonra isə yaxından münasibətimiz başladı və illərlə davam etdi. Sonu ayrılıq olsa da çox xoş xatirələr qaldı geridə. Onu hələ də sevirəm mi, bilmirəm. Amma xatirəmdə ömürlük qalacaq. Hər Qaraqanın tracklarini dinlədikcə keçmiş günlər yenidən gözümdə canlanır.
Qaraqan geri dönüş etdiyi trackin rəylərində gözüm onun adını axtardı, amma tapa bilmədim.
Qaraqan və R... Xatirələr üçün təşəkkür ❤
Həyat sizi bu treklərdə, bu rəylərdə birləşdirsin ✨
Nə gözəl hekayə..
🙂❤️🩹
Qaraqan yene hoqqa verir. Bir dene gel konsert ver neciye olsada gelecem. Sen supersen
Səsini eşidəndə sevinirəm. Səsin rəsmən hüzur 🤍
Necə gözəl alınıb,ekzotik..Qaraqan bir şəkildə duyğulara toxuna bilir,nəqədər strategiyaları həmişə mən yazsamda yazılanlarıda kənardan oxuya bilsəmdə,bu mahnıları yada bu səsi yada bunu sevirəm..Nə yaxşıki gəldin Qaraqan Sənə Əfsanə edən nədir bilmirəm ama sən bir Əfsanəsən❤
Bir-birini tanımayan,amma doğma insanların bir araya toplandığı yer :)❤
Sadəcə mükəmməl
Ooo
"səni gətirir qəribə ətir
tanımadığım uzaq tanışlarla bir, səni gətirir,
təsadüfi şəhərin və gecənin şəri səni gətirir"
"Sevgi qızmar səhrada bir qurtum sərin sudur,
Sevgi tükənən ömrü yaşatmaq arzusudur
Sevgi səmimiyyətdir, qayğı, əməkdir məncə.
Ondan ciddi hiss mi var? Sevgidə yox əyləncə.
Gerçək sevgi ürəkdən, ruhun bətnindən doğur,
Gerçək aşiq nə gözə,nə də üzə bənd olur.
O anlaşan ruhların tarazlıq nöqtəsidir,
İlahi ucalığın vəhdət mərhələsidir."
Müəllif: Ülkər Hüseynli
Qaraqanda belə bir şey də var . Sanki deyir ki, söylədiyimdən çox, söyləmədiyimi anla❤
Söhbətgah bu millətin brendidir💚💙
Ruhumuz səsində dincəldi,Qaraqan🤍!
Çox maraqlı alınıb. Baxdıqca bitməsini istəmirsən. 3 treck də çox yaxşı alınıb. Əsas diqqətimi çəkən məqam isə 3cü treck də bütün hamının kadrda tərs durub 1 nəfərin düz durması idi. #birincidərəcə #intibah #qaraqan
Üç trackin üçü də maraqlı idi. Amma biri xüsusi idi.
"Yadımda" - bu musiqini hər birimizin həsr edəcəyi bir sevgilisi və ya sevdiyi var. Mən də bunu sevdiyimə həsr edirəm. Məktəb vaxtları, hələ ürkək olan ürəyim və özünə güvənməyən mən. Bəlkə də bunlara görə o mənim xatirimdə sevgilim yox, sevdiyim kimi qaldı. Yadımda isə sadəcə səssiz uzun baxışlar oldu. Bəlkə də ən yaxşısı bu idi. Dillərimiz sussa da, gözlərimiz çoxdan bir-biri ilə danışıb, sevmişdi bir-birini.
"Leylim" - həsr edə biləcəyim biri yoxdur, təəssüf ki. Bəlkə beş il bundan qabaq olardı. Beş il bundan qabaq "Leylim", indi "Leyli"-dir. Bu musiqi də məni keçmişə apardı. Onun "Leylim" olduğu vaxtlara..
"İçimdəki Zülmət" - dinləməkdə çətinlik çəkdiyim musiqi. Çox dərin hisləri olan bir trackdir. Dörd ya beşinci dəfədən sonra tam dinləyə bildim. Bu hislər mənə yad deyil. Amma hər zaman da haqqında düşündüyüm hislərdi. Hələ də özümü bu trackin dərinliklərinə enib, tam gördüyümü, anladığımı deyə bilmirəm. Ona görə də bu tracklə bağlı düşüncələrimi növbəti günlərdə bölüşəcəm.
Ən çox bəyəndiyim track də məhz tam anlamadığım bu trackdir.
Qaraqann!!
Millət, bu o deməkdir ki, bu ölkədə artıq keyfiyyətli işlər görməyə ürəkli olmalıyıq. Keyfiyyətli insanların toplandığı Birinci Dərəcə var. Keyfiyyətli insanları dəyərləndirən Söhbətgah, Qaraqan və Yaradıcı Birlik var. Uğurlar hər birinizə!
Azərbaycan Repinin bu qədər zirvəyə qalxması uşaqlıqdan içində olduğumuz atmosferin belə yüksəlməsi sevindirir insanı
Hələ hər şey qabaqdadır
Tənqid edənlər həmişə olacaq və həmişə susturulacaq🚀
Söz,Bənövşə,Bəyaz Duman,Sonuncu Aşırım,O Dünyanı Görüb Gəldim,Qızım,Yetdimi,Özümə,Yarasa,Günəşin Altında, Gecə Radiosu və kim nə bilir nə qədər belə gözəl işlər..
Qaraqanın 7 il sonraki gəlişi hamını çox təccübləndirdi,kimləri sevindirdi, kimləri narahat etdi. Qaraqanın bu möhtəşəm oyunu sətir altı sözləri və bu sözlərin dərinliyi o qədər düşünülmüş bir yaradıcılıqdırki ,indiki yaradıcılar (Azərbaycanda) belə bir iş ortaya qoymaq istəsədə, Qaraqan kimi fərqli edə bilməzlər. Məncə Qaraqanın qayıtmaqda missiası ondan ibarətdiki ,bizim cəmiyəti müsbətə doğru dəyişmək və bir şeylər qatmaq istiyir. Yarasa və Qızım tracki xüsusilə çox bəyəndim, çünki ölkədə bəlkədə minlərcə 10 minlərcə seçmə abortun qarşısınl alıb "qızım" treki, ən azından şərhlərdən görmək olur. "Yarasa" treki isə çox tamam bir başqa səviyyədir🔥,ən sevdiyim aktyor Hikmət Rəhimovun aktyorluğu ,trekin mövzusu və ən sevdiyim sətiri "2cə dəqiqə döndü 20 ilə" inanıramki bunu dərk edəcək insanlar içkinin necə bir şey olduğunu və necə bir səbəblərə gətirə biləcəyinə görə ən azından tərgitməyə çalışacaqkar.
Adam kənardan baxıb dəhşətə gəlirki narkotik qurbanlarına, içki qurbanlarına "tiktok" qurbanlarına "tv'dəki məişət, ailə problemləri olan verilişlərin" qurbanına çevrilən bir cəmiyyət formalaşıb. Qaraqan bunları düzəltmək istiyir. O ki qaldı "Gecə radiosu"na çox maraqlı və fərqli bir proekt ortaya çıxıb, çox bəyəndim. Turalı görmək təəccübləndirdi, Əli Xəyyamda yer alsaydı çox maraqlı alınardı) .Söhbətgahı 1il əvvəl kəşf elədim ilk intihabımı onda yaşadım dünyaya baxışım dəyişdi, gələn biri birindən maraqlı qonaqlar, maraqlı mövzular, müxtəlif sahələrdən müxtəlif şeylər öyrəndim, çoxlu motivasiyam oldu daxili motivasiam özgüvənim artdı). Məncə bu trekdə Qaraqan sevginin 3 fərqli yöndə göstərmək istiyib. Ən bəyəndiyim hissədə 3cü hissə oldu,Çox möhtəşəm atmosferi var 🔥🔥. "Sevgi həqiqətəndə ülvidir , icazə verməməliyik ki bayağılaşsın".
🤌🤌
Nə qəşəng yazmısız😊
Yerimizi alaq🔥🔥
Qaraqanın səsini eşidəndə həyəcanlanmaq♥️
Burda deyilmək istəyən odur ki, sevəndə adam kimi sevin, sonacan edin, bayağılaşdırmayın ən ülvi hisslərlə bağlı olan bu məvhumu. Ucuzluğa qaçmayın sonra peşman olarsınız. Səbrli olun demək istəyir burda. Möhkəm ol 1ci dərəcə!
İnsanların həm qaçıb,həm axtardığı bir mövzuya toxunulub. "Sevgi". İndiyə kimi kimyasını kəşf edə bilmədiyimiz amma əsrlərdir mövcud olan həmin o hiss. Turalın dediyi bayağılıq mövzusu. Günümüzdə sevgi çox bayağılaşıb,romantik mövzular haqqında danışıldıqda,filmlər bu mövzunu ekranlaşdırdıqda nəyisə izah eləməyə çalışdıqca çox insana "cringe" gəlir. Kitablarda oxuyub altını xətlədiyimiz sözləri real həyatda kimlərdənsə gördükdə,eşitdikdə ətimiz tökülür.İnsan olaraq bəzən həmin o ülvi hissi qəbul etmirik,amma halbuki bizi insan kimi tamamlayan hisslərdən ən birincisidi sevgi:)
Tural onu ən yaxşı anlayanlardan biridir!
Gecə radiosudan 3 hədiyyə, yaxşı idi, dinlədim yenə dinləyəcəm, mənə hər zaman mənalar önəmlidir çünki. Bu gecəni ülvi sevgiyə həsr edək əgər həqiqətən varsa. Sağol dost.
Çox qeyri adi , maraqlı bir proyekt alınıb , əllərinizə sağlıq.
Radio verlişi, yazılan şərhlər, ( pis yorum yazanların w - ilə yazmasından) tutmuş hərşey çox gözəl incə ayrıntısına qədər düşünülüb , halaldı😌
Mənə çox xoş oldu,DJ turalı Qaraqanın kanalında görmək,daima gənclərə nəsə qatmağa çalışan insanları bir arada izləmək, məni sevindirdi...
Məndə onu düşünürəm. Madhouse da bu hissi yaşamışdım. Hörmət etdiyim adamlar, hamısı bir araya yığılıb.
Eynən@@safajalil
Mənə də)
Sevgi insanın hiss etdiyi ən Ali və ən təhlükəli hissdir məncə. Fərqi yoxdur bu sevgi bir şəxsə,bir əşyaya,bir heyvana və s aid olsun. İnsan bir şeyi həqiqətən sevərsə ona görə hərşeyi etməyə hazır olur. Və bu da sevginin ən təhlükəli halıdır. Kənardan nə qədər məsum görünsə də sevgi insanın özünə qarşı ən müdafiəsiz hissidir. Nə qarşısını ala bilir, nə istədiyi yönə çevirə bilir. İnsan sevgini yox sevgi insanı idarə edir... 🖤
Bu saatlarla davam etməlidir🌷
Yağ yağış gözlərinnən
Qurumuş qəlbim ləçəylər
Ruhumuz səhralara çiçəylər
Leylim
Yanağında xalları sayırdım sanki göydə ulduzları...❤
Var olan tək ilahi duyğu sevgidir, xəyanət olmasa.
Bu nəsə başqa leveldir!)
Tam basga..
Bir sevgi vardır ki,nə keçmişdə,nə indi,nə də gələcəkdə unudulmur. Hər zaman var,əbədi var. Əbədi sözü sizi aldatmasın,əbədi o deməkdir ki, tanrının var ola biləcəyi yerdir. Nə indi,nə sonra deyil ən üst qatdan indini,əvvəli,sonranı izləyən tanrı "əbədi" deyilən o yerdən izləyir bizi. Sevginində əbədi olduğu yer var. Səbəbsiz,təmənnasız olan sevgi,sizi sevsinlər deyə deyil,siz sevirsiniz deyə var olan və əbədiləşən sevgidir ki,əsl sevgidə budur. Sevgi ilə qalın,qalmağı bacarın.
sevindirici haldır ki, yeni nəsillərində qaraqan dinləmək şansı var
Bəlkədə ən dəyərli şey əlçatmaz olduğu üçün dəyərlidir
#dərəcə
#birincidərəcə
#intibah
Leylim çox gözəl alındı, hisslərin sözlərin, və sözlərin musiqi vəhdəti çox gözəl ahəng yaratdı.
Bu formatı bəyəndim. Açığı, hər dəqiqəsinə nəsə yazmaq istədiyim formatdadı. "Söhbətgah"a da keçmək bu videodan sonra artıq, hardasa, şərt kimi idi, şəxsən. Mövzuya gəldikdə, sevgi. Bu çox dərin və fərqli bir hissdir. İnsanlar bununla bağlı fərqli fikirlərə sahib ola bilir. Son vaxtlar hər cür hissin adının sevgi qoyulduğuna çox tez-tez şahid oluram. İntiqam istəyinə belə sevgi deyildiyini görmək bir qədər qəribədir. Sadəcə romantik münasibətlərdən getmir söhbət. Axı hər cürə sevgi mövcuddur. İnsan çox şeyi sevə bilər. İnsanın yaradılışı belə sevgi ilə başlayır. İslamiyyətdə inanlar belə deyilir: "Allah bizi əvvəl sevdi, sonra yaratdı." Deməli, təməlimiz budur. Yarasa oyuncağını görmək də məni sevindirdi, klipdəki hekayəsi onu şirinliyinin yanında çox mənalı edir. Bütün fikirlərimi eyni rəydə yığmaq biraz uzun olsa da, yazacam. Ən sevdiyim isə "içindəki zülmətin" oldu. Burdan sonrasını yazmaq bir qədər qorxuducudur, şəxsən. Çünkü səmimi hislərimi və fikirlərimi yazacam. Bu, mənim üçün, bir qədər təhlükəlidir. Buna baxmayaraq, yazacam. Digər mahnıları yüngül bir təbəssümlə dinləsəm də, bu mahnını dinlıyərkən ağlamamaq üçün özümü saxlamalı oldum. Anamla telefonda danışırdıq, belə görməyini istəmədim. Telefonu söndürəndə isə özümü saxlaya bilmədim. Bu mahnı mənə heç var olmamış və, böyük ehtimalla, heç var olmayacaq bir adamı xatırlatdı. Bu adam tipajı, xəyalı (hansı ki mənə hüzur verirdi və bu xəyalı qurmaq tükənmək bilməyən kədərimdən qaçmağıma kömək idi) incikli bir dövrdən qalmadır. Bu mahnı isə onun dilindən, ağlından keçəcəyi tərzdədi. Açığı, bu mövzu o qədər qarışıqdır ki zehnimdə, tam mənası ilə yazıb danışa bilmirəm. Lakin ucu o qədər farqli yerlərə uzanan bir şeydir ki.... Mən elə bilirdim ki, keçən il Aprel gecəsində o göz yaşları sonrası qalxdım və yoluma davam elədim. Amma indi bu mahnıda anlayıram ki keçmiş, keçsəm belə uzanacaq və uyğun bir vaxtda ayaqlarıma dolanacaq. Axı şəxsi tariximiz də bizim bir parçamızdır. Bir mahnıda da deyildiyi kimi: "bu qayıqla bu dənizi çıxa bilmədim." Yenə də düşünürdüm, öz gücümlə üzsəm, bəs edər. Uzaq başı bu dənizdə yorulub batacam. Amma sınmış qayıqların parçaları mən üzdükcə mənə çataraq dərimə batır, bunu təxmin eləmirdim. Bu cümlələr, bəlkə də, kiməsə gülməli gələcək. Çünkü qaçmağa yeri bu cür tapmamış insanların bu hissiyatı anlamayacağını bilirəm. "Yaranı ələ salar yaralanmamış olan." Dinləyərkən hansı hissləri keçirtdiyimə gələndə isə, məncə, artıq məlum olur. Son olaraq "ruh məhəbbəti" mövzusuna qayıdıb bu rəyi sonlandırmaq istəyirəm. Ruh sonsuz olandı, ona görə də varlığımızda bütünlüklə uca olandı. Bir kitabda birinin digərinə: "Ruhum", deyə səsləndiyini görmüşdüm. Onda bunun nə qədər müqəddəs bir səsləniş olduğunu düşünmüşdüm. "Ürəyim, canım, həyatım", vəsair vəilaxır kimi səslənişlər gözəl olsa da: "ruhum", demək, sonsuzluğuna aid eləmək, məncə, sevginin ən gözəl və ən saf göstəricisidir. Sonsuz yerdən verilən sevginin özü də sonsuzdur.
Bura kimi oxumuş hər kəsə təşəkkürlər. #dərəcə
Yadımda səni görmək arzuları və dərin hisslər
Mən onda dəqiq bilirdim kimdi yaxşılar, kimdi pislər..
Bu məncə sənətkarın güc göstərişidir və seçimlər etdiyini göstərir. Qaraqan trendə və böyük kütləyə təsir edə biləcək bayağı mövzular əvəzinə bizi intibaha aparacaq, uzun müddətli hədəflər üçün çalışır. Təşəkkürlər, bəy!
İndi yazacağım yazılara vəsilə olmanız çox xoş oldu bu qəribə, maraqlı və bəzən iç titrədən musiqi silsiləli proyektiylə. Bir növ qaranlığa, gecəyə doğru içimi tökməyim bəlkə də yaxşı hiss etdirər. Normalda bunu susaraq edərdim, fəqət mənə ruhumun sərhədlərini aşmış qədər yaxın olan bir ruhdaşıma demək də ən az susmaq qədər rahatlaşdırıcı bir şey olmalıdı. Sevgi.. əslində o qədər fərqli fərqli formalarda yaşanır ki. Fərqləndirmək üçün eşq, məhəbbət kimi kəlimələrdən istifadə edərik bəzən, amma bunlar da yetməz ki. bəlkə də hər yaşanan sevgi hər bir individual şəxs kimi fərqlidi bir birindən. Sadəcə ifadə etmək çətinləşər, adlandırmağa çalışarıq. Bir kəliməylə ümumiləşdirərik. Amma necə ki, fərqli motivləri mənimsəmiş şəxslər bir birindən necə də fərqli dünyalar yaşayarsa, başqasının həyatına daxil olanda müxtəlifliyi iliklərinə qədər hiss edirsənsə sevgi də elə.. sığmaz sözlərə, cümlələrə. Mən yenə də sevgi deyə ifadə edəcəm, əslində adı belə olmayan bəzi duyğuları.
Sevgi, təsvirsiz bir şeydi, hiss etmək olur ancaq. Yaşayanda anlayırsan. Əgər ki, saf sevgidən danışırıq, digər gördüyümüz və şahidi olduğumuz "sevgi" anlayışlarından uzaq duraraq davam etməliyik məncə. Sevgi, birinin orasına burasına dalmaq deyil. Sevgi deyən zaman ağıla "sevgili" sözü düşməsi də deyil. Və sevgili olmaq üçün min bir oyundan çıxmaq da deyil. Mütləq də münasibətə ad vermək də deyil. Sevgi, üzünə baxaraq sevirəm deyib arxasından min cür işlər çevirmək də deyil. Nə vaxtsa əməl etməyəcəyin sözləri vermək də deyil, yalandan gözünün içinə baxıb hiss etmədən səni sevirəm demək də deyil.
İndi gələk nə olduğuna, bunları yaxın keçmişdə yaşamış biri olaraq ifadə etmək qəribə hiss etdirir, yenə də.. Sevginin səbəbi olmur birincisi, məqsədi olmur, hədəfi olmur, kordu, tamamilə kordu. Sevgi iliklərinə qədər hiss etməkdi, bəzən anlamasan belə üşüyəndə üşüdüyünü, sevinəndə sevindiyini, ağlayanda ağladığını hiss etməkdi. Gözünü görməsən də, camalını görməsən belə bir mələk kimi onu xəyal etməkdi. Yanında olmaq.. bəzən cismən alınmır, ruhən olursan. Kənar şəxsə sevgi haqqında danışan zaman, yanında olmadan əlindən tutan zaman əlini hiss etdiyini, sarılan zaman bədənini hiss etdiyini, gülən zaman gözlərini hiss etdiyini, hətta öpən zaman yanaqlarını belə hiss etdiyini izah edərkən qarşındakının heç nə anlamadığı halda sənin uşaq kimi gülməyindi sevgi. Bunlar bir bədəndə bütövləşməkdi. Bir ruhda bütövləşməkdi. Bütövləşmək sevgini təşkil edir, ümidləri yaradır, inamı yaradır. Bir bütöv olaraq həyatına davam edirsən, "mən", "sən" anlayışı olmur, yerini "biz"ə verir. Bir olduqları müddətcə insan olmağa davam edərlər artıq. Sevdikləri müddətcə insan olmağa davam edirlər. Nə yaşasalar belə, nə qədər ayrı olsalar belə hər yerə baxanda onu görməkdi sevgi, hər mahnıda onu hiss etməkdir sevgi. Gördüklərini gördüyünü hiss etməkdi sevgi. Xəyalında daima onu yaşatmaqdı sevgi, nə qədər yorğun olsan da, başına min cür oyun açsalar da yanında olduğu zaman dərin və içdən təbəssüm etməkdi sevgi. Ayrı qaldıqları zamanda inanmaq, güvənmək.. xəyalına belə xəyanət etməməkdi sevgi. Heç bir şübhə olmadan inanmaq, fədakarlıqdır. Sevgi fədakarlıqdır. Bəzən onun yaxşılığını düşünmək ancaq, onu yaxşı hiss etməsini istəmək, özünü unutmaq, fədakarlıq yaradır, sevgi yaradır. Girişini möhkəmlətmədən, özəyinə keçdim. Əslində saf sevgi qarşılıqsız sevməkdi.. qarşılıqsız sevərkən əzab çəkməməkdi, hətta bunu o demişdi.. sevildiyi üçün deyil də, sevdiyi üçün onun yanında qalmaqdır sevgi. Çox dərin tilsimdir. Saf hisslərlə.. o içindəki saflığa, uşaqlığa təslim etməkdi özünü. Sevmək uşaqlıqdı, nağıllara inanmaqdı, möcüzələrə inanmaqdı. Uşaqca oynamaq və xəyal etməkdi. Yəqin ki, ən uca hissdi.
Yaşadığımız ölkə çox çətindi. Çox ağrılar, çox əzablar vəd edir. Neçə neçə, neçə növ parçalanan həyatlar, qırıq tökük olunan ürəklər var çevrəmizdə. Gəzirik yolda, amma hər yandan bir yaşanmışlıq yağır. ucuz və ya ifadə olunmaz. Bəzi yaşantılar üzərində fərqindəliyi olmayan biriləri üçün indi deyəcəklərimi anlamaq çətin olar yəqin. Elə həyatlar var ki, insanlar tərəfindən nə zülmətlərə qərq olunan, nə ağrılara zəncirlərlə bağlanan. Necə gözəl ifadə edir axı ruhdaş..
"xeyirlə şərin, ağ ilə qaranın arasında boz bir şəhər
sakinləri; yarı mələk, yarı cinlər.."
Sözümün canı odur ki, bəzi insanlara sizlər qədər rahat olmur yaşamaq, burda bu mesajı görmək haqqı verilməyən biriləri də var hardasa; qaranlıqda, bir küncdə, məhbus kimi əzab çəkən, Qaraqanın gəlməsindən xəbəri belə olmasına haqqı verilməyənlər də.. Bu mövzulara çox girməyəcəm. Düşünürəm ki, Qaraqanın missiyalarından biri də elə budu və səhnəni ona buraxmaq lazımdı. Qırılan qəlblərin, məhv olan həyatları xilas etmək.. Bu böyük bir fədakarlıqdı, bəlkə elə bu da sevgidi.. mütləq elə qızla oğlan olsun? bir ruhani və bir cəmiyyət.
Qısacası qoruyun özünüzü, sevginizi, uşaqlığınızı. Məhv olunmasına icazə verməyin, yaşama göstəricilərinizi sıfıra endirsələr belə, sürünsəniz belə fədakarlıq etməyi əsirgəməyin. Əgər inanırsanızsa ki, bu əsl sevgidi, izah olunmaz, bir dost bir ruhdaş kimi bir ömür keçirə biləcəyiniz biridi, o zaman əzab çəkməyi çox görməyin, illərinizi də alsa, dəyərlərinizi də alsa. inanın ki, zirvəyə çatdığınızda hər şey çox daha şirin gələcək, bütün ağrılar, bütün acılar.
Dediyim kimi o qədər fərqli sevgi yaşantıları var ki, mən kitab da yazsam bura mütləq ki, toxuna bilməyəcəyim mövzular olacaq. Bir qədər uzaq məsafəli sevgini base alaraq ümumiləşdirməyə çalışdım, siz də artıq fərqli formalarda ifadə edərsiniz. Hər kəs öz yaşadığı qədərindən danışsa bəs edər. Ağ və qaralarla belə olsa çox gözəl bir portret çıxar yəqin ki. Bu yazdıqlarımla çox mesajlar da ötürdüyümü düşünürəm, içimi də tökməyə vəsilə oldu. ona görə nə xoş. təkrar da qeyd etmək istəyirəm.. həyat fırçalarınızı paylaşacaq birini tapmısızsa, nə zamansa aranıza insanların, illərin, yaşantıların, ayrılıqların girməsinə icazə verməyin. tutun əlindən, sarılın və bunun necə müqəddəs bir şey olduğunu dərk edin. arada bir birlərini sevdikləri halda, bunları yaşaya bilməyənlər olduğunu da düşünün və bir daha nə qədər şanslı olduğunuzu anlamağa çalışın. Çünki o birlikdəlik, o bütövlük hər şeyin ən zirvəsidi, həyatınız qanlar savaşlar böhran içərisində belə olsa, hər şeyin gül açaraq gözəlləşəcəyi bir andı. Sevin, sevilin, fədakarlıq edin.. Ayrıca, qırılıb tökülmüş bütün qəlblərə, məhv olan bütün həyatlara xilas və hər şeyin ən gözəlini arzulayıram. Sevgilər..
Son olaraq, 3 parça da çox dərindən təsir etdi. Elə yuxarda bəhs etdiyim kimi.. bütün proyektin böyüklüyündən əlavə, sevgini birdən daha fazla formada ifadə etmək çox incə nöqtədi. Daha fazla yaşantıya, daha çox qəlbə təmas edə bilmək üçün.. Bəlkə sevgidən sonrakı ikinci qavramsan ki, səni də bir sözlə ifadə etmək mənə çətindi.. Sadəcə çox böyük bir obrazsan.. çox böyük bir xilassan.. çoxları hələ bunun fərqində deyil və başlarına necə bir gözəllik gəldiyindən xəbərsizdirlər. Sənə də sevgilər, ruhdaş..
Son olaraq da, yəqin görmərsən bu yazıları amma həm keçmiş, həm indiki, həm gələcək nurum.. gücsüzlüyümə görə bağışla, səni çox sevdim, çox sevirəm, çox sevəcəm.. ən böyük dostum və ruhdaşım doğum günün mübarək olsun.. 🌷💙
Mən illərdiki həyatımı musiqiyə bağlamışam və bununla yaşayıram. Əvvəla bu üç trekin hər birinin çox fərqli mənalarda və gözəllikdə olduğunu demək istəyirəm. Bu günə qədər Azərbaycanda sevgiyə heç kim tərəfindən baxılmayan bir baxış bucağından baxır bu mahnılar. Mənə ən çox təsir edən “İçindəki zülmətin” treki oldu. Şərhimin əvvəlində də dediyim kimi mən həyatımı musiqiyə bağlamışam. Bu trekdə əsl Azərbaycan musiqisindən, namələrdən, əsintilər var və bu mənim içimi isidir. Məna olaraq da insanın nə qədər ali bir varlığ olduğunu bu aliliyin ,bu mürəkkəb təfəkkürə malik olmağın əslində necə çətin olduğunu bir daha anladım. (Qeyd: ola bilər ki Elxan bəyin burda göstərdiyi məna
tamam fərqlidir ama mən musiqinin dərinliyində bu mənanı hiss etdim, ki məsələ gördüyünüz kimi yenə də bu ali varlığın- insanın öz beynində həll olur, çünki biz əslində hər şeyi beynimizdə şüurumuzda daşıyırıq ama müəyyən frekanslar var ki o saxladığımız şeyin fərqinı varaq) Uşaqlığımdan bəri sizi dinləyirəm Qaraqan♾️✨
Fəlsəni öyrənmək yox yaratmaq lazımdı. Və bu adam bizim ustadımızdı🖤
Yenə QaraQan və yenə yaradıcılıq. Ümumilikdə 3 parçanın 3-də xoşuma gəldi. Amma əsasən 3 cü parça çox xoşuma gəldi. Musiqidə back Vocaldaki qız səsi ayrı bir atmosfer mükəmməllik verir🤌🏻
20 Dəqiqəlik bir film. Filmdə eşq və məhəbbətdən danışılır. Bu trackdə olan məhəbbət təəssüf ki, artıq mövcud deyil, Ölüb.
QaraQanında dediyi kimi Sevgi Yoxdur! (Varsada görmək qismət olmayıb)
Gördüm bu filmdə hər hansı göndərmələr və ya köhnə trackləri işarə edən əşyalar. Məsələn, Yarasa oyuncağı❤
Həqiqətəndə möhtəşəmdi. Uğurlar QaraQan. Biz sənə dəstəyik. İnanıramki öz idealogiyanı tam şəkildə Azərbaycan Gəncliyinə izah edə biləcəksən🖤
+1
Fikirlərini bu şəkildə izah etdiyin üçün sənə də təşəkkürlər.
Baş rolda özüm də də gördük sevginin olmadığını))
💣
❤
Ən gözəl mahnı "yadımda" idii❤❤
Çoxsağol QaraQan çoxsağol yaradıcı birlik ❤
Bir-birimizi frekanslarla tapaq,İntibaha təkan verək🎧
Bayağı sözünün özü belə "bayağı"laşıb bu cəmiyyətdə.
Qaldıki mahnılar, mövzusu keçən ülvi hissin sözlərlə ifadə edilə bilməyəcək qədər gözəl və qarmaşığ olduğunu deyə bilərəm. Gecəniz xeyirə..
Ülvi bir sevgi ...Aşik Ruhların rəqsi...İlahi bir hissin bu gün yox olması....gəncliyə daha bir səmimi mesaj ....Bu Qaraqan əzəmətidir!Möhtəşəmsən Qaraqan!!!Var ol!!❤
#dərəcə
Həyat kimlər üçünsə,yalnız Qaraqandan ibarətdir.🖤
Söhbətgahı da Qaraqanı da "tanıyanda", "Həə, bax buu!" demişdim içimdən. İçimdə qalmasın, bura da yazdım 🧡
Yanağındakı xalları sayırdım sanki göydə ulduzları🌟QQ❤
Mahnılara fərq qoya bilmirəm, səbəbi isə bu insanın elədiyi hər bir işdə məna olur və hamısı da çox gözəldir.
Yenə qan yenə Qaraqan!!
Qara gözlərindən görünür içindəki zülmətin🥀
Qaraqan Uğurların Bol Olsun Yazıçım
Keçmiş olsada ortada gözəl bir sevgi olubsa əlbəttə insanın yadında xoş bir his ve xatire kimi qalır mənim Yadımda qaldığı kimi
Qaraqan fərqlilik ustasıdır.Bu insan bir xəzinədir.Qədrini bilin.
Düz.
👏👏
Qaraqan, ilk öncə hər üç mahnı əsrarəngizdir. Dinlədikcə bir-birilə olan incə bağları kəşf etmək mənə zövq verir. Bu bağları izah etmək çətin olacaq.
Ən xoş gələn Leylim oldu. Birincisi ona görə ki, musiqisi içimi titrətdi. İkincisi bu mahnının sözlərində həm ənənəvi repə yaxın tərz, həm də 'ruhlanmış' Qaraqanı eşitdim. Last but not least, qəm çalarları daha üstün idi - şəxs olaraq mənə daha yaxın olan bir hiss. İnanıram ki, tək mənə yox bütün xalqa yaxın hiss.
Qaldı ki, mahnıları dəlib keçən və bir-birinə bağlayan o ipə - məncə bu köklərə bağlılıqdır. Musiqilərin hər üçündə milli türk 'səs'ləri eşidirəm. Bəlkə də buna ad verməmək daha yaxşıdır, sadəcə olaraq köklərə sadiqlik deyək. Sevgi mövzusunu üzdən, yəni kişi qadın sevgisinə limitlənmiş halda təqdim etməmisən. Ortada daha çox gəldiyin yerə, arasından çıxdığın insanlara, xalqa olan sevgiyə işarə var. Yadımdadırda sən hələ təzə ayrılmısan o insanlardan/yerlərdən və xoş xatirələrlə xatırlayırsan. Leylimdə artıq öz həqiqətini tapmısan və uzaqda olsan da xalqını sevdiyini, əslində heç vaxt yalnız buraxmayacağını anlamısan. Ruhlanmısan. Sonuncuda isə bir anlıq yarasalıq eləmisən və hər kəsi baş-ayaq görsən də səninlə eyni halda olan o xalqı düz görürsən (ağrıları ilə rəqs edən o qız). Yenə də deyirsən ki, səni zülmətinlə, yaralarınla sevirəm.
Nəysə. İzah etmək çətindir, ancaq hiss etmək çətin deyil. Bu təcrübəni bizə yaşatdığın üçün sağ ol!
Tural, sən də sağ ol, bu təcrübənin vacib hissəsi idin :)
Yeni çıxacaq mahnıları radiodan və TV-dən gözlədiyimiz vaxtlar yadıma düşdü.
Sevgi sonsuz arzularımız qədər uzun, yuxularımız qədər möcüzəvi, ölüm və həyat kimi bilinməz bir məfhumdur! Səvmək və sevilməyiniz diləyi ilə
Yenə möhtəşəm bir iş yenə möhtəşəm musiqi və yenədə möhtəşəmlik yaradan Qaraqan🖤
Qara gözlərindən görünür
~ÍÇÍNDƏKÍ ZŰLMƏTÍN~❤🌙 Yara izlərindən bilinir ~QƏLBÍNDƏKÍ HƏSRƏTÍN~🌙❤
Qaraqanı və bu insanlara baxmaq qulaq asmaq bir zənginlikdir ..və hami zəngin ola bilməz ..
Hər üçü ayrı gözəldi🎈
Favorim içindeki zülmetin⚖️🎞️
Isden gel yorgun esebi.Istedadin icinde parlayaraq bogulub qalmis biri kimi mecbur dozursen.Gece tupurub her seye novbeti gune bashlayacaqsan. Ve birden bele bir gozel 20 deqiqe qarsina cixir.Bedenin dincelir.Arzularina qovusursan ozun kimiler ile bir nece deqiqe eyni alemde beraber nefes alirsan.Gozel heyat budur amma tessuf yene seher acilacaq.Tesekkur edirem Qaraqan...
Ən maraqlı şərhə xüsusi hədiyyə varmış, hədiyydən çox nə olduğunu bilmək istədiyimə əminəm...sanki hədiyyənin nə olduğunu bilmək, o incə düşüncəni duymaq özündən dəyərliymiş kimi gəldi. Mahnılara gələndə isə üçü də insanın ruhuna toxunur. Mənim indiki duyğularımın tərifini isə "yadımda" mahnısı verdi çünki mən hal hazırda onu yaşayıram və bu qədər incə izah.... təşəkkür edirəm, Qaraqan.
Nifrətə çevrilə bilən "sevgi" bizim bildiyimiz "sevgidir" elə hər şey qaydasındadır.....
#yadımda #Leylim #içindəkizülmətin #gecəradiosu #birincidərəcə #intibah #söhbətgah
İnsan ruhunun dərinliklərinə xitab edirsən Qaraqan, treklərinin hər cümləsində , keçmişini, hisslərini tapan insanlar var. Uzaqda olsanda, bizim yaxın dostumuzsan. Bizdənsən, bizləsən.💙
Qaraqan o qədər möhtəşəm söz sənətkarıdır ki, hər hansı bir radionun bütün mahnı listini doldura bilər..
Oy da bax belə birşey heç ağlıma gəlməzdi də. Çox maraqlı birşey yoxlayıbsız, babat ❤
"Çünki sən getdin xəyalın qaldı məndə" ❤
#birinciderece #qaraqan
Maraqlı və bir o qədər də əla konsept alınıb. Hər kəsə öz işində uğurlar!
Çünki sən getdin, amma xəyalın qaldı məndə🖤
YADIMDA🖤🇦🇿
Əllərinin istisi və qaladığımız ocağın tüstüsü də
YADIMDA🖤🇦🇿
Qaraqan hərkəs üçün eyni şeyi ifadə etmir. Kimisi üçün yarımçıq ailə, kimisi üçündə qovuşulması mümkün olmayan sevgi-məhəbbət. Qaraqan mənim üçün tək yazıçı, sənətkar deyil. Vicdanıma, illərlə içimdə basdırdığım hisslərimə toxunan yeganə insandı. İntibah sənsən Qaraqan. 🍷
Hisslərimi mən də içimdə bastırmağa çalışırdım❤️🩹 amma anladım ki bu yaxınlarda, hissləri üzə çıxarmaq lazımdır. Yaxşı ya da mənfi, fərqi yoxdur. Hisslər basdırıldıqca daha çox ziyan verir☹️
Bu arada Qaraqanla bağlı fikirlərinizlə razılaşıram🤝
Elxan təşəkkür hər şeyə görə, çəkdiyin əziyyətə görə. Səhər saat 6-a işləyib hələ də yata bilmirəm çünki ruhum qidalanır və doymur. Bu illər ərzində o qədər ac qalıb ki, indi bu ruhuma işləyən tracklər sanki məni mənə qaytarır. Təşəkkürlər birdaha əməyi keçən hər kəsə!
Musiqilərə qulaqcıqla qulaq asın. Onda tam başqa aləm olur
qara gözlərindən görünür içindəki zülmətin.
Çox sağol, Elxan... Ruhumu dincəldə bilən tək-tük insanlardan biri. "Yağır yağış" 👍
Təşəkkürlər Qaraqan və Tural. Əməyinizə sağlıq. Gözəldir.❤❤
1:55 - Yadımda
8:54 - Leylim
13:39 - İçindəki zülmətin
#qq
Hər an ağlımdasan, hər dəqiqə, hər saat. Xoş bir xatirəsən. Qaraqanın mahnılarında tapıram səni.
Mən Qaraqanı 9 yaşımdan dinləyirəm qardaşim sayəsində. Ona görə hər şeyi Qaraqanin səsi kitablari ilə öyrənmişəm. Ən xoşbəxt animda da ən pis animda da o mənim yanimda olub. Bir çoxumuzda da belədir. Ona görə bizə fanatsiz deyiləndə çox əsəbləşirəm. Çünki o bizim vaxt olub ailəmiz, dostdumuz, düşmənimiz, yoldan keçən biri, sadə bir adam, ustarimiz, həqiqəti deyən biri, ilk sevgimiz, qisacasi hər şeyimizdir. Ona görə ailəmdən başqa heç kim Qaraqan ola bilməz mənim üçün. Yaxşiki var❤
Məhəbbət, çox Ali bir mərtəbədir. Və Qaraqanın bu münasibətə fəlsəfi tərəfdən yanaşması isə, həqiqətən də heyrətamizdir mənim üçün.
Hamısı ayrı-ayrılıqda gözəl olsa da…
- “İçindəki Zülmətin” adlı mahnı, daxilimdə ayrı bir yer aldı.
İlk qulaq asanda telefonda qulaq asdım. İkinci dəfə qulaqcığı götürdüm təkrar qulaq asanda bölmələri açdım ki ancaq Qaraqana oxuyan hissələrə qulaq asım. Amma Turalın da danışığı çox xoşuma gəldi 2 ci və 3 cü dəfə də qulaqcıqla tam acıra qədər qulaq asdım
QaraQanın treckləri daha dərinlərə aparır insanı
İnsanın ruhu dincəlir.Musiqi,səs,sözlər hər biri ayrı-ayrılıqda möhtəşəm idi.Mənə maraqlı gələn ikinci bir detal "gecə radiosu" idi.Bilmirəm Azərbaycanda bu tərz program var ya yoxdur.Əgər yoxdursa yeni bir lahiyə kimi məncə youtubeda öz yerini almalıdır.Təsəvvürü belə gözəldir.Gecə radiosu bəlkədə bacarıqlı gənclərə bir pilləkən rolunu daşıyar.
ruhumun yara bandı💗
İçindəki zülmətin çox möhtəşəmdi 🖤
yadimda əllərinin istisi və qaladigimiz ocagin tustusu✨
Əməyi keçən hər kəsə dərin təşəkkürlər 🌿 əla alınıb 🎉
Qaraqanı Söhbətgahda görmək yaxşı olardı.
Ali Khayyam ilə düet də pis olmazdı. 🖤🖤🖤
Bu pis yox məncə pik olardı ❤
Aglıma ilk bu gəldi
Növbəti yeniliklərlə dolu möhtəşəm iş. Ruh dincəlir sözün əsil mənasında
Gecikdik ❤ Respect QaraQan❤
Bu zövqü bizə yaşatdığınız üçün təşəkkürlər Qaraqan, təşəkkürlər DJ Tural.