SƏDƏRƏK RAYONUNUN 32 YAŞI TAMAM OLUR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır. Mərkəzi Heydərabad qəsəbəsidir.
    Sədərək rayonu cənub-qərbdən Türkiyə Cümhuriyyəti ilə, onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycanın həmsərhəd olduğu 15 km məsafə yalnız buradadır, şimal-qərbdən Ermənistan Respublikası ilə 24 km və cənub-şərqdən Şərur rayonu ilə 27 km həmsərhəddir. Rayonun ərazisi əsasən düzənlikdən ibarət olub «Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar» dağ silsilələri ilə əhatə olunub. Türkiyə ilə Sədərək arasında sərhəd boyu Araz çayı axır. Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac, Dəmirçi və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir.
    Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sədərək rayonunun mərkəzi hesab olunan Heydərabad 23 mart 2000-ci ildə qəsəbə statusu almışdır. 1990-1993-cü illərdə erməni silahlı birləşmələri Sədərək üzərinə 14 dəfə güclü hücum etmiş, 1990-cı il yanvarın 16-da Kərki kəndi işğal olunmuş, Qanlı yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir. 1990-1993-cü illərdə Sədərəyin müdafiəsində 108 nəfər şəhid olmuşdur. Sədərək, əsasən, kənd təsərrüfatı rayonudur. Rayonda taxılçılıq, üzümçülük, meyvə-tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
    Rayonda 5 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi,1mərkəzi kitabxana 4 kənd kitabxana fiali,1 mədəniyyət sarayi, 2 mədəniyət evi, 2 kənd klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, 2 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar vardır.
    #Naxçıvan #Sədərək #Kərki

ความคิดเห็น • 3