Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • Şəkildə gördüyünüz bu bina (əgər buna bina demək mümkündürsə) Laçın qaçqın məktəbinin binasıdır. Bakının Badamdar qəsəbəsində yerləşir. Gördüyünüz kimi, bina düz qayanın üstündə yerləşir və arxa tərəfdən oraya yol yoxdur. Məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 126 ünvanında yaşayan Zəminə Zahirovanın həyətindən keçir. Bu isə onunla məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur.
    Məsələ ilə bağlı Bakupost.az -a şikayət edən Zəminə Zahirova bildirib ki, direktor, müəllimlər və şagirdlər hər gün məktəbə onun həyətindən gedib-gəlirlər:
    “Evimizin arxasındakı ərazidə əvvəl iki ədəd modul tipli otaq yerləşdirmişdilər. Həmin əraziyə gediş-gəliş yolu isə qarşı tərəfdən idi. Elə oldu ki, həmin yolun üstündə bina tikdilər. Məktəb yolsuz qaldı. Direktor Piyalə Xudayarova da bizim ərazidə villasında yaşayır. O, bir gün məndən xahiş etdi ki, evinin qarşısından bizə bir cığır ver, məktəbə gedib-gələ bilək. Mən də onların xahişinə "yox" demədim. Düşündüm ki, Laçından məcburi köçkündürlər, uşaqlar gəlib burda təhsil alırlar. Ona görə də evimin qarşısından onlara piyada gəlib-getməyə icazə verdim”.
    Şikayətçi deyir ki, bu yaxşılığı sonradan onun başına bəla olub:
    “Mən gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecəylə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobiliylə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, rəhbərlik necə deyib, elə də etmişəm. Elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm”.
    Zəminə Zahirova hazırda ailəsi və nəvələrinin həyatının təhlükədə olduğunu bildirib:
    “Nəvələrim həyətə düşə bilmirlər. Maşınlar evimin giriş qapısının önündən keçib gedir. Direktor Piyalə Xudayarovaya digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olundu. Amma o, bununla razılaşmadı. Görünür, onun məhz burada fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var”.
    Zəminə Zahirova iddia edir ki, məktəbdə kifayət qədər yeyinti halları var:
    “Burada ancaq Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir. Hər dəfə mən bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişəm. Bütün qurumlar müraciətimə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi yazdığım heç bir məktuba cavab verməyib. Bilirəm ki, yazdığım məktublar nazir Emin Əmrullayevə çatmır, əgər onun bundan xəbəri olsa, tədbir görər”.
    Yeri gəlmişkən, Zəminə Zahirovanın yaşadığı ünvanda olarkən Laçın qaçqın məktəbinin yerləşdiyi əraziyə də baş çəkdik. Məktəb sıldırım qayanın üzərində, sürüşmə zonası sayılan təhlükəli bir ərazidə tikilib. Burda şagirdlərin təhsil alması çox təhlükəlidir. Hətta Zəminə Zahirovanın müraciətlərindən sonra Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyi təsdiq edilib.
    Məsələ ilə bağlı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova ilə də əlaqə saxladıq.
    O, Bakupost.az-a açıqlamasında şikayətçinin ittihamlarıyla razılaşmadı. Direktorun sözlərinə görə, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur:
    “Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. O zaman Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər. Əslində onların evlərinin girişi evin arxa tərəfindəndir. Bizim rəhmətlik qayınanasıyla və Zəminə xanımla yaxşı münasibətlərimiz olub”.
    Direktorun iddiasına görə, başqa bir qonşu Zəminə Zahirovanı öyrədir ki, məktəbə problem yaratsın:
    “Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanımı kimin öyrətdiyindən xəbərimiz var. O, əsassız narahatçılıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil”.
    Piyalə Xudayarova şikayətçinin məktəbdə yeyinti hallarının olmasıyla bağlı ittihamlarına da cavab verib:
    “Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk. Hər birimiz təhsil ocağına dəstək olmalıyıq”.

ความคิดเห็น • 68

  • @Makc----md6uo
    @Makc----md6uo 15 วันที่ผ่านมา +24

    O direktoru tanıyan bilir ki, Bakıya necə gəlib, onun- bunun evində kirayəkeş qalırdı. İndi isə Badamdarda iki dənə üç mərtəbəli villanın , 3 maşının və s. sahibidir. Ərini də yanında gəzdirir ki, ailəlidir desinlər. Çox mədəniyyətsiz, səviyəsiz, savadsız və yalan danışan adamdır. O necə məktəb direktoru olub, belə məktəb olar. TN hara baxır? Normal məktəblərdə 1 sinifdə 30-40 şagirdə bir müəllim olar, burda isə, deyir 60 şagirdə 20 müəllim var, sonra da deyir ki, yeyinti filan yoxdur....😅😅 . Ay inandıq, Piyalə . Bəs villalar, maşınlar, qızıllar maaşnan alınıb? Laçın gözləyir ...Deyirdiniz ayaqyalın ,piyada , doğma Vətənə getməyə hazırsınız. Nə oldu....., Vətən sevgisi? Nəinki getmək , hələ onlara yaxşılıq edən qadının evinə də göz tikiblər. Ayıb olsun. Bu qədər Şəhid verilib, torpaqlar azad olunub. Əslində, Laçına qayıdanların siyahısında bu direktor və onun yanında işləyən qohum müəllimləri, özlərini,gələcək nəsillərə nümunə kimi, könüllü şəkildə ilk siyahıya yazılmalıdırlar. Ay yazdılar...
    Allah bütün şəhidlərimizə rəhmət eləsin

  • @AzerGulaliyev-t8q
    @AzerGulaliyev-t8q 16 วันที่ผ่านมา +13

    20 ildən çoxdur ki, Badamdar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Həmin illər ərzində bizim şagirdlərimiz ən yüksək ali məktəblərə qəbul olubdur.Prezidentimizin göstərişi nə vaxt olsa biz hamımız birlikdə sevinc hissi ilə doğma Laçınımıza qayıdacağıq.Həmin bu qadının böhtan dolu sözləri ilə böyük bir ziyalı kollektivini ləkələmək mümkün deyil.Bunun havadarı qonşuluqda olan Vüqar adlı şəxs gömrükdə işləyir.İdarə etdiyi maşınla neçə dəfələrlə şagirdlərimizi təhlükə qarşısında qoymuşdur. Təhlükəni törədən Vüqar adlı şəxsin hündürlüyü 20 metrdən çox olan çat vermiş barısıdır.Xahiş edirik ki, belə şər danışan insanların sözlərinə heç kim inanmasın.

  • @tebriztabriz
    @tebriztabriz 16 วันที่ผ่านมา +10

    Laçın rayon Badamdar kənd ümumi orta məktəbi uzun müddətdirki fəaliyyət göstərir. Hər il bu məktəbdən yüksək nəticə ilə Azərbaycanın ən prestijli universitetlərinə məzunlar qəbul olur. Aydın görünür ki qadının danışdıqları hamısı yalandır. Xanımın kollektiv haqqında qərəzli danışması çox acınacaqlıdır. Bu vətandaş məktəbin həyətində qanunsuz olaraq ev tikib. İndidə bu cür vasitələrə əl atmaqla məktəbin giriş yolunu zəbt etmək istəyir.Aidiyyatı orqanlar məktəbin fəaliyyətinə mane olmağa çalışan bu vətandaş haqqında tədbir görsün.

  • @faiqmemiyev1581
    @faiqmemiyev1581 16 วันที่ผ่านมา +13

    Laçın Rayon Badamdar kənd ümumi orta məktəbi 20 ilə yaxındır ki Fəaliyyət göstərir, məktəb bir qohum kollektivindən ibarət deyil şəhərin müxtəlif yerlərindən vakansiyadan yüksək bal toplamış müəllimlər fəaliyyət göstərir, məktəb dövlətin dəstəyi ilə yaradılıb, məktəb haqqında deyilənlər şər böhtandan başqa bir şey deyil.

    • @user-ur2xj5kh3q
      @user-ur2xj5kh3q 16 วันที่ผ่านมา +3

      Çox doğrudur yüksək bal yığan müəllimlər dərsi tədris edir
      Məzunların 100 faizi müxtəlif ali məktəblərdə təhsil alır

  • @SubhanMursalov
    @SubhanMursalov 14 วันที่ผ่านมา +5

    Məktəb direktoru Piyalə Xudayarova uşaqlarımızın təhlükəsizliyinə heç bir önəm vermir! Bu necə mümkün ola bilər ki, məktəb belə təhlükəli yerdə yerləşir və heç bir tədbir görülmür?! Uşaqlar hər gün bu riski yaşamalıdır? Bu, həqiqətən dözülməzdir! 😡 Onun yalnız şəxsi maraqları var, uşaqlarımızın həyatı isə vecinə deyil!

  • @user-sq7co6oz6f
    @user-sq7co6oz6f 23 วันที่ผ่านมา +9

    Belə məktəb olar aý myəllimə LAÇIN allinib xoş ğetdiniz LAÇIN şəhərlnə

  • @elihdbdbdb5067
    @elihdbdbdb5067 24 วันที่ผ่านมา +8

    Allah Şəhidlərimizə rəhmət eləsin. Amin! Sağlamlığını itirib hələ də əziyyət çəkən qazilərimizə, müharibə iştirakçılarına can sağlığı versin.

  • @rafayilmayilov7337
    @rafayilmayilov7337 16 วันที่ผ่านมา +12

    Dövlətin məktəb üçün nəzərdə tutduğu ərazidə sənədsiz ev tikib qanunsuz yerləşən sakin, şagirdlərimiz , müəllimlərimiz , məktəb heyətimizə içi Qarabağ qazisi olaraq mənim hər gün işimə getməyimə mane olmağı çox müəmmalıdır çünki illər boyu bu problem yaranmayıb. Son iki ildə bu problemin yaranma səbəbi məktəb ərazisinin mənimsənilməsinə olan marağdır. Bəhs edilən məktəbin uğurlu nəticələri vətənimizdə önəmli yerlərdə olan məzun tələbələri vardır. Hər şey dövlət səviyyəsində təşkil olunub, dövlətimizin proqramı əsasında yurdumuz Laçına dönməyi səbirsizliklə gözləyirik.

  • @RufatAlekperov
    @RufatAlekperov 14 วันที่ผ่านมา +4

    Piyalə Xudayarovanın bu qədər özbaşınalıq etməsi dözülməzdir! Uşaqlarımızın həyatı təhlükədədir və heç bir tədbir görülmür. Direktor yalnız öz mənafeyini güdür və bizim həyətimizdən maşını ilə keçib gedir. Belə şey olmaz!

  • @Ramilxudayarov
    @Ramilxudayarov 16 วันที่ผ่านมา +12

    Laçın rayon Badamdar ümumi orta məktəbi haqqında deyilən bütün bunlar hamısı ağ yalandır,
    Her il bu məktəbdən Azerbaycan Respublikasının müxtəlif universitetlərinə neçə neçə şagirdlər qəbul olur.
    Bu xanım kimlərsə tərəfindən öyrədilib və idarə olunur.

  • @intigaml1
    @intigaml1 16 วันที่ผ่านมา +16

    Bu qadının danışdıqları ağ yalandan başqa bir şey deyil. Məktəb uzun müddətdir ki orada fəaliyyət göstərir. Bu xanımın həyat yoldaşı Elxan (hazırda həbsdədir, Allah qapısın açsın) məktəbin yanındakı boş ərazini zəbt edib sənədsiz ev tikdi. Tiksin buna sözümüz yox. Amma evin qapısını məktəbin yoluna tərəf qoyanda biz valideynlər, məktəb kollektivi buna etiraz etdik, o da bildirdi ki, qapının birbaşa yola açılması nə məktəbə nə də mənə heç bir problem yaratmayacaq, qəsəbədə nə qədər belə evlər var, bu normaldır. Biz də razı olduq.Bundan sonra da həmin ailə ilə məktəbin heç bir problemi olmayıb. Ancaq qonşuluqda milyonlarla manat dəyərində villası olan Vüqar adında gömrük məmurunun villasının qarşısında tikdirdiyi təxminən 10 metr hündürlüyündə hasarın önə doğru qabarıb çat verməsini ərazidə yaşayan biz qonşulara təhlükə törətdiyini bildirəndən sonra Həmin bu Zəminə xanım məktəbə qarşı, məktəbin yolunu zəbt etmək məqsədi ilə hər gün bir tv kanala müsahibə verir, yazıları reket jurnalistlərin saytlarında yayımlanır. Məktəbin harasa köçürülməsi hər hansı harınlamış gömrük məmurunun istəyi ilə deyil, cənab Prezidentin iradəsi ilə vaxtı çatanda olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanımızı qorusun!

    • @HOMMAI-yi4ui
      @HOMMAI-yi4ui 5 วันที่ผ่านมา

      Qadının şəxsi həyati hakkında məlumat verməyə heç bir hakkinizi yoxdur! Meseleye rəy bildirə bilərsiniz aile hakkında heç bir məlumat vermek size aid deyil!Here öz işinə baxsa çox yaxşı olar

  • @mirsadiqmovsumov2673
    @mirsadiqmovsumov2673 16 วันที่ผ่านมา +12

    Məktəbin təhlükəsizliyinə görə narahat olmayın ona nəzarət edən dövlət qurumları var ,heç kəs özbaşına məktəb aça bilməz,hər bir şey yoxlanılır sonra tədris başlayır.

  • @SabinaHalilovaa
    @SabinaHalilovaa 14 วันที่ผ่านมา +3

    Məktəbimiz təhlükəli yerdə tikilib və Piyalə Xudayarova yalnız öz maraqlarını güdür! Uşaqlarımızın təhlükəsizliyi heç vecinə deyil! O, yalnız pul qazanmaq üçün burdadır. Belə direktorla təhsil necə inkişaf edə bilər?! Bu vəziyyət dəyişməlidir!

  • @FarhadAbdilov
    @FarhadAbdilov 14 วันที่ผ่านมา +3

    Hər gün həyətimizdən keçmək istəyirlər və bu vəziyyət davam edə bilməz! Direktor Piyalə Xudayarova öz maşını ilə həyətimizi məhv edir, uşaqlarımız üçün təhlükə yaradır. O, özünü elə aparır ki, sanki bütün məhəllə ona məxsusdur! Bu qədər özbaşınalıq olmaz! Gərək bu məsələ müvafiq qurumlara çatdırılsın!

  • @AfendiyevXatam
    @AfendiyevXatam 14 วันที่ผ่านมา +3

    Piyalə Xudayarova hər gün həyətimizdən keçib gedir və bu vəziyyət dözülməzdir! Uşaqlarımızın həyatı təhlükədədir və məktəb belə təhlükəli yerdə yerləşir. Bu vəziyyətə dərhal son qoyulmalıdır!

  • @YusifQələndərov
    @YusifQələndərov 16 วันที่ผ่านมา +3

    Bir valdeyin olaraq mənim 2 övladımda bu məktəbin məzunudu universitetə qəbul olublar, 20 ildən çoxdur ki, Badamdar kənd ümumi orta məktəbi fəaliyyət göstərir yol məktəbin yolu olub.

  • @asifesgerov3284
    @asifesgerov3284 24 วันที่ผ่านมา +15

    Bunlar getmirlər .3000 yaxın şəhid verib bu millət.Bu qadın yenə məcburi köcgūn deyir.

    • @fazilhuseyinov7121
      @fazilhuseyinov7121 24 วันที่ผ่านมา +2

      Sen niye Şehid olmamisan

    • @asifesgerov3284
      @asifesgerov3284 24 วันที่ผ่านมา

      @@fazilhuseyinov7121 Sərsəm cavab

    • @orucalirzaev
      @orucalirzaev 22 วันที่ผ่านมา

      ​@@fazilhuseyinov7121sən niyə olmamısansa oda ona görə

    • @user-dc4tf9of7e
      @user-dc4tf9of7e 22 วันที่ผ่านมา

      Nə gədər vicdasızsan. Elə sifətindən məlumdur sən kimsən ay yaramaz. Sənin kimi bişərəflərin nəticəsində ölkə bu gündədir ay donuz. ​@@fazilhuseyinov7121

  • @salehhemzeli5329
    @salehhemzeli5329 20 วันที่ผ่านมา +6

    Cani cixsin qacqinkom lacin məktəbini kocurtsun lacina .cammatda rahat olsun .hər seyi problemə cevirirlər .bu milləti niyə bir birinə dusmən edirlər axi

  • @kamilmehdi6679
    @kamilmehdi6679 5 วันที่ผ่านมา +2

    Mən cəklişə baxdım pis oldum bu nə haqsızlıqdı kasıbcılıqla ev tikiblər belə məktəb olar hara baxırlar öz başınalıqdı allah ürəklərinə insaf versin az qala camatın evinə girələr allah köməyi olsun Zəminə xanımın

  • @Vahid_Allahverdiyev
    @Vahid_Allahverdiyev 14 วันที่ผ่านมา +3

    Bu necə mümkündür ki, direktor gecə ilə məktəb üçün otaqlar tikdirir və bizim həyətimizə təzyiq göstərir?! Piyalə Xudayarova öz işini belə aparırsa, təhsil necə inkişaf edəcək? Məktəbin yolunu da öz mülkiyyətinə çevirmək istəyir. Belə insanlarla təhsildə irəliləyiş gözləmək mümkün deyil!

  • @SonaSalamova
    @SonaSalamova 14 วันที่ผ่านมา +3

    Məktəbdə rüşvətxorluq baş alıb gedir və Piyalə Xudayarova yalnız öz yaxın çevrəsini işə alır. Digərləri isə işə gəlmir və təhsil səviyyəsi çox aşağıdır. Bu cür rəhbərliklə təhsildə necə irəliləyiş ola bilər? Bütün şikayətlər cavabsız qalır və direktor heç bir məsuliyyət daşımır

  • @HOMMAI-yi4ui
    @HOMMAI-yi4ui 5 วันที่ผ่านมา +2

    Məktəb mekteb olsa idi direktoru yoldan oten valideynlerin usaglarini oz məktəbində təhsil almaga devet etmezdi

  • @kisioglu8246
    @kisioglu8246 25 วันที่ผ่านมา +15

    Laçın hara padamdard hara ay millət haqqın deyin burda məktəb olar görəsən nə maraqı var bu direktorun laçın alınıbda gedin orda direktor olun belə ürəyli məliməsənsə təsil nazirliyi var görən bu məktəbi tanıyır və harda yerləşdiyini bilir?😂😂😂😂😂

  • @Royalmammadov835
    @Royalmammadov835 16 วันที่ผ่านมา +11

    Laçın Rayon Badamdar kənd ümumi orta məktəbi uzun illərdir fəaliyyət göstərir . Bu danışanı narkoman ailəsini çox gözəl tanıyırlar Badamdarda uşaqlarımıza çox gözəl keyfiyyətli dərs deyilir həmin adı çəkilən məktəbdə .Bilməyəndə ağzına gələn danışmasın .Məktəb gecə qondu adlandırmaq özü bir həqarətdir çünki həmin məktəbin həyətində Şəhid baralyefinə böyük hörmətsizlikdir

    • @HOMMAI-yi4ui
      @HOMMAI-yi4ui 5 วันที่ผ่านมา

      Aileye söz atmagdansa öz ailenize baxın!

  • @habilxudayarov6141
    @habilxudayarov6141 16 วันที่ผ่านมา +11

    Məktəbin əlehinə qeyd olunan bütün fikirlər tamamilə əsasızdır. Uzun müddət apardığımız təlim tədris prosesi zamanı ərazi ilə bağlı heç bir problemlə qarşılaşmamışıq. Onu da qeyd edim ki hər il davamlı olaraq yüksək nəticə göstərən məzunlarımız var.

  • @user-qr5mn7lt5t
    @user-qr5mn7lt5t 22 วันที่ผ่านมา +8

    Гачгын иши гутарды йахшы йол сиза

  • @HOMMAI-yi4ui
    @HOMMAI-yi4ui 5 วันที่ผ่านมา +2

    Bele qayada niye məktəb var?Badamdarin necə gözəl məktəbləri var.Butun müəllim heyyəti gedib orda niye çalışmır və yaxud niye öz yurdlarına gedib orada işləmirler vətən torpaq da bütöv oldu.Bu sakin ne deyirse haqlıdır!Kim öz evinin qabağında razı olar ki kimlərsə keçsin hasarsiz yaşasın heç kim razı olmaz!Bir olub hamisi bu xanımın üzerinde hakli çıxarmağa çalışırlar özlərini.Tehsil nazirliyi görmur ki burda nece bir məktəb var 😂Hara baxırlar bele.Bu müəllim direktor ne deyirse haksiz danışır yalanla qovrulmuş dilləri ilə herkesi öz tereflərine keçirdirler

  • @KhadijAtakhan
    @KhadijAtakhan 5 วันที่ผ่านมา +2

    Bu sakini narahat etməyə heç kimin hakkı yoxdur.Bun nə ədalətsizlikdir?Xanımı tek görüblər her kes bildi bilmedi ağzına gələni danışır.O xanımın yoldaşı zamanında müharibə iştirakçısı olub sizin kimiləri qorumaq üçün.Qarşılığı bumudur?! Yaşayış evinə bitişik məktəb olmaz!O evin bünövrəsi qoyulanda o məktəbin daşları yox idi!Vagonda ders keçirilirdi.Hansi təlim və təhsildən danışırsınız!? Özünüz öz heyetinizin evinizin qarşısından kimsə keçsə aman vermərsiniz heç,bu xanım da öz hakkını istəyir.

  • @HOMMAI-yi4ui
    @HOMMAI-yi4ui 5 วันที่ผ่านมา +2

    Yığılıb bütün tayfa məktəb idare edirler 😂

  • @RoyalFatali-d5z
    @RoyalFatali-d5z 6 วันที่ผ่านมา +2

    Badamdarda 60 şagirdlik məktəb olar. Bu nə məktəbdir ki, 20 müəllimdən 8-i qardaş, bacı, ər-
    arvaddır.
    Mayılov Bəhlul
    Mayılov Rafael
    Mayılov Qoşqar
    Mayılova Şamama
    Xudayarova Piyalə
    Xudayarov Habil
    Güləliyev Azər
    Güləliyeva Şəfəq
    Məmmədov Şəmşir
    Məmmədov İntiqam
    Qalanları da, (Məmiyev Faiq, Əhmədova Aygün, Abbasov Rövşən, Mövsumova Aynur,
    Səmədova Raya, Baxışov Boris, , Həsənov Rəşid) bir birinə xala qızı bibi oğludur.
    Hansı Təhsildən söz qedə bilər . Bura şəxsi obyekdir, yeyinti stanokudur. Qaloşnan gəlib
    maşınla qayıt. Mənim də adımı yazın ora , hər ay da 50% maaşımdan verim sizə

  • @ayvengo1536
    @ayvengo1536 24 วันที่ผ่านมา +6

    Camaat obyektleri acib pul gazanir ,hara getsin!

    • @orucalirzaev
      @orucalirzaev 22 วันที่ผ่านมา +2

      Məktəb obyekt deyil ay yoldaş

    • @ayvengo1536
      @ayvengo1536 22 วันที่ผ่านมา

      @@orucalirzaev mekteb direktor ucun obyektdir,cunki mektebin duz hasarina bitishik 2 otagli hazirlig kurslarini da direktor teshkil edir ve butun imtahanlara hazirlig mehz pulu ile burada kecirilir ,medal alma ve ne cure isteseniz yegin ki attestatlar da ala bilersiniz belke de ,orada ishleyenler ve oxuyanlarin valideyinleri daha yaxshi bilerler yegin !

  • @gunayaliyeva2650
    @gunayaliyeva2650 22 วันที่ผ่านมา +10

    QAÇQIN ADINDAN İSTİFADƏ EDİB HƏR YERİ- HƏR İŞİ MƏNİMSƏYİLLƏR.

    • @Privv00-wk5sk
      @Privv00-wk5sk 19 วันที่ผ่านมา +2

      Hansı qaçqın sənin işini mənimsəyib?

  • @nijatgahramanov9389
    @nijatgahramanov9389 5 วันที่ผ่านมา +2

    Səni illərlə öz ata,baba torpağında qoruyub saxlayan ,uşaqlarıva baxan Bakıllılara qarşı çıxırsan?səmə bundan sonra nə ad vermək olar......... ?

  • @nijatgahramanov9389
    @nijatgahramanov9389 5 วันที่ผ่านมา +2

    Əsl Yazıçılar tarixə düşürlər, sən nə tarix yazacaqsan? Qaçıb gəlməyin azmış kimi indi də Bakılı sakinlərinin yurdlarına göz tikmisən, namuzsuz , vicdansız?

  • @user-om2bb4mq9c
    @user-om2bb4mq9c 24 วันที่ผ่านมา +7

    Ay balam Lacina köc basdiyib gedunde

  • @mehdizeynalov5080
    @mehdizeynalov5080 22 วันที่ผ่านมา

    ÜSÜTNDƏ? 😮. BU NƏ İSƏ YENİ BİR SÖZDÜR.

  • @fjmgwshgw1500
    @fjmgwshgw1500 20 วันที่ผ่านมา +3

    bu piyale haranin direktorudur nazirlik görmür bunu

  • @PlanetHuman-wx1ez
    @PlanetHuman-wx1ez 20 วันที่ผ่านมา

    Göresen bu Xudayarova ketta Xudayarin nevesi neticesi deyil ki?

  • @user-yx7pj1nc9w
    @user-yx7pj1nc9w 16 วันที่ผ่านมา +3

    Bu məktəb bu qadın burda heç evi yox idi ki, fəaliyyət göstərirdi. Dedikləri tam yalan və iftiradır. O həmçinin məktəbli uşaqları və əməkdaşların fotolarını onların icazəsi olmadan gizlin çəkir və sosial mediada yayır. Yəqin ki bununla bağlı hüquq mühafizə orqanlarıma müraciət edəcəyik.

  • @Cafcaz
    @Cafcaz 20 วันที่ผ่านมา +2

    Zaqatalada kendimizin qutaracaginda lacin qacqinlari var cox heyasiz adamlardi kende 3 Sehid geldi muharibede qonsu rayonlardan definlere minlernen adam geldi o Iacin qacqinlari bir addimliqdaki qebirstanliga gelmedi

    • @Privv00-wk5sk
      @Privv00-wk5sk 19 วันที่ผ่านมา +2

      Ayıb olsun sizin kimi insanlara, hayasız sizin kimilərə deyirlər.

    • @rafayilmayilov7337
      @rafayilmayilov7337 16 วันที่ผ่านมา +2

      Yəqin sizin kimi düşünənlərin basqılarına çox məruz qalıblar.

  • @Elm_işığı
    @Elm_işığı 12 วันที่ผ่านมา

    Orda olmayan ,oranı tanımayan təbii ki belə əsassız çəkilmiş videoya 1 tərəfli baxıb fikir bildirəcək.... Bir dənə onu demək lazımdır ki Məktəb evdən qabaq əsası qoyulubsa necə ola bilər ki evin qabağını kəssinlər...Dövlətin icazəsiylə açılan bu məktəbə uyğun olmayan ifadələr deməkləri ancaq özlərini gözdən salır....Zamanı gəlincə sevinclə bu məktəb də əziz Laçın rayonuna köçürüləcəkdir....Əlbətdə ki bu da Dövlətin dəvətiylə....Müvəqqəti bir neçə vaxt qalıb... Bu qədər narahatçılıq çıxarıb doğru olmayan fikirlər səsləndirmək doğru deyil...

  • @ElcinMmmdgil
    @ElcinMmmdgil 23 วันที่ผ่านมา +5

    Bu,gece qondulari dagitmaq lazikdir.

  • @SubhanMursalov
    @SubhanMursalov 14 วันที่ผ่านมา +4

    Məktəb direktoru Piyalə Xudayarova uşaqlarımızın təhlükəsizliyinə heç bir önəm vermir! Bu necə mümkün ola bilər ki, məktəb belə təhlükəli yerdə yerləşir və heç bir tədbir görülmür?! Uşaqlar hər gün bu riski yaşamalıdır? Bu, həqiqətən dözülməzdir! 😡 Onun yalnız şəxsi maraqları var, uşaqlarımızın həyatı isə vecinə deyil!