4-6 aylıq körpə: Meyvə və ya tərəvəz?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 4-6 ay arasında körpəniz var və qlütensiz,südsüz, meyvəsiz, tərəvəzsiz sıyığınızı seçib övladınıza artıq təqdim etmisiniz. Bu dəfə növbədə meyvə-tərəvəzdir lakin siz öncə hansına başlayacağınıza qərar verə bilmirsiniz.
    Araşdırmalar göstərir ki, ilk əvvəl hansından başlamağınızın heç bir fərqi yoxdur. Əsas qayda budur ki, hansı qidadan başlamağınızdan asılı olmayaraq "3 gün" qaydasına əməl etməyiniz lazımdır. Başladığınız yeni qidanı övladınızın orqanizmi tam mənimsəyənədək hər gün az-az təqdim edirsiniz.
    6 ayadək körpə üçün ən ideal qida Ana südüdür. Tək ana südü ilə qidalanan körpə üçün əlavə qidanı 6 ayından başlamaq daha məsləhət edilir. Qarışıq və ya süni qida qəbul edənlər üçün isə 4 ayından tez əlavə qidanın başlanması tövsiyyə deyil.
    Hər bir körpə individualdır. Videolarımızı izləyin, öyrənin, sual verin və daimi öz həkiminiz ilə məsləhətləşməyi unutmayın.
    #korpe #usaq #qidasi

ความคิดเห็น • 114

  • @gunaymuradova8684
    @gunaymuradova8684 4 ปีที่แล้ว +6

    Allah razı olsun. Çox gözəl başa salırsız.😘😘

  • @S.Z507
    @S.Z507 3 ปีที่แล้ว +2

    Salam Dr.
    Dr meyve puresinin icine seker toksem olarmi?
    Oglum 6ayliqdi...
    Xahis edirem cavablandirasiz...
    Sizin kanala yenice abune olmusam..
    Videolariniz cox maraqlidir.

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว +3

      Təşəkkür edirəm! Şəkəri gəlin hamımız unudaq, balacamıza verməyək. Biz körpəni necə böyütsək, hansı dadlara alışdırsaq onun gələcəkdə də dadlara olan istəkləri helə olacaq. Uşaqlıqda nəyə alışırıqsa böyüyəndə onu istəyirik. Şəkər heç verməyin, dəyərlim!

    • @S.Z507
      @S.Z507 3 ปีที่แล้ว +1

      @@AppaTV cox sagolun...Allah razi olsun...kanaliniz analara cox destek olur...

    • @gulnarbalayeva4266
      @gulnarbalayeva4266 3 ปีที่แล้ว

      cox wirin mehriban semimi Dr.Allah bele hekimlerin sayini artirsin.

    • @gunelveliyeva8662
      @gunelveliyeva8662 2 ปีที่แล้ว

      Həkim mən heniz verirəm düyü südsüz onu eləcə yemədi məndə bir balaca qənd atıram onsuz yemir necə edim yesin bəs

  • @User46892
    @User46892 8 หลายเดือนก่อน

    Salam doktur.deyek ki bugun basladiq siyiq vermeye.gunde 1defe.1 cay qasiqi.Hemen gun meyve terevez de veriririk.Ayri vaxtlarda 1 gun icinde .?

  • @gulsuvaradilov5126
    @gulsuvaradilov5126 2 ปีที่แล้ว

    Salam həkim siznən necə əlaqə saxlaya bilərəm .zəhmət olmasa cavab yazardz. Qızım 6ayı olub hələ qusur məsləhətə ehtiyacm var

  • @aytacmemmedova4499
    @aytacmemmedova4499 ปีที่แล้ว +1

    Salam hər vaxtınız xeyir, həkim ,almanın hansı növ olmasının fərqi var?Deyirlər qırmızı alma vermək olmaz .Bu düzgündürmü?

    • @AppaTV
      @AppaTV  ปีที่แล้ว

      Yaşıl, sarı, qırmızı....hər hansını vermək olar! NUş olsun!

  • @aygunmurtuzeliyeva7478
    @aygunmurtuzeliyeva7478 3 ปีที่แล้ว +3

    Salam həkim. Oğlum 4cü aydadı. Diatezi var. Şirniyat, qoz, fındıq, bal, yumurta və s yemirəm bir müddətdi. Amma heç köməyi olmadı. Sonra öyrəndim ki uşağın inək südü protein alergiyası ola bilərmiş. Yəni mən südlə əlaqəli heçnə yeməməliəm. Amma əksər uşaq qidalarının tərkibində süd tozu şəkıri vəs olur. Mən belə uşağa sıyıq verə bilərəm siz dediyiniz üsullarla. Düyü qarabaşaq, qarğıdalı sıyıqları?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Aygun xanım, sabahınız xeyir və bayramınız mübarək olsun. Siz balacanızı ancaq ana südü ilə qidalandırərsız? Süni qida verirsiz və nə verirsiniz? Əlavə qidaları başlamaqda ehtiyyatlı olun, çalışın bir az gec başlayasız. Südsüz sıyıqlardan (üzərində bezmoloçnaya qeyd olunan) verib nəzarət edin.

    • @aygunmurtuzeliyeva7478
      @aygunmurtuzeliyeva7478 3 ปีที่แล้ว

      @@AppaTV salam. Sizin də bayramınız mübarək, dualarınız qəbul olsun. Mən ana südü ilə yanaşı nestogen verirdim. İndi bir həftədi nutrilakın hipoalergenik yeməyini verirəm. Amma dadını heç sevmir, yemir o yeməyi. Ona görə soruşdum ki südsüz sıyıqlar versəm olar, evdə üyüdüb verərdim.

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      @@aygunmurtuzeliyeva7478 axşamınız xeyir olsun. Düyü sıyığı hazırlayıb versəz belə bu uşağın əsas yemıyii əvəz edə bilməz. Səbrli olun hipoallerqen qidaya yeni keçəndə uşaq kefsiz yeyəcək, lakin yavaş yavaş öyrəşəcək. Siz tədricən düyü sıyığı hazırlayıb hər gün 1 çay qaşığı ilə başlaya bilərsiniz. Ehtiyyatla, az-az verin.

  • @miraymemmedova7619
    @miraymemmedova7619 2 ปีที่แล้ว

    Videolar üçün təşəkkürlər uşaq anadan olanda 3 kq idi 3 günlüyündə balissadan çıxanda ölçdülər çəkisi 2 kq 800 idi 38 həftəsində dünyaya gəlib indi 4 ay 15 günlükdür çəkisi 5 kq 455 q dir bu normaldırmı? Deyirlər unu az qovur südlə bişir ver belə etmək olar? az az vermək olarmı?

  • @sevgulmamedzad6126
    @sevgulmamedzad6126 3 ปีที่แล้ว

    XANIM salam 5 ayliq usaq nece kulu gelmelidir birde soz sorusum hekim Nihe pityatir deyir ki usaqin cekisi cox olanda soz edir ceki coxdur tez pure ver usaga meyve pureleri

  • @liliyalili8448
    @liliyalili8448 3 ปีที่แล้ว +1

    Salam gozel hekimimiz. Allah razı olsun sizdən. Hekim sizdən cox xahiş edirəm. İlk defe inşallah 6 ayliq korpeme tərəvəz püresi vermek isteyirem. İlk defeden brokoli gul kelem kabacok ucunu qarışıq olaraq verə bilərəm? Səhərisi de kartof kok püresi. Yeni tek olaraq yox 3 lu 4 lu olar vermek?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Hər vaxtınız xeyir! Təələsməyin, tərəvəzləri tək-tək öyrəşdirin. Bəbəşin qabaqda uzun, gözəl illəri var. Hər bir təamnan dadacaq. 1 çay qaşığı 3 gün 1 meyvə verin. Rahat olsa bu 1 çay qaşığına əlavə ikinci növ tərəvəz verə bilərsiniz.

    • @gultekinnesirova9034
      @gultekinnesirova9034 2 ปีที่แล้ว

      @@AppaTV salam doktor mənim oğlum 5 ayliğdi ana süd və butulka yeməyinlə qidalanir sizcə henizn südlü siyq yoxsa südsüz siyiq verim.özümün alergeyam var usaqin alergesin yoxladmamisam tez tez öskürüb qirip olur məsləhət ederdiz lütfen

  • @melissahasanova5275
    @melissahasanova5275 3 ปีที่แล้ว +1

    Salam Həkim.Xahiş edirəm mənə bir cavab yazin.Qızım 9 ayına təzə keçib.Son 2 həftədi ki yeməyini yaxşı yemir.Smesi 180 ml yeyir.Ama nə sup,nə pürə, nədə ki şirə içmir.Dibində saxlasada siyiqlari yeyirdi.İndi onu da yemək istəmir

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Melissa xanım, diş çıxarma dönəmləri olmaz?

  • @allah_yolunda1144
    @allah_yolunda1144 3 ปีที่แล้ว +1

    Salam doktr menim oglim 6 ay 23 gunlukdu hele sorba vermirem meyve terevezleri daddiriram meyve ya ya terevez ilk verende bir c q 3 gun verirem bes bu ayinda olan usaqin normal pors ne qeder vere bilerem?Birde turs meyve olduqda misal alma turs olduqda neyle qarisdirib sirin edib vermek olar?

  • @wishwish4905
    @wishwish4905 ปีที่แล้ว

    Salam gozel hekim, men qara gavali qurusunnan pure hazırlamaq istiyirem,bunu nece ede bilerem?

  • @ayselhuseynova467
    @ayselhuseynova467 ปีที่แล้ว

    Salam həkim. 6ay 18 gunluk körpəyə şaftalinin puresini vermək olar?

  • @hidayetbagirov4116
    @hidayetbagirov4116 3 ปีที่แล้ว +1

    Salam Doktor gavali puresini tebi halda blenderden kecirib verek yoxsa onuda buxarda bisirek? Umumiyyetle dokt meyveleri hamisi buxarda bisib pure hazirlmaq lazimdir ? (Bezileri meyveler istihna olmaqla)

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      İlk başlayanda sərt meyvələri mümkün qədər buxarda bişirib vermək, sonra çiy halda təqdim etmək.

    • @hidayetbagirov4116
      @hidayetbagirov4116 3 ปีที่แล้ว +1

      @@AppaTV twkler her sualima cvb verdiyinjz ucun coox sagolun minatdaram size Doktor😘😘

  • @konulmirzeyeva7056
    @konulmirzeyeva7056 ปีที่แล้ว

    Salam doktr ushagda allergiya varsa smesi allergiya ucun olandan vermeliyik?

  • @canim_oglum336
    @canim_oglum336 2 ปีที่แล้ว

    Salam xanım oğlum 6ayi tamam olub banan puresin nece hazirlayim və nece verim putulkada vere bilerem yazardizda zehmet olmasa

  • @yusufxaliqov8894
    @yusufxaliqov8894 3 ปีที่แล้ว +1

    Axwaminiz xeyir hekim menim oglum 7 ayina kecib men ona d vitamini vermemisem vermey isdeyirem d vitamininin novleri varmi ? Gun erzinde ne qeder vermeliyem xais edirem cavab yazn

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว +1

      Hər hansı yağda məhlullarlndan seçə bilərsiniz: Devit3, Depovit D3, Viqantol, SimbavitD3 və s. Gün ərzində 400vahid vit D3 alması tövsiyyə olunur.

    • @yusufxaliqov8894
      @yusufxaliqov8894 3 ปีที่แล้ว

      Nece damci verim? Ana sudune qatib verim yoxsa agzna tokum?

    • @zhratunzal9275
      @zhratunzal9275 3 ปีที่แล้ว

      @@AppaTV salam dokdor oglum 5 ayliqdi D vitamin akvadertim vermiwem...indi bu dediyiniz D vitaminen hansinisa vere bileremmi?

    • @selalemuradova3906
      @selalemuradova3906 3 ปีที่แล้ว

      400 v yeni 1 ml?

  • @fexrihuseynov9847
    @fexrihuseynov9847 2 ปีที่แล้ว

    Salam xanım necəsiz mənim uşağım 4aylıqdı həkim kartof püresi məsləhət görüb onu necə edə bilərəm əslində bilirəm amma daha ətraflı sizdən öyrənmək isdədim əziyyət deyilsə mənə cavab yazardızdə

  • @ilkineliyev6990
    @ilkineliyev6990 3 ปีที่แล้ว +1

    Salam.Gavali puresini 3gun verdikden sonra balqabaq puresinidi vermeye bawlayiriq bes korpeye 2cur meyve qariwigi vermek olar yoxsa 3.4?yeni gavali puresinden sonra balqabaq puresinide 3gun verib yoxlayib bunlarlaa yanawi elave ayri meyve puresi olar vermek?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Axşamınız xeyir. Bəli ikili, üçlü meyvə püreləri, və ya meyvə-tərəvəz qarışıq püreləri verə bilərsiniz.

  • @alifidanmirzali6741
    @alifidanmirzali6741 3 ปีที่แล้ว

    Salam usagim 5ayliqdi 5saatdan bir 180ml smes yeyir men elave gidaya kecirem 1cay qasigi ile baslayiram getdikce artir? Ve o artiqca men smesi nece ml vermeliyem?

    • @zahraaliyeva3309
      @zahraaliyeva3309 2 ปีที่แล้ว

      Salam 5 saat çox deyil? Acmir o vaxta kimi? Menim qızım 4 ay + 7 günlükdu 2 ya 3 saatdan verirem dayanmir aclığa ama az yeyir 😔90 zorla yedirirem

    • @zahraaliyeva3309
      @zahraaliyeva3309 2 ปีที่แล้ว

      İndi yeqin 9 ayliqdi balacaniz Allah saxlasın

  • @Eminsadiqli
    @Eminsadiqli 3 ปีที่แล้ว +1

    Doktur salam, mən bilmək istəyirəm 4 ay 21 gunluk korpe ancaq smesle qidalanırsa neçə ml yemelidi be neçə saatdan bir? Elə bilirəm iştahsızlıq var, birde sizdən bir xahisimde var su haqqindada məlumat vererdiz.

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว +1

      Aysua xanım, 4 - 6 aylıq körpə 120-180 ml arası 3-4 saatdan bir süni qida ala bilər. Amma rəqəmlər uşaqdan-uşağa fərqli ola bilər. Daimi körpənin aya görə kilo artmasına, sidik və nəcis ifrazatına diqqət edin.
      Öncələr ana südü alan körpəyə su verməyə ehtiyac görmürdülər. Son araşdırmalar süni qida alan körpələrin əlavə quya ehtiyacı olmadığını göstərir. Əlavə qidaya başlayanda su verərsiniz.

    • @Eminsadiqli
      @Eminsadiqli 3 ปีที่แล้ว +1

      @@AppaTV Cox sagolun doktur ❤️

  • @besdiismayilli3479
    @besdiismayilli3479 2 ปีที่แล้ว

    Salam həkim mənim oğlum 5 ayliqdi men meyvee vere bilerem ve hansi meyve daha rahat olar uşaqcun

  • @fidanseferova4108
    @fidanseferova4108 2 ปีที่แล้ว

    Salam usaq 4 ayliqdi gunde 6 7 defe ayaq yoluna gedir neden ola biler???

  • @umuhanimuradova989
    @umuhanimuradova989 4 ปีที่แล้ว +1

    Sualımı cavablandırsanız çox sevinərəm 😊Ülviyyə xanım 8 aylıq uşaq üçün supa qreçka və ya vermeşil atmaq olar?

    • @ayseldasdemirova9183
      @ayseldasdemirova9183 3 ปีที่แล้ว

      Vermesil mən bilen olar mən böyük qızıma ikisinide vermişəm

  • @hikmetqasimov3787
    @hikmetqasimov3787 2 ปีที่แล้ว

    Salam hekm gavalini buxarda bisirdiz?

  • @ulkarmusaibova1440
    @ulkarmusaibova1440 3 ปีที่แล้ว +1

    Salam Doktor,oglum 5ayin icindedi , ona ilk defe avakadodan datdirsam olar?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว +1

      Ulker xanım, daddıra bilərsiniz. 1 çay qaşığı ilə başlayın.

    • @ulkarmusaibova1440
      @ulkarmusaibova1440 3 ปีที่แล้ว

      Appa TV cox tewekkurler ♥️🥰

  • @yasasinazrbaycan814
    @yasasinazrbaycan814 2 ปีที่แล้ว +1

    Mən brokoli kapak və kənd toyuğundan şorba etdim yağ tökmədim ancaq duz tökdüm balaca qaşığla ən az 10 qaşığ yemək vermişəm prablem yoxdu ki?

    • @AppaTV
      @AppaTV  2 ปีที่แล้ว

      Axşamınız xeyir olsun. Nuş olsun. Çalışın 2 yaşadək duz istifadə etməyin, bir dəfə ilə heç nə olmayacaq.

  • @gozder7439
    @gozder7439 2 ปีที่แล้ว

    Salam menim usagim 16 gundu 4 ayina kecib suden elame qida vermek isdeyirem ne vere bilerem

  • @AbdullaAbdullayev-ff7fx
    @AbdullaAbdullayev-ff7fx 4 หลายเดือนก่อน

    Suda bişməyi yoxsa buğda bişməyi faydalıdır?

  • @arzualiyeva6611
    @arzualiyeva6611 4 ปีที่แล้ว +6

    Meslehet göre minnetdaram sevimli doktorum

  • @nerminsefixanova6304
    @nerminsefixanova6304 3 ปีที่แล้ว +1

    Salam hekim menim usagim 6 ayliqdi ona sudsuz kawa ile sudlu kawani qatib verirem tekce sudlu verende yanaqlari sepir bele qatiwdirmaq ziyan deyilki yiyir sepir ama arada berk cixir

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Hər vaxtınız xeyir. Yaxşı olar ki ancaq südsüz sıyıq verəsiniz. Yanaqlarındakı səpgi və nəcis ifrazatını normallaşdırandan sonra südlü sıyıq verməniz daha düzgün olar.

  • @gunelveliyeva8662
    @gunelveliyeva8662 2 ปีที่แล้ว +1

    Salam əgər uşaq yenədə isdəsə 1 çay qaşığınan çox vermək olarmı

    • @AppaTV
      @AppaTV  2 ปีที่แล้ว

      İlk günlər tələsməyin. İstədiyi halda üzərindən ana südü və ya ana südünü əvəz edən süni qida verin. Tədricən artırın ki, qəbzlik, qusma, ishal və s xoşagəlməz hallar ilə qarşılaşmayasınız.

  • @leylaaliyeva249
    @leylaaliyeva249 11 หลายเดือนก่อน +1

    Salam bes banan hans aydan baslamaq olar?

    • @AppaTV
      @AppaTV  11 หลายเดือนก่อน

      6 ayından rahat verə bilərsiniz. Ən tez 4 ay yarımnan başlamaq olar.

  • @umuhanimuradova989
    @umuhanimuradova989 4 ปีที่แล้ว +1

    Ülviyyə xanım uşağa mal ətinin blyonunda düyü supu verirəm, və almalı qreçka sıyığı qarnı 2 gündür bərkiyib

  • @gunelveliyeva8662
    @gunelveliyeva8662 2 ปีที่แล้ว

    Salam çox sağolun sualıma cavab verdiniz mənim qızım 7 ayını sabah tamamlayır təzə şor versəm olarmı birdəki kök soku tezdir versəm xaiş edirəm buna da cavab verərdiz hər şeyi çox gözəl başa salırsınız

  • @xeyalequliyeva5469
    @xeyalequliyeva5469 4 ปีที่แล้ว +4

    Best doctor♥️♥️♥️

  • @nahidelesgerov1260
    @nahidelesgerov1260 2 ปีที่แล้ว

    Salam.hekim pure etmeden sirf meyve vermek.olar?

  • @recabmurad9806
    @recabmurad9806 3 ปีที่แล้ว +3

    Salam hekim.3 gunen sonra ne qeder vermek olar?

  • @sevgulmamedzad6126
    @sevgulmamedzad6126 2 ปีที่แล้ว +1

    Xanim salam men usagimi emizdirem hal hazirda korpem 7 aylugdir nece ana sudenden kesim ina suni suden verirem ve kasalar da verirem ana sudunden nece kesim komeklik ederdizde

    • @AppaTV
      @AppaTV  2 ปีที่แล้ว

      Sevgul xanim, bagishlayin, ana sufunden ne sebebden keditdiniz usgagi? Korpenizin bu aylarda ana sudune chox ehtiyaci var.

    • @sevgulmamedzad6126
      @sevgulmamedzad6126 2 ปีที่แล้ว

      EMIZDIRMEK ISTEMIREM SINEM COX AGRIYIR OZUMU YORGUN HIS ELIYREM YATMAQ ISTIYREM HETDA GECE GUNDUZ 😒

    • @sevgulmamedzad6126
      @sevgulmamedzad6126 2 ปีที่แล้ว

      Hemde emizdirmek anaya cox ziyandir gelecekde anada sine kistalari tapa bilir

    • @sevgulmamedzad6126
      @sevgulmamedzad6126 2 ปีที่แล้ว

      Emzdirmek anaya ziyandir korpeye xeyirdir ama ana gelecekde dos fesadlari tapa bilir

  • @leylaesedova6724
    @leylaesedova6724 2 ปีที่แล้ว

    Salam mənim oğlum 3 ay tamam olacağ 21yanvarda mən nəsə verə bilərəm ??

  • @gamidaabdullayeva2782
    @gamidaabdullayeva2782 3 ปีที่แล้ว +1

    salam 7ayliq korpeye 1alma butov vermek olar meyve porsiyalar ne geder olmalidi?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Gamida x, ilk once az miqdar ile başlayirsiniz və artirirsiniz. Meyve porsiyasi 7 ayliq usaq ucun 1 xorek qaşığından - 6 xorek qasigi qeder ola biler. Belelikle 1 alma butov hec bir narahatciliq yoxdursa verile biler.
      th-cam.com/video/tAR5KzyUnIc/w-d-xo.html

    • @gultekinnesirova9034
      @gultekinnesirova9034 2 ปีที่แล้ว

      @@AppaTV usağa neçe ayliğinda meyve vermek olar sokuyla?

  • @vusalnebiyev3837
    @vusalnebiyev3837 3 ปีที่แล้ว +1

    Hekim bagsliyn ya korpe 1c.q-dan elave isdese aglasa?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Bənəşlərimizin ağlamsğını heç istəmirik. 1 qaşıq yeni qida sonrası ana südü və ya hər zanan alfığı süni qida veririk.

    • @totun-v7797
      @totun-v7797 2 ปีที่แล้ว

      @@AppaTV salam..1yaw 1ayliq uwaga meyve xurma vermek olar?

    • @ramalvelizade6593
      @ramalvelizade6593 2 ปีที่แล้ว

      @@totun-v7797 əlbətdə olar

  • @ayseldasdemirova9183
    @ayseldasdemirova9183 3 ปีที่แล้ว +2

    Çox sağolun Allah sizdən razı olsun çox beyend bu kanali

  • @axdlove2178
    @axdlove2178 2 ปีที่แล้ว +1

    Axsaminiz xeyir hekim hekim 4-6 nece ayi demeydir uşağın? 🤔

    • @AppaTV
      @AppaTV  2 ปีที่แล้ว

      4 ayı tamamlayan bəbəş və 6 ayınadək.

  • @gvvg1576
    @gvvg1576 ปีที่แล้ว

    Salam 6 ayın da banan vermək olar?

  • @allah_yolunda1144
    @allah_yolunda1144 3 ปีที่แล้ว +1

    Birde nece ayindan saftali vermek olar?

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Salam Aleykum, 6 ayından vermək olar. Az-az verməyi unutmayın.

  • @misriyyecafarova4599
    @misriyyecafarova4599 4 ปีที่แล้ว +7

    Salam həkim tez tez görünün kanalda məndə sizi görüm var olun💋💋💋💋💞💗💗💗💗💗❤

  • @neymetbaxsiyev8842
    @neymetbaxsiyev8842 2 ปีที่แล้ว +1

    Salam menim oglumun 4 ayi olub ana sudu firisto qold sudu icir cetin doyur doymsgina korpedi doyarda ama gozu doymur ver ver agliyir ancag yemekcun ne verim bilmirem

    • @AppaTV
      @AppaTV  2 ปีที่แล้ว

      :)) Maşallah yeyimçik uşaqdır demək. Ana südünə üstünlük edin, Frisonuz da yanınızda! Balanı yedizdirin istədiyi kimi! Əlavə qida üçün tələsməyin, 5 ayını tamamlayın sonra ancaq 1 ay daddıracaqsınız, doyumluq yenə də ana südü və süni qidanız olacaq.

  • @rzayevaarzayevaa8151
    @rzayevaarzayevaa8151 2 ปีที่แล้ว

    Salam menim qizimin 5 ayi bu ayin 28 tamam olur. Ana sudu yimir nutrulik yiyir. Mende elave qidaya kecmey isdirem. Meslehet verinde mene zehmet olmasa ilk cicibeden baslayim.ya neden baslayim bilmirem deyerdiz menede

    • @cinareceferova95
      @cinareceferova95 ปีที่แล้ว

      Kaşa verin duyulu,qreckali, qarğıdalı ferqi yoxdu 5+ kasalar aylara uygun kasa var 4+,5+,6+,7+ ve .s banan ,cicibebe meyve pureleri aqusa hazir satilir

  • @zemaorucova3168
    @zemaorucova3168 3 ปีที่แล้ว +1

    Salam doktor.4 ayindan birinci ne verek. Bizim korpe sunii qida yeyir.Artim yoxdur.

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว +1

      Çəki artımı zəif uşaqlar üçün sıyıqdan başlasanız yaxşı olar.

    • @zemaorucova3168
      @zemaorucova3168 3 ปีที่แล้ว

      @@AppaTV Cox saq olun

  • @ramilismayilov-ex5ks
    @ramilismayilov-ex5ks 5 หลายเดือนก่อน

    Mən bu həkimin telin necə tapa bilərəm bilən var npmrəsin?

  • @ХатираГусейнова-ф5х
    @ХатираГусейнова-ф5х 2 ปีที่แล้ว +1

    cox saqolun

  • @fidana-va9393
    @fidana-va9393 4 ปีที่แล้ว +1

    9ayliq ushaq ucunde meslehetlerinizi paylashardiniz zehmet olmasa

    • @AppaTV
      @AppaTV  4 ปีที่แล้ว

      Dəyərli Fidan x, hər həftənin çərşənbə günü videolarımızı hazırlayırıq. Qısa zaman sonra siz istediyiniz yaş üçün menyularımız hazır olacaq. Təcili məlumat almaq istediyiniz halda sizə şəxsi messaj ilə video şəklində yox, sxem və ya yazılı məlumat göndərə bilərik.

    • @fidana-va9393
      @fidana-va9393 4 ปีที่แล้ว +1

      @@AppaTV zehmet olmazsa.Size isterdim.

    • @AppaTV
      @AppaTV  4 ปีที่แล้ว +5

      Fidan x, 9 aylıq bəbəş üçün təxmini günlük planı təqdim edirik. Biz sizin körpənizin dəqiq yuxu və oyaq saatlarını bilmədiyimizdən, saatları özünüz tənzimləyin. Qeyd edək ki, xarici ölkələrdə - Amerika, Avropa, Koreya, Yaponiya uşaqlar çox tez səhər oyanırlar və 9 aylıq körpəni artıq saat 19-20 arası yatızdırırlar. Bizim həyat tərzi təəssüf ki, çox fərqlidir. Çalışın axşam körpənizi tez yatızdırasınız, bu onun inkişafı üçün çox xeyirlidir.
      6 - 7:00 Ana südü və ya süni qida
      9 - 10:00 Səhər yeməyi - Sıyıq alınma və ya evdə bişmə (suda və ya hazır olduqdan sonra süni qida əlavə edərək), meyvə pure halında səyığa əlavə etmək olar. Sıyıq əvəzi yumurta tam bişmiş və yanında meyvə və ya tərəvəz verə bilərsiniz
      12 - 13:00 Günorta yeməyi - Sümüklü ətin bulyonunda (mal əti, toyuq əti, hinduşka, balıq, dovşan) ətli (mütləq ətli) tərəvəzli sup. Tutumu olsun deyə supun içinə düyü, bulqur, xırda vermeşel əlavə edə bilərsiz və ya supu tərəvəzli duru halda edib yanında əsas yemək kimi düyü (bulqur, qarabşaq) ətlə əzilmiş pure kimi vere bilərsiniz.
      15 -16:00 Qəlyanaltı saatı (snack time) meyvə, pendir (kəsmik, süzmə), peçenye (kreker, ev bişintisi) üzərindən Ana südü və ya süni qida
      18 - 19:00 Axşam yeməyi - Suda qarabaşaq, bulqur bişirin. Yanında ət, tərəvəzlər. Vaxtınız olmadığı halda səhərki sıyığa başqa meyvə qataraq və ya günorta yediyi yeməkdən verə bilərsiniz.
      Yatmadan öncə Ana südü və ya süni qida içirdin.
      Qidaları ümumiləşdirsək gün ərzində 9 aylıq körpənin qəbul edəcəkləri:
      Ana südü və ya süni qida 210-240 ml gün 3 dəfə
      Sıyıq 150- 240 ml
      Meyvə 2-4 xörək qaşığı gündə 2 dəfə pure halında, bişmiş yumşaq meyvələri xırda doğranmış (barmaq qidası-finger food)
      Tərəvəz 2-4 xörək qaşığı gün 2 dəfə pure halında, bişmiş yumşaq tərəvəzləri xırda doğranmış (barmaq qidası-finger food)
      Ət (zülal-yumurta,lobya,tofu) 2-3 xörək qaşığı gün 2 dəfə tam bişmiş, çəkilmiş və ya blenderdən keçirilmiş, yumşaq halda gün 2 dəfə
      Nişastalar (çörək, kartof, makaron, vermeşel, kreker) 1/4-1/2 stəkan gün 2 dəfə
      Ağartılar(kəsmik, yoqurt, pendir) - 1 xörək qaş pendir və ya 200 ml yoqurt, qatıq və ya 1/3-1/2 stəkan kəsmik.
      Məlumatlar www.babysleepsite.com/,www.stanfordchildrens.org, /letmommysleep.com/, Amerika Pediatrlar assosiasiyası və başqa nüfuslu mınbələrdən alınıb. Mən özüm daimi xəstə ilə çalışan pediatr olduğumnan bir qədər məlumatl bizimkiləşdirməyə çalışıram. Balacanıza uzun, sağlam və xoşbəxt ömür arzu edirəm. Məlumatları oxuyarkən balanızın individual olduğunu və həkiminiz ilə məsləhətləşməyi unutmayın!
      Hörmətlə, Ülviyyə Aslanova

    • @fidana-va9393
      @fidana-va9393 4 ปีที่แล้ว +2

      @@AppaTV chox sagolun doktor.texmini dediyiniz kimi qidalanir .bebeshimiz.choz gozel meslehet verirsiniz.tewekkur edirem

    • @surejafarova5777
      @surejafarova5777 3 ปีที่แล้ว

      @@AppaTV Gozel doktor zehmet olmasa 5 ayliq korpenin gunluk rejimi nece olmalidir deye bilersiz? S/q ile qidalanir elave qidaya kecmek isteyirem

  • @РахибИманов-х4т
    @РахибИманов-х4т 3 ปีที่แล้ว

    4 ayliq vermek olar?

  • @medinasalayeva7564
    @medinasalayeva7564 4 ปีที่แล้ว +5

  • @sevgulmamedzad6126
    @sevgulmamedzad6126 3 ปีที่แล้ว

    Hekim 5 ayliq usaga alma kanputu vermek olar

  • @fidanseferova4108
    @fidanseferova4108 2 ปีที่แล้ว

    Men duyuhelimi verirem

  • @umuhanimuradova989
    @umuhanimuradova989 4 ปีที่แล้ว +2

    Salam Aleykum Ülviyyə xanım.Allah sizi qorusun.Zəhmət olasa 8 aylıq uşaqlar üçün də video çəkin.Mənim uşağın 8 aydı məsləhətinizə çox ehtiyyacım var.Zəhmət olmazsa sizə mənim üçün də cədvəl yazardız.@Appa Videos

  • @nezakermehdiyeva246
    @nezakermehdiyeva246 3 ปีที่แล้ว

    Eyni sozu tekrar ede ede vidyonu tamamladl

    • @AppaTV
      @AppaTV  3 ปีที่แล้ว

      Çox söz dediyimiz və lazım olan məlumatı paylaşdığımız videolar var. th-cam.com/video/dfa4SwXEOFw/w-d-xo.html

  • @gulsuvaradilov5126
    @gulsuvaradilov5126 2 ปีที่แล้ว

    Həm bayra gedəndə bəzən yaşıl rəng olur

  • @liyevasbin1125
    @liyevasbin1125 2 ปีที่แล้ว

    Həkimin nömrəsini bilən yazssında mənə