İlhamə Quliyeva - Mən səni araram / Rəsmi Musiqi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Hər gecə səni mən səslədim,
    Yolunu sübhədək gözlədim.
    Eşq odu məni, yar, yandırar,
    Rəhm elə, yamandır intizar...
    Eşq odu məni, yar, yandırar,
    Rəhm elə, yamandır intizar...
    Göz yaşım sel olar, ah sənsiz...
    Bülbüləm neyləyim, çəmənsiz?
    Bəs hanı, hanı yar, o sevda?
    Gör nələr, nələr var başımda...
    Bəs hanı, hanı yar, o sevda?
    Gör nələr, nələr var başımda...
    Bir günəş nuru var üzündə,
    Gözlərin hər zaman gözümdə.
    Mən səni araram, anaram,
    Gül-çiçək sanaram, sanaram.
    Mən səni araram, yar, anaram,
    Gül-çiçək sanaram, sanaram.
    Musiqi: Fikrət Əmirov
    Sözlər: Tələt Əyyubov
    * *
    İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.
    Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur.
    İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir.
    Atası: İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur.
    Anası: Görkəmli Azərbaycan müğənnisi Azərbaycan Respublikasının xalq artisti Tükəzban İsmayılova.
    İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o hətta həyat yoldaşının soyadını - Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub, lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub yenidən Quliyeva soyadına qayıdıb.
    İlqar Nəzərov adlı bir oğul övladı var idi.
    Mükafatları
    "Azərbaycan SSR əməkdar artisti" fəxri adı - 1982
    "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı - 24 may 1998
    "Şöhrət" ordeni - 19 avqust 2002
    "Dağıstan Respublikasının xalq artisti" fəxri adı - 2008
    "Şərəf" ordeni - 17 avqust 2013
    Filmoqrafiya
    Toyda görüş (film, 1970)
    Mahnı qanadlarında (film, 1972)
    Göy göl (film, 1973)
    Payız melodiyaları (film, 1974)
    Oxuyan ürəkdir (film, 2003)
    Adam ol! (film, 2005) (tammetrajlı bədii film) filmin direktoru, rol: Leyli
    Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider TV)
    Instagram: pervizmusa
    Tiktok: PM.TV
    Əlaqəli Kanal: ‪@pmtvofficial‬

ความคิดเห็น • 3

  • @samayanovruz5396
    @samayanovruz5396 25 วันที่ผ่านมา

    I❤😢

  • @elnarahasanova2056
    @elnarahasanova2056 2 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin..Nə qədər gözəl səs. Həsrətdə olanların ürəyinin naləsi..

  • @aykataqieva6180
    @aykataqieva6180 ปีที่แล้ว

    Əsil Sənətkar.Ruhun şad olsun, İlhamə xanım.