Xoş ol zaman kı, yar mənə həmzəban idi, Bəzmim cəmali-yar ilə rəşki-cinan idi, Sultan idim ki, hər yana hökmüm rəvan idi, Dövlət qulam idi mənə, bəxtim cəvan idi, Cani-həzinə həmdəmü arami-can idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Xurşidgun şərablə dolmuşdu camımız, Ol mah ilə keçirdi bizim sübhü şamımız, Dövri-fələkdə hasil olurdu məramımız, Xaki-dərindən özgə yox idi məqamımız, Bülbüllərə o sahəti-qüds aşiyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Hicrin əgərçi görmüş idim mübtəlalərin, Dildən-dilə eşitmiş idim macəralərin, Bunca təsəvvür eyləməz idim bəlalərin, Can çəkmiş idi möhnəti-hicran cəfalərin, Xəlvətsərayi-vəsldə dil kamran idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Aşiqlər içrə sevmiş idi yar tək məni, Almışdı gül kənarına ol xar tək məni, Mən yarı tək qucaqları idim, yar tək məni, Etmişdi füsun zülfi ilə mar tək məni, Könlüm o yerdə vaqifi-sirri-nihan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Ol gül mənimlə həmdəm idi hər bahardə, Gəh daməni-çəməndə, gəhi laləzardə, Bülbültək işim yox idi ahü zardə, Seyyid ki məskən etmiş idi kuyi-yardə, Ezaz ilə bir Adəmi-cənnətməkan idi; Dəmlər o dəmlər idi, zamam ol zaman idi. Seyid Əzim Şirvani * * * Xoşdur ki, vəsli-yar ola, həm növbahar ola, Badə ola ki, yar içə ondan xumar ola. Göz mərdimi gözümdən iraq istərəm, vəli, Yox taqətim ki, yar gözümdən kənar ola. Vurma dübarə şanəni məşşatə zülfünə, Görmə rəva ki, könül bir də tarmar ola. Qurban olum ol şəxsə ki, məntək sızıldayır, Ya əhli-İsfahan ola, ya Zəngübar ola. Zakir, şikayət eyləmə bunca fəraqdən, Müşkül deyil ki, sirri-nihan aşikar ola. Qasım bəy Zakir * * * Endim bulaq başına, Yarım çıxdı qarşıma. Sevda nədir bilməzdim, O da gəldi başıma. Gedirəm mən, görürəm mən, Səni, yarım, sevirəm mən. Aç qolların, sal boynuma, Üşüdüm, üşüdüm, ölürəm mən. Səyada bax, səyada, Torun qurub qayada. Toruna tərlan düşmüş, Kimsəsi yox oyada. Gedirəm mən, görürəm mən, Səni, yarım, sevirəm mən. Aç qolların, sal boynuma, Üşüdüm, üşüdüm, ölürəm mən. * * * Dedim aram ilə bir cam dutum, Qoymadı çərx ki, aram dutum. Yarımın mənzili yox, necə mən Kəbeyi-kuyinə əhram dutum? Məndən ahu kimi hürkür. Nə edim, Mən bu ahunu necə ram dutum? Ey cavanlar qocalıq vaxtı gəlir Nə gülüm dəxi nə bayram dutum? Hacıbaba Hüseynov * * * Kuyi-nigarə bir gecə getdim şitab ilə, Gördüm o qarə gözləri məstanə xab ilə. Zülfi-siyahilər tökülüb gül yanağına həm Guya fələk də bəzənibdir səhab ilə. Gördüm bu halı, başqa təmənnada könlümü, Ahəstə əl uzatdım o dəm səsdi-cab ilə. Açdı gözün təbəssüm ilə, eylədi xitab, "Nədir fikrin oyadırsan məni əzab ilə?" Ərz qıldım fəraq ilə, yoxdur təhəmmül Xubirulərin karı olmaz əgər bir səbab ilə? Bir busə qılgilən mənə, hüsnün təsəcciqi, Süzmə o qarə gözlərini çox hitab ilə. Cuşa gəlib fəğanədən nalə eylərəm, Yansın zibəs ki, eşqi-vücudim kəbab ilə.
Alim müəllimin səsi və ifası gözəldir,fantastik dərəcədə gözəl.Amma 80,90 cı illərdə oxuduqları daha gözəldir.Allah can sağlığı versin böyük sənətkarımıza!
Alim Qasimov Mirze Huseyni ele ifa edibki mence onu hec kim daha oxumamalidir cunki bele terzde heckim ifa ede bilmeyecey.... 1988 ci ilde Baki Flarmoniya kansertinde oxuduqu Mirze Huseyin segahi mence tam basgadir bunuda evezsiz ifa edib amma orada 31 yasli genc Alim Mirze Huseynin muberriqesinde Bizi ozumuzden alir basga dunyaya aparir
İnanun Alim müəllim bir bizim yox bütün dünyanın qulaq asılan ifaçısıdır ALLAH uzun ömür versin sağlam ömür yaşayasan inşallah ağa ləkə tez düşür amma sizə leke belə düşmədi çin ki siz ilk öncə paxıllıq bilmədiz və heç kimdən özünüzü üstün tutmadiz. Mən çəkinmədən yazıram bu sözləri heç bir dunya müsəlmanlarının içində sizin kimi sadə adam dünyada gəlməyib gelmiyeceyde
Bu "qarnıyanmış" 🤗 yayın cırcıramasında məni bir saat ac,susuz günün altında saxlayıb "Bayatı kürd"ə qulaq asmağa vadar edib. Halal xoşu olsun! 💯 yaşasın! 👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋
Alim ustad sizin oxuduqunuz muqamlar insanları çox uzaqlra aparır.sizə can salıqı arzulayröq Alim müəllim.1980 ci illər cavan vaxtınız olub.sizin səs vidiolarınıza dünyada baxmayan az adam tapılar.
BU SESYAZMAYA MEN CALOVLU SEFXAN MUELLIMIN WEXSI MAQENTEFONUNDA QULAQ ASMIWAM WUR DESGAHIDA VAR IDI ORDA ALLAH OMUR VERSIN HER BIRINIZE ALIM MUELLIM BAWDA OLMAQLA
ÇOX SAĞ OLUN ALLAH RAZI OLSUN EL OĞLU. RUHUM DİNCƏLDİ ALLAH BU BƏXŞİŞİ BİZƏ ÇOX GÖRMƏSİN AMİN ALİM MÜƏLLİM MƏNİM ALƏMİMDƏ ALLAHIN BU XALQA VERDİYİ ƏN QİYMƏTLİ BƏXŞİŞİDİR
hiss olunurki təzə-təzə oxuduğu vaxtlardı. qəşəng Mirzə Hüseyn oxudu amma heyif ki yarimçıq oxudu. Yenə də dəyərli lent yazısına görə zəhmət çəkələrə minnətdarıq.
Xoş ol zaman kı, yar mənə həmzəban idi,
Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,
Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
Cani-həzinə həmdəmü arami-can idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Xurşidgun şərablə dolmuşdu camımız,
Ol mah ilə keçirdi bizim sübhü şamımız,
Dövri-fələkdə hasil olurdu məramımız,
Xaki-dərindən özgə yox idi məqamımız,
Bülbüllərə o sahəti-qüds aşiyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Hicrin əgərçi görmüş idim mübtəlalərin,
Dildən-dilə eşitmiş idim macəralərin,
Bunca təsəvvür eyləməz idim bəlalərin,
Can çəkmiş idi möhnəti-hicran cəfalərin,
Xəlvətsərayi-vəsldə dil kamran idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Aşiqlər içrə sevmiş idi yar tək məni,
Almışdı gül kənarına ol xar tək məni,
Mən yarı tək qucaqları idim, yar tək məni,
Etmişdi füsun zülfi ilə mar tək məni,
Könlüm o yerdə vaqifi-sirri-nihan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Ol gül mənimlə həmdəm idi hər bahardə,
Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbültək işim yox idi ahü zardə,
Seyyid ki məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;
Dəmlər o dəmlər idi, zamam ol zaman idi.
Seyid Əzim Şirvani
* * *
Xoşdur ki, vəsli-yar ola, həm növbahar ola,
Badə ola ki, yar içə ondan xumar ola.
Göz mərdimi gözümdən iraq istərəm, vəli,
Yox taqətim ki, yar gözümdən kənar ola.
Vurma dübarə şanəni məşşatə zülfünə,
Görmə rəva ki, könül bir də tarmar ola.
Qurban olum ol şəxsə ki, məntək sızıldayır,
Ya əhli-İsfahan ola, ya Zəngübar ola.
Zakir, şikayət eyləmə bunca fəraqdən,
Müşkül deyil ki, sirri-nihan aşikar ola.
Qasım bəy Zakir
* * *
Endim bulaq başına,
Yarım çıxdı qarşıma.
Sevda nədir bilməzdim,
O da gəldi başıma.
Gedirəm mən, görürəm mən,
Səni, yarım, sevirəm mən.
Aç qolların, sal boynuma,
Üşüdüm, üşüdüm, ölürəm mən.
Səyada bax, səyada,
Torun qurub qayada.
Toruna tərlan düşmüş,
Kimsəsi yox oyada.
Gedirəm mən, görürəm mən,
Səni, yarım, sevirəm mən.
Aç qolların, sal boynuma,
Üşüdüm, üşüdüm, ölürəm mən.
* * *
Dedim aram ilə bir cam dutum,
Qoymadı çərx ki, aram dutum.
Yarımın mənzili yox, necə mən
Kəbeyi-kuyinə əhram dutum?
Məndən ahu kimi hürkür. Nə edim,
Mən bu ahunu necə ram dutum?
Ey cavanlar qocalıq vaxtı gəlir
Nə gülüm dəxi nə bayram dutum?
Hacıbaba Hüseynov
* * *
Kuyi-nigarə bir gecə getdim şitab ilə,
Gördüm o qarə gözləri məstanə xab ilə.
Zülfi-siyahilər tökülüb gül yanağına həm
Guya fələk də bəzənibdir səhab ilə.
Gördüm bu halı, başqa təmənnada könlümü,
Ahəstə əl uzatdım o dəm səsdi-cab ilə.
Açdı gözün təbəssüm ilə, eylədi xitab,
"Nədir fikrin oyadırsan məni əzab ilə?"
Ərz qıldım fəraq ilə, yoxdur təhəmmül
Xubirulərin karı olmaz əgər bir səbab ilə?
Bir busə qılgilən mənə, hüsnün təsəcciqi,
Süzmə o qarə gözlərini çox hitab ilə.
Cuşa gəlib fəğanədən nalə eylərəm,
Yansın zibəs ki, eşqi-vücudim kəbab ilə.
Sağ ol Nurlan qardaşım əziyyətinə görə - sözlərdən yoxdu ey, ruha qidadır, qida!!!!
ehsen
Nurlan Babazade Qardaw coxsagol museddese ve qezellere gore amma dedim aram ile bir cam dutum Hacinin deyil Fedefi leqebi ile bir nefer yazib onundu
Var ol qardaş.ne zamandır axtarırdım bu qəzəlləri
Yasha
Alim müəllim köhnə ifalarının həsrətindəhik😢
Halal olsun aləmdir çox gözəl oxuyur
Tar................................. mohtesem
Sağ ol alim səsinə quzu kəsərəm
Sağ ol, var ol Alim..! Əbədi olaraq adını muğam tarixinə yazdırmısan.. Ləzzət aldım. Yenə ruhum təzələndi.
Alim müəllimin səsi və ifası gözəldir,fantastik dərəcədə gözəl.Amma 80,90 cı illərdə oxuduqları daha gözəldir.Allah can sağlığı versin böyük sənətkarımıza!
Alim Qasimov Mirze Huseyni ele ifa edibki mence onu hec kim daha oxumamalidir cunki bele terzde heckim ifa ede bilmeyecey.... 1988 ci ilde Baki Flarmoniya kansertinde oxuduqu Mirze Huseyin segahi mence tam basgadir bunuda evezsiz ifa edib amma orada 31 yasli genc Alim Mirze Huseynin muberriqesinde Bizi ozumuzden alir basga dunyaya aparir
ALİM QASIMOV ALLAH SİZƏ CANSAĞLIĞI VƏ UZUN ÖMÜR ARZU EDİRƏM BÖYÜK SƏNƏTKAR SİZƏ ANCAQ CAN SAĞLIĞI ARZU EDİRƏM HÖRMƏTLƏ BASQAL KƏNDİ BAKIXAN TALIBOV
Əvəzsiz xanəndədir,Alim müəllim.Allah ömür,versin.Mən bu hörmətli xanəndənin,oxuduğu.Ay garaglz mahnlslnl,axtarıram tapa bilmirəm.Yutubd yazlram,çlxmaylr.
Allah omur vesin.zil mirza huseyn seyqah❤.Sizdan birda bu dunyaya galmaz.
İnanun Alim müəllim bir bizim yox bütün dünyanın qulaq asılan ifaçısıdır ALLAH uzun ömür versin sağlam ömür yaşayasan inşallah ağa ləkə tez düşür amma sizə leke belə düşmədi çin ki siz ilk öncə paxıllıq bilmədiz və heç kimdən özünüzü üstün tutmadiz. Mən çəkinmədən yazıram bu sözləri heç bir dunya müsəlmanlarının içində sizin kimi sadə adam dünyada gəlməyib gelmiyeceyde
Sənin yerini verə biləcək bir Alim olmuyacaq kaş yenə 80 ci illər olaydi
SİZ həmişə gözəl sərrast oxuyursuz amma bu dönəmlərdə nə bilim adam qulaq asdıqca doymur ALLAHcansağlığı versin Ustad Sənətkara Var olun
Саг ол Алим муаллим Удулу кандиндан сиза саламлар.
Bu "qarnıyanmış" 🤗 yayın cırcıramasında məni bir saat ac,susuz günün altında saxlayıb "Bayatı kürd"ə qulaq asmağa vadar edib. Halal xoşu olsun! 💯 yaşasın!
👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋
😃meni de😄
Xalqımız səninlə fəxr edir,əhsən,eşq olsun!
Аллан аскик етмасин фезийа олрам чох сакитлик тапрам👍👍👍👍👍👍👏👏👏👏👏👏💋
Etiraf etmək lazımdır ki, Alim Qasımov muğam sənətində əlçatmaz bir zirvədir. Etiraf etmək isə hər kişinin işi deyil.
Tamamile razıyam sizinlə
Mədə sizinlə razıya
Razıyam
Alim mugamln anasln aglar qoyan Alimdi onun sasina catan sanatkar ola bilmaz na qarabagda na basqa bolkalarda var ay alim mugamln laylasl Alim
Alim❤❤❤❤❤
Alim ustad sizin oxuduqunuz muqamlar insanları çox uzaqlra aparır.sizə can salıqı arzulayröq Alim müəllim.1980 ci illər cavan vaxtınız olub.sizin səs vidiolarınıza dünyada baxmayan az adam tapılar.
Allah can sagligi versin Alim Muellim Size💜💜💜💜👏👏👏☝️☝️☝️
Ay Masallah ALLAH qorusun Amin.
Düz deyirsənalimə qulaq asanda tək ağrılar deyil bütün borcların bankda kreditlərinidə unudursan
Alim Qasımovun bu lent yazıları çox möhtəşəmdir. Əhsən!!!
Sesine quvvet budu senet ve senetkar
Alim Qasımov həmişə Gözəl oxuyub ALLAH Alim Qasımovu qorusun ALLAH Alim Qasımovdan Razı olsun
BU SESYAZMAYA MEN CALOVLU SEFXAN MUELLIMIN WEXSI MAQENTEFONUNDA QULAQ ASMIWAM WUR DESGAHIDA VAR IDI ORDA ALLAH OMUR VERSIN HER BIRINIZE ALIM MUELLIM BAWDA OLMAQLA
Saleh Huseyinli beli şur desgahıda var burda..Eyni toydu.Salyan toyudu sef elemiremse.
ÇOX SAĞ OLUN ALLAH RAZI OLSUN EL OĞLU.
RUHUM DİNCƏLDİ ALLAH BU BƏXŞİŞİ BİZƏ ÇOX GÖRMƏSİN AMİN
ALİM MÜƏLLİM MƏNİM ALƏMİMDƏ ALLAHIN BU XALQA VERDİYİ ƏN QİYMƏTLİ BƏXŞİŞİDİR
5:13-5:25-de tarzene ehsen. Umumiyyetle Alim muallimin ifalari hamisi gozeldir.
Salam alım Qasımov bu muğamı 1991 çi ildə Elxan əmin toyunda oxuyub video var məndə bununda MP3 mən etmişəm
Bu video səndə varsa mütləq TH-cam ə əlavə et baxaq.bunlar Azərbaycanın milli sərvətidir
Paylash qardashim qoy hami shahid olsun ki muqam nece olur
Çox sağ ol
Əvəzi olunmaz səs bəh bəh
cox sag olun dəyərli lent yazısına görə.bu mirzə hüseyni 1991ci ildə Qobustan rayon çalov kəndində Səfxan müəllim gildə ifa edib Alim müəllim.
ilahi vergisi
Mirzehuseyinin bu wobesini bele ewitmemiwim Allah vergisidir.Allah dahidir Alim maqamatda dahidir.inkar eleyene lenet.!
sesinize quvvet Alim mellim hec ele bilmesinler ki cavanlar size qulaq asmirlar. Size her yasda qulaq asirlar Allah sizi var elesin
Mirzə Hüseyn seygahı
İlahi belə səs olarmı? Belə segah hələ eşitməmişəm. Allah sənə can sağlığı versin.
Bu ifaya yəqin ki dəli Mirəliyev qulaq asmayıb
❤❤❤❤
Nə oxuyubsa möhür vurub Alim Qasımov onun heç bir elə belə deyil
Alime qulag asmagn müalice vi ehemiyyeti var menimcün.Şükir yaradana bizim xalqa bele senetkar qismet edib.
Hər kəs anlamaz ki
hiss olunurki təzə-təzə oxuduğu vaxtlardı. qəşəng Mirzə Hüseyn oxudu amma heyif ki yarimçıq oxudu. Yenə də dəyərli lent yazısına görə zəhmət çəkələrə minnətdarıq.
möhtaşam ifadi Allah sesini var elasin
burda Şur dəsgahıda ifa edib əvəzsizdi .
yawa