#Kerbela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Hüseynin qətlini kim icra etmişdir?
    Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin (Allah ondan razı olsun) qətlinin iki nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs ən-Nəxai və Şümür ibn Zil Covşəndir. İşin məsuliyyəti isə Ubeydullah ibn Ziyadın üzərinə düşürdü. Ubeydullah və Şümür Əlinin (Allah ondan razı olsun) tərəfdarlarından idilər.
    Tusi rical elmi haqqında olan kitabında Ubeydullah ibn Ziyadın Əlinin tərəfdarlarından olduğunu demişdir.
    ["Rical ət-Tusi" səh. 54, tərcümeyi hal № 120. Birinci nəşr. Heydəriyyə mətbəəsi, Nəcəf 1961. Bəhrul Ulum Muhəmməd Sadiqin tədqiqatı.]
    Ən-Nəmazi əş-Şəhrudi Şümür haqqında demişdir: "Siffin günü möminlərin əmiri Əli əleyhissəlamın qoşununda idi".
    [Alləmə Əli Namazi əş-Şəhrudi "Mustədrəkat Ilmu Rical əl-Hədis" 4/220, tərcümeyi hal № 6899. Muəssə ən-Nəşr əl-İslami, Qum hicri 1425.]
    İnsanların Hüseynin qətlinə münasibəti
    Hüseynin (Allah ondan razı olsun) qətlə yetirilməsi müsəlmanlar üçün böyük bir müsibət idi. O Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) sağ qalmış yeganə qız nəvəsi idi. O, məzlumcasına qətlə yetirilmişdir. Allah ondan və ailəsindən razı olsun. Onun qətli müsəlmanlar üçün müsibət, onun özü üçün şəhidlik, hörmət, dərəcə üstünlüyü və Allaha yaxınlıqdır. Çünki bu hadisə ilə Allah onu dəyərsiz dünyanın əvəzində əbədi axirət və nəim cənnətləri üçün seçmişdir.
    Biz deyirik ki, kaş o, Məkkədən çıxmayaydı. Ona görə həmin dövrdə böyük səhabələr onun bu işdən əl çəkməsini tələb etmişdilər. Əksinə həmin zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirərək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyana qalxması və qətlə yetirilməsinin bir çox fəsadları oldu. Belə ki, əgər o, evində otursaydı, bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o, mütləq olacaqdır.
    Bir çox peyğəmbərlərin və dəyərli insanların qətli faciə olduğu kimi, Hüseynin qətli də bir faciə idi. Peyğəmbərlərin tarixinə nəzər salsaq görərik ki, Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərin kəsilmiş başı bir nəfər zalım tərəfindən mehr əvəzi istifadə olunmuşdu. Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdi. Həmçinin Ömər, Osman və Əli kimi insanları da qətlə yetiriblər. İslamı şəriəti insanı qətlə yetirməyin nə qədər böyük günah olduğunu açıq-aşkar söyləmişdir. O cümlədən adi ölüm ilə, yaxud qətl ilə öldürülən insanların ölümünə münasibəti də açıqlamışdır. Şəriətimiz ölmüş insanın ardınca ağı deyib ağlamağı, özünü yolmağı, vay-şivən qoparmağı qadağan etmişdir. Bunları nəzərə alaraq Hüseynin qətlini fikirləşdikdə özünü döymək, sinə paltarını cırmaq və sair bu kimi əməlləri etməyin icazəli olmadığını anlayırıq. Daha dəqiq desək, bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
    "(Ölən adamın arxasınca) üzünə döyən, sinə paltarını cıran bizdən deyildir".
    ["Səhib Buxari" Kitab əl-Cənaiz, Bab leysə minnə mən şəqqə əl-Cuyub, № 1294.]
    Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
    "Mən (ölən adamın arxasınca) aği deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam".
    ["Səhih Müslim" Kitab əl-İman, № 167.]
    Digər rəvayətdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:
    "Həqiqətən ağı deyən insan Allaha tövbə etməzsə, Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir"..
    ["Səhih Müslim" Kitab əl-Cənaiz, № 934.]
    Bu cür müsibətlər anında müsəlmanın borcu Allahın təalanın buyurduğu kimi deməkdir:
    "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman:
    “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər".
    [Əl-Bəqərə: 156.]
    PAYLAŞARAQ XEYİRƏ SƏBƏB OLMAĞI UNUTMAYIN..
    / islamveheyat114
    #Kərbəla #Aşura #Hüseyn

ความคิดเห็น •