Hacı Nuranın gizli sirri, Vüsalə "Azərişığ"ı biabır etdi,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2019
  • "Dünəndən olunan xəbərdarlıqla bağlı insanların 90 faizi şokdadır. Demək olar ki, əsasən də yaşlılar və uşaqlar. Anamın təkidi ilə Türkan qəsəbəsinə gəldik, bütün gün işıq üzünə həsrət qalmışıq".
    Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram hesabında yazıb. O, edilən xəbərdarlığa baxmayaraq işıq problemi ilə üz-üzə qaldığını bildirib:
    "Müraciət etmədiyimiz yer, məsul idarələr, qaynar xətt qalmadı. Heç kim baxmır,amma deyirdilər bu vəziyyətdə insanların rahatlığı təmin olunacaq. Biz dözərik, uşaqlarımız donur, yaşlılar əziyyət çəkir, bütün gün danışmadım, artıq dözmədim".
    +++
    Müğənni Şəbnəm Tovuzlu "Maşın" şouya qatılmaqdan imtina etdiyini söyləyib.
    Axşam.az-ın məlumatına görə, o, "Ən yaxşısı" verilişində xalq artisti Murad Dadaşovdan iki dəfə təklif aldığını bildirib:
    "Mənə də son iki oyunda təklif etdilər. Amma istəmədim. Evdəkilərdən heç vaxt ayrı qalmamışam. Ona görə də narahat olaram".
    +++
    Rəngarəng geyimləri ilə hər zaman gündəmdə olan aparıcı Hacı Nuran Hüseynovun daha bir özəlliyi ortaya çıxıb.
    Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı illərdir mübarizə apardığı xəstəliyinə görə tədbirli davranır. O, getdiyi məkanlarda qidalanmır. Buna səbəb isə infeksiya qapma ehtimalının yüksək olmasıdır.
    Ona görə aparıcı getdiyi bütün yerlərə şəxsi avtomobilində pəhriz yeməkləri aparır.
    Qeyd edək ki, Hacı Nuran mütəmadi olaraq Almaniyada müalicə alır. O, uzun müddətdir xərçəngdən əziyyət çəkir.
    +++
    Xalq artisti Elmira İsmayılova gəlini, əməkdar artist Dilarə Əliyeva ilə bağlı açıqlama verib.
    Axşam.az-ın məlumatına görə, aktrisa "Ən yaxşısı" verilişində bildirib ki, oğlu Oqtay Əliyev ilk vaxtlar Dilarəyə çalışmağa icazə verməyib:
    "Oqtay qoymurdu işləsin. Fikirləşdim ki, ali təhsilli, istedadlı qızdır, niyə evdə otursun? Evdə məsələ qaldırdım ki, mənimlə işləyəcək. Oqtay razılaşmadı. Axırda atası ilə mən yola gətirdik, razılaşdı. Sonra gördü ki, necə gözəl aktrisadır. Oqtay çəkdi Dilarəni öz yanına gətirdi".
    +++
    Müğənni Elvin Abdullayev sosial media hesabında efirlərə dəvət edilən qonaqlardan danışıb.
    Axşam.az-ın məlumatına görə, o, efirə çağrılan vaynerlərin zövqləri korladığını bildirib:
    "Televiziyalara nə qədər ki, senzura qoyulmayıb, cəmiyyətə yararsız vaynerlər efirə rahat şəkildə çıxıb mahnı, zövq, dəb və incəsənətdən danışacaq. Bu o deməkdir ki, Azərbaycan öz musiqisini, incəsənətini itirdi. Başın sağ olsun".
    +++
    Müğənni Əli Mirəliyevlə bağlı aparıcısı olduğu "Səhər-səhər" verilişində hamını təəccübləndirən etiraf ediblər.
    Axşam.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbər "Neçə ildir cinayətkarla veriliş aparıram. Bu adam cinayətkardır, pişiklərə divan tutur. Bu kişi manyakdır" sözlərini deyib.
    Mirəliyev də onun sözlərini təsdiqləyib və bunları söyləyib:
    "Qalxmışam yuxarı, pişiyi 9-cu mərtəbədən buraxmışam yerə. Baxıram durur gedir. Heyvansevərlər məni başa düşər ki, kişi düz deyir".
    Elgiz və verilişdə qonaq olan əməkdar artist Nahidə Orucova onun bu hərəkətini pisləyib.
    +++
    Aparıcı Rövşanə Ağasəfqızı şou-biznes nümayəndələrini tənqid edib.
    Axşam.az-ın məlumatına görə, aparıcı "Səhər-səhər" verilişində şou adamlarını mənəviyyatsız adlandırıb:
    "Şou-biznes adamlarına güvənmirəm. Bu sahənin nümayəndələrində maddiyat mənəviyyatı üstələyir. Hər sahədə bu cürləri var, amma bu, şou-adamlarında daha çox qabarıqdır. Toya, 5 manata, mahnıya görə bir-birinə badalaq gələnləri o qədər görürük ki... Onlara dost deyib güvənmək olmaz. Mən də onlardan uzaq dururam".
    +++
    Xəbər verdiyimiz üçün, mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyla evinin ipoteka kreditini ödəmək üçün "Bizimləsən" verilişinə müraciət edib.
    Axşam.az-ın məlumatına görə, Leyla bildirib ki, 13 min borcları qalıb, ödəməsə evi şirkət satışa çıxaracaq.
    Ötən gün proqrama 2 min manat pul göndərilib. Aparıcı Zaur Baxşəliyev artıq 13 min məbləğin toplandığını bildirib. O, evin təmir olunacağını da deyib.
    Qeyd edək ki, musiqiçinin ailəsinə dəstək olanlar arasında xalq artisti Nazpəri Dostəliyeva, müğənni Səidə Sultan da yer alıb.

ความคิดเห็น • 9

  • @gunaybabayev8701
    @gunaybabayev8701 5 ปีที่แล้ว +2

    Turkanda qalr ki ?

  • @nigarmemmedova3259
    @nigarmemmedova3259 5 ปีที่แล้ว

    Sebirli Vusale xanm düzeler işıq işi

  • @salamtys1893
    @salamtys1893 5 ปีที่แล้ว +1

    Vusal a xanim aldadilarrr iwi q pulda insalariii

  • @usersalamuserrr2019
    @usersalamuserrr2019 5 ปีที่แล้ว

    oktay cox kozal insandl hallal olsun ona

  • @elnarerehimova2539
    @elnarerehimova2539 5 ปีที่แล้ว +1

    Cox pis.piwiklerle ne iwi var bunun? Gunah deyil? Seni cox isteyirdim, bundan bele nifret etdim.nece qiyirsan? Dogrudan bu eledir?😢

  • @baloglanbabayev1087
    @baloglanbabayev1087 5 ปีที่แล้ว +3

    Yeri var vusalaninda. Kayf atardım oniynan.

  • @isfendiyarbaba8515
    @isfendiyarbaba8515 5 ปีที่แล้ว

    Elgiz bu Əlini təmiz lülüsünə sarıyıb ay Elgiz Əli sizdən nə istiyirki bir yol pulusun birdəiki evinə yemək onu ver nə qədər Bu kuşini doluyursan dola.