Ortasındakı SARI Hissədə BU VAR!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #BirBax #Nərgiz #Nergiz
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Küçələrdə 1-2 manata satılan, çox yaxşı tanıdığımız nərgiz gülü. Bu bitki Hippokratın zamanından ta indilərə qədər xalq təbabətində geniş istifadə edilib. Bir sıra xəstəliklər məhz nərgiz gülü vasitəsilə müalicə edilib. Maraqlıdır, bu bitkinin bizə faydaları nələrdir? Bu gün bir bax kanalında çox maraqlı bir araşdırma təqdim edəcəyik. Diqqətiniz bizə olsun.
    Dostlar aşağıda yerləşən bəyən düyməsinə hər kəs basin ki, bu video TH-camdə daha çox insanın qarşısına çıxsın.
    Nərgiz sözü yunan dilində “narkao” sözündən yaranıb tərcümədə məst, sərxoş etmək deməkdir. Gülün ətri uzun müddət evdə saxlanarsa, başağrılarına səbəb ola bilir. Hazırda parfümeriyada təbii və sintetik yağı geniş tətbiq edilməkdədir. Rusiyaya ilk dəfə nərgizi I Pyotr gətirərək dərman bitkiləri bağında əkdirmişdir.
    Rəvayətə görə, nərgiz çox gözəl gənc bir oğlan olub. öz əksini suda görərək özünə aşiq olmuş, gözlərini öz əksindən çəkə bilməyən gənc elə suyun kənarında da suya baxa-baxa ölmüşdür, o zamandan çay, gölməçə kənarında bitən nərgizlər suda sanki öz əkslərinə baxırmışlar kimi görüntü verirlər.
    Nərgizin şirəsi zəhərli olduğundan onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir.XX əsrin əvvəllərində Yapon alimləri nərgizdən alınan alkoloidlərin bəzi növ leykozların müalicəsində effektiv nəticə verdiyini təcrübi sınaqdan keçirmişlər.
    Lakin bu bitki Allergiyası olanlar, hamilələr, südvermə dövründə olan qadınlar, azyaşlı uşaqlara əks göstərişdi. Bitkidən əldə edilən yağ, spirtli çıxarış yaxud dəmləmə həkim məsləhəti ilə çiban, dərinin irinli xəstəlikləri və hemorroy zamanı xaricə istifadə edilə bilir.
    Dahi Hippokrat nərgiz gülünü şiş xəstəliklərinin müalicəsində istifadə edirdi. Son elmi araşdırmalar sarı nərgiz gülünün xərçəng əleyhinə təsirini sübut edib. Brüssel Universiteti (Belçika) alimləri nərgiz gülünün tərkibində haemantamin adlı maddə aşkar ediblər. Bu maddə xərçəng hüceyrələrinin içində olan zülallarla birləşərək onların inkişafı və bölünməsi proseslərini xeyli ləngidir və daha sonra onları məhv edir.
    Unutmayaq ki, nərgiz zəhərli bitkidir. Onu daxilə qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Bu günlük bizdən bu qədər.

ความคิดเห็น • 42

  • @guneldadaszade4084
    @guneldadaszade4084 3 ปีที่แล้ว +16

    Çox sevdiyim çiçəkdir Nərgiz gülü

  • @royalbagirova3364
    @royalbagirova3364 3 ปีที่แล้ว +10

    Şu çiçeği çok sevyorum kokusu çok güzel
    Emeğinize sağlık teşşekkür ederim bilgiler için 👍🌟🌟

    • @MmmdovAsif
      @MmmdovAsif 3 ปีที่แล้ว +1

      Bizdəki Nərgiz gülü belə deyil axl.

    • @user-yc6vu6kq4f
      @user-yc6vu6kq4f 3 ปีที่แล้ว +1

      @@MmmdovAsif belə də olur əsli budu obirsilər cır sayılır amma cırın ətiri çox olur bizim həyətdədə var😇

  • @sudabeaydinli6029
    @sudabeaydinli6029 3 ปีที่แล้ว +7

    Məndə bilirdim bunu.onuncün bu çiçəyi heyətdən tam kenar yerlərə əkmişəm.sagolun məlumat üçün gözəl xanım,səsinizə aşiqəm 🤗👍

    • @MmmdovAsif
      @MmmdovAsif 3 ปีที่แล้ว +2

      Səsinə?

    • @babakralov7289
      @babakralov7289 3 ปีที่แล้ว +1

      Ne bilirsiz mesala nece içilir???

    • @babakralov7289
      @babakralov7289 3 ปีที่แล้ว

      Menim o gün yoldaşım Nergiz gülü aldı , mende eleme tembelik gülerin lecekini icindeki köküne kimi yedim😄🤣🤣🤣

    • @babakralov7289
      @babakralov7289 3 ปีที่แล้ว

      Allah ağıl fikir versin

  • @nrgizagal9340
    @nrgizagal9340 3 ปีที่แล้ว +5

    Nərgiz qızımın adıdır ona görə də çox sevirəm 😀❤

  • @sevincvtnqz8208
    @sevincvtnqz8208 3 ปีที่แล้ว +3

    iyi çox gözəldi

  • @РовшанБайрамов-ш3ы
    @РовшанБайрамов-ш3ы 3 ปีที่แล้ว +4

    Iayk qoydum,amma bu NƏRGİZ DEYİI☝️bu alaq-calaq bir şeydir.ƏSİL NƏRGİZ BİZİM DAĞLARDA MARTIN AXIRI BƏNÖVŞƏ VƏ NƏRGİZİN SEZONU BAŞLAYIR.
    AZƏRBAYCAN HƏR BOR ŞEYİN DİYARIDIR☝️👍🙏🙏🙏🙏☝️🐺🐺🐺🐺🐺🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @durustsoz2520
    @durustsoz2520 3 ปีที่แล้ว +2

    Basdiģ...

  • @durdansuleymanova561
    @durdansuleymanova561 3 ปีที่แล้ว +2

    Cox gozeldi

  • @xatirex7437
    @xatirex7437 3 ปีที่แล้ว +22

    HƏKİMLƏRƏ QALSA DƏRMANDAN BAŞQA HEC NƏ MƏSLƏHƏT QÖRMÜRLƏR. BAHALI FURMA DƏRMANLARI. YÜKLIYİR LƏR MİLLITƏ AMMA TƏBBİİ VASİTƏLƏRƏ ŞƏXSƏN MƏN COX ÜSTÜNLÜK VERİRƏM

  • @xatirex7437
    @xatirex7437 3 ปีที่แล้ว +10

    TƏŞƏKKÜR EDIRİK MƏLUMATLARINIZA QÖRƏ NƏRQİZ QÜLÜN ORTASINDAKI SARI QÜLÜN İSTIFADƏ QAYDASINI BİLİRSİNİZSƏ ZƏHMƏT OLMASA DEYİN

  • @zizseyidova8103
    @zizseyidova8103 3 ปีที่แล้ว +4

    Maraqlı videodur 👍👍👍

  • @faiqceferov3836
    @faiqceferov3836 3 ปีที่แล้ว +7

    Nərgiz gülün evə qoyanda adamın başı ağrayır.

  • @gulnarseyidova4357
    @gulnarseyidova4357 3 ปีที่แล้ว +5

    👍👍

  • @ebdulkurdaxanliofficial5543
    @ebdulkurdaxanliofficial5543 3 ปีที่แล้ว +8

    Sari hissesinde ne var ? Ya men anlamadim ya da nem vallah

  • @kifaytabdullayeva3019
    @kifaytabdullayeva3019 3 ปีที่แล้ว +9

    Sarı hissesinde ne var?????

  • @sevincvtnqz8208
    @sevincvtnqz8208 3 ปีที่แล้ว +1

    yasəməni də sevirəm .

  • @ehedhasilov438
    @ehedhasilov438 3 ปีที่แล้ว +2

    Beyndim

  • @Nergizteacher
    @Nergizteacher 2 ปีที่แล้ว

    Bu yeqin menden danisir😂👍🥰

  • @babakralov7289
    @babakralov7289 3 ปีที่แล้ว +8

    Bu xanım güzel sözder yazanara teşekkür edir , sualara cavab vermir

  • @mirael4111
    @mirael4111 3 ปีที่แล้ว +14

    Bax niye yalandan orayazirsiniz ? Sari hissesinde ne var ? Yaz da .milleti dolayirsan barmağına

  • @durdansuleymanova561
    @durdansuleymanova561 3 ปีที่แล้ว +2

    Menimde var sarisida beyazida Azerbaycanda

  • @sindirella2826
    @sindirella2826 2 ปีที่แล้ว +1

    Menimde adım nərgizdir ☺️

  • @Qarabaq1951
    @Qarabaq1951 2 ปีที่แล้ว +1

    Bəs niyə xərçəngə dərman hazırlamırlar

  • @sevincvtnqz8208
    @sevincvtnqz8208 3 ปีที่แล้ว +3

    Mənim ən çox xoşuma gələn çiçəkdi .

  • @gulnargulnar6771
    @gulnargulnar6771 2 ปีที่แล้ว +2

    Nəyi dərman oldu? Alkaqol, narkoz, məst. Çoxu adam bilməsə yaxşıdı

  • @esmira15
    @esmira15 2 ปีที่แล้ว +1

    Yollarda satılan əsl Nərgiz gülü deyil

  • @edelveys66
    @edelveys66 3 ปีที่แล้ว +3

    Küçelerde satilan bundan deyil...

  • @РовшанБайрамов-ш3ы
    @РовшанБайрамов-ш3ы 3 ปีที่แล้ว

    Bizim dağlardakı NƏRGİZİ bəs kim gətirib?

  • @alsuquluzada6885
    @alsuquluzada6885 3 ปีที่แล้ว +8

    бу ханымын нече гозел диктеси вар

    • @birbaxkanal
      @birbaxkanal  3 ปีที่แล้ว +3

      Təşəkkür edirəm🙏🤗

    • @MmmdovAsif
      @MmmdovAsif 3 ปีที่แล้ว +5

      Çox şirin səsi var

  • @namiqasgerov3864
    @namiqasgerov3864 3 ปีที่แล้ว

    salam nergiz gulunu jece istifade etmek.olar zehmete olmasa bilen yazsin anam xercengfi

  • @НаргизКадырли
    @НаргизКадырли 2 ปีที่แล้ว

    Bəyənmədim! Yalnış məlumatla paylaşırsız! Ən azından anlamınız olmayan şeylər barəsində danışmayın!