“ Vətəndaş A” serialının yeni bölümlərini hər həftənin şənbə günü saat 22:00-da İctimai Televiziyanın efirindən və ''TH-cam'' kanalından izləyə bilərsiniz
@@ictimaitvofficial men baxan deilem amma saxlamiyin bu film rekort qiracaq . Ssenari muelifi operatorlar her sey yuksek derecededi. Birinci defedi xaricden bele seriala baxiram. En gozel akryorlari tapmisiniz. En xosuma gelen genc kadirlardan muellime qizi qaciran birde o oglanin qardasidi
İnsanların murdarlığı necə aydın göstərilib, obrazlar necə doğru seçilib, cahillik necə doğru təqdim olunub. Artıq aktyorlar peşəkarlaşır, təbiilik öz yerini alır. Bir sözlə bəyəndim və maraqla izləyirəm. Əməyi keçən hər kəsə təşəkkürlər. Davamı gəlsin👏👏👏
Kadrlarin tebiliyi , kecidler , rengler , ilk bolumde tisbaga ves cox detallar var ki sanki xarici filmleri xatirlatdi. Azerbaycan kinosu inkisaf etmeye dogru gedir. 👏👏
Həqiqətən əsil Azərbaycana xas serialdi inseAllah deyisilmez aktiyorlarin rollarini canli oynamaqlari dialoqlaq cox mukəmməl suniliy yoxdu bir sozlə xeyirli uqurlu olsun
Dizi ard arda düzülmək sözündəndir elə əsl Türk millətinin sözüdür.Türkiyə Türkləri düzülmək yox dizilmək deyir.Azərbaycan Türklərindən fərqli olaraq.Elə ona görə çox bölümlü olana dizi deyirlər.Biraz elminiz olsun.Elə hərşeyə mənasını bilmədən lağ lağı etməyi bilirsiniz.Serial rus sözüdür.Öz dilmizdə danışmağı qəbahət bilib rus dilində danışmağı eyib hesab etmirsiniz.@@kristinaamin3230
Ağır filmdir,çox da gözəl,əməyi keçən istedadlı aktyorlara xüsusilə Ötkəm İskəndərova və Şamil müəllimə təşəkkür edirəm,bu aktyorlar 1975 ci ildən kinodadirlar,hamıya uğurlar, davamını səbirsizliklə gözləyirəm.
Son vaxtlarda Azərbaycanda çəkilən ikinci serialdıkı təbii ,olduğu kimi çəkilən ət tökməyən alınıb halal olsun rejisor bə aktiorlara .bunnan əvvəl 'Soyoq Günəş' filmidə qəşəng alınmışdı
@@RufatSalayli İnanıram ki, siz müəllimlərinizə, işləyirsinizsə, müdirinizə "sən" deyirsiniz. Yaxşıdır Baba Pünhan bir söz deyib, sərf eləyənlər, bunu misal çəkir. Sizin böyüyünüzə kimsə "sən" deyə müraciət etsə, xoşunuza gələr yəqin.
@@sebineeliyeva6962 doğrudur amma burda elə məntiq ordadı da belə kənd də belə təhsillə orda olan situasiyanı göstərir. Belə baxanda 17 yaşında birini evləndirmək düzgün deyil amma siz gedib orda sən müraciət-ə toxunursunuz. Yəni burda problemlər göstərilir) qısası fikir doğrudur amma yersiz yerdə yazmısıniz
Çünki cahil düşüncələri üzrə tapıb öldürməsələr özləri də namussuz elan olunacaqdılar. Ama onsuz da 17 yaşı qızı zorla alanda elə olduqlarından xəbərsiz idilər )
Çox möhtəşəm bir işdir. Sonunda bizdə də aktyorluğun təbii, ssenarinin öyrədici, çəkilişin mənalı və rejissorluğun gözəl olduğu bir serial çıxıb. Açılış videosunda təhsili və bərabər hüquqları dəstəkləmiş tarixi şəxsiyyətlərimizin portretlerdən bizə baxması, qırıq tərəzinin bərabərsizliyi, ümumi işıqlandırma və çəkiliş bucaqları işi bilən insanların əməyini açıq-aydın göstərir!
Toxunduqları məsələ, 17 yaşlı bir qadının zorla ərə verilməsi, və o qadının sevdiyi həmyaşıdı ilə bir yerdə olmaq istəyib kənddə bu hadisənin namusun çirklənmə məsələsi olub, Bakıda yaşayanların namus(yəni onlar belə adlandırırlar) məsələsinə baxmadıqlarıdır. Zatən qeyrət,namusdan dil tökən əsas obrazın əslində necə rüşvətxor,saxtakar,din adından istifadə edən, şorgöz olduğu xarakterlərini özündə cəmləməsi “namus” məsələsi ortaya atılanda sadəcə qadınların yada düşməsini göstərir.
11-ci sinif şagirdləri olub, muəllimlə tay tuşları kimi danışmaqları düzgün olmadı. Müəllim cavan olsa da, uşaqlar bildilər ki, onların sinfinə dərs keçəcək. Bizim millətdə şagirdlər müəllimlərlə belə danışmır. Bunu rejissorlar niyə belə göstərirlər bilmirəm
Tamamilə razıyam. Ən azından o subardinasiyanı gözləmək lazım idi. Ümumilikdə götürəndə yaxşı çəkilibdir. Cəəfər Cabbarlının Almaz pyesi əsasındadır👍👍👍
20:39 Zülfiyyə Qurbanova çox böyük istedaddı , yaşı ötdükcə daha çox yaraşır seriallara , filmlərə. Kaş daha çox seriallarda görərdik 👏 Bölgələrdə yaşayan qadınların mənəvi əziyyətləri çox düzgün və səmimi çatdırılıb👏
Siz kinoya nece baxirsiz?? Hansi mentiqle baxirsiz??? O sehnede kendin tehsilden ne qeder geride oldugu gosterilir. Tehsil olmayan yerde medeniyyet axtarirsinizsa halaldi size. Filmdede bunu gostermeye calisiblar.
@@elgizkerimov Bizim bədbəxtimiz odur ki, tarix müəllimi heç nə demir o anda. Filmdə yeniyetmələr onunla qeyri-rəsmi danışmasına icazə verməməlidir. Ssenarist nümunə göstərməlidir… Kənddə olub olmamasının fərqi yoxdur.
@@tamibairamov7727 Siz filmi niye emosianal ve radikal cercivelere salirsiz ki? Film bir sehnede belkede milli deyerlerden nese gosterer basqa sehnede basqa bir sey. Meselen vaqonda sevisme sehnesi. Onuda qinayaq?. Bu filmdi ve mueyyen ssenari uzre dialoq ve davranislar olur. Her filmde mentalitet axtarsaq 15ci esrden hec vaxt cixa bilmeyeceksiniz. Yeniliklere aciq olmaq lazimdir.
Demək Azərbaycan Netflix səviyyəsində iş ərsəyə gətirə bilərmiş. Sadəcə ssenaristlərimizə, rejissorlarımıza dəstək lazımdır. İlk dəfə həyəcan və maraqla yerli serialı izləyirəm 😍
çox möhtəşəm hələ bu qədər diqqətlə azərbaycan kinosuna baxmamışdım bir balaca reklamını aparsaydın bəlkədə inid trend idi bu film çox maraqlı çox möhtəşəm
Baxmağa təzə başladım çox qəşəy kinodu, Azərbaycanda belə kinolar görmək çox xoşdu. Tək xoş olmuyan şey oduki rayonları əxlaq abidəsi kimi göstərib Bakını döndəriblər nəyə. Day demirlər ki Bakıda da elə o hoqqanı verənlər rayondan gələnlərdiki Bakıda heç kim bir birin tanımır, adları çıxmaz.
"Vicdan haqqı"-dan bu yana heç bir Azərbaycan serialını belə maraqla izəlməmişdim. Xüsusən dinin və "hacıların" mentalitetə oturdulan toxunulmazlıq, ucalıq məqamının iyrənc üzünün belə gözəl yansıdılması teleserialın möhtəşəmliyinə möhürdür. Təşəkkürlər.👏🏻
Səs effektləri əladır . 👏👏👏 lakin film bitdikdən sonra sözlər yazılır çox balaca yazılıb oxumaq çətindir . böyük yazın oxuyaq kimlər var bunun ərsəyə gəlməsində . Ümumilikdə əhsən 👏👏👏🇦🇿
Ferqli ve oldukça marağlı serialdır.Aktrisalar aktyorlar tebii oynayıblar.Özellikle Dadaş rolundakı genç aktyorumuz yaşı az olmağına baxmayaraq içten tebiidi mimikaları danışığı.Ümumiyetle bütün heyete teşekkürler👍
Qıza əkəc rolunu veriblər dil dil ötməyi,qaçmağı oğlana biraz kişi ol deməyi və s kimi.əksinə bu daha real dialoqdu o cür tiplərin siz deməyi süni olardı
sən müraciəti təhsilsizliklərinə, danışıqlarını bilməməklərinə görədir. Bu onu göstərir ki,onlar ilkin ibtidai hissləriynən hərəkət eliyiblər. Çətinlikləri başa düşmürlər. Bunların birliyi uzun çəkməz
@@relaxation3961 mən sizinlə o zaman razı olardım ki müəllim ən azından buna görə öz iradını bildirdi amma görünən odur ki müəllimə bunu normal qarsilayir
Kitab oxuyub dünya görüşünü artırmağa vaxtı və həvəsi olmayan gənclər, bu filmə diqqətlə baxın, lazımlı yerlərin gedişatını senzuradan keçirə bilərlər. Ərsəyə gətirənlərə, ibrətamiz görüntülər təqdim etdikləri üçün film rəhbərliyinə təşəklür edirəm.
11ci sinif uşaqınln müəllimlə danışıqna baxe 😃elədə oturub rahat yemey yirlər elə bil tarqovudadırlar söhbət edirlər,qaçan qızın sifətində bir qram qorxu stres yoxdu elə bil toya gəlib 😃
İtv hər zamankı kimi seçilir.Azərbaycan serial bazarında ən gözəl seriallar İtvdə yayımlanır.Çox gözəl mövzuları işıqlandırıblar.Bütün heyəti təbrik edirəm.Aktyorlar çox təbii oynayırlar.Çünki hər biri işinin peşəkarlarıdı.Bunun üçün rejissora xüsusi təşəkkürlər düşür.Bircə mənfi cəhəti var ki cəmi 12 seriyadı və həftədə bir dəfə efirə gedir.Oda ki 40 dəqiqə.
Olmadı axı mən saat 9dan gözləyirem saat 10 olsun 2 seriyaya baxım tv kanalın özündə siz tv'də başlayan kimi artıq TH-cam yükləmisiz. . . Nəysə 2ci seriyada maraqlı idi artıq qıcıq yaradan obrazda var məndə, yaxşı aktyorluguna görə yəni..) sadəcə 12 bölüm olduğunu öyrənəndə təəssüfləndim... Uğurlar🫰🍃
Ssenari əla, rejissura əla, aktyor oyunu, operator işi əla. Bir-iki nöqsan var idi onu da demirəm. Hər-halda özləri biləcək nə yerində deyildi. Təbrik edirəm. Belə gözəl işləriniz davamlı olsun. Plankanı aşağı salmayın.
Zovqle izleyirem , rejissor ve aktyorlarimiz subut etdi ki bizde turklerden geri qalmiriq, bizdede alinir.Her kesin emeyine sagliq, mohtesemsiz.Superrrrr.
Bəs niyə hər kəs bu qədər acıdil, bu qədər kobuddu? Kənd camaatı qonaqpərvər olur adətən, ən azından "xoş gəlmisinizi" əsirgəmirlər şəhərdən gələnlərə.
Bir vaxt gələcəy biz gənclər bu Azərbaycanın dəyişilməsində, inkişaf etməsində və bu düşüncələrin yox olmasında böyük rol oynayacayıq. Cahilliyin bu qədər düzgün görsədilməsi əhsən
2 ci seriyaya baxıram. Əgər mən qız qaçıranın oğlanın anası olsaydım bu qıza nifrət edərdim. Çünki belə risk edən qızsansa elə səni ərə verəndə qaçardın. Bu oğlanın axırı nə olacaq? Bir var qız qaçırmaq bidə var kiminsə arvadını qaçırmaq.
Bravooooo rejisdorada, aktyorlara da cox keyfiyyetli, tebii, genc aktyorladan yaslisina kimi hami super oynuyurlar.Musiqilar, ses effektleri rejissor isinin pesekaridir.
“ Vətəndaş A” serialının yeni bölümlərini hər həftənin şənbə günü saat 22:00-da İctimai Televiziyanın efirindən və ''TH-cam'' kanalından izləyə bilərsiniz
Vetendas A 3 cu seriali ne vaxtdi ?
@@SerxanHesenov-z2yhəftənin şənbə günü ay insan😒
@@elmirrzayev1677 bu ne aqresiyadi ? Normal yaza bilmezsen ?
Əla serialdı,aktyorlar çox düzgün seçilib, İTV yə eşq olsun,
@@ictimaitvofficial men baxan deilem amma saxlamiyin bu film rekort qiracaq . Ssenari muelifi operatorlar her sey yuksek derecededi. Birinci defedi xaricden bele seriala baxiram. En gozel akryorlari tapmisiniz. En xosuma gelen genc kadirlardan muellime qizi qaciran birde o oglanin qardasidi
İnsanların murdarlığı necə aydın göstərilib, obrazlar necə doğru seçilib, cahillik necə doğru təqdim olunub. Artıq aktyorlar peşəkarlaşır, təbiilik öz yerini alır. Bir sözlə bəyəndim və maraqla izləyirəm.
Əməyi keçən hər kəsə təşəkkürlər. Davamı gəlsin👏👏👏
Reylerin icinde encox dogru duzgun bir rey👍
Kadrlarin tebiliyi , kecidler , rengler , ilk bolumde tisbaga ves cox detallar var ki sanki xarici filmleri xatirlatdi. Azerbaycan kinosu inkisaf etmeye dogru gedir. 👏👏
dediyin kimi insanlarin murdarligi yox onlari insan tebeqesine bele almaq olmaz onlar insan deyil yaratiqdilar
@@ekamuradova2280tisbaga detalini zehmet olmasa izah ederdiz
Bu ev bəyin oğurlanması serialındakı evdi
"Soyuq Günəş"dən sonra baxdığım ən yaxşı filmdir.
Soyuq Günəş'in ssenarisi çox sönükdür
"nar bağı" da izləyin
@@Revan.Ferzeliyev sönük deyile soyuq güneşde söyüş yoxdu,Soyuq güneş kinosuna söz ola bilmez!
Soyuq Günəş filmdir. Bu isə serialdır
Zəhər tulugu da geseydi meslehetlidi
Azərbaycanda axır ki bir seriya bu qədər real çəkilib. Aktirisalar əla oynayır.
Salam bəs aktiristlər necə oynayıb?
@@TtmKarabinaktyorlar deyək hamının könlüncə olsun😅
Həqətən duşunduynuz kimidir
Heç yaxşı deyil
@@ruslansemedov8240nəyi yaxşı deyil?
İtən hörmət deyil, insandır.Cox maraqlı fikirdir.Var olun
Həqiqətən əsil Azərbaycana xas serialdi inseAllah deyisilmez aktiyorlarin rollarini canli oynamaqlari dialoqlaq cox mukəmməl suniliy yoxdu bir sozlə xeyirli uqurlu olsun
Bəs yalandan and icmələr
Sənöl hə ey əsil Azərbaycan xalqının yaşayışıdı eyy qız qaçırtma və qızı zornan istəmədiyi yekə adama ərə verməy bədbəxt eləməy😢
@@babkzeynalov5752 nəyi nezerde tutursuz
@@ArzuHuseynov-o8b realliqdi serial dediyin film didiyin bele olmalidi acida olsa heqiqeti yansimalidi
Arvadı qaçırılan özü qalıb qırağa, qardaşı dağıdır aləmi.
Maraqlıdır
Gözəl ceklib amma Adəm və həvva 'dan sora ləzzət edən 2ci filmdi
Cünkü həqiqətən. Özü də yoldaşını isdəmir yəni ailə qurmaq isdəməyib bəlkədə başqa birini isdəyir, ona görə elə edir
İctimai tv Rəhbərliyini tebrik edirem👍🏻 əla dizi
Serial
Yox bir dabanı. Serialdı adı, serial!
😂😂@@kristinaamin3230
@@kristinaamin3230😂😂😂
Dizi ard arda düzülmək sözündəndir elə əsl Türk millətinin sözüdür.Türkiyə Türkləri düzülmək yox dizilmək deyir.Azərbaycan Türklərindən fərqli olaraq.Elə ona görə çox bölümlü olana dizi deyirlər.Biraz elminiz olsun.Elə hərşeyə mənasını bilmədən lağ lağı etməyi bilirsiniz.Serial rus sözüdür.Öz dilmizdə danışmağı qəbahət bilib rus dilində danışmağı eyib hesab etmirsiniz.@@kristinaamin3230
Men hec vaxt Azərbaycan serialına baxmamisam. Diqqətimi çəkdi. 2 seriadi baxiram, əladı. Belede davam edin.
Eqreb movsumu. Serialalinada baxarsan vaxtin olamda eladi
Nənəmlə baxrg bu kinoya çox əladır nenemde beyendi nenemi cox sevrem❤😂
Allah saxlasın 😊
Allah ömir versin
Nenesini çox istiyən bala. Allah qorusun səni. Mənidə nəvəm çox istəyir . Allah hər ikinizi qorusun...
Mende sevirem nenevi❤
Çox Super Filim Super Aktiyorlar
Ölkənin bütün tanınmış aktyorları burdadır ee, serialda əməyi keçən hərkəsə çox təşəkkür edirəm. Əməyinizə sağlıq 👍❤ Çox maraqlıdır.
Vallah bir dənə Kənan MM və Aqil Mquliyevi görmürəm, qalan hamısı bu kənddən imiş ki))
Kinomuzun qaymaglari
ağlıça gəlməzdi ki,oturub tv də serial gözdüyəm
Mende😊
Meni demorsiz vallah
@@ruxsareatakisiyeva51276cı gün 22:00
Mende😅
Saat necede ne vaxd olur
Arxa fonda Elgiz Əkbər'in səsi😂😂😂😂
😅😅😅
Neçənci saniyədə???
32:37@@Muhaammed1976
@@Muhaammed197632:50
@@Muhaammed197631:30
Zaurun verilişində Həkim yaxşı həkimdi qəşəy məsləhətlər verirdi😂 Babat toxunublar movzuya😊
Ağır filmdir,çox da gözəl,əməyi keçən istedadlı aktyorlara xüsusilə Ötkəm İskəndərova və Şamil müəllimə təşəkkür edirəm,bu aktyorlar 1975 ci ildən kinodadirlar,hamıya uğurlar, davamını səbirsizliklə gözləyirəm.
Son vaxtlarda Azərbaycanda çəkilən ikinci serialdıkı təbii ,olduğu kimi çəkilən ət tökməyən alınıb halal olsun rejisor bə aktiorlara .bunnan əvvəl 'Soyoq Günəş' filmidə qəşəng alınmışdı
BUNA KİNO DEYİRSİZ BU KİNONUN SESLENMESİ BAXİN BİRDE ÇONTAJ YAMAN GUNDE SSENARİ PİS VEZİYETDE YAZİLMAYİB HEC ELE BİL .ESR
Alatava , eqreb movzusu , perde bularida izleyin. Soyuq gunesin keyfiyyeti asagidir. Normal qiymetlendirmek olar.
və "əqrəb mövsümü"
Cefer cabbarlinin- Almaz piyesi esasinda cekilib yeni kesf etdim qewey seriladir
Köhnə dəyirman otel olub 😅
😂😂😂
Йаман дедин ааа 😅😅😅😅😅
Xana
Ehh😂
Her kentde bele bir gizli yer varki sevenler orda qovuwur
11ci sinif şagirdləri özlərindən böyük qadına "sən" deyə müraciət edirlər. Heç olmasa, müəllim olduğunu biləndən sonra, "siz" desinlər.
Allaha sən deye müraciət edəndən sonra bəndə kimdiki ona siz deyey
Bu
@@RufatSalayli İnanıram ki, siz müəllimlərinizə, işləyirsinizsə, müdirinizə "sən" deyirsiniz. Yaxşıdır Baba Pünhan bir söz deyib, sərf eləyənlər, bunu misal çəkir. Sizin böyüyünüzə kimsə "sən" deyə müraciət etsə, xoşunuza gələr yəqin.
@@sebineeliyeva6962 mənə görə tevellud insanların böyüklüyünü gorsətmir
@@sebineeliyeva6962 doğrudur amma burda elə məntiq ordadı da belə kənd də belə təhsillə orda olan situasiyanı göstərir. Belə baxanda 17 yaşında birini evləndirmək düzgün deyil amma siz gedib orda sən müraciət-ə toxunursunuz. Yəni burda problemlər göstərilir) qısası fikir doğrudur amma yersiz yerdə yazmısıniz
Mesele ondadir ki,heqiqetde beledir. Teessuf ki
Əgər o gəlini qəbul etməyəcəklərsə niyə axtarırlar qoyun rahat getsinlər
Çünki cahil düşüncələri üzrə tapıb öldürməsələr özləri də namussuz elan olunacaqdılar. Ama onsuz da 17 yaşı qızı zorla alanda elə olduqlarından xəbərsiz idilər )
Niyaz İlyasoğlu burdadırsa bu serialın uğur qazanmamağı mümkün deyil! Uğurlar bütün çəkiliş qrupuna!!!
Çox möhtəşəm bir işdir. Sonunda bizdə də aktyorluğun təbii, ssenarinin öyrədici, çəkilişin mənalı və rejissorluğun gözəl olduğu bir serial çıxıb. Açılış videosunda təhsili və bərabər hüquqları dəstəkləmiş tarixi şəxsiyyətlərimizin portretlerdən bizə baxması, qırıq tərəzinin bərabərsizliyi, ümumi işıqlandırma və çəkiliş bucaqları işi bilən insanların əməyini açıq-aydın göstərir!
Super...çox bəyəndim...Əqrəb mövsümündən sonra xoşuma gələn ikinci milli serialdı...uğurlar...əsas finalı da təsirli olsun...
Alatavada əla idi məncə
@@aminhs313qatiliram
Əla çəkilib .Axırki Azərbaycan kinosunda (indiki vaxtda) zövqü oxşayan kino gördük.Təşəkkürlər hər birinə.
Mende baxiram dünennen cox beyenirem
Bu Kəntdə həqiqətəndə qızlarımız 15,16 yaşlarında evləndirirlir qadınları qul əvəzi işlədirlər çəkilişiniz isə reallığa əsasəndir Əhsən çox bəyəndim
Salam hansi rayondur?
Çox çətin olar elə kənddə yaşamaq
Hansı rayondu?
Daşkəsənin bayan kəndi @@Rubyjane-r7e
Siz bu kənd haqqında nə bilirsiniz?
Deyir göndərin Bakıya birin tapıb ərə gedər.Çox incə toxunublar məsələyə.
Toxunduqları məsələ, 17 yaşlı bir qadının zorla ərə verilməsi, və o qadının sevdiyi həmyaşıdı ilə bir yerdə olmaq istəyib kənddə bu hadisənin namusun çirklənmə məsələsi olub, Bakıda yaşayanların namus(yəni onlar belə adlandırırlar) məsələsinə baxmadıqlarıdır. Zatən qeyrət,namusdan dil tökən əsas obrazın əslində necə rüşvətxor,saxtakar,din adından istifadə edən, şorgöz olduğu xarakterlərini özündə cəmləməsi “namus” məsələsi ortaya atılanda sadəcə qadınların yada düşməsini göstərir.
@@karimlikarim13 Qadinin yaşinnan ferqli olmuyaraq evli ola ola qoşulub qacan qadin faişedir.
Çünkü bakıda qızın başına gələn bədbəxtçiliyi başa düşən bir oxumuş, dünya görmüş kişi tapılar.
@@isaguclu2655çox gozəl cavab❤
Kişilərin özündə problem axtarmamaqları 31:39
Azərbaycan kinomatoqrafiyasını daha parlaq və daha yaxşı yerlərdə görmək diləyi ilə.
Rejissor,aktyor işi mükəmməl.Hələ o senzuradan kənar sözlər deyiləndə siqnal səsini salmaq lap ləzzət verdi.Əmıyinizə sağlıq.
İctimai tv serialları ilə Azərbaycan televiziyasındakı digər kanallardan 1ə 10 fərqlənir. Sevilirsiz❤✊🏻
11-ci sinif şagirdləri olub, muəllimlə tay tuşları kimi danışmaqları düzgün olmadı. Müəllim cavan olsa da, uşaqlar bildilər ki, onların sinfinə dərs keçəcək. Bizim millətdə şagirdlər müəllimlərlə belə danışmır. Bunu rejissorlar niyə belə göstərirlər bilmirəm
Bu dialoqlar uşaqların necə təhsildən mədəniyyətdən uzaq olmasını göstərir.
@@002r02bəli doğrudur
Tamamilə razıyam. Ən azından o subardinasiyanı gözləmək lazım idi. Ümumilikdə götürəndə yaxşı çəkilibdir. Cəəfər Cabbarlının Almaz pyesi əsasındadır👍👍👍
Serial əslində filmdir yəni uzun olduğu üçün filmə sığmır deyə serial kimi çəkilib səhv etmirəmsə cəfər cabbarlının əsəri nümayiş olunur.
@@002r02Əslində düz fikirdir. Kitab üstündə olmalı idilər, məktəb vaxtında qoşulub qaçıblar. Amma siz deyən kimi də təbii tutuzdurmayıblar.
Əlaaaa, ssenari, dialoqlar, görüntü çox təbii, uzatmadan 👏🏻👏🏻👏🏻👏🏻
Xais ediram axiracan senari bela getsin dayismayin sujet xattin
Qız 17 yaşındakına oxşamır ele bil Nənədi
Neynəsinlər uşaq aktyorlar yaxşı oynuya bilmir
20:39 Zülfiyyə Qurbanova çox böyük istedaddı , yaşı ötdükcə daha çox yaraşır seriallara , filmlərə. Kaş daha çox seriallarda görərdik 👏 Bölgələrdə yaşayan qadınların mənəvi əziyyətləri çox düzgün və səmimi çatdırılıb👏
Əlim deydi o yere getdi😂
Kompot iki daşın arasında hardan çıxdı?) yəqin bakıdan gətirib))
Hə qol sumkasiyla😂
Məndə elə bunu dusunurdum .😂😂😂
Tarix müəllimi ilə « sen » danişirlar. Bu artıq hörmətsizlikdir… Cəmiyyətimizin analoqu olmayan tərəqqisi 😒
O da bir mesajdi mence.hele muellimeye deyir onun basini burax🤦🏻♀️gencler heqiqeten boyuk kicik bilmir indi
Siz kinoya nece baxirsiz?? Hansi mentiqle baxirsiz??? O sehnede kendin tehsilden ne qeder geride oldugu gosterilir. Tehsil olmayan yerde medeniyyet axtarirsinizsa halaldi size. Filmdede bunu gostermeye calisiblar.
@@elgizkerimov Bizim bədbəxtimiz odur ki, tarix müəllimi heç nə demir o anda. Filmdə yeniyetmələr onunla qeyri-rəsmi danışmasına icazə verməməlidir. Ssenarist nümunə göstərməlidir… Kənddə olub olmamasının fərqi yoxdur.
@@tamibairamov7727 Siz filmi niye emosianal ve radikal cercivelere salirsiz ki? Film bir sehnede belkede milli deyerlerden nese gosterer basqa sehnede basqa bir sey. Meselen vaqonda sevisme sehnesi. Onuda qinayaq?. Bu filmdi ve mueyyen ssenari uzre dialoq ve davranislar olur. Her filmde mentalitet axtarsaq 15ci esrden hec vaxt cixa bilmeyeceksiniz. Yeniliklere aciq olmaq lazimdir.
Bu filmde Taleh çatmir deyenler sayimizi bilek?
Onun kimi "duxda" "aktyorlarin" yeri deyil bu kino
O kimdi
Taleh yuzbeyov@@aysunakhmed
Yaxşı ki çatmır
Əqrəb mövsümündən sonra bəyəndiyim 2ci Milli serialımız
Əqrəb mövsümü 2 verəcəklər əgər sərf edmirəmsə dekabrıda.Çəkiliş olub kutarıb
@@elnurelnur6570 Sərf etmirəmsə yox, SƏHV etmirəmsə.
KÖRPÜyə də baxın.
Çox kəndiskidi😂
Oğraşlığ yerində qələmə alınıb 👍
Sözə bax :- Göndər Bakıya, Bakıda kimsə alar. Elə bil bakılılar lapux zaddılar...........
Yox ele menada demir
Yeni kentde her kes bir birin taniyir Bakida ele deyil axi
Bax bu tərəqqi deməkdi kinodakı sözləri reallıq kimi qəbul edirsizsə, bu kinonun professionallığının məhsuludu
Demirki Bakılılar alacaq Bakıda yaşayan gelmeler nezerde tutulur yeqinki.Nece ki serialda başqasının 3 günlük heyat yoldaşını hemkendlisi qacırır
Hər yerin öz "lapux" u var da)
Demək Azərbaycan Netflix səviyyəsində iş ərsəyə gətirə bilərmiş. Sadəcə ssenaristlərimizə, rejissorlarımıza dəstək lazımdır. İlk dəfə həyəcan və maraqla yerli serialı izləyirəm 😍
İlk Azərbaycan serialıdı ki youtubedən qoyulan kimi baxıram maraqla 🤣
Cox gesek indiki dovurde bele serial cekilmesi eladi )))))biraz millet tik tokdan cixib biraz evveler qayida)))))
İndiki dovurde belə bir filmin çəkilməsi çox acinacaqlidi sadece .Çünki 21ci əsrdə bizim müzakirə obyektimiz qadin qiz qaçirma məişətdi
Vidadi - oynadığı rolu yaşıyır. Halal olsun.
Hacıda yaman hacıdı haa, qadına aşağıdan yuxarı baxışı😅😅😅😅
Aci kopiya rahmatiy babam kimi yanig seid😂
AYIB OLSUN ELE KIŞILERE ŞERFSIZDER
Filmdə onan danışılırda kimdə nə yoxdu onan danışır
Guya hacinin adindan başqa haciligi var ki?😂
Sonrada zəkatdan cəhənnəmdən danışır😅😅
çox möhtəşəm hələ bu qədər diqqətlə azərbaycan kinosuna baxmamışdım bir balaca reklamını aparsaydın bəlkədə inid trend idi bu film çox maraqlı çox möhtəşəm
Mən heç vaxt Azerbaycan serialina baxmamışam.Təsadüfən qarşılaşdım çox gözəl filmdi.
Əqrəb mövsümünü də tövsiyə edirəm oda çox qəşəngdir
Baxmağa təzə başladım çox qəşəy kinodu, Azərbaycanda belə kinolar görmək çox xoşdu. Tək xoş olmuyan şey oduki rayonları əxlaq abidəsi kimi göstərib Bakını döndəriblər nəyə. Day demirlər ki Bakıda da elə o hoqqanı verənlər rayondan gələnlərdiki Bakıda heç kim bir birin tanımır, adları çıxmaz.
"Vicdan haqqı"-dan bu yana heç bir Azərbaycan serialını belə maraqla izəlməmişdim. Xüsusən dinin və "hacıların" mentalitetə oturdulan toxunulmazlıq, ucalıq məqamının iyrənc üzünün belə gözəl yansıdılması teleserialın möhtəşəmliyinə möhürdür. Təşəkkürlər.👏🏻
Möhtəşəm Filmdi amma vaxtı azdı. 40 dəqiqə deyildə 1 saat olsa daha yaxşı olar
40 dəqiqə yaxşıdı elə. Çünki serial uzun olanda lazımsız meqamlar salınır ortaya. Qısa olsun amma baxılası olsun əsas.
Qısa olsun amma maraqlı olsunn 3 saat oturub bir-birlərinə baxmasinlarr
Səs effektləri əladır . 👏👏👏 lakin film bitdikdən sonra sözlər yazılır çox balaca yazılıb oxumaq çətindir . böyük yazın oxuyaq kimlər var bunun ərsəyə gəlməsində .
Ümumilikdə əhsən 👏👏👏🇦🇿
Ölkəmizin acı heqiqetləri 😢😢 əməyi keçen her kese teşekkürlər ,super iş bacarmısız ❤
Azərbaycanlı rejissor, ssenari müəllifi və aktyorların möhtəşəm sənət əsəri.👍👍👍👏👏👏
Təşəkkür əla seryaldi👍🙏
Ferqli ve oldukça marağlı serialdır.Aktrisalar aktyorlar tebii oynayıblar.Özellikle Dadaş rolundakı genç aktyorumuz yaşı az olmağına baxmayaraq içten tebiidi mimikaları danışığı.Ümumiyetle bütün heyete teşekkürler👍
xosum geldi 👍
Birinci seriya yaxşı idi. Ikinci seriyada uşaqların müəllimle sen deyə danışmaqları yersiz dialoq kimi gəldi mene
Qıza əkəc rolunu veriblər dil dil ötməyi,qaçmağı oğlana biraz kişi ol deməyi və s kimi.əksinə bu daha real dialoqdu o cür tiplərin siz deməyi süni olardı
Qız heçdə məsum görünmür zorla evləndirilib yaşı da azdı amma çox acı danışır görünüşüdə uşaq kimi deyil.
sən müraciəti təhsilsizliklərinə, danışıqlarını bilməməklərinə görədir. Bu onu göstərir ki,onlar ilkin ibtidai hissləriynən hərəkət eliyiblər. Çətinlikləri başa düşmürlər. Bunların birliyi uzun çəkməz
@@relaxation3961 mən sizinlə o zaman razı olardım ki müəllim ən azından buna görə öz iradını bildirdi amma görünən odur ki müəllimə bunu normal qarsilayir
Elə bu "sən" sözleri bizi narahat etsin deyə, çəkilib. Bu cür qanacaqsız danışıq həqiqətən var...
Kitab oxuyub dünya görüşünü artırmağa vaxtı və həvəsi olmayan gənclər, bu filmə diqqətlə baxın, lazımlı yerlərin gedişatını senzuradan keçirə bilərlər. Ərsəyə gətirənlərə, ibrətamiz görüntülər təqdim etdikləri üçün film rəhbərliyinə təşəklür edirəm.
24:00 ele bizde ilk dəfədir qaçırıq 😂😂😂
kinoda yeganə yerdi ki ürəkdən güldüm 😂
😂😂😂
Yani deyir, evvel olmayib bu hal
😂
Qaçan qızın müəllimə ilə danışığı necə də kobuddur
Eynən qatılıram sən deyən müraciətləri pis səsləndi
"yaxşı da" 😂. Elə bil kənd qızı yox hansısa şəhərin ərköyün qızıdı)
11ci sinif uşaqınln müəllimlə danışıqna baxe 😃elədə oturub rahat yemey yirlər elə bil tarqovudadırlar söhbət edirlər,qaçan qızın sifətində bir qram qorxu stres yoxdu elə bil toya gəlib 😃
Olkenin realligina bax necede utanc vericidi. Ellerinize saglig ugurlar.
İtv hər zamankı kimi seçilir.Azərbaycan serial bazarında ən gözəl seriallar İtvdə yayımlanır.Çox gözəl mövzuları işıqlandırıblar.Bütün heyəti təbrik edirəm.Aktyorlar çox təbii oynayırlar.Çünki hər biri işinin peşəkarlarıdı.Bunun üçün rejissora xüsusi təşəkkürlər düşür.Bircə mənfi cəhəti var ki cəmi 12 seriyadı və həftədə bir dəfə efirə gedir.Oda ki 40 dəqiqə.
Olmadı axı mən saat 9dan gözləyirem saat 10 olsun 2 seriyaya baxım tv kanalın özündə siz tv'də başlayan kimi artıq TH-cam yükləmisiz. . . Nəysə 2ci seriyada maraqlı idi artıq qıcıq yaradan obrazda var məndə, yaxşı aktyorluguna görə yəni..) sadəcə 12 bölüm olduğunu öyrənəndə təəssüfləndim... Uğurlar🫰🍃
Azyaxşıdır.Ata evi serialının başına baxdım,sonu uzun çəkdi baxa bilmedim
Dəhşət dərəcədə təbiidi.👍👍
Ssenari əla, rejissura əla, aktyor oyunu, operator işi əla. Bir-iki nöqsan var idi onu da demirəm. Hər-halda özləri biləcək nə yerində deyildi. Təbrik edirəm. Belə gözəl işləriniz davamlı olsun. Plankanı aşağı salmayın.
İtv ən çox sevdiyim kanaldır, demək olar ki, çox verilişlərinə baxıram, uğurlar.❤
Azerbaycanda ilk defe bele bomba serial çekilir heç bitmesin
Serial superdi ama qaçan qız çox kobud danışır
Hə
Kənddə siz ilə danışmırlar da mence yaxşı alınıb😅
Umumiyyetle qaciblar ustlerinde onun qorxusu ele olur ki bilmir ne deyir. Birde 17 yasindadi o vaxtlar biraz kobud olur adam😅😅
Sebirsizlikle gözlediyim ilk Azərbaycan seryalıdı
Oydaa nə iyrəncdi bele tipdə adamlar valla dərs oldu durub dərsimi oxuym cahil olmaxdan qorxdm😂❤
Bele mohtesem aktyorlarla bu cure filmlerin davami gelsin
Ağlıma gəlmirdiki,Əqrəb mövsümü'ndən sonra,belə marağla bir serial olar..halaldı
32:49 Bələdiyə - "Bələdiyyə" 😅
Elə Ona Fikir verdim məndə😂
Yazmağa gelirdim😂😂😂
Cox mükəmməl cəkilib aktiyorlar qusursuzdu❤
Ferqaneye baxda cirkin ordek yavrusu
Canım ay vidadı rolu
Oynamıre yaşıyır sadece
Belə milli seriallarmızın hazırlanması çox ürəkaçandır.ümüd edirəm belə seriallarmızın sayı çoxalar.
Azərbaycanda 30 ildə hələ ki, belə təbii serial çəkilməyib televiziyada. Varsa deyin baxaq!
Zovqle izleyirem , rejissor ve aktyorlarimiz subut etdi ki bizde turklerden geri qalmiriq, bizdede alinir.Her kesin emeyine sagliq, mohtesemsiz.Superrrrr.
Çox mədəniyyətsiz uşaqlardı müəllimin sözü kəsir bunlardan ailə olmaz
Bəs niyə hər kəs bu qədər acıdil, bu qədər kobuddu? Kənd camaatı qonaqpərvər olur adətən, ən azından "xoş gəlmisinizi" əsirgəmirlər şəhərdən gələnlərə.
Hər zaman düşündüyünüz kimi olmur
Bir vaxt gələcəy biz gənclər bu Azərbaycanın dəyişilməsində, inkişaf etməsində və bu düşüncələrin yox olmasında böyük rol oynayacayıq. Cahilliyin bu qədər düzgün görsədilməsi əhsən
İlk Azərbaycan kinosudur ki bəzi hadisələri sorğulatdırır insana
Bir sözle Mukemmel 👏
Halal olsun ,möhtəşəm bir əsər yaratmısız
Əqrəb movsumunden sonra beyendiyim tek serial . Emeyi kecen her kese tesekkurler👏👏👏
MÜƏLLİM VƏ 17 YAŞLI ŞAGİRDLƏRİN DANIŞIĞI ÇOX PİS BİR SƏHNƏ OLARAQ ÇƏKİLİB. SUBARDİNASİYA QAYDALARI POZULUB.
Bele seriallar daha çox çekilmelidir, ne geder menasiz tipik senarili türk seriallarina baxmaq olar. Bizimkiler istese en yaxşisidi ede biler demekki😊
Çox mükəmməl mən hələ Azərbaycan serialına baxmamışam bu o qədər doğma gəlirki insana danışıqlar ssenari aktyorluq sadəcə mükəmməl davamı gəlsin ❤
Çox əla seryaldır həyatda insanları tanımaq üçün bizlere bir işarədir❤
Çox əla çəkilib çox bəyəndim
Möhtəşəmdi bir sözlə çox bəyəndim bütün kollektivə uğurlar arzu edirəm
2 ci seriyaya baxıram. Əgər mən qız qaçıranın oğlanın anası olsaydım bu qıza nifrət edərdim. Çünki belə risk edən qızsansa elə səni ərə verəndə qaçardın. Bu oğlanın axırı nə olacaq? Bir var qız qaçırmaq bidə var kiminsə arvadını qaçırmaq.
Beyendiyim son illerde en gozəl bir film.davami gelsin.oyuncular super
Oğlan:ele bizde ilk dəfədir qaçırıq
Filmde jarqonlardan cox istifade olunub ki, buda danisiqlara tebiilik verir 👍👍👍
Bravooooo rejisdorada, aktyorlara da cox keyfiyyetli, tebii, genc aktyorladan yaslisina kimi hami super oynuyurlar.Musiqilar, ses effektleri rejissor isinin pesekaridir.
Axır ki Azərbaycandan bir serial çıxdı
Bir filim bu qədərmi təbii olar
Vallahi halal olsun