Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə SƏRT CAVAB: “Getsin...”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • “Vasif Məhərrəmli haqlıdır. Həqiqətən mənim əqli problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə, ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul olardım”.
    Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Şəhriyar Del Gerani müğənni Vasif Məhərrəmlinin onun haqqında səsləndirdiyi sərt tənqidi fikirlərə cavab olaraq söyləyib.
    Xatırladaq ki, dünən aparıcı Elgizin təqdimatında ARB kanalında efirə gedən “Səhər-səhər” proqramında müğənni V.Məhərrəmli Şəhriyarı nəzərdə tutaraq belə deyib: “Səməd Vurğundan böyük şairəm deyənin ağlında çatışmazlıq, problem var”.
    Şəhriyar Del Gerani daha sonra müğənniyə cavab olaraq aşağıdakıları qeyd edib:
    “Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir. Başda Elgiz olmaqla digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun ədəbiyyata dəxli olmadığını demişdi. İbrahim Borçalı ilə də bunu müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü toyxanalarda sağa-sola oxuyub pul qazanan müğənni dostumuza sadə bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi ona hədiyyə edəcəm. Amma siz zəng eləyin ona, səsini də yazın. “Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə, getsin, Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısına təzədən qulaq assın. Eşqlərimlə!”

ความคิดเห็น • 27

  • @mirvaxidqurbanli8881
    @mirvaxidqurbanli8881 6 ปีที่แล้ว +12

    Xalaldi dele sualari tez tez verin qoy bu savadszlari xami yaxwi tansin

  • @cerkezmemmedov1700
    @cerkezmemmedov1700 5 ปีที่แล้ว +2

    SƏMƏD VURĞUN dünyası, bəşəriyyətə nur saçan aydın səmaya bənzər. şəhriiyar del gerani dünyası, qaranlıq-zülmətli gecəyə bənzər.

  • @elgunhaciyev8740
    @elgunhaciyev8740 6 ปีที่แล้ว +4

    Kaş hamı sizi kimi savadlı olaydı Şəhriyar bəy

  • @seidalisamedzadeh6175
    @seidalisamedzadeh6175 6 ปีที่แล้ว +5

    günah müğənnilərdə deyil onlara pullar yedirdib qudurdan bizlərdədi .Vasif kimi səviyyəsizilərə pullarımızı yem edib başımıza cıxardan , sonrada millətə yuxardan aşağı baxdıran bizlərdədi . 👎👎👎

  • @omerinkanali8273
    @omerinkanali8273 6 ปีที่แล้ว +10

    Del gerani savadli adamdi. Vasif ise cuwqadi.bilsiz niye? Rus dilin qetiyyen bilmir ve bu da seviyyeymiw ki tez tez qol.qanadin qira qira rus kelmeleri soxur oz cumlesine.

  • @elshanshxaliyev3441
    @elshanshxaliyev3441 6 ปีที่แล้ว +2

    Əəə Vasif sen de,acığa düş onun sualına cavab ver.ya daaa,ged ucan quşlar mahnısına qulaq as gəl.burda nə varki?

  • @raykaraya2460
    @raykaraya2460 6 ปีที่แล้ว +4

    Semed vurguna qurban olun

  • @slalziz1101
    @slalziz1101 6 ปีที่แล้ว +3

    O şairi birinci dəfədir ğörürəm savadina heyran qaldim elə bildim mənim ürəyimi oxuyub vasufə demək istədiklərimi dedi, məndə əlavə etmək istəyirəm :vasif savadsiz, yekəxana və lovga adamdir və s.........

  • @sahnazhuseynli9488
    @sahnazhuseynli9488 6 ปีที่แล้ว +6

    Allah səni güldürsün ay Şəhriyar))))

    • @bakcellbakcell4596
      @bakcellbakcell4596 6 ปีที่แล้ว +1

      fikirler tam üreyimce oldu.Doqrudan da indi meydan exlaqsiz şou ehlinindi.Ümumiyyetle exlaqsizlarin,yaltaqlarin zamanidir. O ki qaldi Semed Vurquna o özü de H. Cavid kimi dahini tanimaq istemeyib.Edebiyyatdan uzaq hesab edib

    • @bakcellbakcell4596
      @bakcellbakcell4596 6 ปีที่แล้ว

      H. Cavidi "şarlatan" adlandirmaq olarmi?! V.Meherremli buna ne deyir?.

  • @idaida6730
    @idaida6730 6 ปีที่แล้ว +2

    Semed Vurguna çatmagin ūçūn sen ūç ömūr yaşamalisan. 😂😂😂😂😂😂Gör özūnu kimə bərabər tutur. Lap əsəbləşdime. Murdar farslarin tesiri keçib bunlara. Sularin içiblər axi.

  • @eldarmmmdov8161
    @eldarmmmdov8161 6 ปีที่แล้ว

    ŞAİR QƏM YEMƏ.
    "DƏYİŞƏR BURDADA DÖVRAN, BELƏ GETMƏZ".

  • @elzasveliyev3758
    @elzasveliyev3758 6 ปีที่แล้ว

    Aferin wair ela cavab

  • @e.fransua4621
    @e.fransua4621 6 ปีที่แล้ว +1

    SƏMƏD VURĞUN SOVET ŞAİRİ OLUB

  • @knan51
    @knan51 5 ปีที่แล้ว +1

    Səməd Vurgunu müzakirə etmək 100 faiz sənlik deyil Şəhriyar!ana dili ədəbiyyatdan 5 ala bilərsən amma şair kimi heç 0,00000000005 də deyilsən hələki.sən də şerin bozbaşısan!əgər istəyirsənsə cavab yaz məndə sənə şerdən sual verərəm,çünki sənin şerlərin S.Vurgunla deyil Elza Seyidcahan poeziyasıyla daha uygundur.

    • @cerkezmemmedov1700
      @cerkezmemmedov1700 4 ปีที่แล้ว +2

      Sizin Şəhriyar haqqında fikirlərinizə ürəkdən şərikəm. Şəhriyarın bütün "yaradıcılığı" VURĞUNUN bircə misrasına bərabər ola bilməz S.VURĞUN poeziya dünyasına nur saçdığı halda Şəhriyar poeziya dünyasını zülmətə qərq edir.

  • @user-ip9fs5nc2t
    @user-ip9fs5nc2t 6 ปีที่แล้ว

    причем бурда фарс халгы хар йерин писи яхшысы вар ман шахриярияры танымырам бир инсан кими дузгун фикрини дастаклийирам гормурук ки васифин досту кимдир ,,манаф'' манаф хардан деиркин мани хар йерда таныйырлар танынмыш хар формада инсанлар вар неча таныйырлар муганни

  • @susa--ski2515
    @susa--ski2515 6 ปีที่แล้ว +1

    Vasif haçan mügənni olub ?

  • @ar-zuba3983
    @ar-zuba3983 6 ปีที่แล้ว +2

    Semed Vurğunun Azerbaycan şeirini bilmeyen insan yoxdu ay yazıx sen get öz derdivi cek

  • @milan.fc.rossonyer4317
    @milan.fc.rossonyer4317 6 ปีที่แล้ว

    yaxsi paz qoydu amma

  • @eldareldar2108
    @eldareldar2108 6 ปีที่แล้ว

    Vasif curban seydi bunun sifetini gorende eseblesirem guya bomba oqladida osturasan basina