Öd daşı xəstəliyi - Dr Ismayil Necefeliyev Umumi cerrah Zəfəran Hospital Medplus TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2017
  • Öd daşı xəstəliyi - Dr Ismayil Necefeliyev Umumi cerrah Zəfəran Hospital Medplus TV
    - Facebook dan bizi izlə:
    / medplus.tv
    - Google+ da Medplus TV ni izlə:
    plus.google.com/u/0/+MedplusTV
    - PlayMarket
    Alo Doktor goo.gl/fRo1kW
    TibbTV goo.gl/MelBbG YUKLE
    - Abone ol goo.gl/13lTXN
    Öd daşı xəstəliyi - öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
    Öd daşları - bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.
    Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.
    Öd daşı xəstəliyinin risk faktorları
    - hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir;
    - hormonal dərman preparatlarının qəbul edilməsi;
    - qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
    - irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
    - şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
    - qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ gəlmə riski 10 dəfə artır;
    - qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
    - az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.
    Öd kisəsinin daşı xəstəliyinin əlamətləri
    Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.
    Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
    - sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
    - ağızda aclıq hissiyyatı;
    - meteorizm, ürəkbulanma;
    - üşütmə, temperaturun bir qədər yüksəlməsi;
    - doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;
    - sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.
    Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə öd daşı xəstəliyi diaqnozunu qoya bilər.
    - Tibb və sağlamlıq mövzusunda videoları ilk izləmək üçün linkə daxil olaraq MedplusTV kanalına Abunə Olun - goo.gl/13lTXN
    İxtisaslara görə playlistlər:
    - Ginekologiya - goo.gl/Lcjboz
    - Urologiya - goo.gl/CGiDbX
    - Andrologya - goo.gl/4GRfj9
    - Pediatriya - goo.gl/jiAiEe
    - Cərrahiyə - goo.gl/KF5LTk
    - Endokrinologiya- goo.gl/Zv076m
    - Qastroenterologiya - goo.gl/TfxpIm
    - LOR Rinoplastika - goo.gl/DbRMRl
    - Oftalmologiya - goo.gl/mg2ctT
    - Hepatologiya - goo.gl/oS6Jga
    - Proktologiya - goo.gl/yPUmJ6
    - Nevrologiya - goo.gl/eD23Qj
    - Kosmetologiya - goo.gl/IHVFgZ
    - Flebologiya - goo.gl/BDyf3a
    - Psixologiya - goo.gl/e4KSZa
    Azərbaycan Tibb Universiteti Məzunları
    Medplus TV nin esas tbbi movzulari ve hekim meslehetleri
    - Google+ profilim plus.google.com/+MedplusTV
    - Abone ol goo.gl/13lTXN
    Cəmiyyətin tibbi mövzuda maariflənməsində pay sahibi olmaq üçün videoları paylaş!
    Azərbaycanda ilk peşəkar tibbi kanal kimi fəaliyyət göstərən MedplusTV insanların sağlamlıq mövzusunda maariflənməsini özünə əsas hədəf seçib.Medplus TV bir nov onlayn Hospital funksiyasini da yerine yetirir
    - Mediplus, medplyus ve ya med+ yanliş yazılışdır ve axtarış zamanı qarşınızıa Medplus TV materialları çıxmaya biler.
    -Siz də bu müqəddəs misyada MedplusTV kollektivinə qoşulmaq istəyirsinizsə kanala abunə olub videolarını paylaşın. Unutmayın ki, həər bir fərd bu cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə tibbi maariflənmənin olmamasından xəstəlk yayılarsa bundan gələcəkdə bizim övladlarımız əziyyət çəkəcək. Sağlam gələcək naminə videoları izlə və paylaş!
    - Abone ol goo.gl/13lTXN

ความคิดเห็น • 6

  • @baharceferova5739
    @baharceferova5739 9 หลายเดือนก่อน

    Salam hekim.Zehmet deyilse emelyatin ödeniwin yazaydiniz .

  • @durdaneqocayeva2614
    @durdaneqocayeva2614 ปีที่แล้ว

    Mende eledi amma seher üreyim bulanir ağrim küreyme belimnen yuxari ağryir Uzde çxb amma daşla yaşayiram

  • @bacixanimhesimova3225
    @bacixanimhesimova3225 ปีที่แล้ว

    Əməliyatdan sonra gəzməyəndə nə xəstəlik əmələ gəlir.??mənə coxlu sistemvutuldu yaxşı hərəkət edə bilmədim.

  • @lddinhsnov6133
    @lddinhsnov6133 ปีที่แล้ว

    Salam doktor ödün təmizlınməsi prosesi sizin xəstəxananızda həyata keçirilir?

  • @bacixanimhesimova3225
    @bacixanimhesimova3225 ปีที่แล้ว

    Salam həkim.Mənöddaşından əməliyt olmuşam.15 gundu.Sag tərəfim agrayır.Nəfəs alandada agrayir məni cox narahat edir.Nədən ola bilər .???.

  • @simababayeva590
    @simababayeva590 10 หลายเดือนก่อน

    Salam doxdur Mən hamiləyəm Ödümdə daş var nə edə bilərəm ?