@@knanmmmdzad2337 ağlamaq qoyardım? Gülmək şənlənmək deməkdir, kefin kök olduğunu göstərir. Yeni ki kino çox ləzzət etdi. Yenə deyim, yoxsa kifayətdir??? :)
Gözəl filmdir,gözəl alınıb.Bu filmdə ermənilərdən yox,bizim cəsur,Müzəffər Ordumuzun ermənilərin başına necə oyun açdığını göstərir,yaşasın Müzəffər Azərbaycan Ordusu,ALLAH c.c şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin,veteranlarımızı və vətən sevdalısı balalarımızı qorusun.
Filimdə Urfan Məcidli Roluna Və Filmə Çəkildiyinə Görə Hikmət Rəhimova Təşəkkür Edirəm Mərhum Fuad Poladov İkinci Pərdə Filminə Baxannan Sonra Hikmət Rəhimova Demişdi Ki Sən Sübut Elədin Ki Mən Teatırdan Boş Yerə Çıxmamışam Və Peşman Da Deyiləm Yəni Fuad Poladov Hikmət Rəhimovu Möhtəşəm Aktyor Kimi Görürdü Bu Qədər
Vətən müharibəsi haqqında o qədər təsirli , dərin mənalı filmlər çəkmək olar və çəkilməsi vacibdir!!! Qəhrəman oğullarımızın hərəsi bir film mövzusudur
Möhtəşəm film Satira və yumor dolu... Həm düşündürürü , həm də güldürür .Vaqif bəy hər mövzunu incə incə toxuyub gözəl bir sənət əsəri yaradıb Var olasınız ..
Filmdə həkim və həyat yoldaşının yuxularındakı hadisə və dialoqlar, sonda hamı bayram edərkən Ruzannanın həkimin ayağından yapışıb ağlaması (içindəki ermənilik təlatümü oyanmışdı), ermənilərdə qadının ön planda verilməsi, erməni cəmiyyətində və düşüncəsində olan təlatümlər iki qardaşın mübarizəsi kimi verilməsində mesajlar var. Erməni qlobusu və qlobusdakı "sevan" yazısı, tavandan asılmış ayaqqabılar(başqalarının ayaqqabısın geyinib yerişin yeriməyə çalışmaları).. Sonluqda günəş şüalarının daşlar vasitəsilə qeyd olunmuş sərhədin vektoru boyunca saçması və erməni əsrin hər iki bayrağa baxaraq gündoğumuba doğru yəni sülhə doğru hərəkəti əla detal idi.
Mən filmi bəyəndim, rejissor müharibəyə başqa tərəfdən baxıb, və ermənilərin əslində düzgün fikirdə olmadıqlarını, absurd şekildə gösterib.Tək bir sözlə əla!
@@Turk978Təəssüf ki, haqlısınız. Yenə də qeyd etmək məcburiyyətindəyəm ki, TƏNQİD olar, TƏHQİR yox! Şərhlərin əksəriyyəti ancaq təhqiramiz ifadələrdir. Başa düşə bilmirəm ki, təhqir və tənqidi niyə qarışdırırlar. Xoşun gəlmir tənqid et! Təhqir deyil. Şərhləri oxuduqca, dəhşətə gəlirəm sadəcə. Yəni bizim bəzilərimiz bu qədərmi filmdən, kinodan, janrdan anlamırıq?!
@@789-b2bDəqiq? Əsasınız varmı buna? Mümkünsə rəsmi olmayan və dildən-dilə qeyri-rəsmi, düzgün olmayan məlumatları şüuraltına yeridib, insanları çaşdırmayın.
Film maraqlıdır, kinoteatrda izləmişdim, müharibə haqqında müharibəsiz bir fiım. Qara yumor, qrotekst, ehyamlar. Çox istəerdim rejissor versiyası nə zamansa yayımlansın Vaqif müəılimə yeni yaradıcı uğurıar arzu edirəm
Düzü mən komediya gözləyirdim. Amma bu dramatik kinodu. Axırda Vaçikə yazığım gəldi. Vaqif Mustafayev gözəl bir kino çəkib. İnçə yumor, inçə yanaşma, böyük drama
Filmə baxdıqdan sonra, sadəcə, bu möhtəşəm, kinematoqrafik cəhətdən gözəl, ideya və mesaj baxımından zəngin film haqda fikirlərimi bildirmək istəyirdim. Amma rəyləri oxuduqdan sonra çox dərin təəssüf hissi keçirdim. Azərbaycan xalqı niyə bu qədər geriləyib düşüncə, mədəni anlam cəhətdən. Təbii ki, bu film dialoqlar, görüntü və digər aspektlərdən insan və cəmiyyəti mental, ruhsal yöndən izah edir ki, bunu da hər adam anlamaz. Amma bu qədər də olmaz da. Sonda əhsən Vaqif Mustafayev və digər heyətə.
Film ilk başlayanda dedim çox real çekibler. Yaxşı filimdi düzdü dərin mənaları var. Ama bizim qəhrəmanlara aid kino çəkilməlidi. Kinonun başlanğıcı 1 ci Qarabağ müharibəsindən , Xocalıdan sonu isə antirer əməliyyatı ilə bitməlidi. Çox gözləyəcəyik biz bu filmi??
*Kişi, kişi nə səbəbdən olur olsun, öz qadını ilə yatağını ayırmaz...* *çox gözəl filmdir, ermənilər və Ermənistan çox gözəl canlandırılıb...* *sülh olsun, düşmənçiliy bu 2 xalqa heç yaraşmır, əvvəlki günlərmizi isdiyirəm...*
Vaqif müəllim çox məqamlara toxunur. Ermənistanla Azərbaycanı ər-arvad kimi göstərir və onların arasına Rusiyanın necə girdiyini göstərir. Yəni ermənilərdən çox rusları günahkar bilir və dostluğa çağırır. Çox gözəl filmdir
Çox bəyəndim. Vermək istədiyi mesajlar, görüntü keyfiyyəti, filmin mövzusu və aktyorların möhtəşəm ifası bir sözlə hər şey çox əla və səviyyəlidir. Sadəcə bir-iki səhnəni bəyənmədim, onların biraz şit, artıq olduğunu düşünürəm. Ancaq bu sadəcə mənim fikrimdir. Hər kəsə xoş izləmələr🙂
Bu filmdə gərək baş işlədəsən, kinodan anlayışın olsunki, biləsən rejissor nə demək istəyir.O cür düşünməkdə bizə xas olan iş deyil ona görədə hamı düşünmək tələb eləməyən nələrəsə axın edir.İnanmıramki kinodan anlayışı olmayan kimsə bu filmi bəyənsin.Bundan sonra heç olmasa Yarımştat tamaşasında Muxtar demiş "Qəliz-qəliz zad eləmə" elə kino çekinki hamı başa düşsun.
@@kamranibrahimov2582 Sən hələ bir Azərbaycan dilində yazmağı öyrən, sonra nəyəsə bir iradıvı bildirərsən. Adi elementar fikrivi izah etmək üçün cümlə qurub yaza bilmirsənsə sən kino nədi haradan bilərsən.Səninki tik-tokdu düşünmədən bax, heroqliflərlədə fikrivi bildir.
Bu film janri basqadir,fəryad janrı tam ayrıdır. Kimse ordumuzun döyüşünü ya qələbəsini alçaltmır.Bu filmde ermenilerin nece xəyal perert absurd,və axmaq oldugunu ermenilerin özünə və dunyaya tanıdır,super cekilib,şəmi şoşuya baxıb gülməkdən kayf tutan kütlə üçün deyil bu film
Elə şəmi şoşuya baxanlar üçün çəkilib bu film. Normal insanlar üçün bir məna kəsb etmir. Çünki film heç nə anlatmır. Nə propaganda filmi kimi uğurlu alınıb, nə də patriotizm baxımından. Nə tarixi bir filmdir, nə də komediya. Bəlkə bozbash picture sevərlər baxıb gülə bilər. Bunun üçün gərək insan low IQ sahibi olsun
ELA FİLMDİ BEYENDİM..EMEYİ KECEN HER KESİ,XUSUSİLEDE DANİEL QARDAŞİMİ TEBRİK EDİDEM😊..Ama film sonradan menasiz yerlere gelib baglanir..ilk bawlarda qeweng gedirdi..
Salam. Film haqqında pis fikr bildirənlərin nə qədər dar düşüncəli olduğunu bildim. Film demək olar ki başdan sona mesajlarla doludu. Filmi anlamaq üçün gələk kifayyət qədər ağıllı olasan. Film çox yaxşı və bir o qədər də yüksək səviyyəli çəkilib. Filmdəki xırda detallar çox yaxşı vurğulanıb. Məsələn - Həkimin arvadının erməni olması, rus profesorunun gəlib elə belə söz deyib getməsi, başlıq səhnədə erməni öz qardaşını vurmaq istəyəndə hərbiçimizin onun yumruğunu saxlaması və s.
@@Nihat.Qedirzade Ayda dar dusunceli sensene. Film xalqin zövqünde çekilmeliydi. Rejisor öz basa dusduyunu vermeli deyil. Ikinci dunya muharibesi haqqinda nece filmler var. Yeni ozuvu agillidiye sayma. Bu budceye normal kino cekmek olardi. Daha salto vuran ermeni yox .
@@IbrahimPashazade1sənin zövqüvə quzu kəsərəm, bu film bazarxaba, boz baş komediyalara baxmaq istəmiyənlər üçündü, biz bəyim adam döyülüq, bizdə ağıllı bir kinoya bazmaq istəyirik
@@kenanhesenli0911Xeyr. bir var festival filmi var, birde ümumi xalqa xitab eden. Yeni dar dusunceli ve agilsiz demek özü dar dusuncelilik ve agilsizliqdir.
Kiməsə dar düşüncəli deməkdənsə öz düşüncələrini kontrol et. Həkimin pəncərədə oturmağı digər həkimində oturmaq istəməyi və tibb işçisinin şkafdan çıxmağı burda sətir altı nə var? 44 günlük müharibə zamanı böyük sücayət göstərmiş həkimlərimiz Filmdə belə sərgilənməlidir sənin geniş düşüncənlə?
Rejissor filmdə açıq-aşkar ermənilərə mesaj göndərir ki,sizin yeganə çıxış yolunuz reallığı qəbul edib,sülhə imza atmaqdır.Əks halda gələcəyiniz olmayacaq.
Bir misal var. İki əsgər müharibə zamanı səngərdə gizlənir. Biri o birinə deyir qorxma, bizim Allahımız var. O bizi qoruyur. O biri də cavab verir, bəs onların Allahı qorumur ?
Tipik Vaqif Mustafayev üslublu bir filmdir.Hər kəs Vaqif Mustafayevdən sırf militarizm tərzli bir filmi əbəs yerə gözləyir.Onun janrı bax belə sətiraltı mesajlar verməkdir.Heç Fəryad filmi də militarist janrda çəkilməmişdi.Orada da müəyyən mesajlar verilirdi.Əgər militarist janrlı bir film istəyirsinizsə ən yaxışı Dolu filmidir.Bu filmdə isə mənə həm gülməli həm də maraqlı gələn mesajlar oldu.Məsələn "Böyük Ermənistan" qlobusu:)) Yəni demək istəyir ki, bu millətin gözü doymur deyə ağıldan məntiqdən uzaq şeyləri arzulayıblar həmişə.İkinci mesaj psixiatrın erməni arvadının qələbə günündə ağlaması oldu.Yəni bəlkə də bunu demək istəyir ki, içimizdəki ermənilər hələ də qələbəmizi həzm eləyə bilmir.
"Fəryad" filmində Ceyhun Mirzəyev və Vaqif Mustafayev Azərbaycanın müharibəni uduzduğu dövrdə bizim ağrımızı göstərirdilər. "Həyat deyəsən gözəldir" filmində isə qalib Azərbaycan xalqının kinorejissoru danışır. Özüdə qışqıra qışqıra yox... Sakit, ağılla...Əsgərlər ön cəbhədə, biz arxa cəbhədə, Vaqif Mustafayev və komandası isə bu filmlə qalib gəldi...Dostlar, bizim bir düşmənimiz var-ermənilər. Özümüz özümüzə düşmən olmayaq...Hərənin öz filmi var. Filmi bəyənməyən adamları da başa düşürəm. Bu zövq məsələsidir. Amma hamımızın bir vətəni var. Azərbaycan. Bu da onun qələbəsi haqqında çəkilmiş lazımlı, savadlı, maraqlı filmdir. Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə olmasın...
Döyüş pavilionundan olan kadırları izləmişdim. Açığı Fəryad filminin 2-ci hissəsini gözləyirdim. Filmə baxdım və çəkilən əziyyəti dəyərləndirərək kollektivə təşəkkür edirəm. Filmdə başa düşmədiyim məqamlarda var. 44-günlük müharibə zamanı böyük sücayət göstərmiş həkimlərimiz Filmdə yaxşı sərgilənmir. Sanki xəsdəxanamızda paranormal hadisələr baş verir. Hələ həkimin pəncərədə oturmağı digər həkimində oturmaq istəməyi və tibb işçisinin şkafdan çıxmağı. Bildirmək istəyirəm ki, bu yumor deyil. Film dünya üçün nəzərdə tutulur. Gələcəkdə buları nəzərə alın. Buna baxmayaraq aktyorlarımızı alqışlayıram. 👍👍👋👋
Mənim ən sevdiyim kinolardan biri Feryad 1 kinosudu. Bu gün ki günde hətta bəzən oturub baxıram. Amma çox təəssüf ki o cür kinonun ardını belə çəkiblər. Mən neçə vaxtdı ki bu kinonun çıxmağını gözdeyirdim 😞
Vaqif Mustafayevi Tebrik Edirem çox gözel bir film alınıb tarnteno terzi var az maz amma heqiqeten Ali ve nino ve kecmiş filmlerimizden başqa 2ci yeni filmdi Sirf heyet baximindan desem ilk beyendiyim film oldu uğurlar her birinizə
Kommentləri oxudum, by komedixana, bozbaş ehli, fikilərivizi öünüzdə saxlayın, özünüzü biyabır etməyin, bu filmin başqa mənası var, hər kis qanmaz. Qəhramanlarımız ö qədərdiki, dünyanın onlar barəsində danışmaqa qörsətməyə kino lent çatmaz. Onlara heç o lazım da deyil. Onlara vacib odur ki, Qarabağ Azərbaycandır ! 🇦🇿
Söhbət ondan getmir sadəcə siz düzgün anlamamısınız o cənab deyirdi ki , bəzi ölkəmizdə yaşayanlar meylini ancaq komedixana kimi və s filmlərə salır . Bizim öz filmlərimiz isə izlənmir çox az adam baxır Azərbaycanın belə dəyərli kinolarını gözə almırlar bu mənada . Allah şəhidlərimizə rəhmət eləsin Amin
Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm,hətta düşmənimə də . İsmayıl (Fəryad filmi)Film əladır, Vaqif Mustafayev fərqi öz sözünü deyir.Əhsən.Məncə bu filmdə İsmayıl cəbhəyə gedəndə,onun balaca oğlunu artıq böyümüş və gənc Azərbaycan zabiti rolunda çəkmək olardı yəni İsmayılın davamçısı kimi.necə ki bir növ fəryad filmi, ögey ana filminin davamı olduğu kimi.
Səsləndirmə,effektlər,çəkiliş və s. ümumilikdə belə bir film Azərbaycanda olmayıb! Hər bir şəxs ki, var, əziyyəti olan, bax onlara təşəkkür edirəm. Amma mənəvi və ruh olaraq bu 32 il keçməsinə baxmayaraq , 'FƏRYAD' filminə çata bilməz... Kaş bu filmin 2-ci hissəsi çəkilərdi! Yenə də sağ olun, amma 'FƏRYAD' filmi tam başqadır...
"Fəryad" filmi müharibə janrında idi, bu isə absurd komediya janrındadı. Tam başqa filmlərdir, məncə, ikisi də ö baxımından mükəmməldir. İnşaAlah gözəl müharibə filmləri də çəkilər
Bu filimde Ermeniler setir alti eziy eziy edilib.Ele Sayat Nova ile olan sehneler kifayetdir ki,onlarin xeste təxəyyülü olduqlarını başa düşəsən.Filimdə dini, tarixi ve siyasi motivlərə toxunaraq Ermenilerin yanlış düşüncədə olduqları gostərilib.
Nəzərə alsaq ki bu filmə baxanlar sadə vətəndaşlardı və heç də. bu film hamıda eyni xoş təssürat yarada bilməz,deyərdim ki çox insanlara yaxşı təsir etməyəcək.ən azından tez tez səslənən böyük ermənistan kəlmələri və əsir düşmüş erməni əsgərinin bizlərə nifrəti buna sübut ola bilər.mən tənqidçi deyiləm ,şəxsi fikrimi bildirirəm.Qısası bu film mənim xoşuma gəlmədi baxmayaraq ki bunu bizim böyük sənətkərımız ərsəyə gətirib və bu filmdə mənim 2 bacım oğlu musiqiçi kimi iştirak edib
Süni , qarışıq, baxımsız və olduqca yorucu bir film alınıb. Subliminal mesaj kimi çatdırmaq istənilən məna yapışmır. Daha sadə , ancaq dərin məzmunlu film çəkmək olardı. Mustafayevin qoca çağında görünür bacardığı budur.
Allaha and olsun sizin bashiniz xarabdir haminizin! bu film Feryada adiyyati yoxdur Vaqif mustafayev agzina geleni cekib , xiyardan qehremanliq filmi istediler agzina geleni cekdi .
@@saramamedova- Mustafayevin bundan əvvəlki komediya filminin davamıdır, TH-cam'da var, 90ci illərdə çəkilib,Yaşamaq gözəldir adlanır. Fəryada dəxli yoxdur.
Filmi ərsəyə gətirdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun😊. Qarabağ Azərbaycandır! 🇦🇿✊
Filmə çəkilən hər manat haqqı halalınız olsun .filmin axışı görüntüsü aktyorların reallığı möhtəşəm .YAŞASIN AZƏRBAYCAN❤
Çox xoşuma gəldi👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Başda Vaqif müəllim olmaqla bütün yaradıcı heyətə təşəkkür edirəm. Gözəl film idi
Əziyyəti keçən hər kəsə təşəkkürlər,əla film alınıb,əsl vaqif müəllim tərzində
Super kino, super aktyorlar, super senari. Halaldı vallah. ❤😂
Bizə də danış super yerini super ssenarini zəhmət olmasa
day gülmək smayliki nediki ?
@@knanmmmdzad2337 ağlamaq qoyardım? Gülmək şənlənmək deməkdir, kefin kök olduğunu göstərir. Yeni ki kino çox ləzzət etdi. Yenə deyim, yoxsa kifayətdir??? :)
Gözəl filmdir,gözəl alınıb.Bu filmdə ermənilərdən yox,bizim cəsur,Müzəffər Ordumuzun ermənilərin başına necə oyun açdığını göstərir,yaşasın Müzəffər Azərbaycan Ordusu,ALLAH c.c şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin,veteranlarımızı və vətən sevdalısı balalarımızı qorusun.
Döyüş Səhnələri Azdı Döyüş Səhnələri çox Olsaydı Torpağların Alınma Xəbəri Çox Olsaydı Daha Maraqlı olardı
Filimdə Urfan Məcidli Roluna Və Filmə Çəkildiyinə Görə Hikmət Rəhimova Təşəkkür Edirəm Mərhum Fuad Poladov İkinci Pərdə Filminə Baxannan Sonra Hikmət Rəhimova Demişdi Ki Sən Sübut Elədin Ki Mən Teatırdan Boş Yerə Çıxmamışam Və Peşman Da Deyiləm Yəni Fuad Poladov Hikmət Rəhimovu Möhtəşəm Aktyor Kimi Görürdü Bu Qədər
Çox pragmayik, inteqratif, gələcəyə yönəlik hazırlanmış bir filmdi
Çox gözəl dərin mənalı filmdir. Vaqif müəllimə və bütün yaradcı heyətə eşq olsun! "Komedixana" pərəstişkarları bu filmi başa düşməzlər
Kaş Ceyhun Mirzəyev sağ olaydı bu günü də görərdi. Qarabağ indi azaddır. 🇦🇿🇹🇷✊
@@mahirnovruzov6503 o bez parçasını rədd elə bayrağımın yanından axmaq
Ceyhun Mirzəyev sağ olub bu filmi görsəydi, utancından ölərdi
Kaş sağ olaydı tüpürərdi bu filmi çəkənlərin üzünə
@@elcinrasulov Bilirəm baxmışam
Ceyhun Mirzəyev görməsədə Mən Ceyhun Abdıyev Gördü bəs edir.
Yaxın zamanda nə qədər filmlər çəkil heç birini bəyənməmişəm.Bu film mənim çox xoşuma gəldi.Komedi üslubu lap əladı.👍👍👍👍👍👍.İnşaallah davamı gəlsin
Axır vaxdlar yaxşı kinolar çıxır qaqa azda olsa inkişaf var marağlan qeşey kinolar var bax,isdesen men adlarin deyerem
Vətən müharibəsi haqqında o qədər təsirli , dərin mənalı filmlər çəkmək olar və çəkilməsi vacibdir!!! Qəhrəman oğullarımızın hərəsi bir film mövzusudur
Möhtəşəm film Satira və yumor dolu... Həm düşündürürü , həm də güldürür .Vaqif bəy hər mövzunu incə incə toxuyub gözəl bir sənət əsəri yaradıb Var olasınız ..
İncə və satirik gülüşlə ermənilərə şapalaq vurulub bu filmdə, bayrakdar-film ❤
Bravo Vaqif Müəllim!
Cox sukur axiri geldi bu filme cekilmisem sebirsizlikle gozlediyim filim axiri geldi
Bu film həqiqətən oscara və digər mükafatlara layiqdi həqiqətən Azərbaycanda keyfiyyətli və ən gözəl filmlərindən biridir
Nə Oskar bunə heç mis çaynik də düşməyir
Səbirsizliklə gözləyirəm❤❤❤
15.21 əyninə gələn böyük pencək😂😂Vaqif müəllim filmə görə çox sağ olun.
Hele filmin ilk deqiqesindeyem,hollywod filmlerini xatirladir.nece gozel çekilib.Halal olsun
Allah şəhidlərimizə rəhmət eləsin
Bu film hara Feryad hara. Yoxsa sujetde derin mena var biz sade vetendaslar anlamayiriq. Tarix yazan igidlerimizden behs edilmeli idi🇦🇿❤️🇹🇷
kinoda derin mena var idi sen anlamadin
@@guneyabdullazada6173 izah etsez gozel olardi
Meselen,qelebe günü ermeni qadının Azerbaycan kişisinin ayağının altında ağlamağı...
bəli, dərin məna var, siz anlamırsınız
@@mhmmdliyev8582 yeqin bu sahede tecrubelisiniz. Izah verin texmini bizde anlayaq. Bilmemek ayib deyil deye dusunurem👍🏻
Cox Gozel is cixariblar .
QARABAĞ AZƏRBAYCANDI🇦🇿🇦🇿🇦🇿
Filmdə həkim və həyat yoldaşının yuxularındakı hadisə və dialoqlar, sonda hamı bayram edərkən Ruzannanın həkimin ayağından yapışıb ağlaması (içindəki ermənilik təlatümü oyanmışdı), ermənilərdə qadının ön planda verilməsi, erməni cəmiyyətində və düşüncəsində olan təlatümlər iki qardaşın mübarizəsi kimi verilməsində mesajlar var. Erməni qlobusu və qlobusdakı "sevan" yazısı, tavandan asılmış ayaqqabılar(başqalarının ayaqqabısın geyinib yerişin yeriməyə çalışmaları).. Sonluqda günəş şüalarının daşlar vasitəsilə qeyd olunmuş sərhədin vektoru boyunca saçması və erməni əsrin hər iki bayrağa baxaraq gündoğumuba doğru yəni sülhə doğru hərəkəti əla detal idi.
Bildyn ermənləri lağa qoyblar,mükəmməl 😂
Təşəkkürlər ❤
KARABAG AZERBAYCANDIR!!!🇦🇿🇹🇷
ƏLƏRİNİZE SAĞLIQ ÇOX GÖZEL FILIMDİR 🇦🇿
Mohtesemsiniz❤❤❤❤❤❤❤
Mən filmi bəyəndim, rejissor müharibəyə başqa tərəfdən baxıb, və ermənilərin əslində düzgün fikirdə olmadıqlarını, absurd şekildə gösterib.Tək bir sözlə əla!
Normal düşüncə və şərhlə yanaşan oldu, bir neçə şərh arasında. Hər kəs pisləyir, lakin sizin baxış bucağınızdan baxan olmadı filmə. 👍
@@kenanhesenli0911çünki komedixana baxanlardı o komment yazan "kinokrtiklər" dərin düşüncə yoxdu.
@@Turk978Təəssüf ki, haqlısınız. Yenə də qeyd etmək məcburiyyətindəyəm ki, TƏNQİD olar, TƏHQİR yox! Şərhlərin əksəriyyəti ancaq təhqiramiz ifadələrdir. Başa düşə bilmirəm ki, təhqir və tənqidi niyə qarışdırırlar. Xoşun gəlmir tənqid et! Təhqir deyil. Şərhləri oxuduqca, dəhşətə gəlirəm sadəcə. Yəni bizim bəzilərimiz bu qədərmi filmdən, kinodan, janrdan anlamırıq?!
@@789-b2bDəqiq? Əsasınız varmı buna? Mümkünsə rəsmi olmayan və dildən-dilə qeyri-rəsmi, düzgün olmayan məlumatları şüuraltına yeridib, insanları çaşdırmayın.
Anaida Rostovskaya Erməni Aktrisa film çox möhtəşəmdi❤❤❤❤
Film maraqlıdır, kinoteatrda izləmişdim, müharibə haqqında müharibəsiz bir fiım. Qara yumor, qrotekst, ehyamlar. Çox istəerdim rejissor versiyası nə zamansa yayımlansın
Vaqif müəılimə yeni yaradıcı uğurıar arzu edirəm
Vaqif Mustafayev dəsti xətti dərhal hiss olunur. 👍
Qapi acilanda pasinyanin oynamagina ne qeder guldum 😂😂😂😂
Düzü mən komediya gözləyirdim. Amma bu dramatik kinodu. Axırda Vaçikə yazığım gəldi. Vaqif Mustafayev gözəl bir kino çəkib. İnçə yumor, inçə yanaşma, böyük drama
Menimde yazigim geldi🥹Ama uzu gunese yeni sulhe dogru getdi
Filmə baxdıqdan sonra, sadəcə, bu möhtəşəm, kinematoqrafik cəhətdən gözəl, ideya və mesaj baxımından zəngin film haqda fikirlərimi bildirmək istəyirdim. Amma rəyləri oxuduqdan sonra çox dərin təəssüf hissi keçirdim. Azərbaycan xalqı niyə bu qədər geriləyib düşüncə, mədəni anlam cəhətdən. Təbii ki, bu film dialoqlar, görüntü və digər aspektlərdən insan və cəmiyyəti mental, ruhsal yöndən izah edir ki, bunu da hər adam anlamaz. Amma bu qədər də olmaz da.
Sonda əhsən Vaqif Mustafayev və digər heyətə.
Bu cür şərhləri görəndə sevinirəm. Başa düşən çox azdır filmi demək olar ki. 👍
Hansı şərhə baxırsan - ancaq təqhiramiz ifadələr və kobudluqlar.
Yüksək sənəti başa düşən həmişə az olub. Bir də ki, burada şərh yazanların əksəriyyətinin Vaqif sənətindən heç xəbərləri yoxdu!
@@EldarSelimov-ss8ue Bu tərz şərhləri görəndə ümidim artır.👍
Mən filmin Qala gecəsində baxmışdım. Çox super filmdir 😍
Baxmadan bəyəndim❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Axırkı Çıxdı Əla Baxmağa Dəyər Film
Cox sag olun Cox eladi
Çox Gözəl Çəkilib Halaldı.
Film ilk başlayanda dedim çox real çekibler. Yaxşı filimdi düzdü dərin mənaları var. Ama bizim qəhrəmanlara aid kino çəkilməlidi. Kinonun başlanğıcı 1 ci Qarabağ müharibəsindən , Xocalıdan sonu isə antirer əməliyyatı ilə bitməlidi. Çox gözləyəcəyik biz bu filmi??
Aydaaa nece sevindim ❤❤❤❤❤❤❤❤❤
*Kişi, kişi nə səbəbdən olur olsun, öz qadını ilə yatağını ayırmaz...*
*çox gözəl filmdir, ermənilər və Ermənistan çox gözəl canlandırılıb...*
*sülh olsun, düşmənçiliy bu 2 xalqa heç yaraşmır, əvvəlki günlərmizi isdiyirəm...*
Vaqif müəllim çox məqamlara toxunur. Ermənistanla Azərbaycanı ər-arvad kimi göstərir və onların arasına Rusiyanın necə girdiyini göstərir. Yəni ermənilərdən çox rusları günahkar bilir və dostluğa çağırır. Çox gözəl filmdir
Sonunda gəldi
Çox bəyəndim. Vermək istədiyi mesajlar, görüntü keyfiyyəti, filmin mövzusu və aktyorların möhtəşəm ifası bir sözlə hər şey çox əla və səviyyəlidir. Sadəcə bir-iki səhnəni bəyənmədim, onların biraz şit, artıq olduğunu düşünürəm. Ancaq bu sadəcə mənim fikrimdir. Hər kəsə xoş izləmələr🙂
Vaqif Mustafazadənin öz dəst xətti daima seçilir. Bəyəndim bu filmi
Kino yaxşdı,ama elə o başda var e qardaşlarmn oları inləttyi səhnə,onun üçün belə baxmağa dəyərdi
Vaqif Mustafayevin filmlərini bəyənənlər bunu da bəyənəcəklər. Əks halda, çətin görünür.
Bu filmdə gərək baş işlədəsən, kinodan anlayışın olsunki, biləsən rejissor nə demək istəyir.O cür düşünməkdə bizə xas olan iş deyil ona görədə hamı düşünmək tələb eləməyən nələrəsə axın edir.İnanmıramki kinodan anlayışı olmayan kimsə bu filmi bəyənsin.Bundan sonra heç olmasa Yarımştat tamaşasında Muxtar demiş "Qəliz-qəliz zad eləmə" elə kino çekinki hamı başa düşsun.
bashi ishledib adi kinoya baxirlar??????????????????? bunu vaqif bey oturub sizinle baxar rahat desrleshesiz.bu biza lazim deyil
@@kamranibrahimov2582
Sən hələ bir Azərbaycan dilində yazmağı öyrən, sonra nəyəsə bir iradıvı bildirərsən. Adi elementar fikrivi izah etmək üçün cümlə qurub yaza bilmirsənsə sən kino nədi haradan bilərsən.Səninki tik-tokdu düşünmədən bax, heroqliflərlədə fikrivi bildir.
Yalançının
Haqlısınız. 👍 Və Səməndər Rzayevin də dediyi kimi: "Bu kino ki, var, bu çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib."
Başa düşməyən getsin komedixanaya baxsın 😂, bu incə mesajlı filmdi, hər kəs zad eliyi bilmir
Bu film janri basqadir,fəryad janrı tam ayrıdır. Kimse ordumuzun döyüşünü ya qələbəsini alçaltmır.Bu filmde ermenilerin nece xəyal perert absurd,və axmaq oldugunu ermenilerin özünə və dunyaya tanıdır,super cekilib,şəmi şoşuya baxıb gülməkdən kayf tutan kütlə üçün deyil bu film
Şükür, filmi başa düşənlərin sayı artır. 👍
Elə şəmi şoşuya baxanlar üçün çəkilib bu film. Normal insanlar üçün bir məna kəsb etmir. Çünki film heç nə anlatmır. Nə propaganda filmi kimi uğurlu alınıb, nə də patriotizm baxımından. Nə tarixi bir filmdir, nə də komediya. Bəlkə bozbash picture sevərlər baxıb gülə bilər. Bunun üçün gərək insan low IQ sahibi olsun
Möhtəşəm !
ELA FİLMDİ BEYENDİM..EMEYİ KECEN HER KESİ,XUSUSİLEDE DANİEL QARDAŞİMİ TEBRİK EDİDEM😊..Ama film sonradan menasiz yerlere gelib baglanir..ilk bawlarda qeweng gedirdi..
Çox maraqli idi
İkincisidə sirab suyun şəklin çıxardıb guya erməni mineral suyudur.Qəbirstanlıqda biləcəridə çəkilib😅😅😅
Очень интересная постановка. Много подтекста... трагикомедия 😒😔🤔 фильм понравился 👏👏
Filmi izləyib ədəbsiz, nalayiq sözlər yazanlar Vaqif müəllimin janrından, stilistikasından bixəbər olanlardır.
Nəhayət ki, eyni düşüncədə olan birini tapdım. :)
Bu film Vaqif Mustafayevə heç yaraşmadı. Bu qədər xərc və bu cür aktyorlarla daha yaxşı müharibə filmi çəkmək olardı.
Amma gəlin qəbul edək ki, Fəryad 2.və ya Azərbaycanın müharibədəki qələbəsinə həsr edilmiş film belə olmamalıydı.
@@kenanhesenli0911Bah heç kim bilmedi. Bu iki ağzı qoxmuş filmi başa düştü 😂. Filminize salam
@@mancunoyan6466 Beyni olmayanlarla mübahisə etmirəm. 😂😂😂
baxdigim.ucun serf etdiyim.vaxti geri istiyirem Azərbaycan əsgerinnen hecne bes edilmedi neblim.vallah
Sef başa düşmüsen qardaşım
Bu sülhə xidmət edən filmdir. Azərbaycan əsgəri haqqında film çəkilsə gərək serial çəkilsin.
Çox möhtəşəm bir filmdir
ELLERINIZE SAGLIQ , BU TIP FILMLERIMIZ COX OLSA ELA OLAR .
Heç olmasa altyazılı edərdiniz. Hamının səsini Vüsal Murtuzəliyev səsləndirir.
Salam. Film haqqında pis fikr bildirənlərin nə qədər dar düşüncəli olduğunu bildim. Film demək olar ki başdan sona mesajlarla doludu. Filmi anlamaq üçün gələk kifayyət qədər ağıllı olasan. Film çox yaxşı və bir o qədər də yüksək səviyyəli çəkilib. Filmdəki xırda detallar çox yaxşı vurğulanıb. Məsələn - Həkimin arvadının erməni olması, rus profesorunun gəlib elə belə söz deyib getməsi, başlıq səhnədə erməni öz qardaşını vurmaq istəyəndə hərbiçimizin onun yumruğunu saxlaması və s.
@@Nihat.Qedirzade Ayda dar dusunceli sensene.
Film xalqin zövqünde çekilmeliydi.
Rejisor öz basa dusduyunu vermeli deyil.
Ikinci dunya muharibesi haqqinda nece filmler var.
Yeni ozuvu agillidiye sayma.
Bu budceye normal kino cekmek olardi.
Daha salto vuran ermeni yox .
Sonuna qədər haqlısınız. Başa düşmədikləri odur ki, film Faciəvi komediya janrında çəkilib, dram janrında deyil.
@@IbrahimPashazade1sənin zövqüvə quzu kəsərəm, bu film bazarxaba, boz baş komediyalara baxmaq istəmiyənlər üçündü, biz bəyim adam döyülüq, bizdə ağıllı bir kinoya bazmaq istəyirik
@@kenanhesenli0911Xeyr. bir var festival filmi var, birde ümumi xalqa xitab eden.
Yeni dar dusunceli ve agilsiz demek özü dar dusuncelilik ve agilsizliqdir.
Kiməsə dar düşüncəli deməkdənsə öz düşüncələrini kontrol et. Həkimin pəncərədə oturmağı digər həkimində oturmaq istəməyi və tibb işçisinin şkafdan çıxmağı burda sətir altı nə var? 44 günlük müharibə zamanı böyük sücayət göstərmiş həkimlərimiz Filmdə belə sərgilənməlidir sənin geniş düşüncənlə?
Rejissor filmdə açıq-aşkar ermənilərə mesaj göndərir ki,sizin yeganə çıxış yolunuz reallığı qəbul edib,sülhə imza atmaqdır.Əks halda gələcəyiniz olmayacaq.
Bir misal var. İki əsgər müharibə zamanı səngərdə gizlənir. Biri o birinə deyir qorxma, bizim Allahımız var. O bizi qoruyur. O biri də cavab verir, bəs onların Allahı qorumur ?
Şükür Allaha çıxdı filim
1:30:00 axırı amma hər şey zor oldu.ümumiyətlə zor kinodur 1.2 şeydə səhv buraxılıb
Tipik Vaqif Mustafayev üslublu bir filmdir.Hər kəs Vaqif Mustafayevdən sırf militarizm tərzli bir filmi əbəs yerə gözləyir.Onun janrı bax belə sətiraltı mesajlar verməkdir.Heç Fəryad filmi də militarist janrda çəkilməmişdi.Orada da müəyyən mesajlar verilirdi.Əgər militarist janrlı bir film istəyirsinizsə ən yaxışı Dolu filmidir.Bu filmdə isə mənə həm gülməli həm də maraqlı gələn mesajlar oldu.Məsələn "Böyük Ermənistan" qlobusu:)) Yəni demək istəyir ki, bu millətin gözü doymur deyə ağıldan məntiqdən uzaq şeyləri arzulayıblar həmişə.İkinci mesaj psixiatrın erməni arvadının qələbə günündə ağlaması oldu.Yəni bəlkə də bunu demək istəyir ki, içimizdəki ermənilər hələ də qələbəmizi həzm eləyə bilmir.
Hələ qlobusda dünya okeanının adını sevan yazmaları, tavandan asılmış ayaqqabılar, erməni personajların ifa etdiyi musiqilər və s.
Ela filmdi, rehmetlik Oqtay kagiz fisengi partladanda yaman deyir qadaniz alim )
"Fəryad" filmində Ceyhun Mirzəyev və Vaqif Mustafayev Azərbaycanın müharibəni uduzduğu dövrdə bizim ağrımızı göstərirdilər. "Həyat deyəsən gözəldir" filmində isə qalib Azərbaycan xalqının kinorejissoru danışır. Özüdə qışqıra qışqıra yox... Sakit, ağılla...Əsgərlər ön cəbhədə, biz arxa cəbhədə, Vaqif Mustafayev və komandası isə bu filmlə qalib gəldi...Dostlar, bizim bir düşmənimiz var-ermənilər. Özümüz özümüzə düşmən olmayaq...Hərənin öz filmi var. Filmi bəyənməyən adamları da başa düşürəm. Bu zövq məsələsidir. Amma hamımızın bir vətəni var. Azərbaycan. Bu da onun qələbəsi haqqında çəkilmiş lazımlı, savadlı, maraqlı filmdir.
Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə olmasın...
çox gözəl vurğuladınız
Nəçə vaxt ki bu filmi gözle dim ❤
Döyüş pavilionundan olan kadırları izləmişdim. Açığı Fəryad filminin 2-ci hissəsini gözləyirdim. Filmə baxdım və çəkilən əziyyəti dəyərləndirərək kollektivə təşəkkür edirəm. Filmdə başa düşmədiyim məqamlarda var. 44-günlük müharibə zamanı böyük sücayət göstərmiş həkimlərimiz Filmdə yaxşı sərgilənmir. Sanki xəsdəxanamızda paranormal hadisələr baş verir. Hələ həkimin pəncərədə oturmağı digər həkimində oturmaq istəməyi və tibb işçisinin şkafdan çıxmağı. Bildirmək istəyirəm ki, bu yumor deyil. Film dünya üçün nəzərdə tutulur. Gələcəkdə buları nəzərə alın. Buna baxmayaraq aktyorlarımızı alqışlayıram. 👍👍👋👋
KINONUN EVVELI COX MARAQLIDI.. amma DEHWETLI DERECEDE BEZI YERLERDE COX MENASIZ VE WIT HEREKETLER VAR.
AZƏRİ YOX! AZƏRBAYCAN TÜRKLƏRİ!
Çox seviyesiz kinodu. Azərbaycan ordusunun gücü haqdan video çəkmək lazım idi
Bravo 👏
Bütün komandanı başda Vaqif Mustafayev olmaqla təbrik edirəm 🎉🎈🎊🎉👏
Elə məndə. Fəryad filminin 2 ci filmi
Mənim ən sevdiyim kinolardan biri Feryad 1 kinosudu. Bu gün ki günde hətta bəzən oturub baxıram. Amma çox təəssüf ki o cür kinonun ardını belə çəkiblər. Mən neçə vaxtdı ki bu kinonun çıxmağını gözdeyirdim 😞
Vaqif Mustafayevi Tebrik Edirem çox gözel bir film alınıb tarnteno terzi var az maz amma heqiqeten Ali ve nino ve kecmiş filmlerimizden başqa 2ci yeni filmdi Sirf heyet baximindan desem ilk beyendiyim film oldu uğurlar her birinizə
Vaqif Mustafayev SƏNƏTKARDIR! MƏKTƏBDİR! Birmənalı olaraq.
Kommentləri oxudum, by komedixana, bozbaş ehli, fikilərivizi öünüzdə saxlayın, özünüzü biyabır etməyin, bu filmin başqa mənası var, hər kis qanmaz. Qəhramanlarımız ö qədərdiki, dünyanın onlar barəsində danışmaqa qörsətməyə kino lent çatmaz. Onlara heç o lazım da deyil. Onlara vacib odur ki, Qarabağ Azərbaycandır ! 🇦🇿
Söhbət ondan getmir sadəcə siz düzgün anlamamısınız o cənab deyirdi ki , bəzi ölkəmizdə yaşayanlar meylini ancaq komedixana kimi və s filmlərə salır . Bizim öz filmlərimiz isə izlənmir çox az adam baxır Azərbaycanın belə dəyərli kinolarını gözə almırlar bu mənada . Allah şəhidlərimizə rəhmət eləsin Amin
Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm,hətta düşmənimə də .
İsmayıl (Fəryad filmi)Film əladır, Vaqif Mustafayev fərqi öz sözünü deyir.Əhsən.Məncə bu filmdə İsmayıl cəbhəyə gedəndə,onun balaca oğlunu artıq böyümüş və gənc Azərbaycan zabiti rolunda çəkmək olardı yəni İsmayılın davamçısı kimi.necə ki bir növ fəryad filmi, ögey ana filminin davamı olduğu kimi.
1:27:35 - eşşəyin alçaldılması istisna olmaqla yaxşı filmdir
Səsləndirmə,effektlər,çəkiliş və s. ümumilikdə belə bir film Azərbaycanda olmayıb! Hər bir şəxs ki, var, əziyyəti olan, bax onlara təşəkkür edirəm. Amma mənəvi və ruh olaraq bu 32 il keçməsinə baxmayaraq , 'FƏRYAD' filminə çata bilməz... Kaş bu filmin 2-ci hissəsi çəkilərdi! Yenə də sağ olun, amma 'FƏRYAD' filmi tam başqadır...
Yəni hər kəsi 1 nəfərin səsləndirməsi "möhtəşəmdi" hə? Sənin boyunu yerə soxum yalan danışan yerdə
"Fəryad" filmi müharibə janrında idi, bu isə absurd komediya janrındadı. Tam başqa filmlərdir, məncə, ikisi də ö baxımından mükəmməldir. İnşaAlah gözəl müharibə filmləri də çəkilər
@@mhmmdliyev8582 o zaman niyə "Fəryad 2" deyə reklam eliyirdilər?
Bu filimde Ermeniler setir alti eziy eziy edilib.Ele Sayat Nova ile olan sehneler kifayetdir ki,onlarin xeste təxəyyülü olduqlarını başa düşəsən.Filimdə dini, tarixi ve siyasi motivlərə toxunaraq Ermenilerin yanlış düşüncədə olduqları gostərilib.
Nəzərə alsaq ki bu filmə baxanlar sadə vətəndaşlardı və heç də. bu film hamıda eyni xoş təssürat yarada bilməz,deyərdim ki çox insanlara yaxşı təsir etməyəcək.ən azından tez tez səslənən böyük ermənistan kəlmələri və əsir düşmüş erməni əsgərinin bizlərə nifrəti buna sübut ola bilər.mən tənqidçi deyiləm ,şəxsi fikrimi bildirirəm.Qısası bu film mənim xoşuma gəlmədi baxmayaraq ki bunu bizim böyük sənətkərımız ərsəyə gətirib və bu filmdə mənim 2 bacım oğlu musiqiçi kimi iştirak edib
Deyesen gozeldi Deqiqleşdirindee😂😂😂
Filmde 44 günlük Qarabağ müharibesin yaxşı göstərilməyib bir ermenin heyatı var yalnız
Super xala elə bildim çimnazdı
Emeyinize gore cox sagolun ama gozlentinin altinda idi geleceyde insallah daha gozel alinar
Oooo neçə ildi gözləyirdim
Səbirsizliklə Məndə gözləyirəm
İnşallah 🤲
Əməyi keçən hər kəsə uğurlar olsun İnşallah 🙏
Bu cür gözəl filmdi baxış sayı sıfır
Süni , qarışıq, baxımsız və olduqca yorucu bir film alınıb.
Subliminal mesaj kimi çatdırmaq istənilən məna yapışmır.
Daha sadə , ancaq dərin məzmunlu film çəkmək olardı.
Mustafayevin qoca çağında görünür bacardığı budur.
SÜPER
Allaha and olsun sizin bashiniz xarabdir haminizin! bu film Feryada adiyyati yoxdur Vaqif mustafayev agzina geleni cekib , xiyardan qehremanliq filmi istediler agzina geleni cekdi .
100%
@@saramamedova- Mustafayevin bundan əvvəlki komediya filminin davamıdır, TH-cam'da var, 90ci illərdə çəkilib,Yaşamaq gözəldir adlanır. Fəryada dəxli yoxdur.
Düppə düz deyirsən qardaş.
Emeyi olan her kes sag olsn ama filim 1qepiklik film deyl hec beyenmedm menasiz bir senaryodr
Her şey yaxşdi ama musiqinin sesi coxdu