Əli İnsanov həbsdən əvvəl xalq artistinə nə deyib? - Faktlar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #AXAR #XƏBƏR #SONXƏBƏR #AXAR #XƏBƏR Bu gün mərhum xalq artisti Səyavuş Aslanın (1935-2013) doğum günüdür.
    Kult.az Səyavuş Aslanla bağlı 10 faktı təqdim edir:
    1. Səyavuş Aslan gənc ikən çox kasıb olub. Deyilənə görə, Ofeliya xanımla evlənəndə toylarında geyinməyə kostyumu yox imiş. Görkəmli rejissor Şəmsi Bədəlbəyli teatrda aktyorların istifadə etdiyi səhnə kostyumlarından birini müvəqqəti olaraq ona verib. Səyavuş da toya həmin geyimdə gəlib.
    2. S.Aslanın rol aldığı məşhur “Yol əhvalatı” filmində maraqlı bir hadisə yaşanıb. Belə ki, çəkilişlər zamanı film heyəti üçün tavada badımcan-bibər dolması gətirilib. Çəkiliş gününün sonunda Səyavuş yorğun və fikirli olduğu üçün bilmədən tavanın üstündə oturub. Aktyorlar həmin gün ac qalsalar da, bu hadisəyə çox güldüklərini bildiriblər.
    3. “Yol əhvalatı” filminin iki dəfəyə çəkildiyi bildirilir. Filmin ikinci operatoru Robert Silanyan adlı erməni olub. O, plyonkanın qüsurlu olduğunu bilsə də, çəkilişlərə davam edib. Bu fakt sonradan üzə çıxıb və erməni operatorun bunu qəsdən etdiyi məlum olub. Silanyanın bu hərəkətinə görə filmin bəzi səhnələri yenidən çəkilib.
    4. Səyavuş Aslan həyat yoldaşı Ofeliya Aslandan ayrıldıqdan sonra bir müddət teatrda qrim otağında yaşayıb.
    5. Ofeliya xanımın vəfatından sonra Səyavuş Aslanın da səhhətində ciddi problemlər yaranıb.
    6. Səyavuş Aslan görkəmli aktyorumuz Yaşar Nuri ilə yaxın dost idi. Yaşar Nurinin ölümünü Səyavuş Aslandan gizlədiblər və o, ömrünün sonuna kimi dostunun öldüyünü bilməyib.
    7. Əsgərlikdə ikən ara-sıra Mədəniyyət Evinin tamaşalarında oynayırmış. Bir dəfə onu rol aldığı tamaşanın premyerasına getməyə qoymurlar. Səyavuş hərbi hissədən qaçır. Əynindəki əsgər mundirini çıxarıb stulun başına keçirir. Tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görür və həqiqət çıxır ortaya. Bundan sonra Səyavuş Aslanı üç sutkalıq qaumvaxt salırlar.
    8. “Evləri köndələn yar”da “Bazarkom Nadir”in qonaqları öpməsi ssenaridə yox idi. Bunu bazarkom Nadir - Səyavuş Aslan özündən uydurmuşdu. Çəkiliş vaxtı o, bundan xəbərsiz olan Əlağa Ağayevi öpür və bu, Əlağa Ağayev hiddətləndirir.
    9. “Bəyin oğurlanması” filminin toy səhnəsində aktyor Muxtar Maniyev Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Əslində, bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın. Həmin hadisədən sonra Səyavuş Aslan təxminən 20 il Muxtar Maniyevlə küsülü qalır.
    10. Deyilənə görə, Səyavuş Aslan həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Hətta yaxınları belə onunla olduqca ehtiyatlı davranıblar.
    Bonus: 2005-ci ilin oktyabrında xalq artisti Səyavuş Aslan xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsinə kömək xahişi ilə Səhiyyə naziri Əli İnsanovun qəbuluna düşür. Xahiş edir ki, nazirlik onun əzizinin müalicəsinə yardım etsin. Əli İnsanova hansısa otdan dəmlənmiş açıq çay gətirirlər. Nazir çayı Səyavuş Aslana göstərərək deyir: “Görürsünüzmü, elə vəziyyətdəyik ki, hətta çay almağa imkanımız yoxdur”.
    Səyavuş Aslan ona inanır. Cəmi 4 gün sonra Əli İnsanov həbs edilir və evindən qızıl külçələr tapılır. #Axar #Operativ #Xəbər # # # # #AXAR #XƏBƏR #SONXƏBƏR #OPERATİV #AXAR #XƏBƏR #SONXƏBƏR #OPERATİV #AXARXƏBƏR #SONXƏBƏR #XƏBƏRLƏR #AXARTV #SONXƏBƏRLƏR #AXARXƏBƏR #AXARTV #SONXƏBƏR #XƏBƏRLƏR

ความคิดเห็น • 877

  • @Axar
    @Axar  4 ปีที่แล้ว +28

    Əziz dostlar! Videoya baxdıqdan sonra kanala abunə olub, videonu bəyənməyi unutmayın.

    • @sbuhimayilov1355
      @sbuhimayilov1355 4 ปีที่แล้ว +2

      Niyə abunə olmağımız vacivdimi?

    • @mehluqeeliyeva1650
      @mehluqeeliyeva1650 4 ปีที่แล้ว +1

      Cox heyif böyük aktyormuzdan.

    • @kametbayramov225
      @kametbayramov225 4 ปีที่แล้ว

      Kecamatan

    • @zeybexanimmikayilov3877
      @zeybexanimmikayilov3877 4 ปีที่แล้ว

      @@mehluqeeliyeva1650 ən

    • @ejderqarayev5414
      @ejderqarayev5414 2 ปีที่แล้ว

      Niyə bunu tez tez deyib bizi məyus edirsiniz, kostyumu var idi yox idi, O qaldı 60,70 ci illərdə, SİYAVUŞ MÜƏLLİM ÇOX İSTEDADLI, BACARIQLI AKTYOR. İDİ, HƏMİN İLLƏRDƏ TOVUZ RAYONUNUN XATINLI KƏNDİNƏ QASTROLA GƏLMİŞDİLƏR,
      , SİYAVUŞ ASLAN
      , HACIBABA BAGIROV
      , ƏLİAGA AGAYEV
      , NƏSJBƏ XANIM ZEYNALO,
      , LÜTVƏLİ ABDULLAYEV,
      YAŞAR NURİYEV,
      , BÖYÜK BİR HEYYƏTLƏ KƏND CAMAATININ GÖRÜŞÜNƏ GƏLMİŞDİLƏR, S, ASLAN BƏSTƏ BOY BJR NURANİ KİŞİ İDİ, GEYİMİNDƏN, 1970_79cu illərin obexeyislərinə oxşayırdı, geyim ona şlyapa. (panama) ilə çox YARAŞIRDI, ALLAH BÜTÜN DÜNYASINI DƏYİŞƏN AKTYORLARIMIZA RƏHMƏT ELƏSİN QƏBRLƏRİ NURLU OLSUN MƏKANLARI CƏNNƏT OLSUN RUHLARI ŞAD OLSUN 🌹🌹🌹🌹🤲🤲🤲🤲

  • @salmanlinurlan4802
    @salmanlinurlan4802 4 ปีที่แล้ว +71

    Səyavuş ürəyimizdə ən varlı insandı ən gözəl zəngin insandı kastyumu olmuya bilər

  • @hamzaaslan8367
    @hamzaaslan8367 5 ปีที่แล้ว +169

    Allah rəhmət etsin xalqın ən dəyərli sənətkarlarından biri idi Siyavuş Aslan

  • @ALVIN-dc6hk
    @ALVIN-dc6hk 5 ปีที่แล้ว +197

    Siyavus Aslan seni shexsen men hec vaxt unutmayacam gozel insan

  • @seryequliyeva5044
    @seryequliyeva5044 5 ปีที่แล้ว +187

    Heyif seyavuş aslankimi senetkarlarımızdan allah ona rehmet elesin

    • @shamsguliyev2230
      @shamsguliyev2230 5 ปีที่แล้ว +10

      Allah rehmet elesin,hegigetende kisi kimi artist idi.

    • @talsbalas5930
      @talsbalas5930 5 ปีที่แล้ว +12

      Bele senetkerlarin adlari böyuk herifle yazilmalidir ☝️

    • @sbuhimayilov1355
      @sbuhimayilov1355 4 ปีที่แล้ว +5

      Aminn

    • @salehzeynalov4273
      @salehzeynalov4273 4 ปีที่แล้ว +1

      Shams Guliyev ğzm

    • @firuzliyeva585
      @firuzliyeva585 4 ปีที่แล้ว +5

      Allah rehmet etsin boyuk Senetkara,Ele aktyorlar cox azdir menim cox sevdiyim Seyavuw Aslan ruhu hemiwe wad olsun!!👐👐👐😔

  • @kamalquluzade4799
    @kamalquluzade4799 5 ปีที่แล้ว +395

    50 ildan sonra Ali Insanovu kim taniyacaq.Siyavus Aslani isa 1000 ildan sonrada seva,seva izlayacaklar.

    • @bahrammamedov8051
      @bahrammamedov8051 4 ปีที่แล้ว +19

      Dùz deyirsen bu kime lazimfiki bunuda tanisinlar bunun kimileri siyavuw aslan kimilerini bawa duwmez olar bu heyati pul gorurler bu heyati ebedi heyat gorurler ona gorede kor olublar siyavuw kimilerini gormuller

    • @fahribinnet3259
      @fahribinnet3259 4 ปีที่แล้ว +10

      Bəli qardaş, Siyavuş Aslan böyük sənətkardır, şübhəsiz, özü də onula yaxşı münasibətim olub. Indi gələk Əli müəllimə , sən bilirsənmi ki , O dörd dövlətin Akademikidır, dünyada vərəm üzrə 2-3 ən yaxşı mütəxəssisdir , vaxt ilə yapon alimlərinin eləyə bilmədiyi ixtiranı edib , 50 -dən çox alim yetisdirib, Azerbaycanda yegane dərman ixtiraçısıdır, hal-hazırda dörd ölkə bu "insonovin" dərmanı istehsal edir , yazdığı "Vərəm" kitabı Almanya və digər inkişaf etmiş ölkələrdə tədris olunur , həttda ermənistanda da ondan istifadə olunur , bu silahını uzatsam bura yerləşməz. İndi qardaş savadlı xalq, artisti ilə yanaşı aliminin də qədrini bilmelidir. Bir alçak yalandan bir söz deyir , əksəriyyət də ona inanır. Onlar həyatda heç zaman görüşməyiblər. Cəmiyyətin bu gündə olmağı məni çox üzür, təssüf.

    • @yarasiqlioglan5280
      @yarasiqlioglan5280 4 ปีที่แล้ว +8

      @@fahribinnet3259 O MEXLUQ "unsanov" DEYIL, O HEYVANOVDUR !!! BES O QIZIL KULCHELERINI, VILLADAN VILLAYA YERALTI KECHIDLERI HANSI PULLA ELDE ETMISHDI ???? XAHISH EDIREM SUALIMA CAVAB VER !!!

    • @fahribinnet3259
      @fahribinnet3259 4 ปีที่แล้ว +5

      @@yarasiqlioglan5280 birincisi heyvanov şəxsən sənsən , mədəniyyətin olsun. İkincisi O kəşf etdiyi dərmandan Azərbaycan dövlət büdcəsinə 1500000 manat ödəyib. Üçüncüsü o dediyin külçələr Iraqda çekilmişti. Dördüncüsü göstərilənlərin 90 % Ona aid deyil. Beşincisidə istədiyin yerdə səninlə görüşüb bütün formada sənə cavab verməyə hazıram.

    • @yarasiqlioglan5280
      @yarasiqlioglan5280 4 ปีที่แล้ว +6

      @@fahribinnet3259 Senin kimileri tanimaq istemerem !!!!!

  • @elcinclilbyli4021
    @elcinclilbyli4021 5 ปีที่แล้ว +196

    Əli İnsanov elə danışır ki, yadıma bir məsəl düşür- Tanımasam ətəyində namaz qılardım.
    Sənin nazir olduğun dövürdə girdirmə dərmanlar ayaq açdı ölkəyə. Özü də baha-baha. İnsanların taleyi ilə oynadın. Bunların hesabını necə verəcəksən?

    • @fenomen3246
      @fenomen3246 5 ปีที่แล้ว +15

      mənim də zəhləm gedir əli insanovdan..guya şərəflidirdə insanov

    • @turalmemmedov7125
      @turalmemmedov7125 5 ปีที่แล้ว +12

      pidaras erməniyə oxşuyur

    • @drzlodrzlo9729
      @drzlodrzlo9729 5 ปีที่แล้ว +8

      Guya indi duzelib😂ondan da besh beterdir

    • @salamsgr7634
      @salamsgr7634 4 ปีที่แล้ว +2

      Elçin Cəlilbəyli çox gözel verecek əli insanov gözel insan di

    • @yusifovareyhan2060
      @yusifovareyhan2060 4 ปีที่แล้ว +3

      Guya ibdi yaxşı dırmanardı hamsı firma dərmanardı hamsıda padelka

  • @ulviabaszade2002
    @ulviabaszade2002 5 ปีที่แล้ว +261

    Səyavş Aslan xalq artistiydi Əİİ insanobsa. Xalq oğrusu

    • @dikendiken5852
      @dikendiken5852 5 ปีที่แล้ว +14

      Xalq peyseri daha edaletli addir

    • @aliksirota3970
      @aliksirota3970 5 ปีที่แล้ว +10

      Бома написал брат, Спасибо за такие слова!!! Али хейванов народный вор.....😁😷😅🤣🇺🇦🇺🇦

    • @dikendiken5852
      @dikendiken5852 5 ปีที่แล้ว +7

      @@aliksirota3970 так точна

    • @user-oh4wt4yk7i
      @user-oh4wt4yk7i 4 ปีที่แล้ว +1

      АЛЛАХ Саявуш Асланы рахмат елесин. Инанын Али Инсанов бареде дейилен сез яланды. Мен инанмырам

    • @qismetleleyev9138
      @qismetleleyev9138 4 ปีที่แล้ว +1

      Ulvi Abaszade bantidi

  • @rayamammadova3271
    @rayamammadova3271 4 ปีที่แล้ว +15

    Allah rəhmət eləsin
    Məkanı Cənnət olsun

  • @pervizdadasov7719
    @pervizdadasov7719 3 ปีที่แล้ว +9

    Allah Suyavuw Aslana Rəhmət eləsin qəlbimizdə Yawiyacaq Həmçinin Yaşar Nuride

    • @alinebiyev2890
      @alinebiyev2890 8 หลายเดือนก่อน

      Allah əli insanova lənət eləsin .O kasıblara kömək etmək əvəzinə həsən həsənovun tapşırığı ilə Babasının çuvalını doldururdu .

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 4 ปีที่แล้ว +4

    Ey ULU TANRI YAXŞI İNSANA- YƏNİ SƏYAVUŞ ASLANA DÜZGÜN QİYMƏT VERƏNLƏRİN MÜKAFATINI ÖZÜN VER!!! VƏ LA HƏVLƏ VƏ LA QÜVVƏTƏ BİLLAHİ ƏLİYYÜL ƏZİM!!! AMİN!!!
    XALQIN SEVİMLİ AKTYORU, RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN!!!!

  • @raqibxelilov2110
    @raqibxelilov2110 5 ปีที่แล้ว +88

    bu insanov deyil heyvanovdu bu esseyi yaxsi basmisdilar iceri naxaq buraxdilar serefsizi heyif Eli adindan ona

    • @fenomen3246
      @fenomen3246 5 ปีที่แล้ว +3

      düzdür..Məli ,dəli ,zəli,nə bilim şirəli qoyaydılar gərək.belədəki indidə gec deyil..

    • @user-cl3hj7yq4s
      @user-cl3hj7yq4s 4 ปีที่แล้ว +2

      Eli adi qenim olsun ona Amin

    • @user-ji7si5up3f
      @user-ji7si5up3f 4 ปีที่แล้ว +2

      Ele hevanov olduğuna görə Heyder Eliyev basdırmışdı türmeye.

    • @tomristuran2345
      @tomristuran2345 4 ปีที่แล้ว

      🙄

    • @ndidmdidmmfknffjjfid8243
      @ndidmdidmmfknffjjfid8243 3 ปีที่แล้ว

      😄😄😄😄

  • @elvinqocayev223
    @elvinqocayev223 4 ปีที่แล้ว +20

    Allah rəhmət elısin qəbri nurla dolsun Amin

  • @elsevernesirov6531
    @elsevernesirov6531 5 ปีที่แล้ว +80

    Ali Insanovun cox maraqli bir ermani masali var deyir san corayi harda qazanirsansa ora sana vatandi bu cur ermani sifatdanda ancaq bu harakati gozdamak olar

  • @user-kl4dm1iq6r
    @user-kl4dm1iq6r 5 ปีที่แล้ว +38

    АЛЛАХЫН НУРУДА ЙОХДУР СЫФАТЫНДА ОНДАН НЕ МАРХАМАТ ИНСАФ ГОЗЛЕМЕК ОЛАР ХЕЙИФ О АДДАН ФАМИЛИЯДАН ОНУН ЧУН

  • @sunaybabayev7165
    @sunaybabayev7165 4 ปีที่แล้ว +4

    Allah böyükdür. Heç bir ədalətsizlik cavabsız qalmır. Allahdan Səyavuş Aslana rəhmət, Əli Insanova isə lənət diləyirəm.

  • @konulesedova934
    @konulesedova934 4 ปีที่แล้ว +4

    Bir də belə insanlar gəlməz dünyaya. Allah rəhmət eləsin böyük sənətkara.

  • @user-vh5sh5vv2e
    @user-vh5sh5vv2e 5 ปีที่แล้ว +38

    BU MEYMUNLARİN ƏLLƏRINI KƏSMƏK LAZİMDİR, RÜŞVƏTXORLAR..

  • @yasinsamedov3751
    @yasinsamedov3751 5 ปีที่แล้ว +29

    İndi çıxıb vətənpərvərliydən danışır insanlığdan danışır

  • @isaeliyev414
    @isaeliyev414 5 ปีที่แล้ว +30

    Əlidi nədi bilmirəm bir nömrəli korrupsioner, rüşvətxoru təki idi.indi müxalifətçi olub.Vallah gülməlidi

    • @seymuribadov4417
      @seymuribadov4417 5 ปีที่แล้ว +1

      Çındır adamlardılar bunların coxu

  • @mogazi3871
    @mogazi3871 4 ปีที่แล้ว +4

    ALLAH RƏHMƏT ELƏSİN KÖHNƏ AKTİYORLARİ ONLARDAN BİRDƏ OLMAYAÇAQ HEYİFLƏR OLSUN😢😢

  • @samirelesgerov7499
    @samirelesgerov7499 4 ปีที่แล้ว +2

    Siyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Nəsibə Zeynalova və sayr Xalq artistləri onlar idi Allah onlara rəhmət eləsin yüz illərdə keçsə də xalq onları unutmayacaq.

  • @sahabbas7507
    @sahabbas7507 5 ปีที่แล้ว +7

    Ne zaman öyrenecek bu millet veriliş hazırlamaĝı. Musiqinin sesinden beynimiz çatladıki.

  • @ruslanmustafazade3255
    @ruslanmustafazade3255 5 ปีที่แล้ว +7

    Allah rehmet elesin çetin birde bele aktyor gelsin.Azerbaycan xalqı mence sizi heç vaxt unutmuyacağ.

  • @natavanmusayeva8987
    @natavanmusayeva8987 3 ปีที่แล้ว +1

    ƏN SEVDİYİM AKTYOR ,ALLAH MİNDƏFƏ RƏHMƏT ELƏSİN!

  • @vuqaraslanov4088
    @vuqaraslanov4088 4 ปีที่แล้ว

    Siyavuş Aslan- Azərbaycana 100 ildə bir dəfə dünyaya gələn incəsənət payıdır. Gözləyək görək belə bir talant və eyni zamanda məğrur şəxsiyyət nə vaxt doğulacaq... Allah Sənə rəhmət eləsin dahi insan.

  • @elnurnagiyev5749
    @elnurnagiyev5749 4 ปีที่แล้ว +2

    ALLAH RƏHMƏT ELƏSİN QƏBRİ NURLA DOLSUN DAHİLƏR

  • @havizagayev4571
    @havizagayev4571 4 ปีที่แล้ว +1

    hejifler olsun ki biz evezedilmez insanların qedrini cox gec bilirik sijavuş aslan bir dahi idi teatır kino aleminde allah onu qeni qeni rehmet elesin qebri nurla dolsun mekanı cennet olsun

  • @fakihaaydemirova7480
    @fakihaaydemirova7480 4 ปีที่แล้ว +2

    Heyatda yaxsiliqnan pislik hec vaxt unudulmur

  • @asifbebirov2297
    @asifbebirov2297 4 ปีที่แล้ว +2

    Allah rehmet elesin gozel sənətkarlara

  • @nigarbashirova6815
    @nigarbashirova6815 4 ปีที่แล้ว

    Mən fanatı idim rəhmətlik Səyavuş müəllimin.Allah onun o dünyasını aqibətini ruhunu şad işıqlı eləsin.amin... Ay Allah nəzərin üstündə olsun.sənə əmanətdi sənətkarımız.

  • @yasmn9184
    @yasmn9184 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin gözəl sənətkarlarımız.

  • @ulviyyemamedzade5606
    @ulviyyemamedzade5606 5 ปีที่แล้ว +11

    Allah rehmet elesin bundan sonra bele aktyor gelmeyecey

  • @millimnviyat6886
    @millimnviyat6886 5 ปีที่แล้ว +4

    Allah lənət eləsin əli insanova.AMİN.

  • @youiviklgd
    @youiviklgd 4 ปีที่แล้ว +2

    Allah rehmet elesin o en varli aktyordu cunki bizim tarixde qelbimizde yashayir birde bele talantli professional aktyor qelmedi Siyavush Aslan sen aslan idin ruhun shad olsun

  • @user-cy7kl7yi6o
    @user-cy7kl7yi6o 4 ปีที่แล้ว +8

    Deyirəm görün kimlə kimi tay edirsiz ee vallah.Allah Siyavuš kišiyə Qəni Qəni rəhmət etsin.İnsanovada nəhlət etsin.Siz Širnən çakkali səf salmayın nədəki bir yerdə müqaisə etmiyin.

  • @shirinnazarov1538
    @shirinnazarov1538 5 ปีที่แล้ว +28

    Şərəfi olmayan nazir

  • @alimmemmedov1137
    @alimmemmedov1137 5 ปีที่แล้ว +19

    Heyvanov.... tūlkù hece gedir

  • @SOS-wy3eq
    @SOS-wy3eq 5 ปีที่แล้ว +10

    İndi Əli İnsanov quzu dərisinə girib. Yəqin prezident olmaq iddiasına düşüb. Məncə yəqin yox 100%

  • @allahnbndsi8743
    @allahnbndsi8743 4 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin xalq artisti Səyavuş aslan

  • @azadhaciyev8441
    @azadhaciyev8441 5 ปีที่แล้ว +15

    Dünyada pula və mal dövlətə həris bizim kimi bir millət yoxdur, nəcə ki bizlər yeri gələndə vətəni belə pula və ya hakimiyyət naminə satmışıq.

    • @abdulrehimraqimov5557
      @abdulrehimraqimov5557 5 ปีที่แล้ว +4

      Duzdu. Bizim millat ancaq bunu bacarir sukaligi isveranliyi birda yaltaqligi basqa hecna bacarmiriq

    • @sarvanagayev6372
      @sarvanagayev6372 5 ปีที่แล้ว +2

      @@abdulrehimraqimov5557 Odur ALLAHİN qəzəbi bu milləti tutub.Möhürlınib millət.Yalniz imana qəlmək milləti xilas edər.

    • @goydaghli6537
      @goydaghli6537 5 ปีที่แล้ว

      @@sarvanagayev6372 Elè sènin imanin deyil millèti bu gùnè salan, poxlu èrèbì nùmune gòtùrèn millètdèn nè gòzlènti olar, sèni kimi nadanlardir savad almaq èvèzinè èrèbin dinini xalqin canina yeridèn, òzùnùz bir wey deyilsiz, xalqi cahilliyè sòvq edirsiz.

    • @akifaqcabedi4807
      @akifaqcabedi4807 4 ปีที่แล้ว

      @@goydaghli6537 bəli bu millət (təfəkkürlüləri istisnadır) mariflənmək əvəzinə Xəlqanisin Nizamisin Nəimisin Nəsimisin Fizulisin v.s.i. unudaraq əsirlərlə cəhalətdə olub xurafat uydurulmuş bəlkədə həyatda heç yaşamamış ərəblərin adından deyilən nağıllarına inanıb kəlam və statlar gətirirlər. Həzrət flankəs belə buyurmuşdu flan imam belə demişdi.v.s. Amma bizlər kalfey və Babək kimi qəhrəman oğullarımızın adın çəkəndə ağız büzürlər elə bil dədələrinə söyürsən.

  • @azrbaycan6970
    @azrbaycan6970 4 ปีที่แล้ว +1

    Allah qəni qəni rəhmət eyləsin Siyavuş Aslana çox gözəl sınətkar idi heç bir zaman unutiyacayiğ

  • @arzumemmedova3087
    @arzumemmedova3087 4 ปีที่แล้ว +1

    Siyavuş Aslan böyük sənətkar idi.Allah rəhmət etsin.Amin.

  • @selalesukurova7846
    @selalesukurova7846 4 ปีที่แล้ว +1

    Allah mərdi namərdə möhtac eləməsin .Səyavuş Aslan bizim üçün ölməyib .Əsil sənətkar belə olur . Əli İnsanov isə hamı bilir necə insan olub .Allah Siyavuş Aslana qəni qəni rəhmət eləsin 🙏🤲

  • @rufathashimov5975
    @rufathashimov5975 5 ปีที่แล้ว +10

    Noolsun zato indi gör nələr danışır o püskürür.Heyif Səyavuş Aslannan yazığ nə bilsin ki kimə ağız açır.

  • @agaqasimov2468
    @agaqasimov2468 4 ปีที่แล้ว

    Ağlım kəsən gündən indiyə kimi Səyavuş Aslanın filmlərinə baxıb stresimi atıram.

  • @ulviyyemamedzade5606
    @ulviyyemamedzade5606 5 ปีที่แล้ว +101

    Eli heyvanovdu onun kimi serefsiz qeddar yer uzune gelmeyib nazir olanda insanlara zulum edirdi indi guyam merhemetli olub

    • @turalmemmedov7125
      @turalmemmedov7125 5 ปีที่แล้ว +8

      işsizdi belə danışır əlinə bir balaca imkan düşənkimi yenə xalqı minəcək

    • @eminismayilzade441
      @eminismayilzade441 5 ปีที่แล้ว +10

      Cooox sagolun dogrudur indi insanixdan dansir .heyvan olasan ele adin familyan ola (Eli insanov)

    • @azrbaycanazrbaycanl3517
      @azrbaycanazrbaycanl3517 5 ปีที่แล้ว

      @@eminismayilzade441 heyvanov sensen

    • @gulaneletifova6330
      @gulaneletifova6330 5 ปีที่แล้ว

      @@eminismayilzade441 gar

    • @eminismayilzade441
      @eminismayilzade441 5 ปีที่แล้ว +1

      @@gulaneletifova6330 He

  • @ramiz5075
    @ramiz5075 4 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin böyük sənətkara

  • @zabilnovruzov4423
    @zabilnovruzov4423 5 ปีที่แล้ว +27

    Eli Hesenov Siyavuş Aslanın ayağının tozuda ol bilmez.Kişi ile gedanın ferqi böyükdür.

    • @vuqaraliyev5332
      @vuqaraliyev5332 5 ปีที่แล้ว +3

      qardaw eli hesenov yox eli insanov. elebil biraz eli insanovu teriflemisen. eli insanov neyinki Siyavuw Aslanovun ayaqinin tozu hec necisi olabilmez

    • @meqiqehrmanov2851
      @meqiqehrmanov2851 5 ปีที่แล้ว +1

      Mene maraqli geldi bu iti ne eceb icerde öldürmedilər

  • @behappydontworry4714
    @behappydontworry4714 ปีที่แล้ว +1

    ALLAH rəhmət eləsin dəyərli sənətkarımız🥀😢😔

  • @laleceferova6094
    @laleceferova6094 2 ปีที่แล้ว

    Əli İnsanov hara SƏYAVUŞ ASLAN hara. Hər ikisinin sonuna baxın. Səyavuş Aslan könlümüzə taxt qurub. Allah ona rəhmət etsin.

  • @samssung9164
    @samssung9164 3 ปีที่แล้ว

    MƏN BU VİDİYONU İZLƏDİM.ALLAH SƏYAVUŞ ASLANA RƏHMƏT ELƏSİN.MƏNİM DƏ BAŞIMA BUNABƏNZƏR HADİSƏ GƏLİB.BİR QONŞUM VARDI.3 DƏNƏ İNƏYİ VARDI.ÜÇÜDƏ SAĞILIRDI.BİZ AMMA O QƏDƏR KASIB İDİKKİ ŞƏHƏR SÜFRƏSİ BELƏ AÇMIRDIQ .TEZ TEZ HƏMİN QONŞU BİZƏ GƏLİRDİ.KASIBLIQDAN ŞİKAYƏTLƏNİB AĞLIYIRDI.DEYRDİKİ ACINNAN ÖLÜRÜK.MƏN DİLLƏNMİRDİM.BİR GÜN HƏMİN QONŞUM QƏFİL XƏSTƏLƏNDİ VƏ 14 GÜNÜN TAMAMINFA DÜNYASINI DƏYİŞDİ.ÇOX YAXIN OLDUĞUMUZ ÜÇÜN MƏCLİSDƏ MƏN YAXINNAN İŞTİRAK ETMƏLİ OLDUM.ÖLÜ SAHİBLƏRİNİN BAŞI ÖZ RƏHMƏTƏ GEDƏNLƏRİNƏ QARIŞMIŞDI.GƏLƏN GEDƏNƏ QULLUQ.BİŞ DÜŞƏ MƏN NƏZARƏT ETMƏLİ OLDUM.ONLARIN ƏRZAQ YIĞDIQLARI XÜSUSİ OTAQ VARDI.ORDA ƏRZAQ NƏLƏR YOXUYDU.İNƏLƏRİ SAĞIB SÜDÜ BİŞİRMİŞDİLƏR.15 LİTİR SÜD VARDI.ÜZUNDƏ BİR QARIŞ QAYMAQ DAYANMIŞDI.SÖZÜMÜ ONA GƏTİRİRƏMKİ.ALLAH SİRR AÇAN ALLAHDI.ALLAH İNDİ MƏNƏ HƏR ŞEY VERİB.

  • @agabalanesirov9485
    @agabalanesirov9485 3 ปีที่แล้ว +2

    Aqer Ali Insanov hamin sozlari Savus Aslana deyibsa . Bizim daha sozumuz yoxdur.?!!!.

  • @user-pd2ex7xp3p
    @user-pd2ex7xp3p 5 ปีที่แล้ว +1

    Аллах рэхмэт елэсин йери бехиштлик олсун

  • @vusalemiraslanov6556
    @vusalemiraslanov6556 5 ปีที่แล้ว +5

    Salamlar olsun her kese,onsuzda zalimlerin dunyasidir goren o pullarla ne edeceyler ki onsuzda hec kim bu dunyadan hecne apara bilmez ve apara bilmezler

  • @jasminjasmin5777
    @jasminjasmin5777 4 ปีที่แล้ว +1

    Allah rəhmət etsin, gözəl aktyorumuza. Unutmuruq, sevə - sevə xatirlayırıq.

  • @azeGoranboy-uh3bv
    @azeGoranboy-uh3bv 5 ปีที่แล้ว +13

    əli it-sanov bir dəfə jurnalistə -- get burdan vizqırt demişdi yəni çooox qudurmuşdu.İndi nə oldu həbsdən çixandan sonra keçdi müxalifət tərəfə

    • @vusalquliyev5018
      @vusalquliyev5018 5 ปีที่แล้ว +1

      həbsdə onu doşan eliyiblərdə ona gorə

    • @tomristuran2345
      @tomristuran2345 4 ปีที่แล้ว

      Elə bir çox reket jurnalistə elə demək lazım

  • @gulnare1148
    @gulnare1148 4 ปีที่แล้ว +5

    Əli Insanov bitki çayını yox abırsızlıgını Siyavuş Aslana gòstərib

  • @natellaaliyeva8741
    @natellaaliyeva8741 5 ปีที่แล้ว +22

    Alcaq hele bir uze bax.Yaqin tutulandan sonra heyata deyer verer.Hec aglim kesmir ancaq

    • @saylaahmedova468
      @saylaahmedova468 5 ปีที่แล้ว +4

      "Qozbeli qebir duzelder"

    • @azerayadigozelov8671
      @azerayadigozelov8671 5 ปีที่แล้ว

      Elit insanove menen srokda olube niye belə dusunursuzki

    • @azerayadigozelov8671
      @azerayadigozelov8671 5 ปีที่แล้ว

      Kiminləsə bele dusunubt danismiyin yaxşı şey deyil o meney bir yerde olube hepisxanada

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 3 ปีที่แล้ว

    Allah rehmet etsin. En deyerli gülünc ustadıydı. Mekanınız cenet olsun. Amin.

  • @musasadiqov6226
    @musasadiqov6226 5 ปีที่แล้ว +5

    İnanıram deyer. Yaxşı ki deməyib 100 qram qzl ver müalicə edim.

    • @fenomen3246
      @fenomen3246 5 ปีที่แล้ว

      görəsən o qızıl külçələrini dövlət nə etdi?xalqa xərcıədi ya öz altına yığdı?burda el məsəli yadıma düşdü..oğrudan oğruya halaldı.😂

  • @turalkerimli5726
    @turalkerimli5726 4 ปีที่แล้ว +4

    Allah rəhmət etsin .
    Gözəl atiyorlardir.

  • @fidelcastro1830
    @fidelcastro1830 5 ปีที่แล้ว +1

    Can bunlar dehwet senetkerlar idi Allah rehmet etsin

  • @Hesen_Eliyev_056
    @Hesen_Eliyev_056 5 ปีที่แล้ว +1

    Mekani Cennet olsun Gozel Aktiyoridi

  • @zaureliyev400
    @zaureliyev400 5 ปีที่แล้ว +3

    alah rahmat etsin boyuk sanatkar

  • @axtiquqvez8133
    @axtiquqvez8133 5 ปีที่แล้ว +7

    Alcagin alcaqligi uzunen yagir milyonlarla qiymeti olan villasinin qabaginda bomj kimi zibil yigirdi

  • @teteymurlng7523
    @teteymurlng7523 4 ปีที่แล้ว +5

    Ona görə Allah Əli Həsənova göstərdi.
    O cür Xalqın artisdinə verdiyi cavab a bax.

  • @ilahhmdova1131
    @ilahhmdova1131 4 ปีที่แล้ว +1

    Erməni hər yetdə öz əclaflığını ğöstərir.Allah rəhmət eləsin ğözəl dahi aktyor idi.O özü üçün heç vaxt ağız açmazdı.Əli İnsanov ki i millətin pulunu yeyənlər nolardı xəstələrə əl tutardız.Sizi zəhər yeyəsiz qan qusasız.

  • @firuzliyeva585
    @firuzliyeva585 4 ปีที่แล้ว

    Allah rehmet etsin boyuk sevilen Senetkara.Ruhu wad olsunhemiwe her zaman yadda qalan Seyavuw Aslan yerin cennet osun!!👐👐

  • @anaraslanov2743
    @anaraslanov2743 3 ปีที่แล้ว

    Gözəl aktyor Siyavuş Aslan Allah rəhmət eləsin, həmişə yaddaşlarda qalacaq və gözəl rolları sevə sevə izlənəcək, amma bir vaxt gələcək bu rüşvətxor oğru sülaləsinin kökünü kesecekler...

  • @user-vh4ir4bc3x
    @user-vh4ir4bc3x 3 ปีที่แล้ว +2

    INŞALLAH BU XALQIN QANINI IÇƏN XALQA KÖMƏK ƏLINI UZADMAYAN MƏMURLARIN AXIRI ƏLI INSANOVUN AXIRI KIMI OLAÇAQ.

  • @reksanamamadova4820
    @reksanamamadova4820 2 ปีที่แล้ว

    Allah boyuk tur kimseyi eli bos qaytarmyacaxdi ve kimse bir vezifen tutub getmez her kese yaxşı etmek yarasir eli insanov Cox simic ve qeddar adamdir

  • @vuqarmemmedov4897
    @vuqarmemmedov4897 5 ปีที่แล้ว +1

    ....Siyvuş m. Allah size rəhmət elesin....
    qeyd etmək isterdimki bu syujet Əli Insanov haqqinda deyil əslində...
    Allah qiyamet günü hamimizin əməllərinə qiymet verəcək ve hər kəs özünə cavabdeh olacaq.

  • @kontakthome3200
    @kontakthome3200 4 ปีที่แล้ว +1

    Inana bilmeremki ,iller ,qerineler kecse bele ikinci SEYAVUW bu dunyaya gelecek.Hec vaxt.O bir dahi idi geldi getdi

  • @karabulud9631
    @karabulud9631 3 ปีที่แล้ว

    Xanım nefes haqdan geler, İnsallah Eli insanovun dediyi kimi oıar, İlahi gor kim kimdan komek istəyib, sukur olsun sene,

  • @user-yl3ew4cg2k
    @user-yl3ew4cg2k 5 ปีที่แล้ว +1

    Buda eli insanov sorada cixib deyirki men xalqimin yaninda olmaq isdeyirem ol yere qir

  • @rsidsadixzad970
    @rsidsadixzad970 3 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin BRAVOOO TİMMM BRAVO TİMMM

  • @baharncfova2524
    @baharncfova2524 3 ปีที่แล้ว

    Sevimli əziz sənətkarlar sizsiz nə kinonun dadı var nə də teatrın hayıf sizlərə yazıg bizlərə....

  • @rafiqmemmedzade5082
    @rafiqmemmedzade5082 ปีที่แล้ว

    Əli adamov bu dünyada ləhnət, o biri dünyada cəhənnəmi qazanıb.

  • @hidayetalizadeh4783
    @hidayetalizadeh4783 3 ปีที่แล้ว +1

    Allah Siyavuw Aslani ve onun kimi gozel Aktyorlarimizi ve Aktirisalarimizi Rehmet etsin.
    Amma Eli isanov kimilerini bu dunuadad axiretdede cezalarini versin amin inweAllah.

  • @faxreddinceferov3609
    @faxreddinceferov3609 4 ปีที่แล้ว +1

    Allah Siyavuş Aslana rəhmət etsin

  • @ruslanmustafayev2837
    @ruslanmustafayev2837 5 ปีที่แล้ว +1

    Allah dahi Aktyora rəhmət eləsin.Ona kömək göstərməyənlərədə lənət olsun.

  • @LenovoA-mz1dd
    @LenovoA-mz1dd 5 ปีที่แล้ว +3

    Allah Seyavusmuza rehmet,eliyede nehlet elesin.

  • @user-nu1mu8hn9w
    @user-nu1mu8hn9w 4 ปีที่แล้ว

    En sevdiyim akryor..senetkar ve dahi insan..Allah sene rehmet etsin

  • @hafizhsnov6007
    @hafizhsnov6007 4 ปีที่แล้ว +1

    İndi Əli İnsanov hakimiyyətdən narazılıgını bildirir.Bəs sən nə olmusan.Allah görürsən yoxu necə edir

  • @ramiznagiyev204
    @ramiznagiyev204 4 ปีที่แล้ว +1

    ALLAH GÖZƏL SƏNƏTKARIMIZA RƏHMƏT ELƏSİN!

  • @vuqarosmanov1368
    @vuqarosmanov1368 5 ปีที่แล้ว +1

    evvela bele videolari hazirliyanda birinci ozunuz qulaq asin sora youtuba qoyun.o boyda musiqi olarmi?danqa daranq ne xeberdi daniwanin sesinide ewitmek olmur

  • @nurcahan6353
    @nurcahan6353 3 ปีที่แล้ว

    Allah Rəhmət eləsin Nur içində yatsın 🌹🌹

  • @elnurncfova3329
    @elnurncfova3329 ปีที่แล้ว

    Allah rəhmət eləsin Məkanin cənnət olsun Amin Azərbaycanin xalq artisti Səyavuş Aslan

  • @maraqadam8659
    @maraqadam8659 5 ปีที่แล้ว +3

    Əli insan ovluyan

  • @natiqcavadov2804
    @natiqcavadov2804 4 ปีที่แล้ว +1

    Allah Seyavüş Aslana rehmet elesin menim üçün yer üzünde ondan böyük senetkar yoxdur

  • @sekineeliyeva8363
    @sekineeliyeva8363 2 ปีที่แล้ว

    Siyavuş aslandan birdaha dünyaya gəlməz Allah onu birdaha rəhmət eləsin qəbri nurla dolsun

  • @qarabaglili8502
    @qarabaglili8502 5 ปีที่แล้ว +2

    Səyavuş Aslan xalqımızı güldürüb səhiyyəmizdə öldürüb dəyəli qida olub Səyavuş Aslan məkanı cənnət olsun

  • @sahinibrahimov3241
    @sahinibrahimov3241 4 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin gözəl artist olub
    Əli İnsanov kimilərinin milyonu var ancaq kiməsə əl tutmaq onlara aid deyil

  • @fuadeliyev2068
    @fuadeliyev2068 5 ปีที่แล้ว +3

    Tulki Hecce gedir..... eli insanov olardandir....

  • @kerimkerimov2430
    @kerimkerimov2430 5 ปีที่แล้ว +3

    Vaxt olacaq dogurdanda cay almaqa imkani olmayacaq

    • @semkirliazerbaycan4581
      @semkirliazerbaycan4581 5 ปีที่แล้ว +1

      Гардаш вах олацаг неди индиде вар еле инсанлар шехсен мен таныйырам Аллах ели кимилеринин Беллини гырсын зулум чексин олум олара чохду

  • @mehmannesibov2324
    @mehmannesibov2324 4 ปีที่แล้ว +2

    Siyavuw Aslana rehmet Eli Heyvanovun🤣 bawina daw düwsün Allahtala özü onun cezasini verdi

  • @allahverdiceferov6090
    @allahverdiceferov6090 3 ปีที่แล้ว +1

    екер Али инсанов буну Сиjавуш АСлана едибсе hеjата ен ахырычы адамды

  • @aqiquiyev5139
    @aqiquiyev5139 4 ปีที่แล้ว +1

    Allah rehmet elesin adı ve xoş xatireleri her zaman Azarbayçan xalginin yadaşinda galaçag

  • @gulnare9526
    @gulnare9526 5 ปีที่แล้ว +1

    Seyavus Aslan kimi senetkari Eli Insanov kimi nazire minnetçi qoyanlar utansin hetta yere girsin