👉14.07.2024// 1-ci qrup qəbul// Riyaziyyat ✅️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @minskrova2311
    @minskrova2311 2 หลายเดือนก่อน

    Salam, bağışlayın, narahat edirəm. Siz niyə belə yüksək balla BDU riyaziyyat yox, BDU riyaziyyat müəllimliyi seçdiniz? Çünki riyaziyyatı bitirib müəllim işləmək olur. Həm də belə balla ADAda da ortalamanızın yüksək olacağı dəqiq idi, niyə ADA ı seçmədiniz?

    • @MathwithPayizova
      @MathwithPayizova  2 หลายเดือนก่อน

      @@minskrova2311 Salam, buyurun, narahatlıq yoxdu..
      BDU riyaziyyat (ing) balı riyaziyyat müəllimliyinin (ing) balından daha az idi, arada baya fərq var idi. Ona görə seçdim. Düşündüm ki, yüksək ballı uşaqlar arasında özümü daha rahat hiss edəcəm və ya onlarla daha rahat ünsiyyət qura biləcəm. Bilirsiniz, burda məqsəd aşağı ballıları aşağılamaq deyil, qətiyyən, lakin ixtisas seçiminizi elə etməlisiniz ki, sizlə eyni məqsədi olan insanlarla unidə qarşılaşa biləsiniz, sizin qrup yoldaşlarınız aralarında belələri olsun, nələrisə öyrənə biləcəyiniz insanlar...
      Həm onsuz riy.(ing) seçsəm, yenə də müəllim olaraq davam etdirəcəkdim..
      Mənə ən çox tövsiyə olunan İT, kimya kimi sahələrdə özümü qəti görə bilmirəm
      O ki qaldı, Ada uni.nə, bu unidə digər unilərdəki kimi tələbələrin ala biləcəyi stipendiya verilmirdi, və hər il tələbə xərci adlanan 750 azn ödənməli idi. Bu işləri çətinləşdirirdi, çünki uni dönəmində xərclərimi özüm qarşılamaq istəyirdim, ailədən yardım almaq yo.. :) Qiymətlərimi böyük ehtimal yüksək saxlaya bilərdim, ama yenə də istəmədim. Balım yüksək idi deyə, əlavə ödənişi qəti qəbul edə bilmədim, dəyməz onsuz da... :)

    • @minskrova2311
      @minskrova2311 2 หลายเดือนก่อน

      @@MathwithPayizova çox təşəkkür edirəm, Var olun, mən də ADA-ın ödənişsizinə düşürəm, amma xərclərə görə narahatam, 750 manatı ödəmək olar, amma 6000 böyük məbləğdir, düzdür, müəllimliyi birinci yazanda əlavə 100 azn təqaüd verilir, deyəsən, amma riyaziyyat daha geniş ixtisasdır, sadəcə BDU-u məsləhət görməyənlər çoxdur, həm dərslərin azərbaycanca keçildiyini, həm də tələbələri xaricə göndərmədiklərini deyirlər. Çox qərarsızam ixtisas seçimində, bilmirəm ki, yaxşı müəllim ola biləcəmmi. ADA universitetində dərslərin daha maraqlı keçdiyini deyirlər, sadəcə BDU təqaüd verir, Qarabağda da təqaüd veriləcək, həm də dərslərin daha keyfiyyətli keçiriləcəyini düşünürəm, amma ADAya çata bilməyəcək deyirlər.

    • @MathwithPayizova
      @MathwithPayizova  2 หลายเดือนก่อน

      @@minskrova2311 Bilirsiniz, eyni şeyləri keçən il mən də yaşamışdım. Siz əgər keçən il qəbul olan uşaqların adı olan kitabçada Bdu riy mlm (ing) bir də ada riy (ing) ixtisaslarına qəbul olan uşaqlarln ballarına baxsanız, bizim qrupdakı uşaqların balı ada da həmin ixtisasda olanların balından daha çoxdu, yəni onu demək istəyirəm ki, bdu.da heç də zəif uşaqlar oxumur, baxmayaraq ki bal bilik göstəricisi deyil.
      Müəllimliyi ixtisas seçimi vaxtı 1ci yerə yazdığınız təqdirdə təhsil nazirliyi tərəfindən verilən "Gələcəyin Müəllimi" adlı 100 azn məbləğində təqaüd ala bilirsiniz( ilk 300ə düşdüyünüz təqdirdə)
      BDU.da dərslərin az.ca keçilməyi fikri ilə razıyam, ing sektor olsaq da, müəllimlər dərsi izah edərkən az.ca danışırlar çox vaxt təəssüf,, amma təbii ki istisna müəllimlər olur, yəni ingcə izah edənlər.Bəzən həm ingcə həm azca danışırlar ki, biz tam anlaya bilək, çünki 1ci semestrda birdən ingilis sektora alışmaq müəyyən çətinliklər yarada bilər. Bilirsiniz, bdu.da ümumiyyətlə, riy mlm.liyi(ing) təzə açılıb, 5 ildir ki var, və növbəti il 6cı olacaq. Ona görə hələ tam inkişaf etməyib, məs bizim mlm.lərin çoxunun dil sertifikatı yoxdu, çünki onlardan sadəcə doktorantura dərəcəsi tələb olunur.
      Xaricə göndərmək fikrinə gəldikdə isə, onu deyə bilərəm ki, nə qədər çətin də olsa, ing sektorların şansı aze sektorlara nisbətdə daha çoxdu.
      Qarabağ uni.də ing sektor bildiyim qədərilə yoxdu, növbəti illərdə ola bilsin, açılsın
      Ümumiyyətlə, bir şey qeyd edim ki, yaxşı müəllim olmaq üçün uni.nizin mükəmməl olması önəmli deyil, siz daim öz üzərinizdə inkişafa fokuslansanız, mükəmməl olacaqsız, bu bütün ixtisaslar unilər üçün belədi..
      Sadəcə çalışın ki, uni.də məqsədi sizlə eyni olan insanlar tapa biləsiz, bu sizə inkişafda çox kömək olacaq
      Vəə ən önəmlisi kimin nə dediyinə yox, özünüzün nə istədiyinə, və harda necə olmaq istədiyinizə fikir verin, qalanı önəmli deyil :)
      Bir də əgər özel deyilsə, neçə bal toplamısınız?

    • @minskrova2311
      @minskrova2311 2 หลายเดือนก่อน

      @@MathwithPayizova Çox təşəkkür edirəm ki, vaxtınızı ayırırsınız, Var olun, Allah razı olsun, 680 bal toplamışam. O qədər qərarsızam ki, bəs oxuya-oxuya işləmək necə, BDU-da mümkündürmü? ADA-ın da getdikcə zəiflədiyini eşidirəm, amma ADAda müəllim köməkçisi kimi işləməyin mümkün olduğunu və ona görə sənə ödəniş edildiyini deyirlər. Düzdür, əlavə 100 azn təqaüd verilir, amma riyaziyyat ixtisası müəllimlikdən daha şaxəlidir, məncə. Sizin qrupda ən yüksək bal sizdədir? Bəs riyaziyyat ixtisasında ən yüksək bal neçədir? Eyni müəllimlər dərs deyir hər iki ixtisasda oxuyan tələbələrə? Məsələn, siz Erasmusa falan müraciət etmisiniz?

    • @MathwithPayizova
      @MathwithPayizova  2 หลายเดือนก่อน

      @@minskrova2311 Xoşdur, buyurun🙏
      Möhtəşəmm nəticədir, təbrik edirəmm🩷
      Siz bdu.da oxuya oxuya kafedralarda təcrübə könüllüsü olaraq çalışa bilərsiniz, 3 ay sonra sertifikat verilir məncə, ama ödəniş almırsınız, təəssüf 🥲
      Riyaziyyat ixtisası bəli şaxəlidir, it maliyyə kimi sahələrə də yönələ bilərsiniz gələcəkdə, ama bu riy mlm.liyini oxuyaraq da mümkündü. O qədər insan var ki, hazırda oxuduğu ixtisasdan fərqli sahə üzrə çalışır yəni o səbəb deyil.
      Bizim qrupda ən yüksək bəli, məndə idi, 677.1
      Riy,(ing) ən yüksək 570 neçəsə idi Bdu.da. bəli, demək olar ki, eyni müəllimlərdi. Sadəcə müəyyən ixtisaslar var ki məs pedaqogika psixologiya Riy oxuyanlar keçmir.
      Mən Erasmusa xeyr müraciət etməmişəm.
      Bilirsiniz xatırlayıram ki, ada riy(ing) ixtisaslna 2022də Aydan adlı qız 651 balla qəbul olmuşdu, 2ci kurs bitir hələ də sadəcə 750 ödəyir deyəsən. TH-cam kanalı da olmalıdır. İstəsəniz, ona da yaza bilərsiniz, yəni ürəyinizdə xal qalmasın, tam əmin olun, sonra seçim edin

  • @DJ.Nihad6174
    @DJ.Nihad6174 3 หลายเดือนก่อน

    X təpə =-b ÷2a

    • @eziz4009
      @eziz4009 3 หลายเดือนก่อน

      Böl 2a

    • @DJ.Nihad6174
      @DJ.Nihad6174 3 หลายเดือนก่อน

      @@eziz4009 bəli

    • @MathwithPayizova
      @MathwithPayizova  3 หลายเดือนก่อน

      @@DJ.Nihad6174 bəli, düzdü✅️