O, Faiqlə olan övladını niyə tələf edib? - İlhamə Quliyeva haqqında şok faktlar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • Sənəti və həyatı birmənalı qəbul edilməyən sənətkardan danışacağıq. Onu sevənlərin və sevməyənlərin nisbəti yəqin ki bəlli deyildi, lakin, bəlli olan onun sənəti idi. Biri var idi, Azərbaycan incəsənətində özəl izləri qalan primaddona İlhamə Quliyeva...
    İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev və xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Sonradan onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva 1-ci sinfə Bakıda gedir. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.
    O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".
    O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmirdi. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşırdı.
    İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və orada təhsil almağa başlayır. 1962-ci ildə o Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu həmin kollektivə dəvət edir. 1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar yaranır.
    İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.
    Sənətçinin sözlərinə mahnı oxuduğu şairlər arasında Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin adları var.
    İlhamə Quliyevanın özünün dediyinə görə görə uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edərək, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.
    Təəssüf ki, müğənni yaşlandıqca əksər insanların könlündə ikrah doğuracaq açıqlamalar verir, əksər hallarda efirdə təkəbbür göstərir və bütün bunlar ona olan münasibəti haçalayırdı. Qeyri-etik ifadələri də bəzən mətbuata sıçrayırdı:
    İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onunla adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib. Və ondan iyirmi beş min manat pul alıb. Müğənni ilə uzun illər düşmən olan sənətkarlardan biri Flora Kərimova olub. Onların münaqişəsi uzun illər əvvələ gedib çıxır. Efir vasitəsi ilə onları barışdırmağa dəfələrlə cəhd olunsa da, heç nə əldə olunmayıb və İlhamə Quliyeva Flora Kərimovadan küsülü qalaraq dünyasını dəyişib. Buna baxmayaraq hər iki sənətkar bir-birlərinin sənətini yüksək qiymətləndiriblər.
    Flora Kərimovanın bu yaxınlarda verdiyi bir açıqlama isə sənət aləmini yenidən bu mövzuda heyrətə gətirdi. Xalq artisti deyir: "Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi. Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perspektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi".
    İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmiş olur. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir.
    Təəssüf ki, Xalq artistinin ölüm günü belə haqqında birmənalı fikirlər səslənmədi. Onun nəşi soyumamış lətifə deyənlər, kədərlənməmək bir yana, şadyanalıq edənlər də az olmadı.
    Ancaq şəxsiyyəti sənətlə ayırmağı bacaranlar isə, İlhamə Quliyevanı yəqin ki, daim ayrı məqamlarda xatırlayacaq.

ความคิดเห็น • 593

  • @ayidaayida3581
    @ayidaayida3581 10 หลายเดือนก่อน +49

    Səsi gözəl insanlıqdan uzaq bir insan

  • @aygulqurbanova8590
    @aygulqurbanova8590 10 หลายเดือนก่อน +38

    "Neylersen" mahnisini Ilhame xanimdan sonra oxumaq cetin meseledi, 1-2 mugenni oxudu, alinmadi.

  • @zohreyusifova7793
    @zohreyusifova7793 10 หลายเดือนก่อน +40

    Nə olursan ol birinci insan olmalısan ....

  • @EnergetikaEnergetika-uw9kl
    @EnergetikaEnergetika-uw9kl 3 หลายเดือนก่อน +21

    O vaxtlar nece gozel geyimler nece gozel sac duzumleri 😢indi lenet dolu vaxtlar illerdi

  • @sahilmustafayev.5269
    @sahilmustafayev.5269 11 หลายเดือนก่อน +80

    GORDUZ OLENDE HAMI LENET YAZDI..ALLAHSUKURDE OLENDE ELE OLACAG..YASAR NURIYEV OLENDE ISE HAMI AGLAYIRDI. 1:25

    • @renaasgerova7262
      @renaasgerova7262 10 หลายเดือนก่อน +13

      Ona lenet yazanlarin oz olusune de dirisinede min lenet olsun. Ozudeki, Allahin leneti olsun

    • @Gunes-sever
      @Gunes-sever 10 หลายเดือนก่อน

      ​@@renaasgerova7262Səndə yəqin vəkilisən

    • @user-xq2hg4ex7i
      @user-xq2hg4ex7i 2 หลายเดือนก่อน +2

      Birinci mən lənət oxuyacam Allahşükürə

    • @user-dh8wk5sj6h
      @user-dh8wk5sj6h 2 หลายเดือนก่อน +2

      Allahkusur ele sagliginda lenetlidi

    • @user-xq2hg4ex7i
      @user-xq2hg4ex7i 2 หลายเดือนก่อน

      @@user-dh8wk5sj6h 👍👍👍

  • @fatmamtbxi2582
    @fatmamtbxi2582 10 หลายเดือนก่อน +13

    Məzahir müəllimin Tükəzban xanımdan əvvəl həyat yoldaşı olub və iki qızı olub

  • @lyudmilasemedzade2440
    @lyudmilasemedzade2440 11 หลายเดือนก่อน +22

    İlhamenin sesi cox gözeldir.Sənətkarın səsi ni dinleyin Xesiyyeti bizi maraqlandırmaz.Allah her şeyi bildiyi kimi edər

  • @javadgurbanli9036
    @javadgurbanli9036 11 หลายเดือนก่อน +138

    Heç kimi günahına görə ittiham etmek olmaz. Birdən günahını bilərik, tövbəsindən xəbərimiz olmaz.

    • @gulnarmalikova2986
      @gulnarmalikova2986 10 หลายเดือนก่อน +2

      Doğrudur

    • @solmazbagirova132
      @solmazbagirova132 10 หลายเดือนก่อน +1

      düzdür.

    • @Gunes-sever
      @Gunes-sever 10 หลายเดือนก่อน +5

      Adam Allaha Allah demirdi firavundanda təkəbbürlüydü

  • @LeylaAli01
    @LeylaAli01 10 หลายเดือนก่อน +11

    Sovetlər dönəmində müğənnilər haqqında çox cüzi məlumatlar verilirdi , bu da onların hörmətini və şöhrətini stabil saxlayırdı... Sovetlərdən sonra hər şey ortalığa töküldü və sənətçilərdə adiləşməyə başladı.. O dediyim zamanlar İlhamə xanımın pərəstişkarıydım, bütün mahnılarını həvəslə zövqlə dinlərdim, təki verlişlərdə müsahibələrini, danışıqlarını, polimiklərini görənə qədər.. Allah rəhmət eləsin

    • @minayeiskenderova1278
      @minayeiskenderova1278 2 หลายเดือนก่อน +1

      Tamamilə razıyam, amma mahnılarını dinləyəndə,indinin özundə də,hər şeyi unuduram,səsinin sehri insanı alıb aparır, Allah rəhmət eləsin 🥀🥀😥

  • @besireabbasova9348
    @besireabbasova9348 10 หลายเดือนก่อน +16

    ALLAH RƏHMƏT ELƏSİON.😊

    • @mayarustemova55
      @mayarustemova55 2 หลายเดือนก่อน

      ALAH RƏHMƏT ELƏSİN .MƏNİM ÜÇÜN GÖZƏL SƏSLİ MÜGƏNİ OLUB .RUHU ŞAD OLSUN 🙏🏼🤲😪

  • @anarahmad7263
    @anarahmad7263 10 หลายเดือนก่อน +14

    məncə ,xəstə idi o ,ruhən

  • @user-vz5pl3pl5s
    @user-vz5pl3pl5s 10 หลายเดือนก่อน +43

    Allah rəhmət etsin günahsız bəndə yoxdu Allah günahlarını bağışlasın

  • @davudadil4909
    @davudadil4909 11 หลายเดือนก่อน +185

    İnsanlıqı ....qaranlıq ! Xasiyyəti göyden gedən ! Xudbin ! Özünden razı ,şovinist ! Səsi isə əvəzsiz !

    • @user-jh2py5zi6b
      @user-jh2py5zi6b 11 หลายเดือนก่อน +27

      Gözəlliyi...... zövqü.....mərdliyi.....dostluğu..SUPER 🎉

    • @vidadirehmanov5337
      @vidadirehmanov5337 10 หลายเดือนก่อน +35

      Səsi də bir qəpiklik deyildi.

    • @yeganeyegane5411
      @yeganeyegane5411 10 หลายเดือนก่อน

      Şantaj böhtan heyasızlıqla camaatı şerleyen.Tas qoyan.Tehqir eden dövlət yığan

    •  10 หลายเดือนก่อน +24

      Nə səs heçdə xoşa gələn səs deyildi

    • @peacock6115
      @peacock6115 10 หลายเดือนก่อน

      ​@@user-jh2py5zi6bmərd? Dostluğu? Onun dostu var bu yaxınlarda ilhamə dən danışırdı elza ilə ortaq dostu Həci. Onu tapın izləyin ilhamə nin nə axmaq olduğunu özünüz biləcəksiz.

  • @zuma895
    @zuma895 10 หลายเดือนก่อน +11

    Günah işlədib, neylıyib, Allah bilər. Bəlkə heç günah deyilmiş elıdikləri, siz niyə kimisə mühakimə edirsiniz, qərar verirsiniz? Bu pisdir, o yaxşıdır... bezdik daha

  • @user-ex1gy2in6z
    @user-ex1gy2in6z 10 หลายเดือนก่อน +9

    COX GÖZEL SESİ VAR ADAMIN RUHU SEVİNİR.

  • @elcinmemmedgil7110
    @elcinmemmedgil7110 10 หลายเดือนก่อน +26

    GENİ TƏRBİYƏSİ , ƏXLAQI
    ZAYDIR.

    • @user-uj9ji1um9l
      @user-uj9ji1um9l 2 หลายเดือนก่อน

      İlhame exlaqsiz terbiyesiz olmuyub insan aqzindan cixan sozun mesuliyyetini dasiyir onun genine hev kim subhe ede bilmex deqiq tanimirsan tanisaydin bu cur sozler yazmazdin her kes soylediyi fikieri ile genini terbiyesini oetaya qoyur onsuzda..

  • @user-rz5cd7el7r
    @user-rz5cd7el7r 11 หลายเดือนก่อน +15

    İlhamənin ifa etdiyi mahnıların ikinci ifaçısı yoxdur.

  • @xatirememmedova7658
    @xatirememmedova7658 10 หลายเดือนก่อน +25

    Allah rəhmət eləsin səsi gözəl idi
    Qaldı başqa məsələlərə hər kəsin öz şəxsi həyatı özünə

  • @zemfiraqarayeva4306
    @zemfiraqarayeva4306 11 หลายเดือนก่อน +36

    Heç kim heç kimi qınamaq haqqında deyil İlhamə xanım ğözəl səsə malik sənətkar müğənni idi allah rəhmət eləsin

  • @resmiyyeehmedova4145
    @resmiyyeehmedova4145 10 หลายเดือนก่อน +48

    Gözəl səsi vardı həqiqətən.Allah rəhmət eləsin

  • @fasahatelyasova6469
    @fasahatelyasova6469 10 หลายเดือนก่อน +32

    Əvəzolunmaz ifaları ilə yaddaqalan Sənətkardır! " Kaman ayrılıq nəğməsi çalır."
    Məkanı cənnət olsun!🤲🤲🌷🌷🌷🌷

  • @dhnsjshjsdhhdhsjsjd5630
    @dhnsjshjsdhhdhsjsjd5630 11 หลายเดือนก่อน +28

    Beywk senetkar. Oxuduqu mahnilari hec kim onun kimi oxuya bilmir. Allah rehmet etsin.

  • @user-lk4wy4rc8m
    @user-lk4wy4rc8m 11 หลายเดือนก่อน +31

    Allah rəhmət eləsin.Allah günahlarını bagışlasın

  • @dilsadehedova5033
    @dilsadehedova5033 10 หลายเดือนก่อน +10

    ALLAH, RƏHMƏT ELƏSİN

  • @elmanhmidov34
    @elmanhmidov34 10 หลายเดือนก่อน +20

    Flora xanımda ziyalı ailənin övladı idi seside ilhamədən üstündü ilhamənində səsi yaxşı idi amma flora qədər deyildi

    • @CineLete
      @CineLete วันที่ผ่านมา

      Flora arıya səsi ... Ya çırıldayır,ya da kişi səsi çıxarır .İlhamənin səsi daha xoßagəlimlidir və canlı oxuyur ,o birindən fərqli.......😊

    • @elmanhmidov34
      @elmanhmidov34 18 ชั่วโมงที่ผ่านมา

      @@CineLete nə qədər bilirsiniz bilmirəm flora və yaxut ilhamənin səsi haqqında floranın səsidə insanlığı da ilhamədən yaxşı olub birdə ki floranın səsi səsini pisləmək üçün səviyyəniz çatırmı .osəsin gözəlliyini anlamadan.deməyə sözüm yoxdur

    • @CineLete
      @CineLete 16 ชั่วโมงที่ผ่านมา

      @@elmanhmidov34 hansı insanlıqdan dəm vurursan e sən . Evlər yıxan flora əxlaqsız qadın olub . Ves Bakı bunu bilir . Heç rəsmi əri olmayan bir qadına nə ad vermək olar . Evlər yıxan! Yalançı, paxıl,xain ...... Onun səsi də dəysin onun başına....

  • @AA-sh1fl
    @AA-sh1fl 10 หลายเดือนก่อน +45

    Mahnilarini helede seve seve dinleyirik..eserleri ölmezdi..tekrarsizdi həqiqətəndə senet budu..ölümsuz.. Allah rəhmət eləsin

    • @senlebenn_pg8040
      @senlebenn_pg8040 10 หลายเดือนก่อน +8

      Allsh Rehmet Elesin.Gözel senetgarimiz .

    • @asyamustafayeva7162
      @asyamustafayeva7162 10 หลายเดือนก่อน +7

      Ferqli bir sesi vardı.Allah rehmet elesin.

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 10 หลายเดือนก่อน +12

    Faiq müəllimə Allah can sağlığı versin..Şah əsərləriİlhamə xanım üçün yazırdı.Kaş bir nişanəsi qalaydı.

  • @helimekerimova5571
    @helimekerimova5571 10 หลายเดือนก่อน +20

    Allah gunahlarini bagislasin ..cox gozəl səsi var ..

  • @tranhaciyeva7812
    @tranhaciyeva7812 10 หลายเดือนก่อน +2

    ❤ əla

  • @sevdakamalqizi6225
    @sevdakamalqizi6225 10 หลายเดือนก่อน +5

    Gozel senetkar.

  • @validavliyeva4524
    @validavliyeva4524 11 หลายเดือนก่อน +10

    Поспорила , стала Мирмовсумова ,на несколько дней Не надо из нее строить мисс очарование Она была бандерша ,у Хаджи Мамедова

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 11 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @resmiyyealiyeva670
    @resmiyyealiyeva670 10 หลายเดือนก่อน +89

    O öləndən musiqidə çaqqallar artıb

    • @leylapirmemedova5287
      @leylapirmemedova5287 10 หลายเดือนก่อน +28

      Elə çaqqalın öndə gedəni özü olub

    • @ilahealyeva
      @ilahealyeva 10 หลายเดือนก่อน +8

      Belkede doğrunu deyirsiz.

    • @yarasiqlioglan5280
      @yarasiqlioglan5280 10 หลายเดือนก่อน +4

      ​@@leylapirmemedova5287😂😂😂 ƏN DOĞRU SÖZÜ SİZ DEDİNİZ, ÇAQQALLARIN ÖNDƏ GEDƏNİ İLHAMƏNİN ÖZÜ ÖLUB!!!!!😂😂😂😂😂

    • @leylapirmemedova5287
      @leylapirmemedova5287 10 หลายเดือนก่อน

      @@yarasiqlioglan5280 tşk

    • @arzunezirli8649
      @arzunezirli8649 10 หลายเดือนก่อน

      CAQQALIN YEKESI ELE OZUYDU.KÖHNE ILLERIN CIRIGI OLUB

  • @smahmdova6869
    @smahmdova6869 9 หลายเดือนก่อน +7

    İndi yaşasaydı şou-biznesdə belə özbaşınalıq olmazdı. Çox böyük SƏNƏTKAR. ALLAH SİZƏ RƏHMƏT ETSİN🤲🏼

    • @tahireqarabag
      @tahireqarabag 2 หลายเดือนก่อน

      Bu mahnını çox gözəl oxuyurdu. Allah rəhmət eləsin.

    • @user-vl5yb8pf6m
      @user-vl5yb8pf6m 2 หลายเดือนก่อน

      Ilhame ancaq is verenliyi bacarirdi onu ne goylere qaldirirsiz

  • @user-dt3ue2ke6r
    @user-dt3ue2ke6r 10 หลายเดือนก่อน +11

    Аллах , рехмет елесин .

  • @hdhdhdhdjhd3037
    @hdhdhdhdjhd3037 10 หลายเดือนก่อน +14

    Əslində Flora Kərimova onunla mübarizə aparırdı yoxsa ancaq İlhamənin daha əvvəl münasibət qurduğu kişiləri ələ keçirməzdi. İlhamə əvvəldən həm imkanlı ailədən çıxmışdı, həmdə tanınmış, əvvəldən baxımlı xanım idi. Səsi də Floradan geri qalmırdı. Amma Flora həmişə özünü məsum kimi göstərə bilib

    • @v.k.m.1130
      @v.k.m.1130 10 หลายเดือนก่อน +1

      Hansı kişilərdir elə?

    • @vasifrahimov492
      @vasifrahimov492 10 หลายเดือนก่อน +5

      Çox qərəzli rəy yazmısınız.Azərbaycan səhnəsində Flora Kərimovaya çataçaq səs olmayıb.Bunu hər kəs bilir.Allah rəhmət eləsin.Çox böyük sənətkar olub.İfa etdiyi bütün əsərləri çox peşakar və hissiyyatlı oxuyub.Mahnıları yaşayaraq (necə deyərlər yan-yana) oxuyub.Məncədə qızı məsələsi şayədir.Flora xanım çox mədəni qadındır.Əgər elə olmasaydı mütləq bir gün əsl üzünü göstərərdi.Gələk İlhamə xanıma hec kəsə sirr deyilki,çox eqoist qadın olub.Bu tip insanlarda paylaşmağı,bölüşməyi və özündən üstün insanları qəbul edə bilmirlər.Ona görədə Floraya həmişə həsrət apardı.İnsanların çoxu İlhamə xanımı pisləyir.Amma unutmaq lazım deyilki,bu hala gəlmək üçün insan böyülk travmalar yaşamalıdır.Psixoloji davranışlarından İlhamə xanımın sevgiyə,qayğıya və diqqətə nə qədər möhtaç olduğu hiss olunur.Azərbaycan ifaçılıq sənətinə hər ikisi möhtəşəm əsərlər verdilər.Birinə rəhmət,o birisinə isə ancaq can sağlığı arzulamaq lazımdır.Ölmüş getmiş insan haqqında bu qədər danışmaqları çox mənəviyyatsız davranışdır.

    • @yarasiqlioglan5280
      @yarasiqlioglan5280 10 หลายเดือนก่อน +1

      ​​@@vasifrahimov492
      SƏNƏ KİM HAQQ VERİB Kİ İLHAMƏNİ BƏYƏNMƏYƏNLƏRİN HAMISINA
      *MƏNƏVİYYATSIZ*
      DEYİRSƏN, AY MƏNƏVİYYATSIZ MƏXLUQ????😠😠😠

    • @kagayeva1
      @kagayeva1 2 หลายเดือนก่อน

      @@v.k.m.1130 Floranın əri Faiqlə İlhamə məşuqə olub hətta ind videoda qeyd edilən uşaq məsələsi belə odu bir dəfə Floranı əsəbləşdirmişdi efirdən dediki mənim ərim vardı doğum evindəydim sən orda neynirdin. Xanım yazırki Flora əlindən alıb xeyr hər ikisi dul qadın olub Kişi başa düşübki Flora ilə ailə qurmaq olar. Sadəcə bəli ərköyün böyüyən insanlarda paxıllıq olur sıfırdan özü hər şeyi əldə edib nüfüzunu saxlıyan adamlar onu qıcıqalndırır üstəlik kişinində evlilik üçün onu seçməməsi ömürlük intriqaya səbəb olub çünki o sonrada məşuqə olaraq qalıb.

  • @gahramanjafarov639
    @gahramanjafarov639 11 หลายเดือนก่อน +53

    Məni onun sənəti maraqlandırırdı. Oxuduğu mahnılar əvəzolunmaz mahnılardır

  • @atamatam6436
    @atamatam6436 10 หลายเดือนก่อน +18

    Kim ne deyir desin İLHAME xanımın hem özünü hem sesini hemde mahnılarını sevirem.❤

  • @aynurmamedova42
    @aynurmamedova42 10 หลายเดือนก่อน +8

    O Haqq dünyasındadır.Allah rəhmət eləsin

  • @lalaalibekova7411
    @lalaalibekova7411 10 หลายเดือนก่อน +12

    Intriqaci.paxil.ozunden razi.tekkeburlu.ev yixan.hec kime yaxwiliq etmeyen.terbiyesiz.pozqun.yalanci.hormetsiz yawadi.hormetsizde oldu

    • @fatimmmmdov9745
      @fatimmmmdov9745 10 หลายเดือนก่อน +4

      Ölənlərinə rəhmət. Məndə siz yazanları yazmışam. Beləsinə rəhmət düşmür. Murdar qadın idi.

    • @user-uj9ji1um9l
      @user-uj9ji1um9l 2 หลายเดือนก่อน

      Hec kim bilmir nece olecek... kas ele hdmi ilhame rehmetlik kimi uzbeuz olardi tulku kimi dondan dona cilden cilde girmezdiler en azi ilhame dusmenciliyide dosluüuda uzbeuz idi yaltaliüi yaltaqlari sevmirdi sozun duzunu deyirdi deye bezi maskalular sevmedi onu dostıa dost dusmenle dusmün idi qaldi exlaqsizliqa kim sahidi olmusdi? Exlaqsizliq edende ozu kisilesmis qadin idi kim yaxin durardi ele bir qadina glora omur boyu ser bohtan atdi paxilliqdan cunki ozu7 defe resmi erde olmisdu zaten nece kisi goren qadin ilhame kimisini hezm etmiyecekdi de faiq iıhamenin qohumu olub qohymlari ulhamenin evine gelib gedib

  • @mrs7452
    @mrs7452 2 หลายเดือนก่อน +1

    Hünahsız gul olmaz. Yaranmışların günahı və ya günahsızlığını Allah bilər. İlhamə Guliyeva müğənni kimi tanınmışdır. Onun şəxsi həyatı hamı kimi onun özünə məxsus olub. Müzakirəlik deyil. Allah rəhmət eləsin!

  • @mehemmed_qurbanov.
    @mehemmed_qurbanov. 10 หลายเดือนก่อน +8

    Oxudugu mahnllara gire sevirdim onu Allah gunahlarlnl baglwdasln onun mahnllarlnl hec jes onun kimi oxuya bilmez pecat vurub hamlslna kimin gunahl yixdu ki tekebburu onun yaxwl cehetlerine qalln perde cekmiwdi

  • @betuleabbasova7575
    @betuleabbasova7575 10 หลายเดือนก่อน +11

    Allah rehmet elesin.

  • @user-xy1ls3hh4j
    @user-xy1ls3hh4j 10 หลายเดือนก่อน +3

    Bu insan dünyasını dəyişib.olunun arxasıycan danışmazlar.gunahdi.allah rəhmət eləsin.evezsiz sesi vardi

  • @Gunes-sever
    @Gunes-sever 10 หลายเดือนก่อน +5

    Dünyada iki nəfərdən zəhləm gedirsə biri o idi.Heç rəhmət belə oxumağa dilim gəlmədi.O qədər təkəbbürlü özündən razı yekəxana görməmiş

  • @hqiqtnuriyeva
    @hqiqtnuriyeva 9 หลายเดือนก่อน +3

    Allah rəhmət eləsin.musiqiləri ilə həmişə yaşayacaq.biz onun mahnılarını sevirik.

  • @renaismayilova6203
    @renaismayilova6203 10 หลายเดือนก่อน +11

    Onun uzuni aq eleyen Faiq Suceddinovun mahnilari oldu, evveller ona hec kim qulaq asmirdi.O aile seadeti gormedi,yiqdiqlarida ogey bacilarina qaldi...

  • @vusaleqocayeva6838
    @vusaleqocayeva6838 10 หลายเดือนก่อน +10

    Allah rəhmət eləsin Sənətkara

  • @taranamirzayeva4555
    @taranamirzayeva4555 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @bakuazer3285
    @bakuazer3285 10 หลายเดือนก่อน +10

    Allah rəhmət eləsin

  • @serdaramin1910
    @serdaramin1910 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @yeganmustafayeva2378
    @yeganmustafayeva2378 10 หลายเดือนก่อน +11

    Gözəl səsi ile tanınmış, əvəzolunmaz sənətkar.Alllh rehmet elesin.Indiki muqennilerden feqli bir senetkar.

  • @aybenizmammadova6611
    @aybenizmammadova6611 2 หลายเดือนก่อน

    Allah rehmet elesin gozel senetkar idi men cox sevirdim onu

  • @rehimexanmabdurehimova8584
    @rehimexanmabdurehimova8584 11 หลายเดือนก่อน +15

    Sənətkara sənətinə görə qiymət verilməlidirCox gözəl sənətkar idi .Allah rəhmət eləsin

  • @zoyazeynalova8320
    @zoyazeynalova8320 10 หลายเดือนก่อน +18

    ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMİN

  • @user-jh2py5zi6b
    @user-jh2py5zi6b 11 หลายเดือนก่อน +35

    HUR İÇİNDƏ YATASAN GÖZƏL SƏNƏTKAR QADIN. SƏNİN DOĞRUN QALIB KİMİNSƏ BOĞAZINDA UDA BİLMİR.😮 BİZƏ QOYUB GETDİYİN O GÖZƏL ,TƏKRARSIZ NNƏĞMƏLƏRİNƏ GÖRƏ ÇOX SAĞ OL. KRALİÇA XANIM İLHAMƏ❤ ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN ,AMİN. SƏN ŞƏR DEYƏN KÖPƏKLƏR İSƏ ÖZ CƏZALARINI ALARLAR İNŞAALLAH. RUHUN ŞAD OLSUN 🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻

    • @solmazakhundova9152
      @solmazakhundova9152 11 หลายเดือนก่อน +8

      ❤❤👍👍👍👍 Eşşəklər nə bilir zəfəran nədi...

    • @sevincibayevaa5491
      @sevincibayevaa5491 10 หลายเดือนก่อน +6

      Essek ne. Qanır zeferan. Yox zer palan nedir

    • @vqkk7274
      @vqkk7274 10 หลายเดือนก่อน +1

      Sən tək deyilsən

    • @fatimmmmdov9745
      @fatimmmmdov9745 10 หลายเดือนก่อน +4

      Elə təriflədinki. İnanki yazdığın bütün sözlərin yanından belə keçməyib sənin İlhamən.

  • @user-qn2pu4ns8h
    @user-qn2pu4ns8h 11 หลายเดือนก่อน +25

    ELə onun düşməni FLora Kərimova da az asln duzu oLmaylb...İLhamə QuLiyevanln ən böyük səhfi övLadlnl məhf etmək oLub...

    • @rahilyaganbarova8808
      @rahilyaganbarova8808 11 หลายเดือนก่อน +12

      Uşaq ölü doqulub. Ilhame uşaqi telef etmiyib. Erinin qohumu özü danişib bize.

    • @user-qn2pu4ns8h
      @user-qn2pu4ns8h 11 หลายเดือนก่อน

      İLhamə ərindən bosanmamaLlydl,dözüb yasamaLlydl. Çünki onun taLeyiynən oynayanLar ərə getməyini də, bоsatdlrmaqLarlnl da mərcə
      qoymusduLar.OLduqca cazibədar qəşəng gozəLLiyə
      maLik idi.FLora Kərimova isə
      qara-blqLl, doLu bədən idi.
      Lakin çox temperamentLi və həm də naznazl oLduqu üçün kişiLərin zövqün oxsadlrdl...

    • @elviraisgndr3024
      @elviraisgndr3024 2 หลายเดือนก่อน +1

      Elə o ən betəri olub.

  • @bahramhasanov8379
    @bahramhasanov8379 11 หลายเดือนก่อน +10

    O mahnı ilə vuruşurdu oxumaq deyildi.

  • @messiibrahimov4866
    @messiibrahimov4866 9 หลายเดือนก่อน +4

    Biz Allahın qullariyiq o bizi bizden yaxşı bilendir günahla savabla en yaxşısını Allah bilir

  • @user-dk7gm3bh4y
    @user-dk7gm3bh4y 11 หลายเดือนก่อน +30

    Böyük Sənətkar! Sən həmışə bizimləsən Nə o səsdən olacaq , nə də oxuduğun şərqilərdən Ruhun şad olsun Ilhàmə xanım

  • @user-mn5wk6nn5q
    @user-mn5wk6nn5q 11 หลายเดือนก่อน +13

    Mence senet adamlarinin ancaq senetinen danisin.sexsi xeyatlari zir zibille doludur.

  • @nrmnrza7939
    @nrmnrza7939 11 หลายเดือนก่อน +1

    😮😮😮

  • @leylaleyla5965
    @leylaleyla5965 10 หลายเดือนก่อน +8

    Bir insan kimi ikisi də çox səviyyəsiz idi Flora da bu da amma hər ikisi böyük sənətkardır

  • @mn-3533
    @mn-3533 10 หลายเดือนก่อน +18

    ALLAH Rehmet elesin.

  • @taranamalikova4174
    @taranamalikova4174 10 หลายเดือนก่อน +13

    Heyf İlhamə xanımdan Allah rehmet elesin ruhu şad olsun

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 10 หลายเดือนก่อน +25

    Allah rəhmət eyləsin.Mahnıların"neylərsən""möhrünü vurub.Onun kimi heç kim oxuya bilməz.

  • @aios8629
    @aios8629 10 หลายเดือนก่อน +7

    Allah Rəhmət eləsin.

  • @sahibezekeriyyeyeva6946
    @sahibezekeriyyeyeva6946 9 หลายเดือนก่อน +13

    sesi , mahnilari mohtesem, gah sag olaydi

  • @redmi-ek8wd
    @redmi-ek8wd 10 หลายเดือนก่อน +32

    Allah günahlarını bağışlasın Amin.

  • @suleymanyunis-wd3lx
    @suleymanyunis-wd3lx 10 หลายเดือนก่อน +6

    hec kəsin şəxsi heyati mene maraqli deyil ,bize onun ifasi maraqlidir , kaş ki her kes dusuncelerini uzune deye bilseydi , möhtəşəm səs, Allah rəhmət eləsin , emellerimiz isə ozumuze mexsusdur ,muzakire bizlik deyil

  • @kubraismayilova5789
    @kubraismayilova5789 9 หลายเดือนก่อน +12

    Özü özünə sevgi qazanmaq əvəzinə nifrət qazandı.

  • @aygunhmdova1140
    @aygunhmdova1140 10 หลายเดือนก่อน +22

    Bənzərsiz sənətkar hec kim o mahnıları onun kimi oxuya bilməz

  • @AminBakixani
    @AminBakixani 9 หลายเดือนก่อน +2

    Elə yaşamaq lazım idi ki bu günlər gələndə sənətinlə şəxsiyyətin ziddiyət təşkil eləməsin Əslində isə nə sənəti nə də şəxsiyyəti nümunəvi deyildi Gözəl mahnıları olan qəşəng ifaları olan xasiyyətində yaxşı olmayanları nümayişləndirən bir idi

  • @mehebbetahmadova-po8hd
    @mehebbetahmadova-po8hd 9 หลายเดือนก่อน +8

    Allah rəhmət eləsin
    Günahlarını Allah bilir ,Allah da bagışlar

  • @user-jl1qk5zm9b
    @user-jl1qk5zm9b 7 หลายเดือนก่อน +6

    Allah rəhmət etsin.sənəti mükəmməl qadın.heyif səndən...səndən olmayıb, olmalacaq da...

    • @user-rm8hp8hs5b
      @user-rm8hp8hs5b 2 หลายเดือนก่อน +3

      İlhamə cındir xanım olub

  • @nigarquliyeva5535
    @nigarquliyeva5535 10 หลายเดือนก่อน +3

    Saydığın Fikrət Əmirov mahnıların hec birin onuncun yazmayıb .O mahnıların ilk ifacısı İlhamə olmayıb. Dəqiq araşdır. Elə "Gülərəm gülsən" nin ilk ifacısı BÜLBÜL OLUB Danışdıqlarının coxu boş fərziyyədi...

  • @MamaMama-ei1gw
    @MamaMama-ei1gw 10 หลายเดือนก่อน +5

    Kandertinde olmuwam hami zali terl edirdi cox pis olmuedu

    • @isaxammdli8890
      @isaxammdli8890 หลายเดือนก่อน

      niye terk edirdi ki ?

  • @sevilqasimova4417
    @sevilqasimova4417 11 หลายเดือนก่อน +9

    Дузди. Онун овлады олмайыб. Фаигде онун гануни ери олмайыб.

    • @elmirarzayeva2132
      @elmirarzayeva2132 10 หลายเดือนก่อน +1

      8:45 hec özűde qanuni uwaq olmayib.

    • @washingtondc1
      @washingtondc1 10 หลายเดือนก่อน +1

      Qanuni olmasaydı soyadını bir müddət daşıya bilməzdi sovet vaxtı ,Faiq deyəsən Aztv .də rejissor idi

  • @betuleabbasova7575
    @betuleabbasova7575 2 หลายเดือนก่อน

    Möhteshem sesli İlhame Quluyeva. Allah rehmet elesin.

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 11 หลายเดือนก่อน +14

    Allah rəhmət etsin böyük sənətkara.

  • @jamilanovruzova6381
    @jamilanovruzova6381 11 หลายเดือนก่อน +12

    Inanmiram Ilhame xanim qizinin adini Flora qoysun,ilhame xanim en azindan yawlawandan sonra qizini qebul ederdi

    • @gunelismailova4656
      @gunelismailova4656 4 หลายเดือนก่อน

      Onun iki kisi floraynan evlenif

    • @elviraisgndr3024
      @elviraisgndr3024 2 หลายเดือนก่อน +2

      Mən də inanmıram. Bunlar floranın nagillaridir

  • @SamsungSamsung-kd1yw
    @SamsungSamsung-kd1yw 10 หลายเดือนก่อน +7

    möhürün qöymuş muğanni öz hözəl mahnırarı olə. cox sevirəm onun mahnıları

  • @sevilhuseynova4331
    @sevilhuseynova4331 10 หลายเดือนก่อน +4

    usagini telef etmesin her kes bilirdi.Yasayisi duzgun deyilmi,hercend etrafindaki her kesi ele salib duzgunluk teleb edirdi

  • @SevdaMuradova-yv6bv
    @SevdaMuradova-yv6bv 4 วันที่ผ่านมา

    Baaahhh nə gözəl səs qetdii

  • @hiditenha8939
    @hiditenha8939 9 หลายเดือนก่อน +5

    Çox sevirəm ❤Allah rəhmət eləsin

  • @solmazakhundova9152
    @solmazakhundova9152 11 หลายเดือนก่อน +1

    Dünyasını dəyişən insanlardan bu qədər dedi-qodular günah deyil? Allahdan qorxun, ay müsəlman ,,kişiləri''. Ayıb olsun!!!

  • @user-qf2zx6og6f
    @user-qf2zx6og6f 2 หลายเดือนก่อน +1

    ALLAH RƏHMƏT ETMƏSİN. AMİN ALLAH!🤲 ALLAH LƏNƏT ETSİN. AMİN ALLAH🤲 GORBAGOR OLSUN AMİN ALLAH!🤲 NƏ YAXŞI Kİ, SƏSİ KƏSİLDİ YER ÜZÜNDƏN BU MAMAROZANIN.

  • @humayxalafova9507
    @humayxalafova9507 2 หลายเดือนก่อน +5

    Cox lovga danqaz insan idi Ilhame

  • @gunayaliyeva1149
    @gunayaliyeva1149 10 หลายเดือนก่อน +1

    İlhamə Q. pişiyi vardı, adını Murtuz qoymuşdu. Cünki Murtuz Ələsgərovla bağ qonşusu idi. İlhamə Q. altı aylıq hamilə olanda ayağı sürüşüb şpilka kablukda idi, uşağı tələf oldu. O uşaq C. Əmirovdan idi. C. Əmirovun məşuqəsi idi. Bunu köhnə Bakilılar bilir. Sənətkar kimi gözəl mahnıları var idi. Amma söyüş söyən qadın idi.

    • @retroarxiv
      @retroarxiv 10 หลายเดือนก่อน

      C.Əmirov kim idi ki

  • @GulkaQuliyeva
    @GulkaQuliyeva 2 หลายเดือนก่อน

    Аллаг рехмет елесин

  • @rahilyaganbarova8808
    @rahilyaganbarova8808 11 หลายเดือนก่อน +31

    Uşaqi ölü doqulur. Özü telef etmir.

    • @aybenizcabbarova783
      @aybenizcabbarova783 10 หลายเดือนก่อน +2

      Bagiwlayin,uwaq kimden idi? Senetine hormetim oldugu ucun sadece maraqli geldi.amma,uwagin olu doguldugunu bilirem

    • @SamsungGalaxy-lb9uu
      @SamsungGalaxy-lb9uu 10 หลายเดือนก่อน

      ​@@aybenizcabbarova783erinden

    • @yarasiqlioglan5280
      @yarasiqlioglan5280 10 หลายเดือนก่อน +1

      ​@@aybenizcabbarova783ÖZÜ DƏ BİLMİRDİ, O QƏDƏR KİŞİNİN İÇİNDƏ NƏ BİLƏYDİ KİMDƏNDİR??😂😂😂

  • @GulushAlibalayeva520
    @GulushAlibalayeva520 2 หลายเดือนก่อน

    Allah rəhmət eləsin ❤❤❤

  • @sevdaagamoglanova4228
    @sevdaagamoglanova4228 2 หลายเดือนก่อน

    MEKANİ CENNET OLSUN AMİN 🤲🏻🤲🏻🤲🏻

  • @elchinyolchuyev8087
    @elchinyolchuyev8087 10 หลายเดือนก่อน +7

    Həqiqətən gözəl oxuyurdu

  • @user-ym2pv7wn5y
    @user-ym2pv7wn5y 10 หลายเดือนก่อน +18

    Allah rəhmət eləsin,İlhame,xanimim,mahnilarini, ancaq onun ,ifasinda,gulag,asa,bilirem,🌹🌹🌹🌹

  • @balliatakisiyeva5342
    @balliatakisiyeva5342 10 หลายเดือนก่อน +7

    Allah rəhmət eləsin.

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 11 หลายเดือนก่อน +4

    Deyirler onu uniden qovurlar,filaloqiya fakultesinden.

  • @yebeqi6819
    @yebeqi6819 11 หลายเดือนก่อน +7

    İnsan sevdiyi ilə bərabərdi. Çalışaq Allahın sevdiklərini sevək.

  • @vusalquliyeva2476
    @vusalquliyeva2476 11 หลายเดือนก่อน

    🎉

  • @SamSung-ms1tu
    @SamSung-ms1tu 10 หลายเดือนก่อน +34

    Allah rəhmət eləsin böyik sənətkari.