Alpman Taekvondo Klubunun Mərkəzi filialının açılış mərasimi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • İyulun 22-də “Alpman” taekvondo klubunun 4-cü filialının Maştağa qəsəbəsində açılış mərasimi keçirilib. Açılışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, taekvondoçu Fəridə Əzizova və digər qonaqlar klubda yaradılan şəraitlə tanış olublar.
    Klubun fəaliyyətinə baxış zamanı burada idmançıların məşq etmələri üçün yaradılmış şərait barədə məlumat verilib. Klubun fəaliyyəti ilə ətraflı tanış olduqdan sonra nazir Fərid Qayıbov idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib. Klubun direktoru və baş məşqçisi Zahid Nadirov dəvəti qəbul edib açılışda iştirak etdiyi üçün nazirə minnətdarlığını bildirib və cənab nazirin adı,soyadı yazılı Alpman Taekvondo Klubunun xüsusi geyimini hədiyyə edib.
    Açılış mərasimində məşqçi-müəllimlər, idmançılar və qəsəbə sakinləri də iştirak ediblər.
    Qeyd edək ki, Alpman Taekvondo Klubunun mərkəzi filialının birinci mərtəbəsi “Book cafe” kimi fəaliyyət göstərəcək. Burada idmançıların valideynləri övladlarının məşqlərini monitordan izləyə biləcək, eyni zamanda kitablar oxuyaraq, vaxtlarını daha səmərəli keçirə biləcəklər.
    İkinci mərtəbə isə taekvondo zalı kimi fəaliyyət göstərəcək. Burada idmançıların məşq etmələri üçün bütün şərait yaradılmışdır.
    #gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport #alpmantaekwondoclub #AlpmanTaekvondoKlubu #alpmanmediagroup

ความคิดเห็น •