Anar Nağılbaz feat Brilliant Dadaşova - Mən Səni Sevirəm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Albom: Zaman o zaman deyl! Rapper : Anar Cəbiyev Mən səni sevirəm Lyrics
    [Bənd 1: Brilliant Dadaşova]
    Yenə göy üzünü buludlar alıb
    Eşqim öləcək yağışda
    Bu yağış qəlbimin istehsalı
    Bağışla, gözəlim, bağışla (x2)
    [Nəqərat]
    Mən səni sevirəm
    Bu sözü sənə çoxdan demək istəyirəm
    Mən səni sevirəm, səni sevirəm
    İlk dəfə bunu söyləyirəm (x2)
    [Bənd 2: Anar Nağılbaz]
    Sən ərdəsən
    Mən göydə, sən yerdəsən
    Salmısan məni dərdə sən
    Özün də dərddəsən
    Çünki, sevirsən məni
    Ərindən xəbərsiz
    Sən pissən ya mən pis?
    Onu bilmirəm
    Tək onu bilirəm ki
    Bu gün səni gözləyirəm
    Səbrsiz, səbrsiz
    Səsinlə, nəfəsinlə
    Mənə yar olmusan
    Sənətə eşq verib, sənətinə eşq tapan sənətkar olmusan
    Sən olmusan
    Bir də bir qutu siqaret
    Mənə yar olmusan
    Səhərə qədər tet-a-tet arzular olmusan
    Bunlar köhnə nəğmələr
    Vaxt dəyişib, baxt dəyişib
    Xoş gəlmisən nəğməmə
    İkimiz bir dəfə
    Bir dənə, bir nəğmə
    Bu nəğməni bir yerdə
    Bir körpə kimi gətirdi
    Bu dünyaya
    Töhvə kimi yetirdi
    Hələ nəqarəti "sevirəm"lə başladı
    Hər bir fikirmizi sətirlərlə bitirdik
    Oxu, tərif elə, gözəl xanım
    Gözəllərin tərifi gəzər xanım
    Bu nəğməni yanğısı ilə bəzər xanım
    Ömürü-günü nəğmələr xanım
    [Nəqərat]
    Mən səni sevirəm
    Bu sözü sənə çoxdan demək istəyirəm
    Mən səni sevirəm, səni sevirəm
    İlk dəfə bunu söyləyirəm (x2)
    [Bənd 3: Anar Nağılbaz]
    Oxu sözlərimi, bax gözlərimə
    Bu qəlbdə nə qədər intim duyğular var sənə
    Yaxın dur mənə
    Öldür məni baş qoşduğuma
    Ölürəm sənin üçün, "sevirəm" de
    Bir də deginən:
    [Bənd 4: Brilliant Dadaşova]
    Səni sevirəm
    [Bənd 5: Anar Nağılbaz]
    Bir də de, birdə de mənə
    [Bənd 6: Brilliant Dadaşova]
    Səni sevirəm
    [Bənd 7: Anar Nağılbaz]
    Bir də de
    Oxu, gözəl xanım: "Mən səni sevirəm"
    [Bənd 8: Brilliant Dadaşova]
    Səni sevirəm
    [Nəqərat]
    Mən səni sevirəm
    Bu sözü sənə çoxdan demək istəyirəm
    Mən səni sevirəm, səni sevirəm
    İlk dəfə bunu söyləyirəm (x4)
    [Outro: Brilliant Dadaşova]
    Səni sevirəm

ความคิดเห็น •